104
A a
axırıncı ongünlüyündə təntənəli surətdə genişmiqyaslı tədbirlər
(şairin məqbərəsinin ziyarət edilməsi, Nizami poeziyasına həsr
olunmuş açıq dərslər, bədii qiraət müsabiqələri, inşa yazıları,
illüstrativ materialların sərgisi, musiqi əsərlərinin səsləndirilməsi,
sənədli və bədii filmlərə, videoçarxlara kollektiv baxış, məktəb divar
qəzetlərinin xüsusi nömrəsinin buraxılışı, məktəblərdə xüsusi
güşənin yaradılması və s.) vasitəsilə qeyd olunan “Nizami poeziya
günləri” həm təlim, həm də tərbiyə, xüsusilə, milli mənlik şüurunun
formalaşdırılması, milli iftixar hissinin inkişaf etdirilməsi baxımın-
dan böyük əhəmiyyət kəsb edir. Gəncə məktəblilərinin bu təqdirə-
layiq təcrübəsindən respublikamızın digər təlim-tərbiyə ocaqlarının
da nümunə götürməsi çox vacibdir.
Dahi Nizamini şagirdlərə dərsdənkənar tədbirlər vasitəsilə
sevdirməyin yollarından biri də qabaqcıl məktəblərdə təşkil olunan
bədii-musiqili gecələrin təşkilidir. Belə tərbiyəvi tədbirlərin proq-
ramına aşağıdakıları daxil etmək olar:
1.
N.Gəncəvinin həyat və yaradıcılığına dair qısa məlumat.
2.
Dahi şəxsiyyətlərin Nizami haqqında fikirlərindən seçmələr.
3.
Ayrı-ayrı poemalardan tərbiyəvi beytlərin ifası.
4.
N.Gəncəvinin yaradıcılığına aid viktorina.
5.
Nizami süjetləri əsasında hazırlanmış səhnəciklər.
6.
“Nizami” adlı bədii və sənədli filmlərdən qısa fraqmentlə-
rin nümayişi.
7.
Nizami poeziyası nümunələrinə bəstələnmiş musiqi əsərlə-
ri.
(Ü.Hacıbəyov: “Sevgili canan”, “Sənsiz”; Fikrət Əmirov: “Gü-
lüm”; Tofiq Quliyev: Gözüm aydın; Hacı Xanməmmədov: “Surəti
canan görünür” və s.)
8.
“Xəmsə”nin süjetləri əsasında yaradılmış və Nizamiyə
həsr olunmuş musiqi əsərlərindən fraqmentlər
(Qara Qarayev:
“Yeddi gözəl” baleti; “Leyli və Məcnun” simfonik poeması; Fikrət
Əmirov: “Nizami” baleti; simli orkestr üçün “Nizamiyə xatirə”
simfoniyası; Niyazi: “Nizami” oratoriyası; Ə.Bədəlbəyli : “Niza-
mi” operası və s.)
9.
N.Gəncəvinin məqbərəsi haqqında videoçarxın nümayişi.
106
A a
5.
Düzlük və doğruçuluq – insanın mənəvi saflığının göstə-
ricisidir.
6.
Birlik olan yerdə dirilik də var.
7.
Kişilik – igidlik və mərdlik deməkdir.
8.
Ata-anaya hörmət hər bir övladın müqəddəs borcudur.
Qeyd olunan mövzuların hər birinə aid “Xəmsə”də hikmətli
beytlər kifayət qədərdir. Mövzu üzrə əxlaqi söhbətə hazırlaşan
müəllim mahiyyətə uyğun olan beytləri əvvəlcədən müəyyənləş-
dirməli və əzbər öyrənməlidir. Bunun üçün “Xəmsə”ni “ələk-vələk”
etməyə ehtiyac yoxdur. Çünki bu sətirlərin müəllifinin “Nizaminin
pedaqoji görüşləri”adlı monoqrafiyasında tərbiyənin bütün tərkib
hissələri ilə bağlı dahi şairin hikmət dolu beytləri sistemli halda
verilmişdir.
(bax:4, səh.205 – 240)
Əxlaqi söhbət zamanı müəllimin dahi şairin hikmət dolu beyt-
lərini əzbərdən və intonasiya ilə deməsi sözün təsir gücünü qat-qat
artırır və daha səmərli nəticə üçün stimul yaradır. Mövzuya aid bir
neçə beyti nümunə üçün söyləyən müəllim digər adekvat beytlərin
öyrənilməsini konkret mənbə və səhifə göstərməklə şagirdlərə
tapşırsa, daha yaxşı olar. Belə tapşırıqlar N.Gəncəvi irsinə şagird-
lərdə marağın inkişaf etdirilməsi baxımından çox əhəmiyyətlidir.
Qeyd olunan tapşırıqlar o zaman səmərəli nəticə verir ki, müəllim
həmin mənbələrin adını, nəşr ilini və müvafiq səhifələrini əvvəlcə-
dən şagirdlərə çatdırmış olsun. Həmin mənbə rolunu nizamişünas-
ların yazdığı və yuxarıda qeyd olunan çoxsaylı elmi-metodik əsərlər,
müvafiq internet saytları oynaya bilər. Lakin şairin özünün “Xəm-
sə”sindən və “Lirika”sından ilkin mənbə kimi istifadə etmək daha
məqsədəuyğundur. Nizami “Xəmsə”sinin və “Lirika”sının bir çox
nəşrləri mövcuddur. Bu nəşrlər içərisində şagirdlər üçün daha asan
və münasib olanı 2011-ci ildə dahi şairin 870 illiyi münasibətilə
Gəncə şəhər İcra hakimiyyətinin tövsiyəsi əsasında işıq üzü görən
nəşrdir
(bax:107;108;109;110;111;112).
Qeyd olunan ən yeni nəşrin əhəmiyyəti təkcə onun çox
yüksək bədii-poliqrafik tərtibatında deyil, həm də ondadır ki,
burada
görkəmli nizamişünas alim, Əməkdar elm xadimi, Nizamişünaslıq