Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə11/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   7   8   9   10   11   12   13   14   ...   64

   
33  
 
A       a 
əlaqələrinə toxunan müəllim buradaca N.Gəncəvi irsinə, sənətinə və 
şəxsiyyətinə  bu  ölkədə  göstərilən  böyük  diqqəti  nümunə  göstərir. 
Fikrini əsaslandırmaq üçün aşağıdakı konkret faktlara müraciət edir. 
Dahi  şairin 870 illiyi  münasibətilə Hindistanda  2011-ci  il “Nizami 
Gəncəvi  ili”  elan  edilmişdir.  Yeni  Dehli  şəhərində  2011-ci  ildə 
N.Gəncəvi adına park salınmış, həmin parkda dahi şairin heykəlinin 
qoyulması nəzərdə tutulmuşdur. “Nizami ili” ilə əlaqədar bu ölkədə 
elmi-praktik konfrans keçirilmiş, opera və balet tamaşası, film festi-
valı, xalça və rəsm  əsərlərinin  sərgisi, muğam  konserti  təşkil olun-
muşdur. 
Azərbaycanın  Hindistandakı  səfirliyinin  axtarışları  nəticəsin-
də  N.Gəncəvinin  əsərlərinin  ilk  dəfə  Kəlküttə  şəhərində  çap  olun-
duğu,  bu  ölkənin  bir  sıra  şəhərlərinin  kitabxana  və  arxivlərində 
müxtəlif yazıların mövcud olduğu müəyyənləşdirilmişdir. Hindista-
nın  Prezident  sarayının  mərkəzi  salonu  olan  Aşoka  Hallda  Nizami 
Gəncəvinin  portreti,  salonun  tavanında  isə  əsərlərindən  beytlər  öz 
əksini tapmışdır (58). 
Bu maraqlı faktları və yeni məlumatları şagirdlərə çatdıran mü-
əllim  onu  da  əlavə  edir  ki,  Hindistanın  türk  əsilli  böyük  şairi  Əmir 
Xosrov  Dəhləvi  dahi  Nizaminin  “Xəmsə”sinə  nəzirə  yazmış,  onu 
özünə ustad hesab etmiş, “söz xəzinəsinin hakimi” adlandırılmışdır. 
Avropanın ən böyük və inkişaf etmiş ölkələrindən olan İtali-
yanın iqtisadi-coğrafi səciyyəsi zamanı bu dövlətlə Azərbaycan ara-
sında siyasi və mədəni əlaqələrin son illərdə genişlənməsi haqqında 
proqram  materialını  şərh  edərkən  müəllim  buna  əyani  misal  kimi 
2012-ci  ilin  aprel  ayında Roma şəhərinin  məşhur “Villa Borghese” 
parkında  dahi  Nizaminin  heykəlinin  açılışını  misal  göstərir.  Və 
əlavə  edir  ki,  bu  heykəl  H.Əliyev  Fondunun  dəstəyi  ilə  qısa  vaxt 
ərzində İtaliyanın paytaxtında ucaldılmış və aprel ayının ortalarında 
burada  keçirilən  “Azərbaycan  mədəniyyəti  günləri”  çərçivəsində 
Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi keçirilmişdir. 
Dahi Nizami Azərbaycanı təkcə Şərq ölkələrində və Avropada 
deyil, bütün dünyada, hətta, okeanın o tayında – Amerika qitəsində 
də  tanıdır,  onun  mədəniyyətinə  və  ədəbiyyatına  əcnəbilərdə  dərin 


   
34  
 
A       a 
maraq  hissi  oyadır.  Fikrimizi  əsaslandırmaq  üçün  2011-ci  ilin 
oktyabr  ayında  okeanın  o  tayından  –  Meksika  Birləşmiş  Ştatların-
dan gələn bir şad xəbərə diqqət yetirək. 2011-ci ilin oktyabr ayının 
25-də  Meksikanın  Qerrero  ştatının  Akapulko  şəhərində  Nizami 
Gəncəvinin heykəlinin  təməlqoyma mərasimi  keçirilib. Həmin təd-
birdə  çıxış  edən  Meksikanın  tanınmış  yazıçısı  Manu  Donvier 
N.Gəncəvinin  əsərlərinin  yalnız  Azərbaycana  deyil,  eyni  zamanda 
dünya  ədəbiyyatı  və  fəlsəfi  baxışlarına  misilsiz  töhfə  olduğunu 
vurğulamışdır (59). 
“Dünyanın  iqtisadi  və  sosial  coğrafiyası”  kursunun  “Latın 
Amerikası ölkələri” mövzusunda tədris proqramına əsasən Meksika 
Birləşmiş Ştatlarına xüsusi yer verilir. Proqramın verdiyi bu imkan-
dan səmərəli istifadə edən müəllim yuxarıda qeyd etdiyimiz faktları 
öz  şərhinə  daxil  etməklə  həm  dərsi  müasir  həyat  hadisələri  ilə 
əlaqələndirərək şagirdlərin idrak marağını fəallaşdırır, həm Meksika 
ölkəsi ilə Azərbaycan arasındakı sosial-iqtisadi və mədəni əlaqələrə 
dair bilikləri genişləndirir, həm də dahi  Nizaminin dünya şöhrətinə 
inamı gücləndirir, ona olan ehtiram və məhəbbət hisslərini daha da 
möhkəmləndirir. 
Özbəkistan respublikasının paytaxtı Daşkənddən bəhs edərkən 
burada  N.Gəncəvinin  heykəlinin  təsadüfi  ucalmadığını,  daha  şairin 
“Xəmsə”sinin  özbək  ədəbiyyatına,  xüsusilə  böyük  özbək  şairi 
Ə.Nəvaiyə güclü təsirini qeyd etmək vacibdir. 
Dahi şairin irsini öyrətmək və onu şagirdlərə sevdirmək baxı-
mından geniş imkanlara malik humanitar fənlərdən biri də Musiqi-
dir.  Bir  çox  tədqiqatçılar  (prof.  F.Sadıqov,  prof.  S.Qurbanəliyeva, 
dos.  Ə.Əhmədov  və  b.)  sübut  etmişlər  ki,  dahi  şair  eyni  zamanda 
musiqişünas  olmuş,  Azərbaycan  musiqisinin  tarixini  dərindən  bil-
mişdir  (47;  60;  61;  62).  Prof.  F.Sadıqov  “Böyük  şair  Nizami  və 
musiqi”  məqaləsində  yazır:  “Azərbaycan  poeziyasının  və  nəsrinin 
görkəmli  simaları  Q.Təbrizi,  Məhsəti,  Xaqani...  və  başqaları  öz 
əsərlərində  musiqi  folklorumuzun  təsir  gücünü  ustalıqla  tərənnüm 
etmişlər. Bu baxımdan dahi şairimiz Nizami Gəncəvinin ədəbiyyat 
tarixində  müstəsna  xidmətləri  vardır.  Onun  bədii,  emosional,  este-


   
35  
 
A       a 
tik,  fəlsəfi,  həm  də  elmi-idraki  fikirləri  bu  gün  də  oxucuda  heyrət 
doğurur” (60). 
Qeyd olunan məqalədə müəllif konkret misallar əsasında dahi 
şairin milli musiqimizin bütün incəliklərinə dərindən bələd olmasını 
sübut  etməklə  yanaşı,  belə  bir  maraqlı  mülahizə  də  irəli  sürür  ki, 
estetika  elminin  banisi  indiyədək  deyildiyi  kimi,  alman  filosofu 
Baumqarten  deyil,  məhz  N.Gəncəvi  olmuşdur:  “Bir  sıra  ədəbiy-
yatlarda  göstərilir  ki,  bədii  idrakı  fəlsəfədən  ayıraraq  onu  estetika 
kimi  təqdim  edən  XVIII  əsr  alman  filosofu  Baumqarten  olmuşdur. 
Bu  fikirlə  razılaşmaq  olmaz.  Əslində  bu  ideyanın  bünövrəsini  hələ 
XII əsrdə Nizami Gəncəvi qoymuşdur” (yenə orada). 
Müəllif  “Xəmsə” də adı şəkilən müğamların, musiqi alətləri-
nin bir çoxunun adlarının ilk dəfə məhz Nizami Gəncəvi tərəfindən 
qeyd  edildiyini,  onların  əksəriyyətinin  bu  günədək  gəlib  çıxdığını 
xüsusi vurğulayır: “...Nizami yaradıcılığında öz əksini tapan muğam 
dəstgahlarının,  şöbə  və  guşələrinin,  rənglərin,  dəramədlərin,  təsnif-
lərin  adları  müəyyən  assimilyasiyaya  uğramışsa  da,  onların  bir 
qismi isə Nizami yaşadığı dövrdə olduğu kimi, bu gün də öz adları 
ilə  yaşayır.  Məsələn,  Nizami  yaradıcılığında  bədii  mədəniyyətimi-
zin  ən  əvəzsiz  incilərindən  hesab  olunan,  qiymətləndirilən,  təhlil 
edilən  “Rast”,  “Hisar”,  “İraq”,  “Mahur”,  “Nəva”,  “Rəhavi”  (“Rə-
hab”), “Səbz – dər – səbz”, “Sazi – Novruz” kimi muğam nümunə-
ləri  indi  də  el  sənətkarlarımız  tərəfindən  eyni  adla  ifa  edilir  (yenə 
orada). 
Prof. F.Sadıqovun qeyd olunan məqaləsində irəli sürdüyü yeni 
və  maraqlı  fikirlərdən  biri  də  budur  ki:  “...Nizami  hələ  dünyada 
vahid  not  sistemi  yaranmamışdan  öncə  onun  əsaslarından  biri  və 
vacibi  olan  “pauza”  haqqında  ilk  sözünü  demişdir”  (yenə  orada). 
Müəllif  məqalənin  sonunda  bu  qənaətə  gəlir  ki,  “...dahi  Nizami 
Azərbaycan  xalq  musiqisinin, xüsusilə  muğam  dəstgahlarının,  həm 
nəzəri əsaslarını öyrənib təhlil etmiş, ümumiləşdirmiş, həm də mu-
ğamların bütün şöbə və guşələrinin ifa imkanlarını, onların insanda 
doğurduğu emosional hissləri də duymuş, qavramış, təfəkkür süzgə-
cindən  keçirmiş,  bu  inciləri  böyük  şövqlə  tərənnüm  etmiş,  ulu  və 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə