Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə30/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   26   27   28   29   30   31   32   33   ...   64

   
93  
 
A       a 
şərt torpağın münbitliyidir. “Yeddi gözəl” poemasında dahi şair bu 
elmi tövsiyəni belə ifadə etmişdir : 
 
Hər kim toxum əksə şoranlıq çölə, 
Bircə peşimanlıq gətirər ələ. 
Ağac əkilməli münbit bir yerə
Ta behişt barı tək meyvələr verə (64, 41). 
 
Şair elə buradaca “şoranlığa toxum” əkməyi “kor gözlərə sür-
mə” çəkməklə müqayisə edir: 
 
Lakin şoranlığa toxum əkdilər, 
Onlar kor gözlərə sürmə çəkdirlər  
(yenə orada, səh.40). 
 
Bitkilərin  inkişafına  təsir  edən  digər  mühüm  amili  –  suyu  da 
yüksək qiymətləndirən şair, yenə “Yeddi gözəl” poemasında yazır : 
 
Belə baş qaçırmaq nədəndir, nədən? 
Bulud ağlamasa, gülərmi çəmən?  
(yenə orada, səh.154). 
 
Təkcə  bitkilərin  deyil,  bütün  canlıların  həyat  mənbəyi,  Yer 
kürəsində  üzvi  aləmin  mövcudluğunun  başlıca  səbəbkarı  olan  Gü-
nəşin işıq və istiliyinin rolunu çox yüksək qiymətləndirən şair poe-
malarında  dönə-dönə  bu  məsələyə  toxunur.  Məsələn,  “Yeddi  gö-
zəl”də deyilir: 
 
Günəş hər tərəfə dolandırsa baş, 
Ona üz döndərər gül yavaş – yavaş  
(yenə orada, səh.233). 
 
“İsgəndərnamə”  poemasında  isə  şair  günəşi  təkcə  bitkilərin 
inkişafının  deyil,  bütün  canlıların,  hətta,  cansız  daşın  çiçəklənmə-
sinin səbəbkarı hesab edir: 
 


   
94  
 
A       a 
Günəşin dimağı olduqca azər
Bağları, daşları çiçəklə bəzər (37, 261). 
 
Şair  bir  bioloq  alim  kimi  bütün  bitkilərin  eyni  vaxtda  çiçək 
açmadığını, hər birinin öz vegetasiya dövrünün olduğunu çox gözəl 
bildiyi  üçün  bu  barədə  maraqlı  məlumatlar  vermişdir.  Məsələn, 
“Sirlər  xəzinəsi”  poemasında  Azərbaycan  üçün  səciyyəvi  olmayan 
turunc bitkisi haqqında oxuyuruq: 
 
Turuncun adətidir: gül açmaz ilk baharda, 
Meyvəsi yetişəndə gəlib çıxar bahar da (75, 28). 
 
Sitrus bitkilərindən biri olan turunc qışda çiçəkləyir və  baha-
rın  əvvəlində  –  digər  bitkilər  çiçəkləyəndə  meyvələri  yetişir  (yenə 
orada,  səh.156).  zahiri  görünüşünə  görə  portağala  çox  oxşayan 
turunc turş-acı dadına görə ondan fərqlənir (102). Təəssüf ki, Niza-
mişünas S.Həsənzadə yuxarıdakı beyti şərh edərkən bu fərqi nəzərə 
almamış  və  yalnışlığa  yol  vermiş,  turuncu  portağal  kimi  qələmə 
almışdır (78, 232). 
N.Gəncəvi  sanki  bir  alim-aqronom  kimi  ayrı-ayrı  bitkilərin 
inkişaf  mərhələlərini,  onların  aqrotexniki  qaydada  yetişdirilməsi 
şərtlərini  aydın  və  dəqiq  təsvir  etmişdir.  Məsələn,  o,  “Xosrov  və 
Şirin” poemasında toxumun inkişaf prosesini bir bioloq-mütəfəkkir 
kimi belə təsvir edir: 
 
Toxum çürüməsə bitməz heç zaman, 
Bir iş bağlanmasa, açılmaz inan (57, 155). 
 
“Yeddi  gözəl”  poemasında  isə  şair  üzümün  bol  məhsul  ver-
məsinin  onun  yazda  vaxtında  budanmasından  asılı  olduğunu  xatır-
ladır: 
 
Tənək ağlamasa vaxtında zar-zar, 
Yetirməz axırda sevinclərlə bar (64, 30). 


   
95  
 
A       a 
 
Nizamişünas  S.Həsənzadə  yuxarıda  adı  çəkilən  dəyərli  mo-
noqrafiyasında bu beytin şərhini çox gözəl vermişdir: “...yaz zamanı 
budanan  tənək  barmaqlarından  su  damcılayır.  Bu,  torpağın,  ağacın 
oyanması dövründə olur. Odur ki, şair kəsilmiş barmaqlardan axan 
damcıları  onun  göz  yaşına  bənzədir  və  qeyd  edir  ki,  tənək  yazda 
ağlamasa, payızda gülə-gülə bar verməz” (78, 250). 
Canlı orqanizmlə xarici mühit arasında sıx qarşılıqlı əlaqənin 
mövcudluğunu, hər bir canlının özünəməxsus yaşayış şəraitinin ol-
duğunu,  həmin  şəraitin  dəyişməsinin  canlıların  məhvinə  gətirib 
çıxardığını və s.elmi məsələləri dərindən bilən şair “İsgəndərnamə” 
poemasında yazır: 
 
Üç şey üç ölkədə fəlakət alır, 
Hər üçü məhv olur, ömrü azalır: 
İranda fil, Çində pişik, Hinddə at. 
Məhv olur, açmayır əsla qol-qanad (37, 271). 
 
Məlumdur  ki,  biosferdə  canlılar  arasındakı  qarşılıqlı  əlaqəni, 
eləcə də üzvi və qeyri-üzvi maddələrin bir-birinə çevrilməsini, onla-
rın  mübadiləsi  və  dövriyyəsini  təmin  edən  başlıca  amillərdən  biri 
qida  zənciridir.  Bu  amilə  xüsusi  diqqət  yetirən  filosof  şair  “İsgən-
dərnamə” poemasında yazır: 
 
Turacın əcəli çatdığı zaman, 
Şahin ovlağına qonar havadan. 
Çəyirtkə al qanad açınca, əlbət, 
Al qanla verəcək sərçəyə bir xətt (37, 296). 
 
Beləliklə,  yuxarıda  qeyd  olunan  nümunələr  aydın  göstərir  ki, 
ayrı-ayrı təbiət fənlərinin, xüsusilə, fiziki coğrafiya, fizika, astrono-
miya,  kimya,  biologiya  və  s.məzmunu  ilə  bağlı  dahi  şairin  dəyərli 
elmi-bədii fikirləri kifayət qədərdir və həmin fikirlərdən tədris pro-
sesində  müvafiq  mövzuların  öyrədilməsi  zamanı  istifadə  imkanları 


   
96  
 
A       a 
və  yolları  geniş  və  rəngarəngdir.  Həmin  imkan  və  yollardan 
səmərəli  istifadə  edən  qabaqcıl  müəllimlərin  təcrübəsi  göstərir  ki, 
bu, həm təbiət haqqında şagirdlərin biliklərini genişləndirir və möh-
kəmləndirir, elmi dünyagörüşünün inkişafına stimul yaradır, həm də 
dahi  şairin  eyni  zamanda  böyük  təbiətşünas  filosof  olmasına  dərin 
inam  yaradır;  həmin  inam  isə  onların  qəlbində  milli  iftixar  hissini 
alovlandırır. 
Ensiklopedik  biliyə  sahib  olan  filosof-şair  riyaziyyat  elminin 
də  incəliklərinə  dərindən  bələd  olmuş,  bu  sahədə  Avropanın  bəzi 
alimlərini  bir  neçə  əsr  qabaqlamışdır.  Nizamişünas  alim  S.Həsən-
zadə  bu  cəhətə  xüsusi  diqqət  yetirərək  yazır:  “Nizami  Gəncəvinin 
başqa təbiət elmləri ilə yanaşı, XII  əsrdə riyaziyyata dair söylədiyi 
fikirlər Avropada XVI – XVII  əsrlərdə öyrənilməyə, açılmağa baş-
lamışdır. Məsələn şair “Xosrov və Şirin” əsərində ikölçülü, üçölçülü 
koordinat sistemləri haqqında məlumat verməklə onları bir-birindən 
fərqləndirən əsas xüsusiyyətlərini də söyləmişdir. Ancaq elm aləmi-
nə  məlumdur  ki,  həmin koordinat  sistemləri  (çəpbucaqlı  və  düzbu-
caqlı) görkəmli fransız riyaziyyatçısı, filosofu Rene Dekartın (1596 
– 1650) adı ilə bağlıdır” (78, 107). 
Müəllif  bu  fikri  təsdiqləmək  üçün  dahi  şairin  “Sirlər  xəzinə-
si”nə istinad edir və yazır: “Tarixi bir fakta görə, Nizami yaradıcı-
lığı  ilə  Avropada  ilk  maraqlananlar  fransızlar  olmuşlar.  Nizaminin 
riyaziyyata, maddi aləmin yaranmasına və dərk olunmasına, maddə-
nin  ikili  (dualist)  xassəyə  malik  olmasına  dair  vaxtilə  söylədiyi  fi-
kirlər  sonralar  R.Dekartın  söylədiyi  fikirlərlə  eyniyyət  təşkil  edir. 
Məsələn, Nizami “Sirlər xəzinəsi” əsərində yazır: 
 
Şair yaratdığı sözdən qiymətli nə var? 
Sözlə iki dünyanın xəzinəsini alarlar. 
 
Yaxud “Leyli və Məcnun”da oxuyuruq: 
 
Bu iki aləmə sığmayan bir kəs 
Bir can köynəyinə sığışa bilməz. 
 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə