Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə43/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   39   40   41   42   43   44   45   46   ...   64

   
137  
 
A       a 
Bu  misraların  təhlilindən  sonra  müəllim  öz  şərhinə  onu  da 
əlavə  edir  ki,  şan-şöhrət  zirvəsinə  yüksəldiyinə  baxmayaraq,  heç 
vaxt öz sadəliyini və təvazökarlığını itirməyən dahi Nizami bu gözəl 
əxlaqi sifətinə görə bu gün gənc nəslə bir örnəkdir, onun şəxsi hə-
yatı tərbiyə nümunəsidir. 
Burada  bir  məsələni  də  qeyd  etməyi  məqsədəuyğun  hesab 
edirik ki, “Məktəb pedaqogikası” dərsliyində müəllif (prof. N.Kazı-
mov)  mənfi  əxlaqi  keyfiyyətlərin  şərhində  onların  adını  (paxıllıq, 
yalan danışmaq, böhtan atmaq, satqınlıq, ikiüzlülük, arxadan danış-
maq, qiybət, qorxaqlıq, iradəsizlik, etibarsızlıq, israfçılıq, tənbəllik, 
xüdbinlik, özündən bədgümanlıq) çəkməklə kifayətlənmişdir. Fikri-
mizcə, əxlaq tərbiyəsinin başlıca vəzifələrindən biri də mənfi əxlaqi 
sifətlərə  qarşı  barışmazlıq  ruhunun  aşılanması  olduğu  üçün  gələcə-
yin  müəllimlərinə  həmin  keyfiyyətlərin  mahiyyəti,  insanın  şəxsi 
həyatında və cəmiyyətdə oynadığı mənfi rolu haqqında bilik vermək 
zəruridir.  Ona  görə  də  müəllim  “Əxlaq  tərbiyəsi”  mövzusuna  həsr 
olunan  mühazirədə  yuxarıda  qeyd  olunan  və  dərslikdə  adı  çəkilən 
mənfi əxlaqi sifətlər haqqında da  yığcam məlumat verməli, onların 
mahiyyətini  və  zərərini  açıqlamağa  çalıaşmalıdır.  Bu  zaman  öz 
fikrini  əsaslandırmaq  məqsədilə  N.Gəncəvinin  müvafiq  fikirlərinə 
müraciət etmək mahazirənin həm təlim (qeyd olunan əxlaqi keyfiy-
yətlər haqqından dərin anlayış vermək), həm də tərbiyə (mənfi əxla-
qi sifətlərə qarşı barışmazlıq hissi aşılamaq) baxımından səmərəsini 
əhəmiyyətli dərəcədə yüksəldir. 
Müəllimlərə kömək məqsədilə dahi şairin mənfi əxlaqi sifətlər 
haqqında bəzi fikirlərinə diqqət yetirək. Onun daha çox nifrət bəslə-
diyi  və  əsərlərində  dönə-dönə  toxunduğu  mənfi  və  əxlaqi  keyfiy-
yətləri  belə  qruplaşdırmaq  olar:  paxıllıq,  yalançılıq,  tamahkarlıq, 
ikiüzlülük, haqsızlıq, satqınlıq, vicdansızlıq, qəddarlıq, tənbəlik, is-
rafçılıq,  lovğalıq,  qorxaqlıq,  iradəsizlik  və  s.  Göründüyü  kimi,  bu 
əxlaqi sifətlər “Məktəb pedaqogikası” dərsliyində adı çəkilən mənfi 
əxlaqi  keyfiyyətlərlə  demək  olar  ki,  eyniyyət  təşkil  edir.  Qeyd 
olunan  keyfiyyətlərin  hər  birinin  mahiyyəti  və  təkcə  insanın  şəxsi 
həyatı üçün deyil, hər kəs və bütövlükdə cəmiyyət üçün zərəri haq-


   
138  
 
A       a 
qında  şairin  poeziyasında,  xüsusilə,  “Xəmsə”də  hikmətli  ifadələr, 
kəlamlar, beytlər kifayət qədərdir. Nümunə üçün onun paxıllıq haq-
qındakı bəzi fikirlərini nəzərdən keçirək. 
İnsanların  mənəviyyatını  korlayan  bu  mənfi  sifətin  tənqidinə 
şair demək olar ki, bütün poemalarında toxunmuşdur. Lakin “Sirlər 
xəzinəsi”, “Xosrov və Şirin” poemalarında bu məsələyə xüsusi diq-
qət yetirmiş və ayrıca yer vermişdir. Belə ki, “Sirlər xəzinəsi”nin on 
beşinci  söhbəti,  “Xosrov  və  Şirin”in  isə  son  hekayələrindən  biri 
“Paxılları məzəmmət” adlanır. Paxıl insanları xəzinə üstündə yatan 
ilana,  gül  kolunda  bitən  tikana  bənzədən  şair  öyrədir  ki,  hər  kəs 
hünəri ilə ucalmağa çalışmalı, bu yolla gedənlərə paxıllıq etməməli-
dir.  Çünki  paxıllıq  etməklə  həyatda  heç  nəyə  nail  olmaq  mümkün 
deyildir. Paxıllar həyatda tülkü kimi hər şeyə müftə nail olmaq istə-
yirlər.  Onların  paxıllıq  hissi  gözlərini  yumur,  yaxşı  işləri  görməyə 
qoymur: 
 
Paxıl! Göz yumaraq açıq nemətə, 
Saqqız çeynəyirsən girib xəlvətə... 
 
*** 
 
Hünəri görsə də etiraf etməz, 
Pis yolu buraxıb yaxşıya getməz. (4,82) 
 
Şahlara, hökmdarlara baş əyməyən, sözünü birbaşa hər kəsin 
üzünə  deməyi  bacaran  məğrur  şairin  ən  çox  nifrət  etdiyi  mənfi 
əxlaqi  sifətlərdən  biri  də  ikiüzlülükdür.  O,  ikiüzlü  insanları  saxta 
qızıl, qəlp pul kəsənlərə bənzədir və başa salır ki, belələrinin “üzü 
qızıl,  içi  mis”dir.  İkiüzlülərin  üzünə  baxanda  “aydan  arı,  sudan 
duru” görünürlər, lakin daxildən xəbis və kinlidirlər: 
 
Üzü qızıl, içi mis saxta pul san onları, 
Hər sözünə qulp qoyar, tanı hər an onları. 
Üzlərinə baxanda aydan arı hər biri, 
Əməliylə aləmin riyakarı hər biri. 


   
139  
 
A       a 
Üzdə şamdır, daxildə düyünlü ad hamısı, 
Üzdə sadə, daxildə xəbis vücud hamısı. (75,139) 
 
Dahi şairin əsərlərində ifşa etdiyi mənfi əxlaqi sifətlərdən biri 
də  tamahkarlıqdır.  O,  tamahkar,  həris  insanları  qan  soran  çibinə, 
mığmığaya  (ağcaqanada)  bənzədir,  başa  salmağa  çalışır  ki,  insan 
olan  hər  kəs  Tanrının  verdiyi  nemətə  qane  olmalı,  öz  qismətilə 
barışmalıdır: 
 
Çibintək, mığmığatək qan sormağa can atma
Tamahın neştəriylə ürəyini qanatma. 
Qarşına gələn nemət qismətindir, yeyərsən, 
Ruzi verən kimsəyə min-min alqış deyərsən. (4,84) 
 
Tamahkarlıq  edib  sələm  alanları  kəskin  tənqid  atəşinə  tutan 
şair, bu yolla qazancın haram olduğunu göstərir: 
 
Hər anını sevinclə, kef-damaqla yaşa sən
At əbanı, vur ömrü halallıqla başa sən. 
Aldıqların sələm ki, vardır tamah yolunda
Qəsəm olsun Allaha, deyil Allah yolunda. (yenə orada) 
 
Tamahkarlığın  yüksək  dərəcəsi  olan  hərisliyi  daha  böyük 
qətiyyətlə ifşa edən və nifrətlə damğalayan şair, var-dövlət yığmağa 
bütün həyatını həsr edənlərə, heç nədən gözəri doymayan hərislərə 
başa salmağa çalışır ki, o dünyaya heç nə apara bilməyəcəklər: 
 
Yad mülkünü soymağın, talamağın bəs deyil? 
Hərislikdən oda can qalamağın bəs deyil? 
Tutaq, tutdun gücünlə neçə aya cahanı, 
Aparmağın mümkünmü o dünyaya cahanı? 
Yanar məhşər kürəsi, burar tamah boynunu, 
Qənaətin qılıncı vurar tamah boynunu. (yenə orada) 
 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə