Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə9/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   5   6   7   8   9   10   11   12   ...   64

   
26  
 
A       a 
ma mən istəyirdim  ki,  bir rayon da  Gəncədə  Nizaminin  adını daşı-
sın. Bir vaxt da xalqımız üçün, eyni zamanda da Gəncə üçün, – çün-
ki Nizami də gəncəlidir, Nizami deyəndə Gəncə düşünürsən” (yenə 
orada, səh.52)
H.Əliyevin 1998-ci il 30 mart tarixli sərəncamından: “Dünya 
ədəbiyyatının  görkəmli  nümayəndəsi,  dahi  şair  və  mütəfəkkir  Ni-
zami Gəncəvinin xatirəsini əbədiləşdirmək məqsədilə qərara alıram: 
1.  Nizami  Gəncəvinin  Sankt-Peterburq  şəhərində  abidəsinin 
qoyulması haqqında Azərbaycan Respublikası Mədəniyyət Nazirli-
yinin  Sankt-Peterburq  meriyası  ilə  razılaşdırılmış  təklifi  qəbul 
olunsun. 
2.  Azərbaycan  Respublikası  tərəfindən  qoyulacaq  abidə 
Sankt-Peterburq şəhərinə hədiyyə edilsin. 
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti Nizami Gən-
cəvinin  Sankt-Peterburq  şəhərində  abidəsinin  ucaldılması  ilə  bağlı 
tədbirlərin həyata keçirilməsi təmin etsin” (yenə orada, səh. 95). 
Bu fakta müəllim onu da əlavə edir ki, həmin sərəncamın hə-
yata keçirilməsi nəticəsində 2002-ci ildə S.Peterburq şəhərində dahi 
şairin abidəsi ucaldılmış, 2011-ci ildə – 870 illik yubileyi ərəfəsində 
isə həmin abidənin ətrafında Nizami Gəncəvi adına bağ salınmışdır. 
Bu bağ H.Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəli-
yinin  layihəsi  əsasında  salınmışdır.  Həmin  bağın  açılışında  H. 
Əliyev  Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin  pre-
zidenti, dahi öndərin nəvəsi Leyla Əliyeva iştirak və çıxış etmişdir. 
Azərbaycan  Respublikasının  prezidentliyə  namizəd  Heydər 
Əliyevin  1998-ci  il  oktyabrın  7-də  Gəncədə  seçicilərlə  görüşdə 
nitqindən:  Dünyada  hər  bir  xalq,  millət  öz  tarixi,  mədəniyyəti  ilə, 
bəşər  xəzinəsinə  verdiyi  töhfələrlə  tanınır.  Azərbaycan  xalqı  çox-
minlik, çoxəsrlik tarixində bəşər mədəniyyətinə əvəzsiz, dəyərli töh-
fələr vermişdir. Bunda Gəncənin, gəncəlilərin xüsusi yeri var. Azər-
baycan  xalqının  tarixini,  mədəniyyətini,  ədəbiyyatını,  şeirini  Şərq 
aləmində,  bütün  dünyada  Nizami  Gəncəvi  ilə  tanıyırlar.  Azərbay-
cana  və  Azərbaycan  xalqına  təkcə  Nizami  Gəncəvi  kimi  dahi  bir 


   
27  
 
A       a 
şəxsiyyət bağışladığına görə Gəncə torpağı, Gəncə xalqı, gəncəlilər 
əbədi minnətdarlığa layiqdirlər. 
Nizami  Gəncəvi  məktəbi  Gəncədə  də,  Azərbaycanın  başqa 
diyarlarında da davam  etmişdir. Bu gün də bizim  ədəbiyyatımızın, 
şeirimizin, mədəniyyətimizin əsas mənbələrindən biri Nizami Gən-
cəvi  yaradıcılığı,  onun  əsərləri  –  "Xəmsə"si  –  poemalarıdır"  (yenə 
orada, səh.114 – 115). 
Qeyd  olunan  tərbiyəvi  faktların  və  nümunələrin  həm  tarix, 
həm  də  ədəbiyyat  dərslərində  fənlərarası  əlaqənin  yaradılması  yolu 
ilə öyrədilməsi təlim-tərbiyə baxımından daha səmərəli nəticə verir. 
Həm də məsələnin belə qoyuluşu hər iki dahi şəxsiyyətə (N.Gəncəvi 
və  H.Əliyev)  hörmət  və  ehtiram  hisslərinin  yaranmasına  əlverişli 
şərait yaradır, dərsdə varislik prinsipinin tətbiqini təmin edir. 
Tarix  dərslərində  dahi  şairin  irsini  dərindən  öyrənmək,  onun 
şəxsiyyəti  və  sənəti  haqqında  daha  müfəssəl  məlumat  verməklə 
N.Gəncəvinin  eyni  zamanda  böyük  tarixçi  alim  olduğunu  sübut 
etmək yollarından biri "Xəmsə"də təsvir olunan tarixi hadisələrin və 
tarixi  şəxsiyyətlər  haqqında  bədii  materialların  real  tarixi  faktlarla 
müqayisəli öyrədilməsidir. Bu baxımdan onun yaradıcılığının zirvə-
si  olan  "İsgəndərnamə"  əsərində  daha  geniş  elmi-bədii  material 
vardır. Son dövrlərədək elmi mənbələrdə və ədəbiyyat dərsliklərin-
də  İsgəndərin  Azərbaycanda  olması  dahi  şairin  təxəyyül  və  fan-
taziyası  kimi  qələmə  verilmişdir.  Halbuki,  son  dövrlərdə  aparılan 
elmi araşdırmalar sübut edir ki, dahi şair “Xəmsə”ni, o cümlədən İs-
gəndərnaməni  yazarkən  tarixi  hadisələrin  təsviri  zamanı  yalnız  öz 
fantaziyasının gücünə arxalanmamış, eyni zamanda müxtəlif dillər-
dəki  qədim  elmi  mənbələrə  əsaslanmışdır.  “Nizami  yaradıcılığında 
ədəbi  əlaqə  məsələləri”  məqaləsində  oxuyuruq:  “İsgəndərnamə”də 
Fateh Şahın Azərbaycanda olması da təsvir edilir. İsgəndərin Azər-
baycana yürüşü qətiyyən şair təxəyyülünün uydurması deyil, səhih, 
faktlara  əsaslanan  tarixi  bir  həqiqətdir.  Bunu  görkəmli  alimimiz, 
filologiya  elmləri  doktoru  Elməddin  Əlibəyzadə  ciddi  axtarışlar  və 
araşdırmalar  nəticəsində  tutarlı  elmi  dəlillərlə  inandırıcı  şəkildə 
sübuta yetirmişdir (45). 


   
28  
 
A       a 
Qeyd  olunan  məsələlər  haqqında  müəllimlərimiz  son  illərdə 
işıq  üzü  görmüş  bir  sıra  dəyərli  monoqrafiyalardan  (54,  55,  56) 
geniş məlumat toplaya və şagirdləri də bu işə cəlb edə bilərlər. 
“İsgəndərnamə”  əsərində  təsvir  olunan  tarixi  hadisələrin 
müqayisəli təhlilinə həm Azərbaycan tarixinin bu dövrə aid mövzu-
larının, həm Qədim və orta əsrlər tarixinin müvafiq dövrünün, həm 
də  ədəbiyyat  dərslərində  N.Gəncəvi  yaradıcılığının  öyrədilməsi 
zamanı müəyyən yer vermək mümkün və zəruridir. 
Dahi şairə hörmət və məhəbbət hisslərinin şagirdlərdə aşılan-
ması  baxımından  əhəmiyyətli  fənlərin  biri  də  coğrafiyadır.  Huma-
nitar  fənlər  sisteminə  daxil  olan  iqtisadi  coğrafiya  kurslarında  belə 
imkanlar daha genişdir. Azərbaycanın iqtisadi və sosial coğrafiyası, 
Dünyanın iqtisadi və sosial coğrafiyası kurslarının tədrisi prosesin-
də həmin imkanlardan bəzilərini nəzərdən keçirək. 
Məlumdur  ki,  Azərbaycanın  iqtisadi  və  sosial  coğrafiyası 
kursunda ölkəmizin ayrı-ayrı iqtisadi rayonlarının və iri şəhərlərinin 
öyrədilməsinə geniş yer verilir. Fənn proqramının verdiyi bu imkan-
lardan istifadə edən müəllim, Gəncə - Qazax iqtisadi rayonunun ən 
böyük,  respublikamızın  isə  ikinci  şəhəri  olan  Gəncə  haqqında 
məlumat  verərkən  onun  qədim  mədəniyyət  mərkəzi  olması  faktı 
üzərində  xüsusi  dayanmalı,  bu  şəhərin  dünya  miqyasında  elm  və 
mədəniyyət  mərkəzi  kimi  tanınmasında  N.Gəncəvinin  böyük  rolu 
olduğunu  önə  çəkməlidir.  Bu  fikri  əsaslandırmaq  üçün  ümummilli 
liderimiz H.Əliyevin Gəncə şəhəri və N. Gəncəvi haqqındalı aşağı-
dakı  sözlərindən  istifadə  səmərəli  nəticə  verə  bilər:  “Nizami 
deyəndə Gəncə düşünürəm... (52, 52). ... Azərbaycana və Azərbay-
can  xalqına  təkcə  Nizami  Gəncəvi  kimi  dahi  bir  şəxsiyyət  bağışla-
dığına  görə  Gəncə  torpağı,  Gəncə  xalqı,  gəncəlilər  minnətdarlığa 
layiqdirlər” (yenə orada, səh.144) 
Qeyd olunan mövzunun – Gəncə – Qazax iqtisadi rayonunun 
tədrisi  zamanı  müasir  təlim  texnologiyalarından  və  interaktiv  me-
todlardan  istifadə  etməklə  az  vaxt  ərzində  həm  dahi  şair,  həm  də 
onun doğma vətəni Gəncə şəhəri haqqında dərin və əhatəli, sistemli 
və əyani biliklər vermək mümkündür. 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə