Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə19/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   15   16   17   18   19   20   21   22   ...   64

   
58  
 
A       a 
dövründə)  ceyran-cüyür  sürüləri  kifayət  qədər  olmuşdur.  Lakin 
zaman-zaman insafsız ovçuların zülmü nəticəsində bu təbiət gözəl-
liklərinin  sayı  get-gedə  azalmış,  müasir  dövrdə  isə  kökünün 
kəsilməsi təhlükəsi yaranmışdır. Şairin yuxarıdakı misraları göstərir 
ki, bu proses hələ XII əsrdən başlamışdır. 
Azərbaycanın nadir təbiət inciləri olan ceyranların, cüyürlərin, 
maralların mühafizəsi məsələlərinə dahi humanist şairin “Sirlər xə-
zinəsi”, “Leyli və Məcnun” poemalarında daha geniş yer verilmişdir. 
Belə  ki,  “Sirlər  xəzinəsi”ndə  bu  məsələyə  “İnsanın  ülviyyəti”, 
“Firidunla ceyranın hekayəti”ndə, “Məcnunun ahuları azad etməsi”, 
“Məcnunun ceyranı azad etməsi” və s.hekayələrdə xüsusi yer ayır-
mış, insanları bu təbiət gözəlliklərini qorumağa çağırmışdır. Məsə-
lən:  “Məcnunun  ahuları  azad  etməsi”  hekayəsində  şair  Məcnunun 
dili ilə zalım ovçuya deyir: 
 
Ahular başından götür tələni, 
Onları azad et, sevindir məni. 
Yazıq heyvanlara nə qəsdin vardır? 
Onlar həyat üçün yaranmışlardır... 
Necə qıyırsan ki, bir həmlədə sən 
İki-üç qan töküb nəfəs kəsəsən. 
Qurd olsa bir adam zatında əgər, 
Bu qurd o ceyranın qanını tökər (74, 138). 
 
Həmin  misalların  mahiyyətini  şagirdlərə  şərh  edən  müəllim 
qeyd  edir  ki,  uşaqlar,  gördüyünüz  kimi,  böyük  humanist  şair  olan 
N.Gəncəvi  hələ  XII  əsrdə  Azərbaycan  təbiətinin  nadir  inciləri  olan 
ceyranları,  maralları  qorumağın  zəruriliyini  insanlara  inandırmağa 
çalışmış, bu təbiət gözəlliklərini məhv etməyə çalışanları zatı qurd 
(canavar) olanlar adlandırmışdır. Bu gün də belə zatı canavar olan-
lar  az  deyil.  Ona  görə  də  bu  təbiət  incilərinin  kökünün  kəsilməsi 
təhlükəsi  yaranmışdır.  Mütəfəkkir  şair  məhz  hələ  səkkiz  əsr  yarım 
bundan əvvəl böyük uzaqgörənliklə bugünkü vəziyyəti görə bildiyi 
üçün insanları canlılara qarşı mərhəmətli olmağa çağırırdı: 


   
59  
 
A       a 
 
Bu dünyanın hikməti çatmaz sona əzəldən
Hər canlının şirindir canı ona əzəldən. 
Üstünlükdə varlığın birincidir dünyada, 
Hər canlı da sənintək bir incidir dünyada (75, 97). 
 
Qeyd olunan şeir parçalarını şagirdlərə müxtəlif üsullarla (mü-
əllimin və ya şagirdin əzbər söyləməsi; həmin şeir parçalarının pay-
lanma kartoçkalarına yazılması; slayd formasında lövhədə  işıqlan-
dırılması)  təqdim  olunmasına  çalışan  müəllim  müasir  təlim  texno-
logiyalarına və interaktiv təlim metodlarına (əqli hücum, qrup məş-
ğələsi, klasster – şaxələndirmə və s.) üstünlük versə, daha səmərəli 
nəticəələrə  nail  ola  bilər.  Əlbəttə,  bu  zaman  ifrata  varmaq,  yalnız 
İKT-dan  istifadəyə  mütləq  yer  vermək,  canlı  ünsiyyətə  (müəllim  – 
şagird dialoquna) biganə qalmaq yolverilməzdir. 
Dahi şairin təbiətin inkişaf qanunları, kainatın yaranması, göy 
cisimləri  (planetlər,  ulduzlar və  s.) haqqındakı dəyərli elmi  fikirlə-
rindən fizika, astronomiya və s. fənlərin tədrisi prosesində həm elmi 
mənbə,  həm  də  diyarşünaslıq  materialı  kimi  istifadə  imkanları  heç 
də  az  deyil.  Həmin  imkanların  səmərəli  vasitə  və  yollarla  reallaş-
dırılması  həm  şagirdlərin  kainat  və  təbiət  haqqındakı  biliklərinin 
genişləndirilməsi  və  möhkəmləndirilməsinə  xidmət  edir,  həm  də 
onlarda  milli  iftixar  hisslərinin  inkişafına,  milli  mənlik  şüurunun 
güclənməsinə səbəb olur. Buna nail olmaq üçün isə hər bir fizika və 
astronomiya müəlliminin N.Gəncəvi “Xəmsə”sindəki müvafiq elmi 
fikir  və  ideyaları  dərindən  mənimsəməsi  vacibdir.  Müəllimlərə  kö-
mək məqsədilə burada həmin fikir və ideyalardan bir neçəsinə diq-
qəti cəlb etməyi məqsədəuyğun hesab edirik. 
Akademik B.Budaqov “Nizami Gəncəvi “Xəmsə”si və təbiət” 
adlı  dərin  məzmunlu  yazısında  dahi  şairi  təbiətin,  kainatın,  bütün 
dünyanın  sirlərinə  yaxşı  bələd  olan  təbiətşünas-alim  kimi  səciy-
yələndirərkən çox gözəl obrazlı ifadələr işlədib: “Nizami söz dünya-
sının  hökmdarıdır.  Ona  görə  də  şairin  dediyi  kimi,  firuzə  rəngli 
geniş göy günbəzi Nizami fikri üçün dardır. Nizami poeziyada dağ 


   
60  
 
A       a 
qartalıdır. O, sənət elmində nə qədər yüksəyə qalxıbsa, dünya ha-
disələrinə də o qədər geniş, o qədər ucadan baxıb və o qədər dərin-
dən qələmə alıb (76). 
Dərsdə  “fırlanma  hərəkəti”,  “mərkəzə  qaçma  qüvvəsi”  kimi 
anlayışları  şərh  edərkən  müəllim  dahi  mütəfəkkirin  bu  məsələ  ilə 
bağlı dərin elmi fikrə sahib olduğunu təsdiqləyən aşağıdakı misrala-
rı şagirdlərin diqqətinə çatdırır: 
 
Bu saysız hesabsız maddələr yenə, 
Bax, gör meyl edirlər öz mərkəzinə... 
 
*** 
 
Həmin cisim qərar tutmayıb bir an, 
Dönüb hərlənirdi əsla durmadan. 
Bu cismin parlayan saf parçaları, 
Həmişə qaçardı mərkəzə sarı (48, 14). 
 
Alimlərin  apardığı  tədqiqatlar  sübut  edir  ki,  dahi  şairin  poe-
malarında kainatda mövcud olan elektrik və maqnit qüvvələri haq-
qında  müəyyən  elmi  fikirlər  mövcuddur.  Məsələn,  “Xosrov  və 
Şirin” poemasında oxuyuruq: 
 
İdrakı dinləsək, söyləyir o da 
Hər şey eşq üstündə durur dünyada. 
Göylər yaransaydı eşqdən azad, 
Düşün, olardımı yer üzü abad. 
Kəhrəbanın eşqə düşməsə canı, 
Elə axtararmı quru samanı. 
Maqnit olmasaydı eşqin əsiri
Çəkərmi özünə dəmir zənciri? 
Dünyada hər bir şey cəzbə bağlıdır, 
Filosoflar bunu eşq adlandırır (yenə orada, səh.45). 
 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə