Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə3/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   2   3   4   5   6   7   8   9   ...   64

   
8  
 
A       a 
Məlum həqiqətdir ki, orta məktəblərdə humanitar fənlər içəri-
sində Nizami irsinin öyrədilməsi baxımından birinci  yeri ədəbiyyat 
tutur. Lakin müşahidələr göstərir ki, bəzi qabaqcıl təcrübəyə malik 
olanlar istisna olmaqla ədəbiyyat müəllimləri öz dərslərində N.Gən-
cəvini yalnız bir şair kimi öyrədir və onun haqqında ancaq mövcud 
bilikləri  verməyə  çalışırlar.  Halbuki  Nizami  dahi  şair  olmaqla  ya-
naşı  böyük  mütəfəkkir-filosof,  ensiklopedik  biliyə  malik  alimdir. 
Onun  əsərlərində  həm  humanitar  (ədəbiyyat,  dilçilik,  tarix,  musiqi, 
təsviri incəsənət və s.), həm də təbiət-riyaziyyat elmləri (fizika, hən-
dəsə, kimya, biologiya, coğrafiya və s.) ilə bağlı çox dəyərli fikirlər, 
zamanı qabaqlayan ideyalar kifayət qədərdir. 
Ədəbiyyat  müəllimi  dahi  şairin  əsərləri  haqqında  proqram 
tələbləri  əsasında  biliklər  verməklə  kifayətlənməməli,  onun  poezi-
yasındakı qüdrətli tərbiyəvi təsir gücündən istifadə etməyə çalışma-
lı, şagirdləri şairin  müsbət  qəhrəmanlarından örnək almağa alışdır-
malıdır.  Məsələn,  VI  sinifdə  şairin  “Oğlum  Məhəmmədə  nəsihət” 
şeirini  öyrədərkən  müəllim  dərslikdə  verilmiş  tapşırıq  və  suallarla 
(7, 79 – 80) kifayətlənməməli, əqli hücum, klasster (şaxələndirmə), 
qruplarla  iş  və  s.  interaktiv  təlim  metodları  və  iş  formalarından 
istifadə etməyə çalışmalıdır. 
Müxtəlif üsullar əsasında şeirin tərbiyəvi cəhətlərini aşkara çı-
xaran müəllim alınan nəticələri ümumiləşdirməli və aşağıdakı xüla-
səni hasil etməlidir: 
- uşaqlar, gördüyünüz kimi dahi şairi və böyük tərbiyəçi olan 
N.Gəncəvi  öz  oğlunun  timsalında  gənc  nəslə  tövsiyə  edir  ki:          
1)  insan  cavanlıq  yaşından  qeyrətlə  çalışmalı,  hünər  göstərməlidir; 
atasının səbəbinə deyil, öz hünəri ilə uğurlar azanmağa çalışmalıdır; 
2)  cəmiyyətdə  öz  yerini  tutmaq  üçün  ağıllı-kamallı  olmaq,  xalqa 
hörmətlə yanaşmaq lazımdır; 3) insan hisslərini cilovlamağı bacar-
malı, Allah  yolundan kənara çıxmamalıdır; 4) insan bir  elmi  və  ya 
peşəni  öyrənmək  istədikdə  onu  dərindən  öyrənməli,  öz  peşəsinin 
kamil ustası olmalıdır; 5) hər bir cavan atanın öyüd-nəsihətinə qulaq 
asmalı, onlara əməl etməli, veyil-veyil gəzməməlidir. 


   
9  
 
A       a 
Aparılan müşahidələr və anket sorğuları göstərir ki, dahi şai-
rin ayrı-ayrı əsərlərinin dərindən öryənilməsi, həmin əsərlərdəki tər-
biyəvi  cəhətlərin  tam  üzə  çıxarılması  baxımından  müasir  təlim 
vasitələri  və  texnologiyaları  əsasında  hazırlanan  təqdimatlar  böyük 
təlim-tərbiyə  əhəmiyyəti  kəsb  etməklə  yanaşı,  şagirdlərdə  yaradı-
cılıq qabiliyyətlərinin, müstəqil düşünmək və işləmək bacarıqlarının 
inkişafına güclü təkan verir. Məsələn, Bakı şəhəri Nəsimi rayonu 42 
saylı  orta  məktəbin  Azərbaycan  dili  və  ədəbiyyatı  müəllimi  Gülər 
Asif  qızı  Şahbaza  bu  sahədə  maraqlı  iş  təcrübəsinə  yiyələnmişdir. 
O,  öz  dərsində  təqdimatların  hazırlanması  və  istifadəsinə  xüsusi 
diqqət yetirir. Onun VII sinifdə tədris olunan “N.Gəncəvinin “Xeyir 
və  Şər”  əsərinin  məzmunu”  mövzusuna  aid  hazırladığı  təqdimat 
pedaqoji ictimaiyyətdə böyük maraq doğurmuş və Təhsil Nazirliyi-
nin  təşkil  etdiyi  “Elektron  təhsil  müsabiqəsi”nə  “İKT-dən  istifadə 
edilməklə  qurulan  tədris  prosesinin  ən  yaxşı  modeli”  nominasiyası 
üzrə  təqdim  edilmişdir.  Həmin  təqdimatda  Nizami  Gəncəvinin  hə-
yatı və yaradıcılığı haqqında məlumatı əks etdirən sxemlər, “Yeddi 
gözəl”  əsəri  ilə  bağlı  sorğu  xarakterli  slaydlar  və  həmin  əsərdən 
olan “Xeyir və Şər” mənzum hekayəsi əsasında çəkilmiş cizgi filmi 
nümayiş etdirilir (bax: 8) 
Fikrimizcə,  belə  təqdimatları  dahi  Nizaminin  digər  əsərləri, 
xüsusilə  “Sirlər  xəzinəsi”ndəki  hekayətlər  əsasında  hazırlamaq  və 
onlardan tədris prosesində müvafiq mövzuların öyrədilməsi zamanı 
istifadə etmək olar və faydalıdır. Çünki həm müasir təlim texnologi-
yalarının,  həm  də  interaktiv  təlim  metodlarının  tətbiqini  nəzərdə 
tutan  belə  təqdimatlar  dahi  şairin  həyat  və  yaradıcılığı  haqqında 
şagirdlərin  biliyini  dərinləşdirir  və  möhkəmləndirir,  eyni  zamanda 
onun sevilməsinə psixoloji zəmin yaradır. 
Qeyd  olunan  təqdimatın  daha  geniş  formasını  10-cu  sinifdə 
“Nizami Gəncəvi. Həyatı və yaradıcılığı” mövzusunun tədrisi zama-
nı hazırlamaq və şagirdlərin müzakirəsinə vermək daha səmərəli nə-
ticə verə bilər. Həmin təqdimata aşağıdakıları daxil etmək məqsədə-
uyğun olar: 1) Qədim və orta əsrlərdə Gəncənin təsvirinə aid slayd-
lar; 2) “Nizami” bədii və sənədli filmlərindən fraqmentlər; 3) Niza-


   
10  
 
A       a 
minin qəzəllərindən seçmələr; 4) “Xəmsə”yə daxil olan poemaların 
("Sirlər xəzinəsi", - 1174; "Xosrov və Şirin", - 1181; "Leyli və Məc-
nun", - 1188; "Yeddi gözəl", - 1197; İsgəndərnamə, - 1203)  yaran-
ma tarixini və başlıca ideyalarını əks etdirən sxemlər, klassterlər və 
miniatürlər;  5)  N.Gəncəvinin  məqbərəsinə  həsr  olunmuş  sənədli 
filmdən  və  televiziya  verilişlərindən  fraqmentlər;  6)  N.Gəncəvinin 
870 illik yubileyinə həsr olunmuş tədbirlərdən fraqmentlər. 
Qeyd  olunan  materialları  internetdəki  çoxsaylı  saytlardan  (9, 
10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 
28, 29, 30, 31, 32, 33, 34 )  və hazır səhifələrdən əldə etmək müm-
kündür. Bir sıra qabaqcıl məktəblərdə belə təqdimatlar məktəbin öz 
saytında yerləşdirilib ki, bu da vaxtaşırı onlardan istifadəni asanlaş-
dırır. 
Onuncu  sinfin  ədəbiyyat  dərsliyində  dahi  şairin  yaradıcılığı-
nın zirvəsi olan “İsgəndərnamə” əsərinə geniş yer verilmişdir (bax: 
35, səh. 56 - 61). Bu imkandan bacarıqla istifadə edən müəllim hə-
min poemanın öyrədilməsinin güclü tərbiyə vasitəsinə çevrilməsinə 
nail  ola  bilər.  Burada  başlıca  diqqət  Nizami  yaradıcılığında  türk-
çülüyün  tərənnümü  məsələsinə  yönəldilməlidir.  Dahi  Azərbaycan 
şairinin farsca yazması faktından sui-istifadə edən bir çox bədxahla-
rımız, hətta, bəzi sapı özümüzdən olan baltalar onun fars şairi olma-
sından,  türkçülüklə  heç  bir  əlaqəsinin  olmamasından  dəm  vurur, 
çoxsaylı cızma-qaralarla oxucuları aldatmaq istəyirlər. 
Gənc alim Xədicə İsgəndərlinin apardığı elmi-tədqiqat işi (35) 
və həmin işin nəticəsi olaraq nəşr etdirdiyi "Nizami və türklük" adlı 
monoqrafiya  (36)  bədxahlarımıza  tutarlı  elmi  cavabdır.  Müəllifin 
çoxsaylı elmi dəlillər əsasında gəldiyi qənaət bir daha təsdiq edir ki, 
N.Gəncəvi farsca yazdığına baxmayaraq türk oğlu türk olaraq bütün 
poemalarında, xüsusilə "İsgəndərnamə"də türk ruhuna və əqidəsinə 
sadiq qalmış, türklüyü parlaq boyalarla tərənnüm etmişdir. Müəlli-
fin  bu  əsərinin  elmi  yeniliyi  və  əhəmiyyəti  aşağıdakılardan  ibarət-
dir: 
1)
 
Dahi  şairin  yaşayıb-yaratdığı  ictimai-mədəni  mühitin  türk 
plastının  tarixi  qaynaqlar  və  ədəbi  əsərlər  əsasında  açıqlanması  və 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə