Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə42/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   38   39   40   41   42   43   44   45   ...   64

   
133  
 
A       a 
müraciət edir və müvafiq kəlamlarını misal göstərir. Məsələn, “Xos-
rov  və  Şirin”  poemasında  Məhin  Banu  Şirinin  Xosrovla  ovlaqda 
görüşməsini eşitdikdə: Sənin bəzəyindir ismət, nəzakət, – deyib onu 
öz namusunu qorumağa çağırır : 
 
Görsə ki, fəvah, ismətli qızsan, 
Elçi göndərəcək adətlə, inan. 
Adın bu dünyada namuslu qalar
Olarsan cahanda böyük hökmdar (57, 119). 
 
Məhin  Banunun  öyüd-nəsihətinə  əməl  eyləyən  Şirin  növbəti 
görüş  zamanı  Xosrov  ondan  murad  diləyərkən  öz  ismətini  qoru-
yaraq, ona rədd cavabı verir və onu da namuslu olmağa dəvət edir: 
 
İki yaxşı adı bədnam eyləmək, 
İsməti itirmək, söylə nə gərək? 
Biz bir-birimizdən gərək utanaq
Tanrı qabağında həyadan yanaq  
(yenə orada, səh. 140). 
 
Axıradək öz arını-namusunu qoruyan Şirin, Xosrovun dəfələr-
lə təkid etməsinə baxmayaraq, ona tabe olmur və bildirir ki : 
 
Şah olsan belə, kəbinsiz yenə
Yetişə bilməzsən istəklərinə (4, 78). 
 
Şirinin öz abır-həyasını, namus və ismətini ləyaqətlə qoruyub-
saxladığını görən Xosrov Şah “əhd etdi, söz verdi, and içdi ki, hər-
giz, ona  əl  vurmasın  kəbinsiz”. Belə də  olur. Xosrov şah el  adətilə 
Şirinə toy edib, onunla evlənir. Xosrovun ölümündən sonra Şiruyə-
nin onunla evlənmək istədiyinigörən Şirin öz namusunu, irz- ismə-
tini  şirin  canı  bahasına  qoruyub  saxlayı:  Xosrovun  məqbərəsində 
özünü öldürüb, əbədiyyətə qovuşur. 


   
134  
 
A       a 
Şirinin  namusunu,  abır-həyasını,  ismətini  eynilə  Leylidə  də 
görürük, – deyən müəllim, əlavə edir ki, o, kamallı, ay camallı, sərv 
boylu, ahu gözlü olması ilə bahəm bakirə bir inci, dünyanın həyalı 
bir  dilbəri  idi.  Şirin  kimi  Leyli  də  öz  ismətini  axıradək  qoruyub 
saxlaya  bilir.  Zorla  İbn  Səlama  ərə  verilən  Leyli  ona  and  içir  ki, 
qanının-canının bahasına olsa belə, öz ismətini qoruyacaq : 
 
...Qanımı töksə də sənin inadın, 
Hasil olmayacaq məndən muradın. 
Bu and təsir etdi İbn  Səlama, 
O da razılaşdı quru salama (74, 154). 
 
İbn Səlamın ölümündən sonra Zeyd, Məcnunla Leylini görüş-
dürür. Bu zaman içəridə tək qaldıqlarına baxmayaraq, bir-biri üçün 
dəli-divanə  olan  aşiqlərin  hər  ikisi  də  öz  abır-həyasını,  ar  ismətini, 
namusunu qoruyur. Şair burada öyrədir və təlqin edir ki: 
 
Əgər məhəbbətdə olmasa ismət, 
O şəhvət hissidir, deyil məhəbbət.  
(yenə orada, səh.259) 
 
Oğlu Məhəmmədə verdiyi öyüd-nəsihətlərdə də böyük müəl-
lim-tərbiyəçi  olan  N.Gəncəvi  namus  məsələsinə  xüsusi  diqqət 
yetirir və tapşırır ki, oğlu onun adını özünün namuslu hərəkətləri ilə 
qaldırmağa çalışsın: 
 
Elə namuslu ol, desin hər görən
“Ağıllı oğluna, Nizami, əhsən!” (57,349) 
 
Bu  misralaradan  aydın  göründüyü  kimi,  dahi  şairin  fikrincə, 
hər bir ağıllı insan eyni zamanda namuslu olmalıdır. 
“Məktəb  pedaqogikası”  dərsliyində  əxlaq  tərbiyəsinin  məz-
mununu təşkil edən mənəvi keyfiyyətlər sırasında halallıq da xüsusi 


   
135  
 
A       a 
qeyd  olunmuşdur.  Bu  keyfiyyət  haqqında  da  dahi  Nizaminin 
hikmətli kəlamları kifayət qədərdir. Məsələn; 
 
Halalca nemətimə naşükür olma mənim, 
Nemətə xor baxana nemət qənimdir, qənim. 
 
Yaxud: 
 
Halal zəhmət itməyir, əlləşmək deyil eyib. 
Tanrı: “Səndən hərəkət, məndən bərəkət deyib” deyib.  
     (yenə orada) 
 
Əxlaq  tərbiyəsinin  məzmununa  daxil  edilən  keyfiyyətlərdən 
biri  sadəlik  və  təvazökarlıqdır.  Doğrudur,  bu  keyfiyyətin  şərhinə 
“Məktəb  pedaqogikası”  dərsliyində  (120,  348)  ayrıca  yer  veril-
mişdir, lakin üç atalar sözündən başqa burada proqram materialının 
şərhini  asanlaşdıran,  əyaniləşdirən,  dərketmə  üçün  maraq  oyadan 
poeziya  nümunələrinə  heç  bir  müraciət  edilməmişdir.  Halbuki, 
Azərbaycanın  bir  çox  dahi  şəxsiyyətlərinin,  o  cümlədən,  N.Gəncə-
vinin  sadəlik və  təvazökarlıq  barədə  hikmətli  kəlamları,  poetik ifa-
dələri  kifayət  qədərdir.  Nümunə  üçün  bir  neçə  misalı  nəzərdən 
keçirək.  
Sadəlik  və  təvazökarlığın  əhəmiyyəti  və  mahiyyətini  şərh 
edərkən müəllim, dərslikdəki bu boşluğu aradan qaldırmaq və dərsə 
marağı yüksəltmək məqsədilə dahi Nizaminin poeziyasına müraciət 
edir və tələbələrin diqqətini onun həmin əxlaqi keyfiyyətlə bağlı fi-
kirlərinə yönəldir. Məsələn, “ağac bar gətirdikcə başını aşağı salar” 
hikmətini  aşılamağa  çalışan  şair  təvazökarlığı  olmayan  dikbaş  in-
sanları ilana bənzədir və xəbərdarlıq edərək başa salmağa çalışır ki: 
 
İlantək dikbaşlı gəzmə ey insan! 
Aşacaq dünyanın seli başından... 
Çox da yüksəkliyə ucalma ki, sən, 
Torpağa düşəndə inciməyəsən. (4,80) 


   
136  
 
A       a 
 
Daha  sonra  müəllim  qeyd  edir  ki,  dahi  şairin  fikrincə,  insan 
özünü  nə  qədər  sadə  aparsa,  nə  qədər  çox  təvazökarlıq  göstərsə, 
xalqın  önündə  əyilməyi  bacarsa,  xalqın  gözündə  bir  o  qədər  ucala 
bilər: 
 
Ucalar özünü əyən insanlar, 
Təvazö sahibi hörmət qazanar. (yenə orada) 
 
Şan-şöhrət,  bər-bəzək dalınca qaçan adamlara mənfi  münasi-
bətini gizlətməyən, belələrini kəskin tənqid atəşinə tutan şair öyrədir 
ki,  insanın  gözəlliyi onun sadəliyindədir,  rahat  yaşayışı sadə həyat 
sürməyindədir: 
 
Torpaq vücuduna vurma min bəzək, 
İnsana qum kimi sadəlik gərək. (64,45) 
 
Şair eyni zamanda öyrədir ki, sadə həyat tərzi, insanın asudə, 
rahat yaşamasının təminatçısıdır: 
 
Bu dünya malına uyma, çox zinhar, 
Hər sadə keçinən asudə yaşar. (4,81) 
 
“Öz-özünə vurulub bəyənmə sən özünü” fikrini hamıya aşıla-
mağa çalışan dahi Nizami demək olar ki, bütün poemalarında özünə 
müraciətlə:  “təvazökar  ol!”  –  deyir.  Şairin  fikrincə,  özündən  razı 
lovğalar  həyatda  hər  zaman  xar  olar,  sınar,  təvazökar  insanlar  isə 
uzun ömür sürər: 
 
Özünü bəyənsə insan nə qədər, 
Öz gözündən ona dəyər bəd nəzər. 
Özündən razılar hər zaman sınar, 
Ondan qurtarana uzun ömür var. (64,45) 
 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə