Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə22/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   18   19   20   21   22   23   24   25   ...   64

   
68  
 
A       a 
 
Göründüyü  kimi,  şair  burada  şahın  səxavətli  əlini  səpələnən 
civəyə bənzətmiş, həm də səpələnən civənin bir yerə yığmağın qey-
ri-mümkün olduğunu açıq-aydın yazmışdır. Həqiqətən də, dağılan – 
səpələnən civəni bir yerə yığmaq – toplamaq qeyri-mümkündür. 
“Xosrov və Şirin” poemasında şair civənin başqa bir əlaməti-
nə (qızılı rənginə) diqqəti yönəldir: 
 
O mahtap üçünsə Xosrovun qəlbi
Əsirdi qızıllı civələr kimi (57, 91). 
 
Yenə  həmin  poemada  şair  civəni  gümüşlə  müqayisə  edərək 
yazır: 
 
Bir başa ki, civə tökə fələklər, 
O, gümüş bütlərdən civətək hürkər (yenə orada, səh.318) 
 
Göstərilən misallardan aydın olur ki, şair civənin demək olar 
ki, bütün əlamət və xassələrini dərindən bilmiş və onları öz poema-
larında  bənzətmə  yolu  ilə  böyük  ustalıqla  ifadə  etmişdir.  Kimya 
dərsində  müvafiq  növzuların  tədrisi  prosesində  civə  haqqında  daha 
ətraflı  bilik  vermək,  dərsdə  verilən  məlumatları  genişləndirmək  və 
əyaniləşdirmək məqsədilə dahi şairin yuxarıda qeyd olunan misrala-
rından istifadə səmərəli ola bilər və məqsədəuyğundur. 
Şairin xüsusi diqqət verdiyi kimyəvi maddələrdən biri kükürd-
dür. “Xəmsə”də şair tez-tez bu kimyəvi maddənin saciyyəvi əlamət 
və xassələrinə toxunur, onu digər maddələrlə müqayisə edir. Məsə-
lən, “Sirlər xəzinəsi”ndə oxuyuruq: 
 
Kükürd saçan məhşərdir, göz qaraldar bu səhra, 
Tez keçməyən yolçunu tez saraldar bu səhra (75, 144). 
 
Nümunədən göründüyü kimi, şair cəmi iki misrada kükürdün 
həm gözyaşardıcı xassəsini, həm də sarı rəngdə olmasını bədii usta-


   
69  
 
A       a 
lıqla  təsvir  etmişdir.  Başqa  poemalarında  şair  kükürdün  növləri  və 
digər xassələri haqqında da maraqlı məlumatlar vermişdir. Məsələn, 
“Xosrov  və  Şirin”  poemasında  ağ  kükürd  və  onun  səciyyəvi 
xüsusiyyətləri haqqında şair poetik dillə deyir : 
 
Şaha dal çevirdi uymadı dilə, 
Odu söndürürdü bir ağ kükürdlə (57, 137). 
 
Misaldan aydın  görünür ki, şair ağ rəngli kükürdün odu sön-
dürməsi  xassəsinə  yaxşı  bələd olduğu üçün  yuxarıdakı  bənzətməni 
işlətmişdir.  “İsgəndərnamə”  poemasında  şair  ağ  və  qırmızı  kükür-
dün  az  tapıldığı  üçün  ağ  ləl  qədər  qiymətli  olduğuna  işarə  edərək 
yazır: 
 
Ağ kükürd deyilsən, ağ ləl deyilsən, 
Arayan ümidsiz qayıtsın səndən (37, 33). 
 
“Yeddi gözəl” poemasında isə şair qırmızı kükürdü alov rən-
ginə bənzədir, Zərdüşt ocağı ilə müqayisə edir: 
 
Alovdur nəşənin keyfin dayağı, 
Zərdüştün qırmızı kükürd ocağı (64, 127). 
 
Şair Afrika səhralarının cəhənnəm odu səpələyən quru sahələ-
rini sarı kükürd tozu ilə müqayisə edərək yazır: 
 
Kükürdün tozutək qupquru çöllər, 
Cəhənnəm kimiydi, yanırdı ciyər (37, 75). 
 
Məlum olduğu kimi, kükürd kimyəvi cəhətdən aktiv element-
lərdən biri hesab olunur. O, təsirsiz qazlardan başqa bütün element-
lərlə  reaksiyaya  girir.  Kükürd  qızdırıldıqda  metallarla  reaksiyaya 
girərək  sulfidlər  yaradır.  “İsgəndərnamə”də  kükürdün  bu  xassəsinə 
işarə edən N.Gəncəvi yanan quyunun sirrini belə açıqlayır: 


   
70  
 
A       a 
 
O igid belinə bağladı kəndir, 
Bilsin ki, quyuda bu atəş nədir? 
Parlayan günəşdən tapdı bir nişan, 
Anladı od necə çıxır quyudan. 
Toplu bir alovdur, deyil dağınıq, 
Gördü ki, kükürddür bir yanan işıq. 
Kükürd mədənidir bu, alovlanır, 
Kükürddən dörd yanı alışıb yanır. 
Bu sirri bilirmiş könüldə yatan. 
Özünü kükürdlə məhv etmiş inan  
(yenə orada, səh.250). 
 
Dahi şair poemalarında almazın xassələri haqqında da tez-tez 
müqayisələr verir, onun bərkliyinə xüsusi diqqət yetirir. Məsələn: 
 
Bir ovuc daş verib dedilər: “Bir bax, 
Bu daşlar minikdə qomayıb dırnaq. 
Nallardan əzabla çıxarmışıq biz, 
Bunlardan dad çəkib miniklərimiz. 
Polad çəkiclərlə döydük o ki var
Polad sındı, amma sınmadı daşlar. 
Şah daşa zəhm ilə qılınc çaldı, 
Qılınc parçalandı, daş bütöv qaldı. 
Hansı bir maddəyə onu sürtdülər, 
Qalaydan başqa şey etmədi əsər. 
Doğrudan bu daşlar bərkdi, itiydi, 
Odur ki, bunlara şah “almaz” dedi  
(yenə orada, səh.545). 
 
“İsgəndərnamə”  poemasının  “İsgəndərin  daşa  sitayiş  edənlər 
kəndinə  yetişməsi”  adlı  parçadan  götürülmüş  bu  misralardan  aydın 
olur ki, dahi şair almazın möhkəmlik xassəsi ilə yanaşı, onun qalay-
la reaksiyaya girərək kövrəlməsini də yaxşı bilmiş, həm də dünyada 


   
71  
 
A       a 
ən  çox  almaz  yataqlarının  cənubda,  yəni  Afrikada  olması  faktı  da 
ona məlum olmuşdur. Almazın ən bərk daşlardan biri olduğuna bax-
mayaraq,  qalaya  qarşı  davamsız  olduğunu  şair  həmin  poemanın 
başqa bir yerində obrazlı şəkildə belə ifadə etmişdir: 
 
Gəl burax bu kimi islaha yanaş, 
Qalaydan pozulur almaz kimi daş  
(yenə orada, səh.138). 
 
BaĢqa misal: 
 
Etmə tabeinlə çox yumşaq rəftar, 
Məlumdur: almazı qalay sındırar  
(yenə orada, səh.523). 
 
“Xəmsə”də şairin ən çox diqqət yetirdiyi kimyəvi elementlər-
dən  biri  –  qiymətli  metallardan  olan  gümüşdür.  Dahi  şairin  əksər 
poemalarında, xüsusilə “İsgəndərnamə”də gümüşün kimyəvi xassə-
ləri, fərqləndirici xüsusiyyətləri, başqa elementlərlə müqayisəsi haq-
qında geniş məlumatlara rast gəlirik. Məsələn, “İsgəndərnamə” poe-
masında  gümüşün  digər  metallarla  müqayisədə  qatışıqlardan  (xılt-
dan) daha tez ayrılma xassəsini yüksək qiymətləndirən dahi Nizami 
insanları  gümüşdən  nümunə  götürməyə,  yəni  mənəvi  təmizliyə, 
saflığa çağırır: 
 
Xıltdan ayrılmağı öyrən gümüşdən, 
Çalış gümüş kimi saf, təmiz ol sən  
(yenə orada, səh.462). 
Dahi şair “Yeddi gözəl” poemasında çeşmə suyunda üzən ba-
lıqları  civədə  üzən  dirhəmə  –  çəkisi  3,12  qram  olan  qədim  gümüş 
pula bənzədir: 
 
Çeşmənin suyunda üzən balıqlar, 
Civədəki gümüş dirhəmə oxşar (64, 145). 
 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə