Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə12/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   8   9   10   11   12   13   14   15   ...   64

   
36  
 
A       a 
müdrik bir xalqın oğlu kimi layiqincə qiymətləndirmiş, gələcək nəs-
lə çatdırmağı özünün mənəvi borcu hesab etmişdir. Ulu şairin Azər-
baycan  milli  musiqisi,  xüsusilə,  muğamlarımız  haqqında  fikirləri, 
elmi  –  idraki  –  fəlsəfi  araşdırmaları  bu  gün  də  öz  aktuallığını 
saxlayır”. 
Hörmətli prof. F.Sadıqovun bu dəyərli sözlərinə onu əlavə et-
məyi zəruri hesab edirik ki, dahi şairin milli musiqimiz haqqında bu 
gün  də  öz  aktuallığını  saxlayan  fikirlərini  gənc  nəslə  sevə-sevə 
çatdırmaq hər bir musiqi müəlliminin mənəvi borcudur. 
N.Gəncəvini  milli  musiqimizi,  musiqi  tariximizi  dərindən 
bilən  musiqişünas  kimi  dəyərləndirən  müəlliflərdən  biri  də  dos. 
Ə.Əhmədovdur.  O,  “Nizami  –  elmşünas”  adlı  monoqrafiyasında 
dahi şairin musiqi ilə bağlı fikirlərinə ayrıca fəsil (VI fəsil – Nizami 
musiqişünas) həsr etmiş  və burada onun eyni zamanda milli musi-
qimizin dərin bilicisi, musiqişünas alim olmasını konkret elmi dəlil-
lər əsasında sübuta  yetirmişdir. Müəllif həmin əsərində  yazır: “Qə-
dim  zamanın  alimləri  öz  dövrlərində  məlum  və  məruf  olan  bütün 
elmləri, o cümlədən də, musiqi və rəqs elmlərini öyrənirdilər. Bütün 
bu  elmlərə  kamil  dərəcədə  sahib  olandan  sonra  onlar  alim  hesab 
olunurdu.  Odur  ki,  islam  alimləri  içərisində  nəinki  musiqi  elmini 
bilən,  hətta,  bu  sahədə  ixtisaslaşmış  alimlər  yetişmişdir.  Fərabi, 
Xəlil  ibn  Əhməd,  Əbul  –  Fərəc  və  digərləri  bu  cür  alimlərdəndir. 
İbni Sina, Fəxri – Razi kimi məşhur alimlər, həm də musiqi bilicilə-
ri olublar. 
Nizami  Gəncəvi  də  bu  cərgədən  geri  qalmamışdır.  O,  dini, 
dünyəvi, humanitar və dəqiq elmlərlə yanaşı, həm də musiqi bilici-
sidir. Onun əsərlərində müxtəlif musiqi alətlərinin və məqamlarının 
adlarına, musiqi məclislərinin təşkili, quruluşu və gedişi qaydalarına 
rast gəlmək olur” (47, 103) 
Dahi şairin musiqi ilə bağlı fikirləri əsasən “Xosrov və Şirin” 
əsərində cəmlənmişdir. Həmin əsərdə şair “Çalğıçı Barbədin tərifi” 
adlı bədii parçada onun (Barbədin) yüzdən yuxarı nəğmənin bilicisi 
olduğunu  göstərir,  onlardan  30-nun  başlıca  xüsusiyyətlərini  bir 
musiqişünas alim kim təsvir edir: 


   
37  
 
A       a 
 
O çala bildiyi yüz xoş nəğmədən
Seçdi otuzunu – özü bəyənən. 
Bu otuz nəğmə ki, Barbəd çalırdı, 
Gah ürək verirdi, gah can alırdı. 
“Gənci – badavərd”lə məclisi açdı, 
Ağzı hər nəfəsdə xəzinə saçdı. 
“Gənci – gav” başladı, coşdu üfüqlər, 
Yer öküzün verdi nisar etdi zər. 
“Gənci – süxtə”ni oxuyan zaman 
Min xəzinə yandı onun ahından (57, 167). 
 
Göründüyü kimi dahi şair-musiqişünas cəmi ikicə misrada hər 
bir  nəğmənin  –  havanın  incəliklərini,  insana  təsir  gücünü  böyük 
ustalıqla təsvir edir. Məsələn, şairin bədii təqdimatından məlum olur 
ki, “Gənci – Badavərd” dərin mənası ilə səciyyələndiyi üçün musiqi 
məclisləri onunla açılır. “Gənci – gav” isə öz coşğunluğu ilə dünya-
nı cuşə gətirir. “Gənci – süxtə”nin isə ahu-naləsi yeri-göyü yandırır. 
Beləcə,  dahi  Nizami  hər  bir  nəğmənin  məziyyətlərini,  incəliklərini 
zərgər  dəqiqliyi  ilə  çox  lakonik  və  metaforik  ifadələrlə,  qüdrətli 
rəssam fırçası ilə vəsf edir: 
 
“MüĢk dənəsini səsləndirərkən, 
Ev müşkün ətrindən olrdu xütən. 
“Nimruz” nəğməsini başlasa, bütün 
Özündən gedərdi ağıl yarım gün. 
“Səbz – dər – səbz” nəğməsi başlasa əgər
Saralmış bağlarda açardı güllər. 
“Sərvi – Ģahi” səsi gəlcək qulağa, 
Bülbül sarmaşardı göldə budağa... 
Nəvayi “Mehrigan” çalanda o dəm 
Huş başdan çıxırdı, gülürdü aləm... 
Başlarkən “Qönçeyi – kəbki – dəri”dən 
Kəklik qaqqıltısı gələrdi həmən (yenə orada). 


   
38  
 
A       a 
 
Təkcə  bir  əsərdə  otuz  nəğmənin  səciyyəsini  vermək  ona 
dəlalət edir ki, musiqişünas-şair yüzlərlə hava və havacatın, musiqi-
nin müxətlif janrlarının sirlərinə dərindən bələd olmuşdur. “Xosrov 
və  Şirin”  poemasında  dahi  şairin  səciyyələndirdiyi  həmin  otuz 
nəğmə aşağıdakılardır : 
1. Gənci badavərdi. 2. Gənci – gav. 3. Gənci – süxtə. 4. Şadır-
van – mirvarid. 5. Təxti – Taqdis. 6. Naqusi. 7. Övrəng. 8. Hoqqeyi 
– kavus. 9. Mahbər – kuhan. 10. Müşk – danə. 11. Arayisi Xurşid. 
12. Nimruz. 13. Səbz – dər – səbz. 14. Qüfli – Rumi. 15. Sərvistan. 
16. Sərvi səhi. 17. Nuşin – badə. 18. Ramisi – can. 19. Sazi – nov-
ruz.  20.  Müşguyə.  21.  Mehrigan.  22.  Mərvayunik.  23.  Şəbdiz.      
24.  Şəbi  –  fərrax.  25.  Fərruxruz.  26.  Qönçeyi  –  kəbki  –  dəri.         
27. Nəxçirigan. 28. Kini – Səyavuş. 29. Kini – İrər. 30. Baği – Şirin. 
Musiqinin bütün incəliklərinə dərindən bələd olan şair əsərlə-
rində  onlarla  musiqi  alətinin  adını  çəkir.  Həm  də  elə  musiqi  alət-
lərinin  ki,  onların  əksəriyyəti  bugünkü  musiqiçilərə  məlum  deyil. 
“İsgəndərnamə”  poemasındakı  “Əflatunun  çalğı  aləti  qayırması” 
hekayəti göstərir ki, dahi şair – musiqişünas təkcə öz dövrünün mu-
siqisini  mənimsəməklə  kifayətlənməmiş,  qədim  dövrlərin  musiqi 
sənətini,  çalğı  alətlərini  öyrənməyə çalışmışdır. Qeyd olunan heka-
yədən aydın olur ki, qədim yunan filosofu Əflatun (Platon) o zaman 
heç  kimə  məlum  olmayan  yeni  çalğı  aləti  –  ərğənun  düzəldir.  Bu 
alət  həmin  dövrdə  çalğı  aləti  kimi  geniş  istifadə  olunan  uddan  bir 
sıra üstünlükləri ilə fərqlənir: 
 
Telləri yaxşıca köklənmiş bu saz, 
Başladı verməyə ahəngdar avaz. 
Zil və bəm nəğmələr hasil edərək
Mizrabı gah yavaş vururdu, gah bərk... 
Səslərdə o qədər məlahət vardı 
Ki heyvan eşitcək donub qalırdı. 
İnsan səslərindən heyvana qədər – 
Sazdan çıxardardı hər cürə səslər (37, 468) 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə