Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə24/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   20   21   22   23   24   25   26   27   ...   64

   
75  
 
A       a 
Şahanə taxt keçər əlinə, hamar, 
Qızılağac kimi düyünsüz olar (57, 61). 
 
Şair ayrı-ayrı bitkilərin səciyyəvi əlamətlərini dərindən öyrən-
məklə  yanaşı,  onların  hər birinin müalicə  əhəmiyyəti ilə  maraqlan-
mış və bu cəhəti öz əsərlərində xüsusi qeyd etmişdir. Bu fikri “Xalq 
təbabətinin  tarixi”  adlı  məqalənin  müəllifi  də  təsdiq  edərək  yazır: 
“XI-XII  əsrlərdə  Azərbaycanda  elmin  və  mədəniyyətin  inkişafında 
böyük əməkləri olan bir sıra alimlər, şairlər, filosoflar və həkimlər 
zahir  oldular.  Bunların  içində  görkəmli  şəxsiyyət  Azərbaycan  şairi 
Nizami  Gəncəvi də var idi. Hərtərəfli biliyə malik olan Nizaminin 
“Xəmsə”sində  dərmanlar  barəsində  yazılar  görürük.  “İsgəndərna-
mə”də  isə  Nizami  yazır:  Baş  ağrısı  üçün  mütləq  qızılgül  suyu 
(gülab) vacibdir” (87). 
Müəllifin gəldiyi bu doğru qənaətini təsdiqləyərək onu da əla-
və  etməyi  məqsədəuyun  hesab  edirik  ki,  N.Gəncəvi  əsərlərində 
təkcə qızılgülün deyil, onlarla bitkinin müalicəvi əhəmiyyətinə diq-
qət yetirmiş və poetik ifadələrlə xüsusi qeyd etmişdir. Məsələn, sü-
sənbər çiçəyini indi çoxları heç də tanımır, lakin dahi Nizami onun 
bütün xüsusiyyətlərini dərindən bildiyi  üçün “Sirlər xəzinəsi” poe-
masında yazır: 
 
Zanbaqtək quyruğuna zəhər dolub əqrəbin
Süsənbər zəhərini kəsən olub Əqrəbin (75, 30). 
 
Göründüyü  kimi,  şair  süsənbər  çiçəyindən  alınan  şirənin  əq-
rəb  zəhərinə  qarşı  dərman  olduğunu  çox  yaxşı  blirmiş  (bax:  75, 
157). Qeyd olunan fikrə arqument olan başqa bir misal: 
 
Yasəmən də, tikan da çölə, düzə sancılar, 
Biri gözə məlhəmdir, biri gözə sancılar  
      (yenə orada, səh.133). 
 


   
76  
 
A       a 
Yasəməni  indi  çoxları  tanıyır, lakin onun “gözə  məlhəm” ol-
duğunu az adam bilir. Sabir Həsənzadəni bu baxımdan belə bir sual 
düşündürür:  Görəsən  göz  həkimlərimiz  yasəmən  çiçəyinin  gözə 
təsirini bilirlərmi? (78, 234). Belə misalların sayı kifayət qədərdir. 
Burada bir cəhəti də xüsusi qeyd etmək lazımdır ki, dahi şair 
təkcə  Azərbaycanın  florası  deyil,  dünyanın  ən  uzaq  ölkələrinin, 
hətta, ekvatorial və tropik qurşaqların bitki örtüyü haqqında da dərin 
bilik sahibi olmuşdur. Bu fikri ekvatorial və tropik qurşaqlarda bitən 
bəzi bitkilərin xarakterik əlamətləri haqqında “Xəmsə”də rast gəldi-
yimiz dəqiq poetik ifadələr sübut edir. Məsələn, Azərbaycandan çox 
uzaqlarda  –  Çinin  cənubunda  və  Cənubi  Yaponiyada  bitən  kafur 
(kamfora ağacı; kamfora dəfnəsi də deyilir) bitkisi haqqında çoxları 
elmi informasiyanın sürətlə yayıldığı indiki zamanda demək olar ki, 
heç nə bilmir. Lakin dahi Nizami  hələ XII əsrdə bu bitkinin bütün 
xarakterik  cəhətlərini  (hündür  ağac  olmasını,  ondan  kafur  adlı  ağ 
dərman  maddəsinin alındığını və  s.)  yaxşı  bildiyi  üçün “Xosrov və 
Şirin” poemasında hovuzda çimən Şirinin boyunu hündür kafur ağa-
cına, bədəninin rəngini bu ağacdan alınan ağappaq kafur maddəsinə 
bənzətmişdir: 
 
Nar sütunu kimi bir ağac bitdi, 
Suda kafur kimi əridi getdi (yenə orada, 154). 
 
Elmi  ədəbiyyatdan  məlumdur  ki,  dəfnəkimilər  fəsiləsindən 
olan  kafur  (kamfora)  ağacının  hündürlüyü  20  -  50  metrədək  olur. 
Yarpağı  ətirli  olan  kafurun  çiçəkləri  ağımtıldır.  Bütün  hissələrində 
efir (kamfora) yağı var. Oksidləşmə nəticəsində ondan kamfora yağı 
alınır (84, 238). 
Yuxarıda  qeyd  olunan  fikrimizə  arqument  kimi  ikinci  bir 
misalı nəzərdən keçirək. Məlum olduğu kimi, bambuk dünyada  ən 
hündür  (40  metr)  ot  bitkisi  olub  əsasən  Cənub-Şərqi  Asiyanın  tro-
pikləri  və  subtropiklərində,  Mallaya  arxipelaqlarında  bitir  (85,  15). 
“Nəhəng  bambuk  meşələrinin  əslində  otluqlar  olduğunu  az  adam 
bilir”  (86).  Lakin  hələ  XII  əsrdə  dahi  N.Gəncəvi  bunu  çox  yaxşı 


   
77  
 
A       a 
bilirdi  və  bu  bitkinin  digər  əlamətlərinə  də  bələd  idi.  Ona  görə  də 
“Leyli və Məcnun” poemasında – “Məcnunun ahuları azad etməsi” 
parçasında  ahunun  zərif,  incə  ayaqlarını  bambuk  “ağacının” 
gövdəsinə bənzədərək, şair yazır: 
 
O zərif ayaqlar bir xəyzərandır, 
Onları incitmə, qıyma, amandır! (74, 139). 
 
N.Gəncəvinin dövründə Şərq ədəbiyyatında bambuk xəyzəran 
adlanırdı  (bax:  74,  səh.297).  Qeyd  olunan  nümunələrdən,  eləcə  də 
şairin əzrəq (göy gül), mərdümgiyah (adamotu, jenşen), hənut (ətirli 
göyərti),  siçanqulağı,  inəkgüzü  və  s.az  tanınan  bitkilər  haqqında 
yazdığı  obrazlı  ifadələrdən  botanika  dərslərində  müvafiq  mövzula-
rın  tədrisi  zamanı  əyani  vasitə  kimi  istifadə  etmək  həm  bitkilər 
haqqında şagirdlərin biliyinin genişləndirilməsini və möhkəmləndi-
rilməsini  təmin  edir,  həm  də  dahi  şairin  eyni  zamanda  təbiətşünas 
alim, bitkilər aləminin dərin bilicisi olmasına inamı gücləndirir. 
“Xəmsə”də adı çəkilən heyvan növlərinin tədqiqi göstərir ki, 
şair bitki aləmi kimi heyvanlar aləmini də dərindən öyrənmiş, ayrı – 
ayrı  heyvan  növləri,  onların  xarakterik  əlamətləri  və  fərqləndirici 
xüsusiyyətləri haqqında dəyərli məlumatlar vermişdir. Şairin öz ya-
radıcılığında diqqət  yetirdiyi heyvanlar aşağıdakılardır: bülbül, me-
şə xoruzu, faxtə (şanapipik), qumru, kəklik, turac, qırqovul, alabax-
ta, qırğı, şahin, qartal, tərlan, leylək, qaranquş, göyərçin, tovuz quşu, 
sərçə, tutuquşu, ilan, kərtənkələ, su ilanı, tısbağa, tülkü, canavar, pə-
ləng, kərgədan, şir, bəbir, dovşan, yarasa, qara samur, sincab, vaşaq, 
qaban,  dələ,  qunduz,  maral,  ceyran,  cüyür,  fil,  dəvə,  arı,  qarışqa, 
çəyirtkə, atəşli böcək, hörümçək, milçək, balıq, ipəkqurdu və s. 
Siyahıdan  göründüyü  kimi,  şair,  heyvanların  demək  olar  ki, 
bütün tip və siniflərinin (həşəratlar, balıqlar, suda-quruda yaşayan-
lar, sürünənlər, quşlar, məməlilər) xarakterik nümayəndələrini diq-
qətlə  öyrənmiş,  onların  səciyyəvi  xüsusiyyətlərini  müqayisəli  şə-
kildə  və  obrazlı  ifadələrlə  öz  əsərlərində  əks  etdirmişdir  ki,  bu  da 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə