Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə27/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   23   24   25   26   27   28   29   30   ...   64

   
84  
 
A       a 
Görkəmli  nizamişünasın  bu  gözəl  və  aydın  şərhinə  kiçik  bir 
əlavə  edək  ki,  burada  şair  “misbədən  pəhləvanların”,  yəni  böyrək-
lərin  “gümüş  zirehi”  dedikdə  daxili  sekresiya  orqanlarından  biri 
olan  böyrəküstü  vəzi  nəzərdə  tutmuşdur.  Beləliklə,  yuxarıdakı  şeir 
parçasının  şərhindən  tam  aydın  olur  ki,  dahi  Nizami  cəmi  səkkiz 
misrada  insanın  səkkiz  əsas  daxili  orqanının  (ürək,  böyrək,  qara 
ciyər,  ağ  ciyər,  mədə,  dalaq,  öd  kisəsi,  bağırsaqlar)  və  bir  daxili 
sekresiya vəzinin (böyrəküstü vəz) səciyyəvi cəhətlərini təsvir etmiş 
onların daşıdığı funksiyaya uyğun olaraq ürəyi – “günortanın sulta-
nı” olan günəşə və qızıl atlı süvariyə”; ağ ciyəri – “ilıq nəfəs sahibi-
nə”;  qara  ciyəri  –  “yaqut  qəbalı  (xalatlı  –  B.A.)  zəfər  əsgərinə;  öd 
kisəsini  –  acıdil,  cavan  casusa”;  dalağı  –  “qara  köləyə”;  mədəni  – 
“kəməndatana”; bağırsaqları – “kəməndə”; böyrəkləri – “misbədən 
pəhləvanlara”; böyrəküstü vəzi isə “gümüşü zirehə” bənzətmişdir. 
Göründüyü kimi, bu bənzətmələrdə adı çəkilən daxili orqanla-
rın ən xarakterik cəhətləri öz obrazlı əksini tapmışdır. Əlbəttə, şair 
insanın  daxili  orqanlarının  quruluşu  və  fiziologiyasını  dərindən 
bilməsəydi, belə dəqiq bənzətmələrə nail ola bilməzdi. 
“İsgəndərnamə”  poemasında  şair  qara  ciyərin  başlıca  funksi-
yasını  və  onun  insan  həyatı  üçün  əhəmiyyətini  (qan  hasil  etmək) 
çox aydın ifadə etmişdir: 
 
Qanla qidalanıb yaşayar bədən, 
Ciyərsiz bu qanı alarıq nədən? (37, 516) 
 
“Xəmsə”də  rast  gəldiyimiz  çoxsaylı  nümunələrin  təhlilindən 
aydın olur ki, şair insan orqanizminin anatomik quruluşunu və fizi-
oloji  xüsusiyyətlərini  yaxşı  bildiyi  kimi,  ayrı-ayrı  üzvlərin  gigi-
yenası,  sağlamlığa  təsir  edən  amillər,  xəstəlikləri  törədən  səbəblər, 
onların  müalicəsi  və  s.  məsələlər  haqqında  dərin  biliklərə  yiyələn-
mişdir.  Ona  görə  də  bütün  poemalarında  dahi  şair  qeyd  olunan 
məsələlərə xüsusi diqqət yetirmiş, bu gün də öz aktuallığını itirmə-
yən  və  dəyərli  fikirlər  irəli  sürmüşdür.  Həmin  fikirlərdən  bir  neçə-
sini nümunə üçün qeyd edək. 


   
85  
 
A       a 
Həzm  üzvlərinin  quruluşu  və  fiziologiyasını  çox  gözəl  bilən 
şair  həmin  üzvlərin  gigiyenası,  onların  xəstələnməsinə  təsir  edən 
amillər və müalicəsi haqqında bütün poemalarında dönə - dönə da-
nışmış  və  müasir  dövr  həkimlərinin  məsləhətlərindən  heç  də  geri 
qalmayan  tövsiyələrini  vermişdir.  Məsələn,  məlumdur  ki,  həzm 
üzvlərinin sağlamlığına və eləcə də bir çox digər üzvlərin xəstələn-
məsinə təsir edən başlıca amillərdən biri düzgün qidalanmamaqdır. 
Şair  bu  barədə  insanlara  dönə-dönə  xəbərdarlıq  edir  və  öz  dəyərli 
məsləhətlərini  verir.  Belə  məsləhətlərdən  biri  haqqında  “Sirlər 
xəzinəsi”ndə oxuyuruq: 
 
Az ye, onda rahatlığın çoxluğunu görərsən
Çox ye, onda xəstəliyin çoxluğunu görərsən (78, 263). 
 
Məlumdur  ki,  müasir  təbabət  elmi  sübut  etmişdir  ki,  təkcə 
həzm  üzvlərinin  deyil,  digər  üzvlərin  (ürək  –  qan-damar  sistemi; 
əsəb  sistemi  və  s.)  də  xəstələnməsinə  təsir  edən  amillərdən  biri  də 
normadan artıq yeməkdir. Burada şair “az ye” dedikdə, əlbəttə, həd-
dində  yeməyi  nəzərdə  tutur.  Çünki  o  çox  gözəl  bilirdi  ki,  orqaniz-
min tələbatından az  yeməyin  özü də  orqanizmi zəiflədir və  bir sıra 
xəstəliklərin  yaranmasına şərait  yaradır.  Bu fikri şairin “Xosrov və 
Şirin” poemasında verdiyi aşağıdakı tövsiyə bir daha təsiq edir : 
 
Ye, iç bu dünyada kifayət qədər 
Az yemək, çox yemək ziyan gətirər (57, 323) 
 
Burada  şair  “kifayət  qədər”  dedikdə  norma  həddində,  yəni 
orqanizmin  tələb  etdiyi  miqdarda  yeməyi  nəzərdə  tutur  və  bu 
normanı pozan iki cavanın aqibətini nümunə göstərir : 
 
Çox yemək, az yemək yaxşı şey deyil
Etidalı gözlə, hər qaydanı bil. 
Qəza gəldi iki qoçaq başına, 
Gəlib çatdılar bir bulaq başına. 


   
86  
 
A       a 
Biri az içdi ki, çox ziyan verər, 
Biri çox içdi ki, mənə can verər. 
Yaşamadı, öldü hər iki insan, 
Birisi aclıqdan, biri toxluqdan (yenə orada). 
 
Həzm  üzvləri  ilə  bağlı  mövzuun  tədrisi  zamanı  qidalanma 
normalarındn  bəhs  edərkən  müəllimin  bu  bədii  parçanı  şagirdlərin 
diqqətinə çatdırması, normadan artıq və  az yeyən iki gəncin  aqibə-
tindən  ibrət  dərsi  almağı  tövsiyə  etməsi  dərsin  həm  təlim,  həm  də 
tərbiyə baxımından səmərəliliyini artıtmağa zəmin yaradır. 
Sonuncu poeması “İsgəndərnamə”də şair bir daha normal qi-
dalanmağın əhəmiyyətinə qayıdır və yeni tövsiyəsini (yeməyin tərki-
binə  fikir  verməyi;  hər  qidanı  bir-biri  ilə  qarışdırmamağı)  təklif 
edir: 
 
İnsan sağlam olar az-az yeməkdən, 
Uzun ömr eləməz əsla çox yeyən. 
Həddindən ziyadə yesə bir insan
Gəyirər, pis qoxu gələr ağzından (37, 521). 
 
Buradaca şair düzgün qidalanmağın digər şərtlərini yada salır: 
 
Yağlıdan, yavandan elə ye ki, sən, 
Onu asanlıqla həzmə verəsən... 
Yeməkdə əsasdır cana nuş olmaq
Onun dadına yox, faydasına bax! 
Sirkəni yeyəndə süddən et həzər, 
Sirkəylə süd içmək azar törədər (yenə orada). 
 
Göründüyü kimi, şair burada normanı gözləməklə yanaşı, qi-
danın  tərkibinə  fikir  verməyi,  yağlı  və  yavan  (yağsız  və  ətsiz)  ye-
məkləri növbələşdirməyi, hər dadlı yeməyə aludə olmamağı, kimyə-
vi  tərkibi  müxtəlif  olan  qidaları  (sirkə  ilə  süd  kimi)  eyni  vaxtda 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə