Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə14/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   10   11   12   13   14   15   16   17   ...   64

   
42  
 
A       a 
şagirdlər tərəfindən dərk olunmasını asanlaşdırmaq üçün dahi şairin 
şəxsiyyəti və poeziyasının məziyyətləri, “Xəmsə”yə daxil olan əsər-
lər  haqqında  yığcam-lakonik  şərh  verir.  Həmin  məlumatı  ümumi-
ləşdirən  müəllim  qeyd  edir  ki,  F.Əmirovun  dahi  şairin  yubileyi 
münasibətilə yazdığı simli alətlər üçün “Nizami” simfoniyası bəstə-
karın  böyük  Nizami  dühasına,  şəxsiyyətinə  və  sənətinə  olan  dərin 
məhəbbətin  parlaq  ifadəsidir.  Bu  məhəbbətin  nəticəsidir  ki,  o, 
ömrünün sonunda “Nizami baletini yazıb tamamlamışdır. 
Qeyd  olunan  imkan  və  vasitədən,  eləcə  də  Əfrasiyab  Bədəl-
bəylinin  “Nizami”  operası  haqqında  məlumat  verərkən  istifadə 
etmək mümkün və zəruridir. 
Orta  məktələrdə  tədris  olunan  humanitar  fənlərdən  biri  də 
Təsviri incəsənətdir. Həmin fənnin tədrisi prosesində də dahi şairin 
yaradıcılığına  istinad  edərək  onu  eyni  zamanda  təsviri  incəsənətin 
müxtəlif sahələrinə dərindən bələd olan bir mütəfəkkir kimi şagird-
lərə tanıtmaq baxımından müəyyən imkanlar, vasitə və yollar möv-
cuddur. Onları aşağıdakı kimi qruplaşdırmaq olar: 
1.
 
Təsviri  incəsənətin  və  xalq  tətbiqi  sənətinin  müxtəlif  növ-
lərinin tarixinə və xüsusiyyətlərinə dair nəzəri məlumatlar verərkən 
N.Gəncəvinin  “Xəmsə”sindən  elmi  mənbə  kimi  istifadə  olunması. 
Məlum olduğu kimi, dahi şairin “Xəmsə”sində rəssamlıq, boyakar-
lıq, memarlıq, xalçaçılıq və s. sənətlər haqqında dəyərli fikirlər kifa-
yət qədərdir. Məsələn, “Yeddi gözəl” poemasında N.Gəncəvi rəng-
lərin  özünəməxsus  xüsusiyyətlərini,  rəssamlıq  sənətinin  əhəmiyyə-
tini, estetik tərbiyədə bu incənət növünün rolunu mahir rəssam kimi 
vəsf edir. Bu cəhətdən, “Yeddi gözəl” poemasında Bəhramın yeddi 
rəngdə  yeddi  günbəd  tikdirməsi  haqqındakı  hekayələr  daha  çox 
diqqət çəkəndir. 
Burada şair  əvvəlcə  yeddi  rəngli  yeddi  günbəd tikən Şidənin 
rəssamlıq  və  memarlıq  sənətinin  incəliklərini  vəsf  edir,  həmin 
sənətkar üçün zəruri olan keyfiyyətlərini sadalayır: 
 
Gün kimi parlaqdı, Şidə şöhrəti
Vurardı qayaya, ağa zinəti. 


   
43  
 
A       a 
Rəssamdı, mötəbər bir sənətkardı. 
Mühəndisdi, böyük hünəri vardı. 
Tibb elmi, həndəsə, asiman, nücum, 
Şidənin əlində sanki mumdu, mum. 
İncə memar idi, bəzək vurandı, 
Nəqşlər çəkərək, surət qurandı (64, 129 – 130). 
 
Göstərilən nümunədən aydın görünür ki, N.Gəncəvi rəssamlıq 
və  memarlıq  sənətinin  digər  sənətlərlə  və  elmlərlə  (mühəndislik, 
tibb, astronomiya, həndəsə və s.) sıx əlaqəsini yaxşı bilmişdir. Şidə 
məhz  qeyd  olunan  keyfiyyətlərə  və  qabiliyyətlərə  malik  olduğu 
üçün  yeddi  iqlimə  –  təbii  şəraitə  və  rəngə  uyğun  olaraq  bənzərsiz 
yeddi günbəd tikir. Şairin təsvir etdiyi həmin rənglər demək olar ki, 
spektrin yeddi rənginə tam uyğun gəlir. 
Müəllim, rəssamlıq sənəti, onun xüsusiyyətləri və əhəmiyyəti; 
rənglər, onların xüsusiyyətləri, rəssamlıqda rolu və s.haqqında nəzə-
ri  biliklər  verərkən  yuxarıda  qeyd  etdiyimiz  faktlardan  istifadə  edə 
bilər. Məsələn, qara rəngdən bəhs edərkən dahi şairin bu rəngə necə 
böyük  əhəmiyyət  verdiyini  qeyd  edərək,  şagirdlərin  diqqətini 
aşağıdakı misralara yönəltmək olar : 
 
Göz, qarası ilə görər cahanı, 
Kim görmüş ləkələr örtsün qaranı? 
Gecə örtməsəydi qara ipəklər 
Ayın beşiyinə yarardı məgər? 
Yeddi rəng tanıyır geniş asiman 
Qaradır rənglərə üstün hər zaman. (64, 163) 
 
Dahi şairin yaşıl rəng haqqındakı fikirləri də maraqlıdır: 
 
Əkinə rövnəqdir yalnız yaşıl rəng, 
Odur mələklərə verən min bəzək. 
Yaşıllıq hər şeyin təravətidir
Yaşıl rəng gözləri işıqlı edir. 


   
44  
 
A       a 
Bitki yaşıllıqla həmahəng olar
Cavanlıq hər zaman yaşıl rəng olar  
(yenə orada, səh.191). 
 
Məlum  olduğu  kimi,  xalq  tətbiqi  sənət  növü  olan  xalçaçılıq 
Azərbaycanda qədim zamanlardan mövcud olmuş və orta əsrlərdə, o 
cümlədən,  N.Gəncəvinin  yaşadığı  dövrdə  özünün  yüksək  inkişaf 
mərhələsinə  çatmışdır.  Bunu  bir  çox  digər  elmi  mənbələrlə  yanaşı, 
dahi  Nizaminin  “Xəmsə”si  də  sübut  edir.  Belə  ki,  xalq  sənətinin 
bütün sahələrinə dərindən bələd olan və onları öz əsərlərində parlaq 
səhifələrlə  əks  etdirən  N.Gəncəvi  xalçaçılıq  sənətini  də  yaddan  çı-
xarmamış, bu barədə “Xəmsə”də dəyərli məlumatlar vermişdir. Mə-
sələn,  fikrimizi  təsdiqləyən  faktlardan  bir  neçəsi  Azərbaycan  Xal-
çası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağı-
yevanın  aşağıdakı  sözlərində  arqumental  ifadəsini  tapmışdır:  “Bu 
gün biz Nizami yaradıcılığına yeni nəzərlə – xalq tətbiqi sənətində 
yeri  və  dəyəri  nəzərindən  baxacağıq.  Nizami  Gəncəvinin  ölməz 
poemalarında xalq sənətlərinə və xüsusən xalçaçılıq sənətinə, saray-
lar  bəzəyən  gözəl  xalça  təsvirlərinə  geniş  yer  verilib.  “İsgəndərna-
mə” əsərinin “Şərəfnamə” hissəsində İsgəndərin Bərdə şəhərinə Nü-
şabənin  sarayına  qonaq  getməsi  səhnəsini,  “Xosrov  və  Şirin”də 
Xosrovun Şirinin qəsrinə getməsi səhnəsini təsvir edərkən müxtəlif 
xalça növlərinə və yenə də “Xosrov və Şirin” poemasında Xosrovun 
ova  çıxmasını  təsvir  edərkən  məfrəşin  və  “Yeddi  gözəl”  əsərində 
Azərbaycanda  çox  geniş  yayılmış  xalça  məlumatı  olan  heybənin 
təsvirini  verib.  Bu  məlumatlar  Azərbaycanda  yüksək  keyfiyyətli 
xalça məmulatları istehsal edildiyini tam göstərir” (65). 
Təsviri  incəsənət  dərslərində  xalçaçılıq  sənətinin  inkişaf  tari-
xindən və  xalça məmulatlarının  müxtəlif növlərindən bəhs  edərkən 
qeyd olunan faktlardan bir dəlil kimi istifadə olunması həm şagird-
lərin  bu  barədə  biliklərini  genişləndirir,  həm  də  N.Gəncəvini  xalça 
sənətinin bilicisi kimi də onlara sevdirir. 
2.
 
Miniatür  janrı  ilə  bağlı  biliklər  verərkən  dahi  Nizaminin 
“Xəmsə”sinə çəkilmiş miniatürlərin nümunə göstərilməsi. 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə