Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə10/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   6   7   8   9   10   11   12   13   ...   64

   
29  
 
A       a 
Məsələn, bu baxımdan bəzi qabaqcıl coğrafiya müəllimlərinin 
hazırlayıb  istifadə  etdikləri  “Gəncə  və  Nizami”  adlı  təqdimat  çox 
səmərəli nəticə verir. Həmin təqdimata aşağıdakılar daxildir : 
1.
 
Gəncənin  qədim  və  orta  əsrlərə,  müasir  dövrlərə  aid  mən-
zərələrini, görkəmli yerlərini əks etdirən slaydlar. 
2.
 
“Nizami” adlı sənədli və bədii filmlərdən fraqmentlər. 
3.
 
Nizami Poeziya Teatrının tamaşalarından qısa fraqmentləri 
əks etdirən video – çarx. 
4.
 
Gəncə  şəhərində  dahi  şairin  870  illik  yubileyi  ilə  əlaqədar 
keçirilmiş silsilə tədbirlərin video-xülasəsi. 
5.
 
Gəncə  şəhərində  29  saylı  orta  məktəbin  7-ci  sinfində  dahi 
şairin 870 illik yubileyinə həsr olunmuş açıq dərsin video-yazısı. 
6.
 
N.Gəncəvinin  məqbərəsinin  əvvəlki  illərdə  və  son  dövrdə 
bərpasını müqayisəli əks etdirən sənədli xronika. 
Həmin təqdimat ümummilli lider H.Əliyevin Nizami və Gən-
cə  haqqındakı  sözləri  (Nizami  deyəndə  Gəncə  düşünürsən)  ...  ilə 
başlayıb, dahi şairin aşağıdakı sözləri ilə bitir: 
 
Şeri oxunanda bu Nizaminin 
Özü də hər sözdə görünər yəqin. 
Gizlənib özünü verməzmi nişan 
Sənə hər beytində bir sirr danışan? 
Yüz il sonra sorsan bəs o hardadır? 
Hər beyti səslənər: Burda, burdadır (57, 362). 
 
Təqdimatın  şagirdlərdə  emosional  əhvali-ruhiyyə  yaratmasını 
təmin  etmək  üçün  əvvəldən  sonadək  bütün  səssiz  materiallar  dahi 
Nizaminin  sözlərinə  dahi  Ü.Hacıbəyovun  bəstələdiyi  musiqi  ilə 
müşaiyət olunur. 
Coğrafiya dərslərində N.Gəncəviyə məhəbbət hissinin aşılan-
ması  yollarından  biri  də  onun  adını  daşıyan  coğrafi  adlar,  eləcə  də 
“Xəmsə”də  qeyd  olunan  toponimlər  haqqında  müvafiq  mövzuların 
tədrisində yığcam məlumat verməkdir. Məsələn, Gəncə və Bakı şə-
hərlərinin  inzibati  rayonlarından  bəhs  edərkən,  müəllim  hər  iki 


   
30  
 
A       a 
şəhərdə dahi şairin adını daşıyan Nizami rayonunun mövcud oldu-
ğunu şagirdlərin diqqətinə cəlb etməli və əlavə olaraq bildirməlidir 
ki, kiçik bir respublikada eyni adda iki rayonun olması ümummilli 
liderimiz  H.Əliyevin  xidmətidir.  Bu  isə  dahi  dövlət  xadiminin 
(H.Əliyevin) dahi şairə (N.Gəncəviyə) hörmət və ehtiramının parlaq 
təzahürüdür. 
Qeyd olunan fakta müəllim onu da əlavə edir ki, dahi Nizami-
nin  adını  daşıyan  kəndlər  respublikamızın  bir  sıra  rayonlarında 
(Goranboy, Şəmkir və s.)da mövcuddur. Gəncə şəhərinin yaxınlığın-
dakı Şıx düzü də Şeyx Nizaminin adı ilə bağlıdır. 
Aran  iqtisadi  rayonunun  öyrədilməsi  zamanı  Bərdə  şəhərin-
dən  bəhs  edərkən  müəllim  dahi  Nizaminin  bu  şəhər  haqqındakı 
məşhur sözlərini yada salır: 
 
Bərdə nə gözəldir, necə qəşəngdir
Yazı da, qışı da güldür, çiçəkdir. 
İyulda dağlara lalərlə səpər, 
Qışını baharın nəsimi öpər. 
O yaşıl meşəsi cənnətə bənzər 
Şən ətəklərinə bağlanmış kövsər. 
Söyüdlük çöllərə vermişdir zinət, 
Ağ bağı elə bil həqiqi cənnət. 
Qırqovul yuvası hər sərv ağacı, 
Oxuyur kəkliyi, ötür turacı... (37, 203). 
 
Bu şeir parçasının təhlilindən aydın görünür ki, dahi şair sanki 
bir təbiətşünas alim kimi Bərdə torpağının gözəlliklərini və xüsusiy-
yətlərini tərənnüm edir: 
 
Yem üçün gələr quş bu gözəl yurda
İstəsən quş südü taparsan burda. 
Torpağı yoğrulmuş qızıl suyundan, 
Elə bil hər yanda bitmiş zəfəran (yenə orada). 
 


   
31  
 
A       a 
Bərdə  torpağının  təbii  gözəlliklərindən  bəhs  etdikdən  sonra 
şair dağıdıcı, ədalətsiz müharibələr nəticəsində həmin gözəlliklərin 
məhv edildiyini qeyd edir: 
 
İndi o dərgahın taxtı alçalmış, 
İpəyi, qumaşı küləklər çalmış. 
Təzə nar gülləri tökülüb solmuş
O narlar, nərgizlər dönüb toz olmuş. 
İndisə yerində bu gözəl yurdun, 
Var sel yumuş dərə, qurumuş odun. 
 
Dahi şair bu gözəl diyarın mövcud vəziyyətinə acısa da, onun 
dərdinə dərman olduğunu da qeyd edir: 
 
Yenə də bol olan o göyərtilər
Ədalət toxmundan göyərsə əgər. 
Yenidən gözəlcə bəslənsə diyar, 
Get-gedə yaşıllıq, gözəllik artar  
(yenə orada, səh.204). 
 
Daha sonra müəllim qeyd edir ki, dahi Nizami Bərdənin təbii 
gözəlliklərini vəsf etməklə yanaşı, Azərbaycanın bu qədim diyarının 
eyni zamanda qəhrəmanlar, mərdlər yurdu olduğuna, şəhərin əvvəl-
lər Hərum adlandığına diqqəti cəlb edir : 
 
Hərum adlanırdı bu yurd hər yerdə
İndisə adına deyirlər Bərdə. 
Bu mərdlər, gözəllər yurdunda, inan, 
Çox saysız xəzinə gizləmiş zaman (yenə orada). 
 
Yekunda müəllim şeirdə təsvir olunan qədim Bərdənin şöhrə-
tinin  özünə  qaytarılması  üçün  müasir  dövrdə  burada  aparılan  yeni-
dənqurma  və  abadlıq  işlərindən  bəhs  etməklə  dərsin  həyatla  əlaqə-
ləndirilməsini  təmin  edir.  Müəllim  sonda  onu  da  vurğulayır  ki, 
Bərdəni  sevə-sevə  tərənnüm  edən  və  beləliklə  də,  ədəbiyyat  tarixi-


   
32  
 
A       a 
mizə bu qədim diyarın adını qızıl hərflərlə  yazan N.Gəncəvini bər-
dəlilər böyük məhəbət və ehtiramla hər zaman yad edir və xatirəsini 
əziz tuturlar. 
Dünyanın iqtisadi və sosial coğrafiyası kursunun tədrisində də 
N.Gəncəvinin  dünya  şöhrətli  şair-filosof  olduğu  şagirdlərə  anlat-
mağın imkanları heç də az deyil. Məsələn, Fransanın sosial-iqtisadi 
səciyyəsinə  və  şəhərlərinə  həsr  olunan  dərsdə  müəllim  şagirdlərin 
diqqətini  Azərbaycanın  bu  ölkə  ilə  sıx  elmi-mədəni  əlaqələrinin 
mövcudluğuna,  həmin  əlaqələrin  hələ  orta  əsrlərdə  başlanmasına, 
Avropada  Nizami  Gəncəvi  haqqında  ilk  yazılı  məlumatların  məhz 
bu  ölkədə  yayılmasına  cəlb  edə  bilər.  Fransız  şərqşünaslarının  və 
yazıçılarının öz elmi  əsərlərində N.  Gəncəviyə, onun  “Xəmsə”sinə 
böyük  diqqət  yetirməsinə  dair  aşağıdakı  faktlardan  bu  fikri  əsas-
landırmaq mümkündür. 
“Avropada nizamişünaslığın özülünü XVII əsrdə fransız şərq-
şünasları  qoymuşlar”  (40).  Nizami  Gəncəvini  öyrənmək  sahəsində 
Fransada XVII əsrdə başlanmış fəaliyyət sonralar müntəzəm davam 
etmişdir. Fransız şərqşünaslarından  Bartelemi  d'Erblo,  Silvester dö 
Sasi,  Jül  Mol, Yan Darmsteter,  Lüsyən  Buva,  Alfons Pusso, Rönü 
Patrn, E.Bloşe, Jorj Farilley, L.M.Dübo, Fridrix Şarmua, Anri Mas-
se, Lui Araqon və başqaları Nizami Gəncəvinin həyat və yaradıcılı-
ğını araşdırmaqla məşğul olmuşlar. Onlar Nizami əsərlərinin tərcü-
məsi sahəsində çox iş görmüşlər... Parisdə çıxan “Jurnal Aziyatik”, 
“Rövü dü mond müzülman” və digər jurnalların müxtəlif nömrələ-
rində  Nizami  Gəncəvinin  ölməz  yaradıcığını  təhlil  edən  bir  çox 
məqalələr dərc olunmuşdur (yenə orada). 
Fransız  şərqşünasları  öz  əsərlərində  N.Gəncəvinin  əsərlərini 
yüksək  qiymətləndirmiş,  dahi  şair  haqqında  dəyərli  fikirlər  söylə-
mişlər.  Onlardan  Bartelemi  d'Erblo,  Marsel  Erqetu,  H.Bamate, 
B.Meynar və  Lui Araqonun dahi şair haqqında söylədikləri  yüksək 
fikirləri  yuxarıda  qeyd  etdiyimiz  üçün  burada  təkrara  ehtiyac 
duymuruq. 
Başqa bir misal. Hindistanın sosial-iqtisadi coğrafiyasını öyrə-
dərkən  bu  qədim  mədəniyyət  ölkəsi  ilə  Azərbaycanın  elmi-mədəni 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə