Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə6/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   2   3   4   5   6   7   8   9   ...   64

   
17  
 
A       a 
etmək, beləliklə dahi şairin təkcə Azərbaycanda deyil, bütün dünya-
da məşhur olduğu qənaətini formalaşdırmaqdır. 
N.Gəncəvinin  böyüklüyü  və  əzəmətini  şagirdlərə  anlatmağın 
vasitə və yollarından biri də onun həyatı və yaradıcılığı, ədəbi – fəl-
səfi, pedaqoji-psixoloji irsi haqqında son dövrlərin elmi axtarışları-
nın nəticələri kimi meydana çıxan yenilikləri şagirdlərə çatdırmaq-
dır. Nümunə üçün belə yeniliklərdən bir neçəsini nəzərdən keçirək. 
Məlum  ədəbiyyatların  və  dərsliklərin  demək  olar  ki,  hamısında 
N.Gəncəvinin  1141-ci  ildə  anadan  olması  və  1209-cu  ildə  vəfat 
etməsi  göstərilmişdir.  Lakin  görkəmli  şərqşünas  alim  prof. Rüstəm 
Əliyev apardığı elmi araşdırmalar nəticəsində sübut edir ki, N.Gən-
cəvi  1140-cı  ilin  avqust  ayının  17-si  ilə  22-si  arasında  dünyaya 
gəlmiş və 1202-ci ilin aprelində vəfat etmişdir (42, 146, 150). 
Yeni araşdırmalar nəticəsində o da sübut olunmuşdur ki, Dər-
bənd hakiminin Nizamiyə göndərdiyi Afaq (Appaq) heç də qulluqçu 
olmamışdır.  Buradakı  kəniz  sözü  ərəb  dilindəki  "xəzinə"  sözündə-
dir.  "Şairin  ilham  məşəli"  adlı  məqalənin  müəllifi  bu  haqda  elmi 
məntiqə söykənən belə bir qənəaətə gəlir ki : "əgər Dərbənd hakimi 
Dara Müzəffərəddin Afaqı (Appaqı) Nizamiyə, həqiqətən, qulluqçu 
göndərsəydi,  yazardı  ki,  cariyə  göndərirəm.  Ərəb  dilində  qulluqçu 
mənasını  daşıyan  "cariyə"  sözü  lap  qədimdən  indiyədək  mövcud-
dur. Dara Müzəffərəddin gənc Nizamiyə Afaqı "qulluqçu" kimi de-
yil,  əvəzsiz gözəllik xəzinəsi  olan ömür  yoldaşı kimi  göndərmişdi" 
(41).  N.Gəncəvinin  aşağıdakı  sözləri  də  bu  fikrin  doğruluğuna 
dəlalət edir: 
 
O, Dərbənd şahının bir töhfəsidi
Ağıllı, saf, gözəl gül qönçəsiydi (42, 147). 
 
Şairin həyatı haqqında maraqlı yeniliklərdən biri də onun han-
sı  sənətlə  –  nə  işlə  məşğul  olması  ilə  bağlıdır.  İndiyədək  belə  bir 
fikir hakim olmuşdur ki, dahi Nizami ancaq şairliklə məşğul olmuş, 
yazdığı “Xəmsə”nin müqabilində hökmdarların ona bağışladığı "qo-
norar" hesabına yaşamışdır. Lakin yeni axtarışlar nəticəsində müəy-


   
18  
 
A       a 
yən edilmişdir ki, o, gecələr şeir  yazmaq, gündüzlər isə müəllimlik 
fəaliyyətilə  məşğul  olmuşdur.  "Xəmsə"  hikmət  xəzinəsi”dir  adlı 
məqalədə  oxuyuruq:  "Şair  XII  əsr  Gəncə  mədrəsələrində  dərs  de-
mişdir.  Şahlara  öyüd-nəsihət  verən,  elm  və  ürfanı  yüksək  qiymət-
ləndirən Nizami, söz yox ki, gənc nəslin təlim-tərbiyəsindən kənar-
da qala bilməzdi. Nizami gündüzlər müəllimlik edir, gecələr yazıb-
yaradırmış. Şair "Sirlər xəzinəsi" əsərində buna işarə edərək yazır: 
 
Odlu düşüncələrdən şama dönəsən gərək
Gecə alovlanasan, gündüz sönəsən gərək. 
Etsə Nizamiyə paxıllıq hər kəs, 
Nəmsiz bir göz görsün, ahsız bir nəfəs. 
Gecə gəl, gör necə qazıram mədən, 
Mədən yox, bəlkə də can qazıram mən.  
 
"Xosrov  və  Şirin"dən  götürülmüş  bu  misralardan  aydın  olur  ki, 
Nizami  Gəncəvi  ancaq  gecələr  yazıb-yaratmışdır.  Hətta,  "Xəm-
sə"nin  bir  yerində  o,  gündüzlər  başqa  işdə  işləməsinə  işarə  edir  və 
bunun yaradıcılığına mane olmasından şikayətlənir". (43) 
Fikrimizcə, dahi şairin öz "Xəmsə"sində təlim-tərbiyə məsələ-
lərinə geniş  yer ayırması müəllimə, tərbiyəçiyə  yüksək qiymət ver-
məsi  faktının  özü  də  onun  bu  peşənin  sirlərinə  dərindən  bələd 
olmasına və müəllimlik fəaliyyəti ilə məşğul olmasına dəlalət edir. 
Dahi  şair  haqqında  kütləvi  informasiya  vasitələrindən,  dövri 
mətbuatdan  son  yeniliklərin  və  maraqlı  məlumatların  toplanılması 
və dərsdə onlardan maraqlı fakt  kimi  istifadə  olunması,  həm  də bu 
işə şagirdlərin də geniş cəlb edilməsi olduqca əhəmiyyətli və zəruri-
dir.  Məsələn,  N.Gəncəvinin  əlyazmalarından  dərsdə  bəhs  edərkən 
müəllim dərslikdə olmayan aşağıdakı məlumatı öz şərhinə əlavə edə 
bilər. Azərbaycanın Avstriyadakı səfirliyi axtarışlar nəticəsində dahi 
şairin  “Xəmsə”sinin  bu  ölkədə  saxlanılan  nüsxələrini  Azərbaycana 
gətirmək  üçün  Azərbaycan  Mədəniyyət  və  Turizm  Nazirliyi  bu 
ölkənin Milli Kitabxanasına müraciət etmişdir. Həmin kitabxananın 
baş direktoru Yohanna Ralinger bildirib ki, Azərbaycanın 17 nadir 


   
19  
 
A       a 
incisindən  biri  olan  “Xəmsə”də  “İsgəndərnamə”nin  2-ci  hissəsi 
istisna  olmaqla  beş  poema  tam  təsnifatı  ilə  əks  olunur  və  ölkə 
mədəniyyətini təbliğ edən bu əlyazma uzun illərdir burada qorunub 
saxlanılır. 
Mədəniyyət  və  incəsənətə  daim  qayğı  və  diqqət  göstərən 
ümummilli  liderimiz H.Əliyev 2000-ci ildə Avstriyaya rəsmi səfər 
edən  zaman  əsərin  bərpası  barədə  tapşırıq  vermişdi.  2002-ci  ildən 
bərpa  olunan  “Xəmsə”nin  əlyazması  əsasında  multimedia  diskinin 
təqdimatı 2008-ci ilin aprelində keçirilib. Bu XII əsrin şeirlər toplu-
su olan “Xəmsə”nin tam əlayazmasıdır. Əlyazmanın üzü XVII əsrdə 
Dust  Məhəmməd  ibn  Dərviş  Dərəxtiçi  tərəfindən  köçürülüb.  Mətn 
XV  əsrdə  geniş  yayılan  yazı  üslubu  olan  nəstəliq  xətti  ilə  yazılıb. 
“Xəmsə”yə çəkilən ilkin miniatürlər də bu əsrə təsadüf edir (44). 
Məlum olduğu kimi, 2011-ci ildə dahi şairin anadan olmasının 
870  illiyi  tamam  olmuşdur.  Həmin  yubileyi  dövlət  səviyyəsində 
qeyd  etmək  üçün  Azərbaycan  Respublikasının  prezidenti  İ.Əliyev 
30  dekabr  2011-ci  il  tarixdə  xüsusi  sərəncam  vermişdir.  Həmin 
sərəncamda  N.Gəncəvinin  yaradıcılığı  “bəşər  bədii  fikrinin  nadir 
hadisəsi”  kimi  qiymətləndirilmiş,  onun  870  illik  yubileyini  ölkə 
miqyasında geniş qeyd etmək üçün əlaqədar nazirlik və təşkilatlara, 
Gəncə şəhər icra hakimiyyətinə tapşırıq verilmişdir. 
Təbii  olaraq,  şairin  yubileyi  ilə  əlaqədar  ən  genişmiqyaslı 
tədbirlər  onun  vətəni  Gəncə  şəhərində  həyata  keçirilmişdir.  Şairin 
xatirəsinə ehtiram  və  məhəbbətin bariz nümunəsi olan işlər bu gün 
də  onun  doğma  vətənində  görülməkdə  və  getdikcə  geniş  vüsət  al-
maqdadır. Həmin işlərdən bir neçəsini nümunə üçün qeyd edək. İlk 
növbədə dahi Nizaminin məqbərə kompleksi yenidən təmir edilmiş, 
ətrafında geniş park salınmış (əvvəllər bu yerlər qumlu, kollu-koslu 
çöllük idi), burada “Nizami Gəncəvi Mərkəzi”nin bünövrəsi qoyul-
muş, açıq havada muzey yaradılmış, Azərbaycan Milli Elmlər Aka-
demiyasının  Gəncə  Regional  Mərkəzində  “Nizami  İnstitutu”  təsis 
olunmuş, “Nizami Gəncəvi” adlı jurnal nəşrə başlamış, silsilə elmi-
praktik  konfranslar  keçirilmiş,  şəhərin  ali  və  orta  məktəblərində 
dahi  şairin  poeziyasına  həsr  olunmuş  bədii  qiraət  və  inşa  yazıları 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə