163
A a
Yıxsaydı yüz guru əgər yan-yana,
Qıymazdı dörd yaşı qurtarmayana.
Onun bir beləcə adəti vardı:
Gənc gurun qanını haram sayardı.
(64,68).
Bəhram şahın heyvanlara qayğıkeş münasibətinin üçüncü sə-
ciyyəvi cəhəti budur ki, o, kəməndə saldığı ceyranlara öz damğasını
vurdurduqdan sonra onları azadlığa buraxdırardı və bu damğanı
görən ovçuların heç biri həmin təbiət gözəllərini öldürməyə cəsarət
etməzdi:
Hər tutduğu gura vurardı damğa,
“Sərdar ol, – deyərdi, – bütün ovlağa.”
Minindən
birini kim tutsa əgər,
Şahın damğasını görərkən öpər,
Yaxşılıq keçərdi yadından ancaq,
Açardı bəndini, buraxardı sağ.
(yenə orada)
“Bəhramın ova çıxması və gurları dağlaması” adlanan bu bə-
dii parçanın sonunda, şair, öz dövründəki “qolugüclülərdən” şika-
yətlənərək yazır:
O gurlar ovlayan Bəhram çağında
Gurlara qurtuluş vardı dağında.
Qolu güclülərdən ölkəmizdə, bax,
Qarışqalar belə olmuş sinədağ.
(yenə orada)
Qeyd olunan nümunələrin qısa təhlilindən müəllim belə ümu-
miləşdirmə aparır: dahi Nizami Bəhram şahın timsalında öz dövrü,
eləcə də özündən əvvəlki və sonrakı dövrlər üçün xas olmayan yük-
sək ekoloji təfəkkür və mədəniyyət nümayiş etdirərək, insanları
təbiətə insani-əxlaqi münasibət göstərməyə, təbii sərvətləri qoruma-
ğa çağırır. Əlbəttə, Bəhram şahın canlılara olan insani və qayğıkeş
164
A a
münasibəti mütəfəkkir şairin poetik fantaziyasının məhsulu olan
mütərəqqi ekoloji tərbiyə ideyası idi. Bu ideyanın diqqəti çəkən və
əhəmiyyətli cəhəti ondadır ki, cəsarətli şair, təbiətə amansız zülm
edən “qolugüclülər”i kəskin tənqid atəşinə tutur, təbii gözəlliklərə
və sərvətlərə qayğıkeş münasibəti birinci növbədə şahlarda
(dövlət
başçılarında) görmək istəyir.
“Ekologiya və mədəniyyət” məsələlərini şərh edərkən prof.
N.Kazımov yazır: “Ayrı-ayrı adamların, hətta, xalqın mədəni səviy-
yəsi ətraf mühitin ekoloji vəziyyətinə təsir göstərir. Mədəni səviy-
yəsi yüksək olan adamların, xalqın ekoloji mühiti nisbətən sağlam,
mədəni səviyyəsi aşağı olan adamların ekoloji mühiti isə nisbətən
çirkli olur”
(120,389). Bu qısa qeyddən başqa həmin məsələ barədə
dərslikdə heç nə deyilmir. Ona görə də müəllim əlavə edir ki, dahi
Nizami hələ XII əsrdə bu fikri “İsgəndərnamə” poemasında irəli
sürmüşdür. Belə ki, poemada şair, İsgəndərə ibrət dərsi vermək
üçün onu “ədalət yurdu” adlandırdığı naməlum – öz poetik fantazi-
yasının məhsulu olan bir şəhərə gətirir. Bu şəhərdə bağlar, bağçalar
hasarsız, qoyun sürüləri çobansız, evlərin qapısı qıfılsızdır. Buna
baxmayaraq, burada heç bir oğurluq baş vermir. Burada hamı bir-
birinə əl tutur, bir-birinin sevincinə-kədərinə şərik olur. Var-dövlət
bərabər paylanır. Bu şəhərin “nəcib əhli”, “düzlükdən başqa yol”
tanımır, “fitnə axtarmır”, “qan tökmür”, “xəsislik bilmir”, “dilinə
yalan gətirmir”, “qızıla, gümüşə” aldanmır, “xəbərçilik” sevmir, heç
kimdən “zorla” “bir arpa qədər” də olsa heç nə almır.
Mədəni-əxlaqi
səviyyəsi yüksək olan “nəcib şəhər əhli” eyni zamanda təbiətə,
xüsusilə, canlılara, hətta, vəhşi heyvanlara qarşı qayğıkeş münasibə-
ti, yüksək ekoloji mədəniyyəti ilə başqalarından fərqlənir:
Bizdən qaçmaz əsla vəhşi heyvanlar,
Vermərik
onlara əziyyət, azar.
Ehtiyac olanda gur, cüyür, ceyran,
Özləri axışıb girər qapıdan.
Ovlamaq istəsək onlardan əgər,
Ovlarıq ehtiyac duyulan qədər.
165
A a
Lazım olmayanı
biz nahaq yerə,
Qırmarıq, ziynətdir onlar çöllərə.
(37, 575)
Hikmət dolu bu misraların qısa təhlilindən sonra, müəllim,
alınan nəticəni belə ümumiləşdirir: göründüyü kimi, dahi Nizami,
hələ səkkiz yüz əlli il əvvəl təbiətə münasibətin yüksək əxlaq və
ekoloji mədəniyyətdən asılı olduğunu anlatmağa çalışmış, ekologi-
yanın dərslikdə qeyd olunmayan daha bir aspektini
(“Qırmarıq,
ziynətdir onlar çöllərə” – estetik istiqaməti; estetik zövqü yüksək
olan adamlar, xalqlar təbiəti daha çox sevir, onu qorumağa çalışır)
göstərmişdir.
Ekoloji tərbiyənin mühüm vəzifələrindən biri təbiəti qoruma-
ğın zəruriliyini anlatmaqdır. Mütəfəkkir şair bu məsələyə “Sirlər
xəzinəsi” poemasında xüsusi yer ayırmış, insanlara təbiətin qorun-
ması zərurətini anlatmağa çalışmışdır:
Bu dünyanın hikməti çatmaz sona əzəldən,
Hər canlının şirindir canı ona əzəldən.
Üstünlükdə varlığın
birincidir dünyada,
Hər canlı da sənin tək bir incidir dünyada.
Qan bahası istəyən çoxdur deyə can alma,
Can verməyə qüdrətin yoxdur
deyə can alma (75, 97).
Qeyd olunan misraları təhlil edərək, müəllim, şairin bu misra-
lardakı məqsədini tələbələrə çatdırır: gördüyünüz kimi, burada dahi
mütəfəkkir üzünü bəşər övladına tutaraq başa salmağa, anlatmağa
çalışır ki, ey dünyanın əşrəfi insan, sən öz varlığınla birinci olsan da,
hər bir canlı da sənin kimi canlıdır, “bir incidir”, qiymətlidir, təbiət-
də öz dəyəri var. Sənə öz canın şirin olduğu qədər hər bir canlının
da canı özü üçün şirindir. Bir halda ki, can verməyə qüdrətin yoxdur,
onda heç bir canlını məhv etməyə çalışma.
“Ekoloji tərbiyədə müdrik kəlamların rolu” məsələsini şərh
edən prof. N.Kazımov öz dərsliyində heyvanların qorunması barədə
ulularımızın bir sıra kəlamlarını qeyd edir: “Onlar, məsələn, bildir-