Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə26/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   22   23   24   25   26   27   28   29   ...   64

   
81  
 
A       a 
 
“Xosrov  və  Şirin”  poemasında  isə  şair  şiri  bir  daha  nümunə 
göstərir, bu dəfə onun “mərdliyini”, “qürurunu” xüsusi qeyd edir : 
 
Acizi tutmaqdan əl götürdü şir
Şirlər aciz ovu etməzlər əsir (57, 91). 
 
Özünəməxsus  xislətə  malik  olan  vəhşi  heyvanlardan  biri  də 
çöldonuzu – qabandır. Qaban öz düşməni ilə qarşılaşanda dişlərini 
qıcayaraq boynunu aşağı əyir və çox vahiməli görünüş yaradır. Ona 
görə də yırtıcı heyvanların çoxu, hətta, aslan belə onun zəhmindən 
çəkinir. Şair bu mənzərəni “İsgəndərnamə” poemasında bir rəssam 
kimi təsvir edir: 
 
Dişini uzaqdan göstərsə qaban
Kin ilə döyüşər o qara aslan. 
Dişini çıxarıb əysə boynunu, 
Aslan da toxunmaz, bağışlar onu. (37, 291). 
 
Şair hər hansı heyvandan bəhs edərkən kiçik bir ştrixlə də olsa 
onun  ən  xarakterik  əlamətini  –  xislətini  böyük  ustalıqla  təsvir  edir 
və  insanları  bu  xasiyyətlərdən  ibrət  dərsi  almağa  çağırır.  Məsələn, 
“Yeddi  gözəl”  poemasında  cəmi  altı  misrada  yeddi  heyvanın  ən 
xarakterik cizgilərinə işarə edir: 
 
Ahu sağrılısan, ey saçı ənbər, 
DovĢan yuxusuna verməyin yetər. 
Qorxuram çox yaman bu qurd fələkdən, 
Tülkülük etməyə başlaya birdən. 
Qorxuram üstünə cuma Ģir kimi, 
Didə pələng kimi, ləc bəbir kimi (64, 159). 
 
Göründüyü kimi, şair cəmi bir neçə misrada ahunun (maralın) 
iri sağrılı, dovşanın ayıq yatan (gözüaçıq), canavarın (qurdun) yırtı-
cı,  tülkünün  hiyləgər,  şirin  cəsarətli,  pələngin  yüksək  parçalamaq 


   
82  
 
A       a 
qabiliyyətli,  bəbirin  çox  sürətli  olmasını  bircə  ştrixlə  aydın  təsvir 
etmişdir. 
Zoologiyanın tədrisi prosesində belə nümunələrdən həm dərs-
də əyani  vasitə  kimi,  həm  də  ayrı-ayrı heyvanların  səciyyəvi  xüsu-
siyyətləri haqqında şairin dəyərli fikirlərini daha dərindən öyrənmək 
məqsədilə ev tapşırığı (müstəqil iş) formasında istifadə etmək müm-
kün və əhəmiyyətlidir. Məsələn, vəhşi heyvanlarla bağlı mövzunun 
tədrisi zamanı müəllim şairin “Yeddi gözəl” poemasından yuxarıda 
qeyd etdiyimiz parçanı oxuyub təhlil etdikdən sonra belə bir müstə-
qil  iş  tapşırır:  “Evdə  N.Gəncəvinin  “Leyli  və  Məcnun”  və  “İsgən-
dərnamə”  poemalarında  vəhşi  heyvanların  səciyyəvi  xüsusiyyətləri 
haqqındakı beytləri öyrənin və dəftərinizə qeyd edin”. 
Belə müstəqil işlərə geniş yer vermək həm heyvanlar haqqın-
da biliklərin genişləndirilməsi, dərinləşdirilməsi və möhkəmləndiril-
məsi,  həm  şagirdlərdə  tədqiqatçılıq  qabiliyyətlərinin  inkişafı,  həm 
də  dahi  Nizaminin  ölməz  poeziyasını  oxutmaq,  öyrətmək,  sevdir-
mək baxımından böyük əhəmiyyət kəsb edir. 
Canlı  aləmin  ali  forması,  təbiətin  son  əsəri  olan  insanı  Yer 
üzünün  “birinci  varlığı”  adlandıran  N.Gəncəvinin  “Xəmsə”sində 
anatomiya,  fiziologiya  və  gigiyena  məsələləri  də  geniş  yer  tutur. 
Bitki və heyvanlar aləminə yaxşı bələd olan şair, Yer üzünün “əşrə-
fi” saydığı insanın anatomiyası, fiziologiyası və gigiyenası ilə bağlı 
məsələləri  daha  dərindən  öyrənmiş  və  bütün  poemalarında,  hətta, 
qəsidə  və  qəzəllərində  bu  barədə  hikmət  dolu  fikirlər  irəli  sürmüş-
dür. Fikrimizi təsdiqləyən bəzi nümunələrə diqqət yetirək. 
“Sirlər  xəzinəsi”  poemasının  “Könül  dünyası  və  onunla  sir-
daşlıq” adlı parçasında şair insanın yeddi əsas daxili orqanını (ürək, 
ağciyər,  qara  ciyər,  öd  kisəsi,  dalaq,  mədə,  böyrək)  “bir  kəşanə 
içində” özünə yer almış “yeddi xəlifəyə” bənzədir: 
 
Yeddi xəlifə gördüm bir kəşanə içində
Yeddi macəra vardı bir əfsanə içində (75, 56). 
 


   
83  
 
A       a 
Burada şair demək istəyir ki, yeddi macəra bir dastana düzü-
lən kimi, “yeddi xəlifə” (yəni insanın yeddi daxili orqanı) də bir-bi-
rinin yanında sıraya düzülmüşdür. “Yeddi macəra” dedikdə isə şair, 
Firdovsinin  “Şahnamə”  əsərindəki  “Həftəxan”  dastanını  nəzərdə 
tutur (bax: 75, səh. 170). 
Elə buradaca şair həmin yan-yana düzülmüş “yeddi xəlifənin” 
–  əsas  daxili  orqanların  fizioloji  xüsusiyyətlərini,  yəni  həmin 
orqanların daşıdığı funksiyanı obrazlı ifadələr və bənzətmələrlə elə 
böyük məharət və dəqiqliklə təsvir edir ki, oxucunu heyrət bürüyür : 
 
Günortanın sultanı baş tərəfdə əyləşib, 
Ġlıq nəfəs sahibi közərməkdən keyləşib. 
Qızılaltı süvari qarşısında baş əyir, 
Əyni yaqut qəbalı ona zəfər diləyir. 
Acıdil, cavan casus hər an hazırdır ova, 
Qüssəli qara əsgər qorxudan düşür lova. 
Bərədə pusqu quran bir kəməndatan da var, 
Gümüşdən zirehlənib misbədən pəhləvanlar  
(yenə orada, səh.56). 
 
Bu  şeir  parçasına  nizamişünas,  “Sirlər  xəzinəsi”  poemasına 
“ön söz” və “izahlar” yazan prof.R.Əliyev çox aydın və elmi mənti-
qə  söyənən  belə  bir  şərh  vermişdir:  “Bu  beytlərdə  yeddi  xəlifənin 
(yəni insanın daxili orqanlarının – B.A.) təsviri verilir. Günortanın 
sultanı – günəş, yəni qəlb. Ġlıq nəfəs sahibi – ağ ciyər, nəfəs alar-
kən  havanı  bir  az  qızdırır.  Qızıl  atlı  süvari  –  ürək,  yaqut  əbalı 
zəfər əsgəri – qaraciyər, acıdil, cavan casus – öd kisəsi. Qədim tə-
biblərin  təsəvvürünə  görə  öd  kisəsinin  iki  ağzı  var.  Biri  ağ  ciyərə 
açılır və qanı təmizləyərək onun tortasını özünə çəkir, ikinci ağzı isə 
mədə  ilə  birləşib  qara  səfranı  mədəyə  daxil  edib,  iştaha  gətirir  və 
buna görə də şair ona “şikar kəşfiyyatçısı” ləqəbi  vermişdir.  Qara 
kölə - dalaq, kəməndatan – mədə, onun kəməndi isə - bağırsaqlar, 
misbədən pəhləvanlar – böyrəklər” (yenə orada, səh.170). 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə