Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə4/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   2   3   4   5   6   7   8   9   ...   64

   
11  
 
A       a 
indiyə  qədər  bu  barədə  deyilmiş  dumanlı  fikirlərə  aydınlıq  gətiril-
məsi; 
2)
 
XII  əsrdə  Gəncə  və  onun  ətrafında  türk  mühitinin  kifayət 
qədər güclü olması və bunun da Nizami yaradıcılığının ideya – este-
tik  görünümünə  müsbət  təsir  göstərməsinin  elmi  faktlar  əsasında 
sübuta yetirilməsi; 
3)
 
Şairin əsərlərindəki "Səqlab" və "Çin" sözləri altında əksər 
hallarda türk anlamının və məna-məzmun  tutumunun dayandığının 
təsdiq edilməsi; 
4)
 
Nizami  yaradıcılığında  türk  milli  mentalitetinin  bədii  ini-
kasının və dahi  şairin  bu məsələyə  həssas münasibətinin  aşkara çı-
xarılması. 
Qeyd  olunan  əsərin  elmi  məziyyətlərini  nəzərə  alan  hər  bir 
ədəbiyyat  müəllimi  N.Gəncəvi  yaradıcılığının, xüsusilə, "İsgəndər-
namə"nin tədrisi zamanı həmin məsələyə (Nizami və türklük) xüsusi 
diqqət yetirməli, fikirlərini təsdiqləyən faktları bu dəyərli mənbədən 
seçməli,  həmin  faktlar  üzərində  şagirdlərin  müstəqil  düşünmələri 
üçün  psixoloji-pedaqoji  şərait  yaratmalıdır.  Belə  faktlardan  bir 
neçəsinə nümunə üçün diqqət yetirək. 
1.
 
"İsgəndərnamə"nin  birinci  hissəsi  ("Şərəfnamə")  sultan 
Nüsrətəddin Əbubəkrə (1191 – 1211), ikinci hissəsi ("İqbalnamə") 
isə  Səlcuq  hökmdarlarından  biri  olan  Mosul  hakimi  İzzəddin 
Məsuda (1181 – 1193) ithaf olunmuşdur. Azərbaycan Atabəylərinin 
tənəzzül  dövrünü  təmsil  edən  Məhəmməd  Cahan  Pəhləvanın  oğlu 
olan Nüsrətəddin Əbubəkr hakimiyyət uğrunda mübarizədə qardaş-
larını məğlub edərək, Sultan Qızıl Arslandan sonra taxta çıxmışdı. 
2.
 
"İsgəndərnamə"  türklük  və  türklüyə  məhəbbətin,  türk  hu-
manizmi  və  demokratizmin  parlaq  boyalarla  təsviri.  İsgəndərin  bir 
türk hökmdarı kimi başlıca missiyası məhz dünyadakı ədalətsizliyn 
kökünü kəsmək, nahaq qanlara  yol verməmək, zülmün, zorakılığın 
qarşısını almaqdır. 
3.
 
İsgəndərlə  Nüşabənin  Azərbaycan  torpağında  görüşməsi, 
fatehin  bu  görüşdən  sonra  bütün  cahanda  ədaləti  yaymaq  qərarına 
gəlməsi – dahi Nizaminin öz xalqına, doğma yurduna məhəbbətinin 


   
12  
 
A       a 
bariz nümunəsidir. Bu məhəbbətin nəticəsidir ki, Nizami İsgəndəri 
qədim türk – xəzər şəhəri olan Dərbəndə gətirir, bu şəhəri çöllülərin 
hücumundan qorumaq üçün dindar bir türk zahidindən məsləhət alır 
və  öz  xoş  niyyətini  yerinə  yetirir.  Çöllülərin  hücumundan  xilas  ol-
maq üçün türklər – xəzərlər İsgəndərlə birlikdə mübarizə aparırlar. 
4.
 
Əslində türk xaqanı olan "Çin xaqanı" öz ordusunu döyüşə 
hazırlamaq  üçün  adlı-sanlı  pəhləvanları  məhz  Türküstan  –  Turan 
ərazisindən  toplayır.  Türk  hökmdarı  Nüşabə  kimi,  Türk  xaqanı  da 
öz ağlı və fərasəti ilə nəinki İsgəndərə "dərs" verir, həm də onunla 
dost olur. Isgəndər xaqanın dəvətini qəbul edib ona qonaq gələrkən 
böyük hörmət əlaməti olaraq xaqanı öz yanında taxta əyləşdirir: 
 
Şah onu çağırdı hörmətdir deyə
Oturdu şah kimi qızıl kürsüyə. 
Başqa tacidarla hörmətə görə
Isgəndər yanında diz çokdü yerə. (37, 304) 
 
5.
 
İsgəndərin  xilaskarlıq  missiyasını  təsvir  edərkən  Nizami 
onu hər zaman türklərin tərəfində göstərir ki, bu da şairin öz doğma 
xalqına məhəbbətdən irəli gəlir. Poemada rusların dağıdıcı orduları-
na mənfi münasibəti tədqiqatçılar Nizamidən 2 əsr əvvəl rus qoşun-
larının  Bərdəyə  hücum  edib  onu  dağıtması  ilə  bağlayırlar.  Nizami 
həmin tarixi hadisəni İsgəndərin dövrünə keçirir və beləliklə, ona öz 
mənfi  münasibətini  bildirir.  Həddini  aşmış  rusları  cəzalandırmaq 
üçün  qəzəblənmiş  İsgəndəri  onların  ardınca  göndərən  Nizami,  onu 
daha böyük türk toplumunun içərisindən – Qıpçaq çölündən keçirir 
və  türklərlə  yaxın  əlaqədə  təsvir  edir.  Poemanın  bu  parçası  Niza-
minin  türkün  gözəlliyinə,  sərbəstliyinə,  azadlığına  və  hazırcavablı-
ğına oxuduğu himn kimi səslənir. İsgəndər ruslara qarşı müharibədə 
ən çox türklərə arxalanır, onları özünə müttəfiq və silahdaş sayır. 
6.
 
Bir  insan  və  hökmdar  kimi  Nizami  İsgəndəri  türk  milli  – 
mənəvi  mentalitetinə  uyğun  təsvir  etmiş,  onun  cəngavərliyini,  təd-
birliliyini,  səxavət  və  alicənablığını  ətrafında  görüb  –  müşahidə 
etdiyi, haqqında tarixi-bədii məlumata malik olduğu türk hökmdar-


   
13  
 
A       a 
larına bənzətmişdir. İsgəndərdəki türk mentalitetinin bədii təqdimini 
daha  qabarıq  göstərmək  üçün  onun  İran  şahı  Dara  ilə  qarşılaş-
dırılması  zəngin  bədii  materialdır.  İsgəndər  hər  cəhətdən  bir  insan 
və  hökmdar  kimi  Daraya  üstün  gəlir.  Yalnız  türk  mentalitetinə  xas 
olan  bir  alicənablığın  ("Kişi  yıxdığını  kəsməz")  nəticəsidir  ki, 
İsgəndər ağır yaralanmış, ölümcül halda olan Daranın başını dizləri 
üstə alır, onun faciəsinə göz yaşı tökür: 
 
İsgəndər ağladı: Aman tacidar
Nökərin İsgəndər mənəm, şəhriyar. 
İstəməzdim görüm torpaqda səni
Öz qanına qəltan bədəni. (37, 154) 
 
Onu  da  xüsusi  qeyd  etmək  lazımdır  ki,  Nizaminin  türklüyü 
sevə-sevə tərənnüm etməsinə dair belə faktlar onun digər poemala-
rında  kifayət  qədərdir.  Həmin  faktlardan  hər  bir  əsərin  təhlili  za-
manı  tərbiyələndirici  faktor  kimi  istifadə  etmək  məqsədəuyğun  və 
zəruridir. 
Nizaminin həyat və  yaradıcılığını tədris prosesində şagirdlərə 
dərindən öyrətməyin və sevdirməyin yollarından biri də dahi şair və 
mütəfəkkir  haqqında  görkəmli  şəxsiyyətlərin  dəyərli  fikirlərindən 
istifadə  etməkdir.  Belə  kəlamlardan  bir  neçəsinə  nümunə  üçün 
diqqət yetirək : 
"Əgər dünyanın bütün dövrlərdə yaşamış şairlərini bir cərgəyə 
düzmək  lazım  gəlsə,  mən  birinci  yeri  tərəddüd  etmədən  Nizami 
Gəncəviyə  verərdim"  (38)  Bu  sözlərin  müəllifi  görkəmli  şərqşünas 
alim  akademik  Yevgeni  Eduardoviç  Bertelsdir.  N.Gəncəvinin  şəx-
siyyətin  və  sənətini  çox  yüksək  qiymətləndirən  Y.E.Bertels  onu 
Firdovsi ilə müqayisə edir və bu tutuşdurmada heç bir tərəddüd etmə-
dən üstünlüyü dahi  Azərbaycan şairinə  verir:  "Nizami öz zamanının 
ən qabaqcıl adamlarını belə ötüb keçmişdir. Onu bədii söz sahəsində 
dünya epopeyası yaradıcısı Firdovsi ilə tutuşduraraq deyə bilərik ki, 
bütün əzəmətinə baxmayaraq, Firdovsinin üzü keçmişə çevrilmişdir. 
O keçmişi diriltmək istəyirdi. Elə fərq bundadır ki, keçmişi diriltmək 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə