Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə17/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   13   14   15   16   17   18   19   20   ...   64

   
51  
 
A       a 
 
O vadi zamanın hökmləriylə, 
Dönüb qışlaq olur, obaya, elə. (yenə orada) 
 
Müəllim bu misraları şərh edərkən onu da əlavə edir ki, Azər-
baycanın  ən  böyük  dağlararası  çökəkliyi  olan  Kür-Araz  ovalığı 
məhz şairin təsvir etdiyi yolla yaranmış vadilərə ən parlaq misaldır. 
Zəlzələlərə həsr olunmuş dərsdə müəllim proqram materialını 
diyarşünaslıq faktları əsasında şərh edərək dağıdıcı zəlzələlərə misal 
kimi  1139-cu  ildə  baş  vermiş  Gəncə  zəlzələsini  göstərir.  Məlum 
olduğu kimi, N.Gəncəvi həmin zəlzələ haqqında “İsgəndərnamə” də 
müfəssəl məlumat vermişdir: 
 
Qopdu bir zəlzələ, göyü oynatdı, 
Şəhərlər dağılıb yerlərə batdı. 
Dağ – daş sarsılaraq qopub uçanda 
Fələk toz altında qaldı bir anda... 
Fələk zəncirinin həlqələritək 
Yerin də bəndləri ayrıldı tək-tək. 
Azdı yollarını gur axan sular
Dağlar çırpışmaqdan bitab oldular. 
Heç bir göz səlamət qalmadı inan 
Matəm sürməsinə qərq oldu cahan 
O qədər xəzinə batdı o gecə, 
O şənbə gecəsi yox oldu Gəncə... (70,71) 
 
Göstərilən misallardan aydın göründüyü kimi, dahi şair Gəncə 
zəlzələsinin  dəhşətlərini  parlaq  boyalarla  təsvir  etdiyi  kimi  onun 
tarixi haqqında, hətta, həftənin hansı günü (şənbə) baş verdiyini də 
yazmışdır. Məlum olduğu kimi, Gəncə zəlzələsi nəticəsində Kəpəz 
dağı uçaraq Ağsu çayının qarşısını kəsmiş, nəticədə füsunkar Göy- 
göl yaranmışdır. Şair bu faktı da nəzərdən qaçırmayaraq yazır: 
 


   
52  
 
A       a 
Azdı yollarını gur axan sular, 
Dağlar çarpışmaqdan bitab oldular. (70,72) 
 
Dahi şairin coğrafi təbəqə və onun tərkib hissələrinin (litosfer, 
atmosfer, hidrosfer, biosfer) yaranması və qarşılıqlı əlaqədə inkişafı 
haqqındakı  elmi  fikirləri  öz  dəyərini  bugün  də  itirməmişdir.  Dahi 
mütəfəkkirin  fikrincə,  kainatda  fırlanma  hərəkəti  nəticəsində  ilk 
öncə od yaranmışdır: 
 
Göyün gərdişindən od oldu aşkar
Od hərəkət edən qüvvədən doğar. (yenə orada səh.24) 
 
Mütəfəkkir-şairin fikrincə, odun – istiliyin artması nəticəsində 
hava təbəqəsi yaranmışdır: 
 
Odun qüvvəsindən hava yarandı, 
Hava istilikdən od kimi yandı. (yenə orada, səh.25) 
 
Digər  təbəqələrin  yaranma  ardıcıllığını  dahi  şair-mütəfəkkir 
müasir elmi mühakiməyə yaxın bir formada ifadə edir: 
 
İldırım buxardan ayırdı odu, 
Ondan rütubətli hava doğuldu. 
Suyun qatılığı getdikcə artdı 
Həmin qatılıqda yeri yaratdı. 
Cövhərlə yerbəyer olduğu zaman, 
Təbiət qoynunda yarandı cahan. (137, 495 – 496) 
 
Müasir  elmi  coğrafiyaya  görə,  coğrafi  təbəqə  və  onun  tərkib 
hissələri  olan  litosfer,  atmosfer,  hidorsfer,  biosfer  altı  əsas  təbii 
ünsürdən  –  onların  qarşılıqlı  təsir  və  əlaqəsindən  yaranmışdır.  Hə-
min  ünsürlərin  (süxur,  torpaq,  hava,  su,  bitki,  heyvan)  hamısı  və 
onların qarşılıqlı əlaqədə inkişafı dahi şairin “Xəmsə”sində, xüsusi-


   
53  
 
A       a 
lə,  “İsgəndərnamə”də  öz  parlaq  əksini  tapmışdır.  Məsələn,  “İsgən-
dərnamə”də oxuyuruq: 
 
Onlardan birinci – işıqlı oddur, 
Dünyanın ən yüksək tağı da odur. 
İkinci – küləkdir, hərəkətdədir
Hərəkət etməzsə, bilinməz nədir. 
Üçüncü – sudur ki, təravət verər, 
Hər şeyə gözəllik, lətafət verər. 
Dördüncü – torpaqdır tapdayır əyyam, 
Tapdanan köksündən toz qalxır müdam... 
Qatdı bir – birinə onları həyat, 
Yaratdı bunlardan bitki, nəbabat 
Bitki də başqa cür artdı, dirçəldi – 
Cürbəcür heyvanlar vücuda gəldi... (37,496) 
 
Dahi  şair  “İsgəndərnamə”də  qədim  yunan  filosoflarının  dün-
yanın  yaranması  və  inkişafı  haqqındakı  fikir  və  ideyalarını  inkişaf 
etdirərək,  coğrafi  təbəqənin  bütövlük  və  maddələr  dövranı,  ritmlik 
və coğrafi zonallıq kimi inkişaf qanunauyğunluqlarının mahiyyətini 
açıq-aydın, çox yığcam və lakonik ifadələrlə göstərmişdir. Məsələn: 
 
Torpaqda çürüyən bədənlərimiz 
Dağılır, dəyişir, yox olmur təmiz. 
Yerində qalarsa o dağıntılar 
Bir yerə yığanda yenə canlanar. 
Torpağa tökülən şeylər tamamən 
Torpaqdan dirçəlib qalxar yenidən.  
                                            (yenə orada, səh.502) 
 
Göründüyü kimi, cəmi bir neçə misrada mütəfəkkir şair coğ-
rafi  təbəqənin  mühüm  inkişaf  qanunauyğunluqlarından  biri  olan 
maddələr dövranının mahiyyətini obrazlı ifadələrlə açıb göstərir. 


   
54  
 
A       a 
Coğrafiya dərslərində N.Gəncəvi irsinə müraciət edərək onun 
elmi  fikirlərini  şagirdlərə  çatdırmağın  yollarından  biri  də  toponim-
lərin  öyrədilməsi  zamanı  “Xəmsə”də  adı  çəkilən  müvafiq  coğrafi 
adların  mənşəyi  və  mənası  haqqında  əlavə  məlumatlar  verməkdir. 
Aparılan  araşdırmalardan  məlum  olmuşdur  ki  dahi  şair  “Xəmsə”də 
yüzlərlə coğrafi obyektlərin: ölkə, region, şəhər, qəsəbə, dağ, düzən-
lik, çay, göl və s.adını çəkmişdir. Bir çox tədqiqatçılar Yerin coğrafi 
təsviri  baxımından  dahi  şairi  məşhur  yazıçı  Jül  Vernlə  müqayisə 
edirlər. (71) “Xəmsə”də aşağıdakı ölkələrin adına rast gəlirik. 
Çin, Tibet, Kəşmir, İran (Əcəm), İraq, Suriya, Yəmən, Oman, 
Ədən,  Efiopiya  (Həbəş,  Abbisiniya),  Sinay,  Misir,  Məqrib,  Rum 
(Yunanıstan), Əndəlus (İspaniya), Muğan, Şirvan, Arran, Abxaziya 
(Gürcüstan),  Armaqan  (Ermənistan),  Kaşğar,  Mavarannəhr, 
Mazandaran, Xuzəndaran, Xuzistan, Cam, Kisir, Sərir, Xətay, Xora-
san, Bədəxşan, Kimkələ, Zənzibar, İstəxr, İfrəncat, Xavəran, Dihis-
tan, Cənd, Gilan, Təraz, Xittal, Kayravun, Əlburz, Gənnuc, Xəllux, 
Ərk,  Xəzran,  Zink,  Müqəddəs,  Kəmər  (71).  Siyahıdan  göründüyü 
kimi,  buradakı  ölkə  adlarının  əksəriyyəti  ya  dəyişmiş,  ya  da  onlar 
hazırda ölkə yox, böyük dövlətlərin tərkibində vilayət, əyalət, yaxud 
şəhərə çevrilmişlər. Belə adların yaranması tarixi haqqında məlumat 
verərkən “Xəmsə”dən elmi mənbə,  əlavə  informasiya vasitəsi  kimi 
istifadə etmək və faydalı nəticəyə nail olmaq mümkündür. 
“Xəmsə”də,  həmçinin,  dünyanın  müxtəlif  materiklərində  və 
regionlarında  yerləşən  onlarla  şəhər  adına  rast  gəlirik.  Məsələn  : 
Gəncə, Bərdə, Dərbənd, Tiflis, Çaç (Daşkənd), Buxara, Səmərqənd, 
Herat,  Xarəzm,  Qənnuc,  Bağdad,  Məkkə,  Şam  (Dəməşq),  İsgəndə-
riyyə, Qəndəhar, Xəllux, Mədain (Ktesifon), Lahor, Fərxar (Fəlqar), 
Kirmanşah (Kərmənxan), Alan, Bəlx, Mərv, Zəncan, Xotən, Suğd, 
Yaqma,  Rey,  Qünnuc,  Qülzüm,  İsfahan,  Mosul,  Babil,  Yerusəlim, 
Qəznə,  Nişapur,  Şəhrur,  Bulqar,  Qiyrəvan,  Tus,  Kürkan,  Həri, 
Cənd, Burtaş, Kisur, Xəzran, Buşhaq, Xar, Bəsrə, Tamuz, Vaş və s. 
“Xəmsə”də  rast  gəldiyimiz  coğrafi  adların  zəngin  siyahısı 
sübut edir ki, dahi  şair-mütəfəkkir qədim və orta əsrlərə aid coğra-
fiya kitablarına dərindən bələd olmuş, həmin kitab və xəritələrdəki 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə