Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə8/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   4   5   6   7   8   9   10   11   ...   64

   
23  
 
A       a 
rını da fəth etməyə başladılar. Toğrul bəyin ölümündən sonra haki-
miyyətə gələn Alp Arslanın dövründə Səlcuq və Oğuz tayfa birləş-
mələrinin  zəfər  yürüşləri  davam  edir  və  onlar  yeni-yeni  ərazilərə 
sahib olurlar. 
N.Gəncəvinin  yaşayıb-yaratdığı  XII  əsr  Yaxın  və  Orta  Şərq 
regionunda  Türk  əsri  kimi  xarakterizə  oluna  bilər.  Türk  deyərkən 
burada ilk növbədə oğuzlar nəzərdə tutulur. Bu dövrdə türklərin yük-
sək nailiyyətlər əldə etməsi bir çox tarixçilər tərəfindən etiraf və təs-
diq  edilmişdir.  Hətta,  Malazgird  savaşından  öncə  xəlifə  Qaim  bin 
Əmrillah Alp Arslanın qələbəsi üçün xüsusi bir dua mətni hazırladıb 
bütün islam ölkələrində cümə namazında oxutdurmuşdu (35, 6). 
XI  əsrdən  etibarən  bütövlükdə  İslam  dünyasının  inkişafı,  bu 
dinin intişarı türklərin adı ilə bağlanır, İslam tarixində türk mərhələ-
si başlanır. Doğrudur, Yaxın Şərqdə ədəbi dil kimi hələ 150 ilə ya-
xın istinasız olaraq fars dilindən istifadə edilir, ancaq türk ruhu qəti 
şəkildə  ədəbi-mədəni  mühitə  daxil  olur.  Orta  Asiyada  hələ  Ma-
lazgird döyüşünən iki il əvvəl – 1069-cu ildə böyük türk şairi Yusif 
Xas  Hacib  "Türk  Şahnaməsi"  adı  ilə  məşhur  olan  "Kutadqu  bilik" 
əsərini yazmışdı. 
XII əsrdən başlayaraq türk obrazı ədəbiyyatda epizodik xarak-
ter  daşımaqdan  çıxaraq,  xeyli  qüvvətlənir  və  mövqeyini  möhkəm-
ləndirir. Bu, hər şeydən  öncə, türk hökmdarlarının  siyasi  mövqeyi-
nin güclənməsi ilə bağlı olaraq, əhalinin etnik tərkibinin də türklərin 
xeyrinə dəyişməsi ilə bağlıdır. 
Yuxarıda  qeyd  olunan  tarixi  faktlar  əsasında  N.Gəncəvinin 
yaşayıb-yaratdığı XII əsrdə bütün Yaxın və Orta Şərq regionunda, o 
cümlədən, Azərbaycan və dahi şairin vətənində - Gəncədə ictimai – 
mədəni mühitdə türk ruhunun hakim olduğunu sübut edən müəllim, 
onu da  əlavə edir ki,  məhz belə bir mühitin təsirindəndir ki,  farsca 
yazdığına baxmayaraq, o, öz əsərlərində türk mentalitetini, türk hu-
manizmi və demokratikliyini tərənnüm etmişdir. 
Məlum  olduğu  kimi,  tarix  dərsliklərində  XII  –  XIII  əsrlərdə 
Azərbaycanın mədəniyyət tarixinə dair mövzularda N.Gəncəviyə də 
müəyyən yer verilmişdir. Həmin mövzuların tədrisi zamanı müəllim 


   
24  
 
A       a 
dərslikdə  verilmiş  qısa  məlumatla  kifayətlənməməli,  son  dövrlərdə 
aparılan  elmi  axtarışların  nəticəsi  kimi  meydana  gələn  elmi 
əsərlərdən  (4,  47,  48,  49,  50,  51,  və  s.)  istifadə  edərək,  N.Gəncə-
vinin  Azərbaycan  mədəniyyətini  öz  poeziyası  ilə  zənginləşdirən 
korifey  şair  olmaqla  bərabər,  böyük  mütəfəkkir  alim-filosof, 
pedaqoq və psixoloq olduğunu da şagirdlərə çatdırmalıdır. 
Dahi  şairin  elmi  fikirlərinə  xüsusi  tədqiqat  işi  həsr  edən  və 
həmin  tədqiqatın  nəticəsi  kimi  “Nizami  –  elmşünas”  adlı  sanballı 
monoqrafiya çap etdirən Əhmədağa Əhmədov N.Gəncəvinin təbiət-
şünas,  həndəsəşünas,  səmaşünas,  ulduzşünas,  musiqişünas,  rəvan-
şünas  psixoloq,  elşünas, etnoqraf,  islamşünas  və  sözşünas  bir  alim 
olduğunu elmi dəlillərlə sübut etmişdir (47, 274). Müəllif monoqra-
fiyasının,  “Xatimə”  adlanan  xülaləsində  yazır:  “Nizami  böyük  bir 
tarixçidir. O, bütün Orta və Yaxın Şərq tarixini dərindən öyrənmiş 
və mənbələrdən ələ gətirdiyi sənədləri bir tarixşünas kimi məharətlə 
təhqiq  və  tədqiq  edəndən  sonra  topladığı  məlumatı  nizama  salıb 
nəzmə çəkmişdir” (Yenə orada, səh.271). 
Bu  sətirlərin  müəllifi  dahi  mütəfəkkir  şairin  eyni  zamanda 
böyük pedaqoq və tərbiyəçi olduğunu apardığı xüsusi tədqiqat nəti-
cəsində sübut etmişdir (4). 
Hər  bir  tarix  müəllimi  yuxarıda  qeyd  olunan  elmi  mənbələr-
dən yararlanaraq, onlardan müəyyən konkret nümunələri misal gös-
tərərək,  N.Gəncəvinin  orta  əsr  Azərbaycan  mədəniyyətini  dahi  şair 
kimi poeziya inciləri ilə bəzəməklə yanaşı, elm tarixini dilçilik, ədə-
biyyat,  tarix,  coğrafiya,  astronomiya,  həndəsə,  fizika,  kimya  və  s. 
elmlərə dair zamanı qabaqlayan ideyalarla və dəyərli fikirlərlə zən-
ginləşdirdiyini  şagirdlərin  diqqətinə  çatdırmalı,  onu  həm  dahi  şair, 
həm də ensiklopedik biliklərə malik böyük alim kimi təqdim etməyi 
bacarmalıdır. 
Tarix  dərslərində  N.Gəncəvinin  şagirdlərə  sevdirilməsi  və 
onun  dahliyinə  onlarda  inam  yaradılması  yollarından  biri  də  dahi 
şair haqqında görkəmli şəxsiyyətlərin fikirlərindən, dövlət sənədlə-
rindən  və  rəsmi  məlumatlardan  istifadə  etməkdir.  N.Gəncəvi  haq-
qında ən yüksək fikirləri söyləyən, onun xatirəsinin əbədiləşdirilmə-


   
25  
 
A       a 
si,  irsinin  dərindən  öyrənilib  dünya  miqyasında  tanıdılması  üçün 
dövlət səviyyəsində nəhəng işlər görən məhz Azərbaycan mədəniy-
yətinə və incəsənətinə hər zaman böyük qayğı  göstərən ümummilli 
liderimiz H.Əliyev olmuşdur. Bütün bu işlər haqqında yazıçı Altay 
Məmmədov “Heydər Əliyev və Gəncə” kitabında müfəssəl məlumat 
vermişdir (52, 24 – 95). 
Müvafiq mövzuların tədrisində həmin kitabdan istifadəsi müm-
kün və zəruri olan bəzi məqamlara, konkret faktlara diqqət yetirək. 
1971-ci il yanvarın 9-da şəxsən Heydər Əliyevin təşəbbüsü ilə 
Azərbaycan  KP  MK  Azərbaycanın  böyük  şairi  və  mütəfəkkiri 
Nizami Gəncəvinin  ədəbi  irsinin öyrənilməsini, nəşrini  və  təbliğini 
yaxşılaşdırmaq  tədbirləri  haqqında  qərar  verdi.  Gəncənin  ziyalıları 
həmin qərarı Heydər Əliyevə dərin minnətdarlıq duyğuları ilə qarşı-
ladılar. Müxtəlif  yaradıcılıq ocaqlarında Nizami Gəncəvinin irsinin 
dərindən  öyrənilməsi,  yayılması  sahəsində  tədbirlər  hazırlanmağa 
başlandı.  Bu  qərar  şəhərin  mədəni  həyatına  misli  görünməmiş  bir 
canlanma, təşəbbüskarlıq gətirdi. Bu təşəbbüslərin mərkəzində uni-
kal Nizami poeziya teatrının tamaşaları dururdu (52, 54). 
Heydər  Əliyevin  təşəbbüsü  ilə  Azərbaycan  KP  MK-nın   
1981-ci  ilin  avqust  plenumunda  N.Gəncəvinin  anadan  olmasının 
840 illiyinin qeyd olunması haqqında qərar qəbul edildi. Həmin qə-
rar nizamişünaslıqda əsaslı dönüş yaratmışdır (3)Bu qərarda deyi-
lirdi:  “Respublika  Mədəniyyət  Nazirliyinə,  Yazıçılar,  Arxitektorlar 
İttifaqına,  Şəhər  Xalq  Deputatları  Sovetinin  İcraiyyə  Komitəsinə 
tapşırılsın  ki,  Nizami  Gəncəvinin  məqbərəsini  yenidən  qurmaq  və 
onun ətrafındakı ərazini abadlaşdırmaq haqqında təkliflər versinlər. 
Gəncə  şəhərində  Nizami  Poeziya  evi  yaradılsın  və  o,  şairin 
yaradıcılıq irsini təbliğ edən və yayan mərkəzə çevrilsin” (52, 65). 
Heydər Əliyevin ittifaq (SSRİ – B.A.) miqyasındakı böyük nü-
fuzu sayəsində Nizami Gəncəvinin yubileyi böyük təntənə ilə qeyd 
edildi (Yenə orada, səh.66). 
Bakıda Nizami rayonu olduğu halda, dahi şairin vətənində də 
onun adına bir rayonun  olması  ilə əlaqədar H.Əliyev deyirdi:  “Bi-
zim böyük şairimiz Nizaminin adı Bakıda çox yerlərdə var idi, am-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə