Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə20/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   16   17   18   19   20   21   22   23   ...   64

   
61  
 
A       a 
Nümunələrdən  göründüyü  kimi,  mütəfəkkir-şair  qeyd  olunan 
qüvvələri  eşqlə  müqayisə  edir,  kainatda  hər  bir  şeyin  cazibə 
qüvvəsiylə bağlı olduğunu söyləyir. 
“Xəmsə”nin tədqiqi və təhlili göstərir ki, eyni zamanda təbiət-
şünas  alim  olan  dahi  şair  göy  cisimləri  –  planetlər,  ulduzlar  və  s. 
haqqında da geniş bilik sahibi olmuş, astronomiya elminin o zaman-
ki nailiyyətlərinə dərindən yiyələnmişdir. O, göy cisimlərini, onların 
hərəkət qanunlarını öyrənmək üçün insanlara xəyalən səmalara yük-
səlməyi, göy cisimləri üzərində dəqiq müşahidələr aparmağı tövsiyə 
edir: 
 
Göy sənin tabein olmaq istəsən
Yollan səmalara, yüksəl bu yerdən. 
Arxana baxmadan yürü göylərə, 
Ta yıxılmayasan bir də bu yerə. 
Sənin həmailin ulduz, asiman, 
Olmuşdur vəsilən sənin hər zaman.  
(yenə orada, səh. 48) 
 
Müəllim  astronomiya  elminin  inkişaf  tarixi,  göy  cisimlərinin 
öyrənilməsi üsullarından bəhs edərkən belə misralardan söz əyanili-
yinin bir növü kimi istifadə etdikdə dərsin daha emosional və canlı 
keçməsinə nail ola bilir. 
Məlumdur ki, dahi şairin dövründə hələ teleskop kəşf olunma-
dığı  üçün  (teleskop  XVII  əsrdə  Q.Qaliley  tərəfindən  icad  olunub) 
gözlə görünməyən üç kiçik planetdən (Uran, Neptun, Platon) başqa 
qalanları elmə yaxşı məlum idi. Dahi şair həmin məlum beş planet-
dən  (Merkuri  – Ytarid; Venera  –  Zöhrə;  Mars  – Mərrix; Yupiter  – 
Müştəri; Saturn – Zühəl) başqa, qədim Şərq astroloqlarının ənənə-
sinə  uyğun  olaraq  Günəşi  (Şəms)  və  Ayı  (Qəmər)  da  səyyarələrin 
siyahısına  daxil  etmişdir.  Həmin  yeddi  səyyarə  (planet),  onların 
səmada  vəziyyəti  və  bir  sıra  fərqləndirici  xüsusiyyətləri  haqqında 
“Xəmsə”də  kifayət  qədər  elmi-bədii  parçalar  mövcuddur  ki,  bu  da 


   
62  
 
A       a 
dərsdə  hər  bir  planet  barəsində  məlumat  verərkən  dahi  şairin 
müvafiq fikirlərindən istifadə imkanı yaradır. 
Dahi mütəfəkkir-şair “Yeddi gözəl” poemasında ulduzların və 
planetlərin  səmada  vəziyyətini  təsvir  edərkən  qeyri-adi  astronomik 
hadisə olan planetlərin cütləşməsi hadisəsini böyük sənətkar qələmi 
ilə təsvir etmişdir: 
 
Müştəriylə Zühəl qovuşan zaman
Günəş daxil oldu Həmalə Hutdan. 
Otlar Xızır kimi bütün çöl boyu, 
Tapdı hər tərəfdə dirilik suyu... 
Novruz havasında olan etidal, 
Aləmə bəxş etdi nurani bir hal. 
Novruzun nəsimi yeni əhd ilə 
Qatdı öz canını çiçəyə, gülə. 
Göründü otların baş qaldırması, 
Silindi aynadan günəşin pası. 
Efir ətəyində şəbnəm oturdu, 
Hərarət şaxtaya bir zərbə vurdu... 
Səbzəyə baxdıqca nurlandı gözlər, 
Hər şey cavanlaşdı oldu təzə - tər (yenə orada, 58). 
 
Burada çəkilən misaldan göründüyü kimi,dahi şair planetlərin 
Yupiter (Müştəri) və Saturn (Zühəl) planetlərinin cütləşməsini qeyd 
etməklə yanaşı, həmin hadisənin yaz gecə-gündüz bərabərliyi günü, 
yəni 21 martda baş veridiyini, bununla əlaqədar yazın gəlişi nəticə-
sində  təbiətin  canlanmasını,  hər  tərəfin  gül-çiçəyə  qərq  olmasını 
təsvir etmişdir. 
Planetlərlə  bahəm,  dahi  mütəfəkkir  “Xəmsə”də  bürclər  haq-
qında çox geniş məlumat vermişdir. Məlum olduğu kimi, ulduzların 
müşahidəsini  və  öyrənilməsini  asanlaşdırmaq  məqsədilə  ulduzlu 
göy bürclərə, yəni ulduz qruplarına (topalarına) bölünür. Göy qüb-
bəsi  88  bürcə  ayrılmışdır.  Həmin  bürclərdən  ən  çox  öyrənilənləri 
Zodiak  (onların  əksəriyyəti  heyvan  adı  daşıdığından  belə  adlanır) 
bürcləridir. Ekliptika (göy qübbəsinin böyük dairəsi) ətrafında  yer-


   
63  
 
A       a 
ləşən  bu  bürclərdən  Günəş  sistemi  planetləri  və  Ayın  həqiqi  yolu 
keçdiyi üçün onlar qədimdən daha yaxşı öyrənilmişdir. Qədim ast-
ronomiya elminə dair əsas mənbələri yaxşı mənimsəyən mütəfəkkir-
şair Zodiak bürclərinin hamısını “Xəmsə”də təsvir etmişdir. Həmin 
bürclər  “Xəmsə”də  şərq  ədəbiyyatındakı  adları  ilə  öz  əksini 
tapmışdır: 
1. Hut (Qoç); 2. Sur  (Öküz); 3. Cövzə (Əkizlər);  4. Tir (Xər-
çəng);  5.  Əsəd  (Şir);  6.  Delvi  (Qız);  7.  Zənəb  (Əqrəb);  8.  Həməl 
(Oğlaq); 9. Mizan (Tərəzi); 10. Qövs (Oxatan); 11. Dolça (Dolça); 
12. Mahi (Balıq). 
Qeyd  olunan  bürclərin  xüsusiyyətləri,  səmada  vəziyyətləri, 
Günəş sistemi planetlərinin nə vaxt hansı bürcdə göründüyü haqqın-
da daha  geniş  məlumatlara  “Yeddi  gözəl” poemasında rast  gəlirik. 
Məsələn: 
 
O gün ki, Bəhramın sübhü açıldı, 
Qaranlıq gecəyə işıq saçıldı. 
Kimya kürəsini göyün yandıran, 
GünəĢdən, Qəmərdən daim dəm vuran. 
Münəccimlər düşdü dərin heyrətə, 
Baxdıqca göyləri ölçən alətə... 
Yəqin etdilər ki, təzə doğulan
Olacaq hünərli, şöhrətli insan. 
Taleyi Hut idi, MüĢtəri Hutda, 
Zöhrə bir ləl idi sanki yaqutda. 
Ay Surda, Cövzədə Tir tutmuş qərar 
Mərrix də, Əsəd də oldu aşikar. 
Möhkəm idarəylə Delvidən Zühəl, 
Düşmənə hə verib qovdu əlbəəl. 
Gəlib Zühəlinə Zənəb yanaşdı, 
Günəş Həməlinə yaxın dolaşdı. 
Bir müştəri kimi hər parlaq Ülkər 
O xoşbəxtdir deyib verdi xoş xəbər  
(yenə orada, səh.50). 


   
64  
 
A       a 
 
Göstərilən  misaldan  göründüyü  kimi  dahi  şair  kiçik  bir  şeir 
parçasında 15 göy cisminin və hər bürcün (Günəş, Ay, Hut, Müştəri, 
Zöhrə, Sur, Cövzə, Tir, Mərrix, Əsəd, Delvi, Zühəl, Zənəb, Həməl, 
Ülkər) adını çəkmiş, Bəhram Gurun anadan olduğu gün onların sə-
madakı  vəziyyətini,  parlaqlıq  dərəcəsini  astronomik  dəqiqliklə  təs-
vir  etmişdir.  Yuxarıda  qeyd  olunan  nümunələri  və  digər  faktları 
araşdırıb təhlil edən H.Abdullayev və L.Vəliyev belə bir düzgün qə-
naətə  gəlmişlər  ki:  “Bütün  bunlar  göstərir  ki,  böyük  şair-filosof 
qədim  Şumer,  Misir  və  Yunan  astronomlarının  elmi  əsərləri,  kata-
loqları  və  cədvəlləri  ilə  tanış  olmuş  və  onları  öyrənmişdir”  (yenə 
orada,  səh.51).  Bu  haqlı  qənaətə  onu  da  əlavə  etmək  istəyərik  ki, 
fikrimizcə,  dahi  Nizami  qeyd  olunan  elmi  mənbələri  nəzəri  cəhət-
dən  mənimsəməklə  kifayətlənməmiş,  göy  cisimləri  üzərində  uzun-
müddətli  və  məqsədyönlü  müşahidələr  aparmaqla  onları  praktiki 
olaraq da öyrənmişdir. 
Astronomiya  müəllimi  müvafiq  mövzuların  tədrisi  zamanı 
dahi şairin göy cisimləri haqqındakı dəyərli misralarından söz əya-
niliyinin  bir  növü  kimi  yararlanmaqla  bərabər,  şagirdlərə  belə  bir 
əla informasiyanı  çatdırmalıdır ki, Azərbaycan astronomlarının qa-
zandığı uğurlar nəticəsində Beynəlxalq Astronomiya İttifaqı 8 kiçik 
planetə,  həmçinin,  Marsda  və  Ayda  üç  kraterə  Azərbaycanla  bağlı 
ad vermişdir (77). Heç də təsadüfi deyildir ki,həmin planetlərdən bi-
rinə  məhz  dahi  şairin  adı  (“Nizami  Gəncəvi”)  verilmişdir.  Bu  fakt 
belə bir həqiqəti bir daha təsdiqləyir ki, dahi şair olan Nizami Gən-
cəvi  eyni  zamanda  Azərbaycanın  dünyada  tanınan  görkəmli  astro-
nom-alimidir. 
Müəllimin belə dəyərli informasiyanı öz şərhinə əlavə etməsi 
həm dərsi müasir həyatla əlaqələndirməklə onun maraqlı keçməsinə, 
biliklərin  möhkəmləndirilməsinə  səbəb  olur,  həm  də  şagirdlərin 
qəlbini böyük fəxarət hissləri ilə dolduraraq vətənpərvərlik tərbiyə-
sinin inkişafına zəmin yaradır. 
Fizika, astronomiya, riyaziyyat, kimya, biologiya və s.fənlərin 
tədrisi  prosesində  dahi  şairin  təbiətlə,  kainatla  bağlı  müvafiq  fikir-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə