Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə21/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   17   18   19   20   21   22   23   24   ...   64

   
65  
 
A       a 
lərini  müəllimlər  görkəmli  nizamişünas  Sabir  Həsənzadənin  “Dün-
yadan əziz dünya (Nizaminin təbii-elmi görüşləri)” adlı çox dəyərli 
monoqrafiyasından əxz edə bilərlər (bax : 78, səh.29 – 230). Elmi-
fəlsəfi  aspektdə  yazılmış  və  dahi  şairin  təbiət  elmləri  ilə  bağlı 
qiymətli fikirlərini sistemli və mükəmməl şərh edən bu monoqrafi-
yadan  tədris  prosesində  –  müvafiq  mövzuların  öyrədilməsi  zamanı 
səmərəli  istifadə,  əlbəttə  ki,  hər  bir  müəllimdən  pedaqoji  ustalıq 
tələb  edir.  Dərsə  əvvəlcədən  yaxşı  hazırlaşan  müəllim,  hansı 
mövzuda  dahi  şairin  hansı  fikrinə  aid  müvafiq  misraları  məzmuna 
uyğun  seçməli,  həmin  poetik  parçanın  şagirdlərə  təqdim  olunması 
formasını  (əzbər  söyləmək;  kitabdan  oxumaq;  ekranda  canlandır-
maq;  disk  vasitəsilə  səsləndirmək  və  s.)  müəyyənləşdirməli;  təhlil 
və  əqli  nəticənin  çıxarılması  üçün  axtarış  xarakterli  düşündürücü 
suallar hazırlamalıdır. Məsələn, fizika dərsində işığın xassələrindən 
bəhs  edərkən,  müəllim,  dahi  şairin  “Sirlər  xəzinəsi”  poemasında 
aşağıdakı  misraları  əvvəlcə  proyektor  vasitəsilə  ekranda  (lövhədə) 
işıqlandırır və bu misraları diqqətlə oxumağı şagirdlərə tapşırır : 
 
Kəhrəba zərrə yağdı sübhün camı günəşdən, 
Daşlar yağan zərrəni təşnətək uddu dən-dən (75, 23). 
 
Şagirdlər həmin misralarla yaxından tanış olub mənimsədikdən 
sonra müəllim əvvəlcədən seçdiyi suallarla onlara müraciət edir: 
–  Uşaqlar,  bu  misralar  Azərbaycanın  hansı  dahi  şairinə  məx 
susdur? 

 
N.Gəncəvinin hansı poemalarını oxumusunuz? 

 
Bu misralar hansı poemadandır? 

 
Həmin  misraları  bir  daha  diqqətlə  oxuyun  və  deyin: 
burada işığın hansı xassəsinə aid işarə vardır? 
Şagirdlərin müxtəlif cavablarını ümumiləşdirən müəllim qeyd 
edir ki, dahi Azərbaycan şairi N.Gəncəvi ensiklopedik biliyə malik 
olduğu  üçün  işığın  əsas  xassələrindən  birini  –  zərrəciklər  selindən 
(korpuskullar)  ibarət  olmasını  İ.Nyutondan  təxminən  500  il  əvvəl 
söyləmişdir. Dahi şair işığın zərrəciklər selindən ibarət olması xas-


   
66  
 
A       a 
səsinə  digər  poemalarında  da  toxunmuşdur.  Məsələn,  “Leyli  və 
Məcnun” poemasında oxuyuruq: 
 
Bir-iki rind ilə get müsahib ol
Axtar bu dünyada qüsursuz bir yol. 
Zərrəylə dur, otur gün iĢığıtək, 
Cəmşid sarayının fikrindən əl çək (48, 40). 
 
Bu  misrada  da  işığın  zərrəciklər  selindən  ibarət  olmasının 
aydın əks olunduğunu vurğulayan müəllim, əlavə edir ki, dahi şair 
işığın rəngi barədə də zamanı təxminən 500 il qabaqlayan fikir söy-
ləmişdir.  Belə  ki:  “Nyutona  qədər  işığı  yalnız  ağ,  bəsit  şəkildə  tə-
səvvür etmişlər. Onun mürəkkəb olmasını, yəni yeddi rəngin birləş-
məsindən  əmələ  gəlməsini  bilməmişlər.  Indi  isə  dahi  şairin  XII 
əsrdə işıq haqqındakı fikirləri ilə bağlı beytlərini nəzərdən keçirək: 
 
Narıncı rəngli asiman oyadanda günəşi, 
Əlində turunc kimi oynadanda günəşi. 
Yaxud: 
Göz yaşını görəndə, halına ağlardı sübh, 
Şəfəqə gözlərindən qızıl qan çağlardı sübh. 
 
Nizami bu misralarda günəş şüalarının rəngi ilə günün nə vaxt 
olduğunu bildirmiş, səhərlər isə maneəni aşma qabiliyyəti çox olan, 
yəni  dalğa  uzunluğu  uzun  olan  şüaların  (qırmızı,  qan  rəngində) 
görünməsinə işarə etmişdir” (78, 33 – 34) 
Dərsin  sonunda  müəllim  tövsiyə  edir  ki,  dahi  şairin  fizika,  o 
cümlədən, işığın xassələri ilə bağlı dəyərli fikirləri ilə daha dərindən 
tanış  olmaq  üçün  görkəmli  nizamişünas  alim  S.Həsənzadənin  adı 
çəkilən kitabını (78, səh.29 – 105) oxusunlar. 
Fizika fənni üzrə tədris proqramında öz əksini tapmış bir çox 
təbiət hadisələri, qanunları və qanunauyğunluqları (enerjinin kütləyə 
çevrilməsi, işığın dispersiyası, sınması, səs dalğalarının interferen-
siyası,  rezonans  –  əks-səda,  kütlə  ilə  ətalət  arasında  əlaqə,  mad-


   
67  
 
A       a 
dələrin keçirici və dielektrik xassələrə malik olması, buxarlanma və 
istilik hadisələri, diffuziya, radioaktivlik, fotoeffetkt, maddələrin sıx-
lığı,  Nyutonun  qanunları,  Eynşteynin  nisbilik  nəzəriyyəsi  və  s.)  ilə 
bağlı  dahi  şairin  dərin  elmi  fikirləri  mövcuddur.  Həmin  fikirlərin 
xeyli  qismi  nizamişünas  fizik-filosof  və  şair  Sabir  Həsənzadə 
tərəfindən tədqiq və təhlil edilmişdir (yenə orada). Müvafiq mövzu-
ların  tədrisi  zamanı  yuxarıda  qeyd  olunan  məsələləri  şərh  edərkən 
dahi Nizaminin elmi-bədii təfəkkürünün məhsulu olan hikmətli mis-
ralarına istinad etmək faydalı və zəruridir. 
Orta məktəblərdə tədris olunan təbiət fənlərindən biri də kim-
yadır.  Doğrudur,  N.Gəncəvinin  dövründə  kimya  elmi,  fizika,  riya-
ziyyat,  astronomiya,  təbabət  və  s.təbiət  elmləri  ilə  müqayisədə  o 
qədər də inkişaf etməmişdi. Buna baxmayaraq, dahi şair öz dövrün-
də kimya sahəsində mövcud olan  elmi  bilikləri dərindən mənimsə-
miş,  bədii  yaradıcılığında  onlardan  yararlanmışdır.  Belə  ki,  “Xəm-
sə”də  kimyaya  dair,  daha  dəqiq  desək,  kimyəvi  maddələr,  onların 
xassələri haqqında elmi fikirlərdən bir neçəsinə diqqət yetirək. 
Dahi  şairin  öz  poemalarında  tez-tez  adını  çəkdiyi  kimyəvi 
maddələrdən biri civədir. “Sirlər xəzinəsi”ndə oxuyuruq: 
 
Civətək qaynasa da daim yağı beyninin
Sincab rəngli fındıqlı var donmağı beyninin (75, 101). 
 
Nizamişünas alim S.Həsənzadə bu misralara maraqlı və elmi 
məntiqə söykənən belə bir şərh vermişdir: “Məlumdur ki, civə -39

C-də əriyir. Onu da demək olar ki, civə həmişə  maye halında olur. 
Şair  bu  bənzətməni  təsadüfi  işlətməmişdir.  Çünki  civənin  ərimə 
temperaturunun çox aşağı olması Nizamiyə məlum olmasaydı o, bu 
bənzətməni, bu elmi fikri deyə bilməzdi” (78, 213 – 214). 
“Sirlər xəzinəsi”nin başqa bir yerində şair civənin digər xassə-
sinə – səpələnməsinə işarə edərək yazır: 
 
Səxavət çeşməsindən əli civə səpibdir
Bir yerə yığmaq olmaz, bəlli, civə səpibdir (75, 42). 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə