Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə7/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   2   3   4   5   6   7   8   9   10   ...   64

   
20  
 
A       a 
müsabiqəsi  təşkil  olunmuş,  təhsildə  fərqlənən  tələbələrə  “Nizami 
adına  təqaüd”  təsis  edilmiş,  “Xəmsə”  bağında  yenidənqurma  işləri 
aparıldıqdan  sonra  burada  şairin  şəhərdə  ikinci  heykəli  ucaldıl-
mışdır. 
Kütləvi informasiya vasitələrində geniş işıqlandırılan yubiley 
tədbirləri  məlumatdan  müvafiq  mövzuların  tədrisi  zamanı  əyani 
vasitə  və  əlavə  informasiya  kimi  istifadə  etmək  həm  şagirdlərdə 
dahi şairə hörmət və ehtiramı gücləndirir, həm də proqram material-
larının  həyatla  əlaqələndirilməsi  kimi  mühüm  pedaqoji  prinsipin 
tətbiqini təmin edir. 
Ədəbiyyat  dərslərində  N.Gəncəvi  irsinə  müraciət  təkcə  dahi 
şairin  həyat  və  yaradıcılığına  həsr  olunmuş  mövzuların  tədrisi  za-
manı  deyil,  ədəbiyyat  nəzəriyyəsinin  öyrədilməsi  zamanı  da  müm-
kün  və  zəruridir.  Xüsusilə,  “nəzm”,  “məsnəvi”,  “epizm”,  “lirizm”, 
“ədəbi əlaqələr” və s. ədəbiyyatşünaslıq anlayışlarının şərhi zamanı 
N.Gəncəvinin  “söz  inciləri”ndən  əyani  misal  kimi  istifadə  etmək 
vacibdir. Məsələn, ədəbi əlaqələrlə bağlı bilikləri öyrədərkən müəl-
lim şagirdlərə məlumat verərək qeyd edir ki, Azərbaycan – Avropa 
ədəbi əlaqələrinin tarixindən Azərbaycanda ilk dəfə N.Gəncəvi bəhs 
etmişdir. O, Azərbaycan ədəbi əlaqələr problemini öz yaradıcılğında 
ətraflı işıqlandırmışdır. Onun zəngin ədəbi irsi bu problemin tarixi-
nin öyrənilməsi üçün mötəbər qaynaqdır. 
“Nizami yaradıcılığında ədəbi əlaqə məsələləri” adlı məqalədə 
deyilir:  “Nizami  “Xəmsə”də  tərcümə  məsələlərinə  dönə-dönə  to-
xunmuş, başqa xalqların mədəniyyətinin öyrənilməsində, ədəbi əla-
qələrin  yaranması və geniş vüsət almasında tərcümənin, tərcüməçi-
nin  rolunu  yüksək  qiymətləndirmişdir.  O,  tərcüməyə  xalqların  bir- 
birini başa düşməsi, duyması, dünya mədəni sərvətlərinin yayılması 
üçün  başlıca  vasitə  kimi  baxmış,  Nizami  Gəncəvi  ilk  böyük  əsəri 
“Sirlər  xəzinəsi”ndə  Azərbaycanda  tərcümə  nəzəriyyəsinin  əsasını 
qoymuşdur” (45). 
Yaxud  başqa  bir  misal.  Ədəbiyyat  nəzəriyyəsinin  müvafiq 
mövzularının  tədrisi  zamanı  N.Gəncəvi  təkcə  Azərbaycan  deyil, 
dünya  poeziyasında  epik-romantik  janrın  banisi  kimi  təqdim  olun-


   
21  
 
A       a 
malıdır.  Qeyd  olunan  misalların  sayını  istənilən  qədər  artırmaq 
mümkündür.  Lakin  ədəbiyyatşünaslıq  terminlərinin  şərhi  zamanı 
müəllim  nəzərə  almalıdır  ki,  burada  Nizami  irsinə  müraciət  dərsin 
başlıca  məqsədi  yox,  ona  nail  olmağın  vasitələrindən  biridir.  Ona 
görə  də  Nizami  irsindən  elə  nümunələri  seçmək  lazımdır  ki,  həm 
ədəbiyyat  nəzəriyyəsinə  aid  biliklərin  dərindən  mənimsənilməsinə 
zəmin yaratsın, həm də dahi şairin şəxsiyyətinə  və sənətinə hörmət 
və  ehtiram  hissini  inkişaf  etdirsin.  Məsələn,  poema  janrı  və  onun 
yaranması  tarixindən  bəhs  edərkən  müəllim  dahi  şairin  “Xəmsə”si 
üzərində xüsusi dayanmalı, bura daxil olan poemaların xüsusiyyət-
ləri və məziyyətləri haqqında qısa məlumat verməli, həmin əsərlərin 
təkcə  Azərbaycanda  deyil,  Şərqin  bir  çox  ölkələrində  poema  janrı-
nın inkişafına güclü təsirini qeyd etməlidir. 
Ədəbiyyat dərslərində dahi şairi şagirdlərə sevdirməyin, həyat 
və  yaradıcılığı  haqqındakı  bilikləri  genişləndirməyin  yollarından 
biri də Azərbaycanın digər görkəmli şair və yazıçılarının yaradıcılı-
ğı ilə bağlı mövzuları tədris edərkən onların N.Gəncəvi haqqındakı 
əsərlərinə xüsusi diqqət yetirmək, həmin əsərlərdəki Nizami obrazı-
nın təhlilini təşkil etməkdir. Bu baxımdan M.S.Ordubadinin “Qılınc 
və  qələm”,  Nəriman  Həsənzadənin  “Atabəylər”,  həmçinin  dahi 
Nizamini “bədii sözün tanrısı” (53) adlandıran X.R.Ulutürkün, mü-
təfəkkir şairi “bəşərin ən uca fikir dağı” hesab edən M. Arazın mü-
vafiq şeirlərini xüsusi qeyd etmək olar. Məsələn, X.R.Ulutürk dahi 
şairi  cəmi  dörd  misradan  ibarət  “Nizami”  adlı  şeirində  olduqca 
yüksək qiymətləndirmişdir: 
 
Ucalmış günəşə tunc abidəsi 
Bəlkə yüz bağçada, bəlkə yüz bağda. 
Məndən səkkiz əsr arxadadırmı, 
Yoxsa səkkiz əsr məndən qabaqda (46, 418). 
 
Burada  N.Gəncəvinin  əbədiyaşar  olduğunu  məntiqi  sual  for-
masında diqqətə çatdıran X.R.Ulutürkün həmin sualına şagirdlərdən 
cavab  tələb  etmək  və  həmin  cavabları  əsaslandırmağı  şagirdlərin 
özlərinə tapşırmaq daha səmərəli nəticə verə bilər. 


   
22  
 
A       a 
Ədəbiyyat  fənnindən  sonra  orta  məktəbdə  N.Gəncəvi  irsinin 
öyrədilməsi və onun gənc nəslə sevdirilməsi baxımından geniş im-
kanlara malik olan ikinci fənn Azərbaycan tarixidir. Azərbaycan ta-
rixinin tədrisi prosesində N.Gəncəvi irsinin öyrədilməsi baxımından 
aşağıdakı imkanlar mövcuddur : 
1)
 
Dahi şairin yaşadığı dövrün, ictimai-mədəni mühitin səciy-
yələndirilməsi; 
2)
 
XII-XIII əsrlərdə Azərbaycanda mədəniyyətin inkişafı mə-
sələlərinin  öyrədilməsi  zamanı  N.Gəncəvinin  Şərqdə  intibah  döv-
rünün ən parlaq siması kimi təqdim edilməsi
3)
 
N.Gəncəvi haqqında görkəmli tarixi şəxsiyyətlərin fikir və 
kəlamlarından,  dövlət  sənədlərindən  və  rəsmi  məlumatlardan  is-
tifadə; 
4)
 
“Xəmsə”də təsvir olunan tarixi hadisələrin və tarixi şəxsiy-
yətlər  haqqında  bədii  materialların  real  tarixi  faktlarla  müqayisəli 
şəkildə öyrədilməsi və s. 
Qeyd  olunan  imkanlardan  bəzilərini  nəzərdən  keçirək.  Dahi 
N.Gəncəvinin yaşadığı XII əsrdə ictimai-mədəni mühiti səciyyələn-
dirərkən  tarix  müəllimi  həmin  dövrdə,  Azərbaycanda,  o  cümlədən 
şairin  vətəni  Gəncədə  hakim  olan  türklük  ruhuna  xüsusi  diqqət 
yetirməlidir.  Bu məqsədlə  gənc alim  X.İsgəndərovanın  “Nizami və 
türklük”  monoqrafiyasından  (35)  yararlanmaq  və  şagirdləri  həmin 
elmi  əsəri  öyrənməyə  cəlb  etmək  məqsədəuyğun  və  faydalıdır. 
Müəllimlərə  kömək  mqəsədilə  həmin  monoqrafiyadan  haqqında 
danışdığımız  məsələ  ilə  (Nizaminin  yaşadığı  dövrün  ictimai  – 
mədəni  mühitində  türklük  ruhunun  hakim  olması)  bağlı  əsas  mə-
qamları burada çatdırmağı məqsədəuyğun hesab edirik. 
Azərbaycan  tarixində  XI  əsrdə  oğuz  tayfalarının  gəlişi  və  et-
nik  kompleksdə  aparıcı  rol  oynaması  yeni  etnosun  formalaşması 
üçün yüksək bir mərhələ oldu. Əslində bu, patriantlıq deyil, repatri-
antlıq  sayılmalıdır.  Çünki  türklər  başqa  etnosun  vətəninə  deyil,  öz 
vətənlərinə  dönmüşdülər.  XI  əsrin  ikinci  əsrin  yarısında  islamı 
qəbul  etdikdən  sonra  Qərbə  doğru  hərəkətini  uğurla  davam  etdirən 
Səlcuq türkləri Toğrul bəyin başçılığı altında Azərbaycan torpaqla-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə