Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə34/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   30   31   32   33   34   35   36   37   ...   64

   
107  
 
A       a 
institutunun  direktoru  Xəlil  Yusiflinin  yeni  tərcümələri  və  hər  biri 
dəyərli elmi əsərə  əvəz olan “Ön söz”ləri öz əksini tapmışdır. Belə 
ki, N.Gəncəvi irsinin yeni nəşrində “Sirlər xəzinəsi”, X.R.Ulutürkün, 
“Xosrov  və  Şirin”  isə  prof.  X.Yusiflinin  tərcüməsində  verilmişdir. 
Görkəmli  nizamişünasın  “Sirlər  xəzinəsi”  (“Nizami  Gəncəvi  və 
onun “Sirlər xəzinəsi” poeması”), “Xosrov və Şirin” (“Elm və bədii 
fikrin  üfüqləri  fövqündə”),  “Leyli  və  Məcnun”  (“İnsan  dühasının 
əlçatmazlıq  nümunəsi”),  “Yeddi  gözəl”  (“Nağıllar  aləmi  və  həyat 
həqiqətləri”)  poemalarına  yazdığı  “Ön  söz”lərin  hər  biri  xüsusi 
tədqiqat tələb edən dəyərli bir elmi əsərdir. (bax: 107, səh. 5 – 27; 
108,  səh.  5  –  17;  109,  səh.  5  –  13;  110,  səh.  5  –  16)  Bu  əsərlərin 
(“Ön söz”lərin) əsas elmi dəyəri və yeniliyi ondadır ki, marksizim 
– leninizm deyil, milli məfkurə əsasında – Azərbaycançılıq ideolo-
giyası işığında yazılmışdır. 
N.Gəncəvi  irsinin  dərsdənkənar  tədbirlər  prosesində  daha 
geniş  miqyasda  öyrənilməsi  və  öyrədilməsinin  yollarından  biri  də 
elmi-praktik  və  metodik  konfranslardır.  Belə  konfransları  həm 
məktəb,  həm  rayon,  həm  də  respublika  miqyasında  təşkil  etmək 
səmərəli  nəticələr  verə  bilər.  Həmin  konfransların  proqramını  iki 
əsas  istiqamətdə  hazırlamaq  məqsədəuyğundur:  1.  N.Gəncəvinin 
həyat və yaradıcılığı, elmi dünyagörüşü (fəlsəfi, pedaqoji, psixoloji) 
ilə  bağlı  elmi-nəzəri  məruzələr.  Belə  məruzələri  nizamişünas  alim-
lərlə  yanaşı,  Nizami  irsinin  tədrisi  baxımından  qabaqcıl  təcrübəyə 
malik olan müəllimlər də hazırlaya bilər. 
2.  N.Gəncəvi  irsinin  orta  məktəblərdə  tədrisi  üzrə  qabaqcıl 
təcrübəni  əks  etdirən  praktiki-metodiki  xarakterli  məruzələr.  Belə 
məruzələrin əsasən qeyd olunan mövzu üzrə təqdirəlayiq təcrübəyə 
malik  müəllimlərin  özləri  tərəfindən  hazırlanması  daha  məqsədə-
uyğundur.  Bununla  yanaşı,  belə  məruzələri  qabaqcıl  müəllimlərin 
müvafiq  təcrübəsini  elmi-metodik  cəhətdən  ümumiləşdirən  meto-
distlər və metodist alimlər də hazırlaya bilərlər. 
İkinci istiqamətə aid edilən məruzələrdən bir neçəsini nümunə 
göstərməyi məqsədəuyğun hesab edirik. 


   
108  
 
A       a 
1.
 
“İsgəndərnamə” poemasının türkçülük ideologiyası ruhun-
da tədrisi təcrübəsindən 
2.
 
“Sirlər  xəzinəsi”  poemasının  tədrisi  prosesində  əxlaq 
tərbiyəsi. 
3.
 
N.Gəncəvi  poeziyasının  tədrisi  zamanı  əməyə  məhəbbət 
hisslərini necə aşılayıram? 
4.
 
Nizami poeziyasının tədrisində ekoloji tərbiyə. 
5.
 
Azərbaycan  tarixi  dərslərində  Nizami  irsindən  istifadə 
yolları. 
6.
 
Coğrafiyanın  tədrisində  Nizami  poeziyasından  istifadə 
təcrübəsindən. 
7.
 
Musiqi dərslərində N.Gəncəvi şəxsiyyətinə və poeziyasına 
məhəbbət hissinin aşılanması. 
8.
 
Təsviri  incəsənətin  tədrisi  prosesində  Nizami  poeziyasın-
dan istifadə yolları. 
9.
 
Fizikanın tədrisində N.Gəncəvinin elmi-təbii görüşlərindən 
istifadə təcrübəsindən. 
10.
 
 Astronomiya  dərslərində  N.Gəncəvinin  “Xəmsə”sindən 
istifadənin imkan və yolları. 
11.
 
 Riyaziyyatın  tədrisi  prosesində  N.Gəncəvinin  mütəfəkkir 
– riyaziyyatçı kimi şagirdlərə sevdirilməsi təcrübəsindən. 
12.
 
 Biologiya  dərslərində  Nizami  poeziyasından  istifadənin 
əhəmiyyəti və yolları. 
13.
 
 Dərsdənkənar  tədbirlərdə  N.Gəncəvi  irsindən  istifadənin 
forma və yolları və s. 
Beləliklə, qeyd olunan çoxsaylı nümunələr, faktlar göstərir ki, 
dahi  Nizaminin  cahanşümül  əhəmiyyətli  irsinin  dərsdənkənar  təd-
birlər prosesində öyrənilməsi və öyrədilməsi, şagirdlərə sevdirilmə-
si  baxımından  təşkil  olunan  tərbiyəvi  işlərin  forma  və  yolları  çox 
genişdir. Bu işlərin səmərəli təşkili ikitərəfli əhəmiyyət daşıyır : bi-
rincisi, həmin işlərin təşkili şagirdlərin təlim və tərbiyəsinin keyfiy-
yətini  və  səmərəliliyini  yüksəldir; ikincisi, Azərbaycan mədəniyyət 
tarixinin  ən  parlaq  simalardından  biri  olan  N.Gəncəvini  onlara 


   
109  
 
A       a 
sevdirir  ki,  bu  da  milli  mənlik  şüurunun  formalaşmasına  möhkəm 
zəmin yaradır. 
Hər  bir  orta  məktəb  müəllimi  yuxarıda  qeyd  olunan  fənlərin 
tədrisi  prosesində  və  dərsdənkənar  tərbiyəvi  tədbirlərdə  o  zaman 
səmərəli nəticəyə nail ola bilər ki, dahi Nizamini sevə-sevə öyrənsin 
və  öyrətməyə  çalışsın;  bu  işi  özünün  mənəvi  və  vətəndaşlıq  borcu 
hesab etsin; həmin işlə müntəzəm surətdə, ardıcıl və sistemli şəkildə 
məşğul  olsun;  həm  dərsdə,  həm  də  dərsdənkənar  tədbirlərdə  yeni 
informasiya  texnologiyalarından  və  interaktiv  təlim  metodlarından 
istifadəni bacarsın və bu bacarıqları şagirdlərə aşılasın. 
Müəllimlərimiz  bilməli  və  nəzərə  almalıdırlar  ki,  çağdaş 
elmimizin  və  mədəniyyətimizin  inkişafı  birinci  növbədə  “insan 
amilindən” – bu gün parta arxasında oturan gənclərimizin intellek-
tual  səviyyəsindən  və  vətəndaşlıq  qayəsindən  asılıdır.  Bu  keyfiy-
yətlərin  formalaşdırılmasında  “dünya  bədii  fikir  tarixinin  möcü-
zəsi” (113,30) olan Nizami poeziyasının rolu misilsizdir. Bu baxım-
dan  istedadlı  jurnalist-publisist,  şairə  Flora  Xəlilzadənin  gəldiyi 
elmi qənaətdə böyük həqiqət vardır: “Vətənə, xalqa xidmət haqqın-
da düşünürüksə, müharibənin, ədalətin nə olduğunu, hünər, cəsarət, 
mərdanəlik,  çalışqanlıq,  məhəbbət,  sevgi,  düzlük,  səadət  kimi 
məziyyətlərdən xəbət  tutmaq, gəncliyin,  qocalığın fərqini  anlamaq, 
səbrin, qənaətin fəzilətinə dolmaq, bir sözlə, insan olmaq istəyiriksə, 
Nizamini  oxumaq,  duymaq,  onun  hikmət  çeşməsindən  dadmaq  və 
əməl etmək bəs edər” (114). Bu həqiqəti dərk edən hər bir müəllim 
“poeziyası öz zamanı və bütün zamanlar üçün insan idrakı və bədii 
təfıkkürünün  ən  yuxarı  nöqtəsində  dayanan  bir  hadisə”  (108,  5) 
kimi dəyərləndirilən dahi Nizaminin “hikmət çeşməsindən” dadmalı 
və bunu öz şagirdlərinə də dadızdırmağa çalışmalıdır. Unutmaq ol-
maz ki, N.Gəncəvinin “hikmət çeşməsi” əbədi çağlayan və çağlaya-
çağlaya ümmana çevrilən bir sonsuz dəryadır. Şairin özü bu barədə 
çöx gözəl deyib: 
 
Mən fikirlər ustasıyam fəzilətim bir ümmandır, 
Zamanlara,məkanlara hökm etməyim səmadandır.(112, 121) 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə