Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə44/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   40   41   42   43   44   45   46   47   ...   64

   
140  
 
A       a 
“Əxlaq tərbiyəsi” mövzusuna həsr olunmuş seminar məşğələ-
sində  müəllim,  mühazirədə  çatdıra  bilmədiyi  məsələləri  müstəqil 
işlərin təşkili yolu ilə öyrətməli və bu yolla tələbələri dahi şairin pe-
daqoji irsinə, o cümlədən, əxlaqi görüşlərinə maraq oyatmağa çalış-
malıdır.  Bu  işdə  sərbəst  işlərin  təşkili  də  əhəmiyyətli  rol  oynaya 
bilər. “Əxlaq tərbiyə”si mövzusu ilə bağlı müəllim aşağıdakı sərbəst 
işlərin yerinə yetirilməsini təklif edə bilər: 
1.
 
N.Gəncəvi insanın mənəvi saflığı haqqında 
2.
 
“Xəmsə”də insanpərvərlik ideyaları 
3.
 
Əməksevərlik haqqında N.Gəncəvinin fikirləri 
4.
 
N.Gəncəvinin əsərlərində həmrəylik, birlik məsələləri 
5.
 
Dostluq və yoldaşlıq haqqında N.Gəncəvinin fikirləri 
6.
 
“Xəmsə”də vətənpərvərlik ideyaları 
7.
 
N.Gəncəvi poeziyasında düzlük və doğruçuluq 
8.
 
Halallıq haqqında N.Gəncəvinin fikirləri 
9.
 
“Xəmsə”də namusluluq – yüksək əxlaqi keyfiyyət kimi 
10.
 
Sadəlik və təvazökarlıq haqqında N.Gəncəvinin fikirləri 
11.
 
N.Gəncəvi poeziyasında mənfi əxlaqi sifətlərin ifşası 
Tərbiyə  nəzəriyyəsinin  öyrədilməsi  prosesində  N.Gəncəvinin 
pedaqoji  görüşlərinə  müraciət  baxımından  daha  geniş  imkanlara 
malik  mövzulardan  biri  də  “Əmək  tərbiyəsinin  ümumi  məsələlə-
ri”dir. “Məktəb pedaqogikası” dərsliyində bu mövzuya ayrıca fəsil 
(XXIV fəsil) həsr olunmuş, burada müəllif – prof. N. Kazımov əmə-
yin  iqtisadi,  sosial,  əxlaqi,  fizioloji,  psixoloji,  idrak  və  tərbiyəvi 
mənasına  xüsusi  diqqət  yetirmiş,  həmin  məsələlərin  şərhi  zamanı 
atalar sözünə, “Kəlilə və Dinmə”yə, Azərbaycanın böyük mütəfək-
kiri  N.Tusiyə,  türkmən  şairi  Məhdimqulu  Fəraqiyə  isinad  etdiyi 
halda, N.Gəncəvini yada salmamışdır. Halbuki, N.Gəncəvinin peda-
qoji görüşləri sistemində əmək tərbiyəsi ilə bağlı ümumi məsələlər, 
o  cümlədən,  əməyin  insan  həyatındakı  rolu,  onun  sosial,  iqtisadi, 
əxlaqi,  fizioloji,  psixoloji  və  tərbiyəvi  mənası  haqqındakı  fikirləri 
mühüm yer tutur. 
Müəllimlərə  kömək  məqsədilə  qeyd  olunan  mövzunun 
(“Əmək tərbiyəsinin ümumi məsələləri”) tədrisi zamanı dahi şairin 


   
141  
 
A       a 
müvafiq  fikirlərindən  istifadənin  bəzi  imkan  və  yollarını  burada 
xüsusi qeyd etməyi məqsədəuyğun hesab edirik. Mövzunun öyrədil-
məsinə  həsr  olunan  mühazirədə  müəllim  əməyin  iqtisadi,  sosial, 
əxlaqi, fizioloji, psixoloji, idrak və tərbiyəvi mənası haqqında proq-
ram materialının şərhi zamanı dahi şairin fikirlərinə istinad edir. 
“Dahi  şair-pedaqoq”  N.Gəncəvi  şəxsiyyətin  formalaşmasına 
təsir edən amillər sırasında əməyə necə qiymət verirdi?” – sualı ilə 
auditoriyaya  müraciət  edən  müəllim,  tələbələrin  əvvəlki  mühazirə-
lərdə,  xüsusi  olaraq,  “Şəxsiyyətin  formalaşması  mərhələləri”  möv-
zusunda  qazanılan  biliklərini  yada  salır.  Suala  verilən  cavabları 
ümumiləşdirib  sistemə  salaraq,  müəllim  qeyd  edir  ki,  “Təbiətin 
dialektikası”  əsərində  insanı  əmək  yaratmışdır”  fikrini  irəli  sürən 
alman alimi F.Engelsdən hələ səkkiz əsr əvvəl dahi Nizami yazırdı: 
 
Hər halda sən çalış, həyat əməkdir
Cənnət kahıllığı nəyə gərəkdir? (4, 126) 
 
“Həyat – əməkdir”, – deyən şairin əqidəsinə görə, insan yalnız 
halal  əməyi,  böyük  zəhməti  hesabına  cəmiyyətdə  yüksək  mövqe 
tutub, şan-şöhrət sahibi ola bilər. Həyatdakı bütün çətinliklərə insan 
öz yorulmaz əməyi sayəsində qalib gələ bilər: 
 
Əməkdir insanı ucaldan inan, 
Əməklə çıxarsan fırtınalardan. (yenə orada, səh.127) 
 
“Şöhrətə  zəhmətilə  ucalıbdı  ərənlər”,  –  deyən  şair  başa  salır 
ki,  insanın  sosial-iqtisadi  həyatının  əsasını  əmək,  böyük  zəhmət 
təşkil edir.  İnsan zəlillikdən qurtarıb firəvan həyata qovuşmaq istə-
yirsə, hər əzaba qatlaşmağı bacarmalıdır: 
 
Köləlik zəncirini zillətsiz atmaq olmaz
İztirabsız, əzabsız şərəfə çatmaq olmaz. 
Təbiət gümüşünü əridərək əzabla, 
Qızıla döndərərsən onu gərək əzabla. 


   
142  
 
A       a 
Əzaba qatlaşmaqla hər niyyətə çatarsan, 
Zəlillikdən qurtarıb ülviyyətə çatarsan. (75,98) 
 
İnsanı  ağır  zəhmətə  qatlaşmağa  çağıran  böyük  şair-pedaqoq, 
eyni zamanda başa salır ki,  ən ağır əməyin, əzabın, zəhmətin sonu 
rahatlıqdır, şadlıqdır: 
 
Zülmətli gecələrdə qatlaş ağır zəhmətə, 
Mərhəmətin, şəfqətin nuru yağır zəhmətə... 
Zəhmət fəryad deyildir, bir şadlıqdır insana, 
Zəhmətinin axırı rahatlıqdır insana. (yenə orada, səh.93) 
 
Göründüyü  kimi,  şairin  fikrincə,  halal  zəhmət  insanı  fira-
vanlığa, şadlığa, rahatlığa, şan-şöhrətə çatdırmaqla yanaşı, onun əx-
laqını saflaşdırır, onda mərhəmət və şəfqət hissləri oyadır. Ona görə 
də insan yalnız “öz halal zəhmətilə”, “namuslu insan” adı qazanma-
ğa çalışmalı, “zəhmət tikanı” onu “qanına qəltan” etsə də, tez usan-
mamalı, dilənçilik yolunu tutmamalıdır: 
 
Qana qəltan etsə də səni zəhmət tikanı, 
Çalışmaqdan usanma, işə alışdır canı. 
Öz halal zəhmətinlə namuslu insan sayıl, 
Hər yetənə alçalma, əl açıb olma sayıl.  
(yenə orada, səh.90) 
 
“Hər zəhmət sonunda bir səadət var”, – deyən dahi şairin fik-
rincə,  insan  xoşbəxt  həyat  sürmək  istəyirsə,  dəyanətli  və  dözümlü 
olmalı, ən ağır yükün altına girməyi bacarmalıdır: 
 
Xoşbəxt odur dözümə ləyaqəti var onun, 
Ağır yükə qatlaşmaq dəyanəti var onun. (4,129) 
 
“Vaxtı  boş  keçirmə  qələm  al  ələ,  zəhmət  çək,  dünyada  bilik 
kəsb  elə”  məsləhətini  verən  dahi  Nizaminin  fikrincə,  əmək,  halal 
zəhmət,  əzmkarlıq,  çalışqanlıq  təkcə  əxlaqi,  sosial-iqtisadi  məna 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə