Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə13/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   9   10   11   12   13   14   15   16   ...   64

   
39  
 
A       a 
 
Bəzi müasir musiqiçilər ərğənunu indiki orqan ilə eyniləşdirir-
lər. Halbuki, orqan sıxılmış hava ilə işləyir, ərğənun isə Nizaminin 
göstərdiyi  kimi  simli  alətdir.  Ə.Əhmədov  bu  barədə  yazır:  “Bu 
ixtilafa  son  qoymaq  üçün,  şübhəsiz,  Nizaminin  bu  tarixi  sənədini 
(yuxarıda qeyd etdiyimiz misraları nəzərdə tutur – B.A.) əsas götü-
rüb  deməliyik  ki,  ərğənun  simli  alətdir,  orqan  deyil”  (47,  119). 
Prof.F.Sadıqov yuxarıda adı çəkilən məqaləsində qeyd edir ki, ərğə-
nun alətinin müasir kanon olması şübhə doğura bilməz (60). 
Ə.Əhmədovun  apardığı  araşdırmaya  görə  dahi  Nizaminin 
əsərlərində aşağıdakı musiqi alətlərinin adı çəkilmişdir: 
I. Simli alətlər: 1. Ud. 2. Rud. 3. Rübab. 4. Cəng. 5. Ərğənun. 
6. Bərbət. 7. Kamança. 8. Setar. 9. Tənbur 
II. Nəfəs alətləri: 1. Ney. 2. Mizmar. 3. Kərrənay. 4. Şeypur. 
5. Musiqar. 
III.  Zərb  alətləri:  1.  Kus.  2.  Təbil.  3.  Dohol.  4.  Məqrəə 
(Böyük təbil) (47, 117) 
Göründüyü  kimi,  dahi  Nizami  öz  əsərlərində  20-yə  yaxın 
musiqi  alətinin  adını  çəkmiş,  onların  hər  birinin  xüsusiyyətlərini 
təsvir etmişdir. Həmin alətlərin bir çoxu tamamilə unudulduğu üçün 
müasir  musiqiçilərə  məlum  deyil.  Ona  görə  də  dahi  şair-musi-
qişünasın elmi-bədii təfəkkürünün yüksək nümunəsi olan söz incilə-
ri  həm  estetik  tərbiyənin  qüdrətli  vasitələrindən  biri  kimi  musiqini 
dəyərləndirmək, həm də musiqi tarixinin, xüsusilə, qədim dövrlərin 
və orta əsrlərin musiqi alətlərinin, hava və havacatların öyrənilməsi 
baxımından əvəzedilməz elmi mənbədir. 
Bəs  bu  əvəzedilməz  elmi  mənbədən  orta  məktəblərin  Musiqi 
dərslərində necə  faydalanmaq olar? Həmin dərslərdə N.Gəncəvinin 
həm  dahi  şair,  həm  də musiqişünas  alim  kimi  şagirdlərə  sevdirmə-
yin  yolları  hansılardır? Apardığımız  müşahidələr,  müsahibələr,  an-
ket  sorğuları  və  qabaqcıl  müəllimlərin  iş  təcrübəsinin  öyrənilməsi 
əsasında  Musiqi  dərslərində  dahi  şairin  ədəbi-mədəni  irsindən,  o 
cümlədən,  musiqiyə  dair  dəyərli  fikirlərindən  istifadənin  aşağıdakı 
imkan, vasitə və yolları müəyyənləşdirilmişdir: 


   
40  
 
A       a 
1.
 
Musiqi tarixinə və nəzəriyyəsinə dair biliklərin öyrədilməsi 
prosesində  N.Gəncəvinin  əsərlərindən  elmi  mənbə  kimi  istifadə 
etmək. Xüsusilə muğamlar haqqında nəzəri biliklər verərkən ayrı – 
ayrı  muğamlarımızın  xüsusiyyətləri,  incəlikləri  barədə  N.Gəncəvi-
nin  dəyərli  fikirlərindən  istifadə  etmək  faydalıdır.  Belə  muğamlara 
“Rast”,  “Hisar”,  “İraq”,  “Mahur”,  “Nəva”,  “Rəhhab”  və  s.misal 
göstərmək olar. 
2.
 
Musiqi alətləri haqqında nəzəri bilikləri öyrədərkən qədim 
alətlər  barəsində  N.Gəncəvinin  verdiyi  məlumatlardan  müqayisəli 
təhlil  vasitəsi  kimi  istifadə  etmək.  Yuxarıda  artıq  qeyd  etdiyimiz 
kimi, dahi şairin əsərlərində 20-yə yaxın musiqi aləti haqqında mə-
lumatlara  rast  gəlinir.  Həmin  musiqi  alətlərinin  şəkilləri  Rauf 
İsmayılzadənin “Nizaminin musiqi dünyası” adlı kitabında verilmiş-
dir  (bax:  103,  səh.  4  –  7;  21  –  22;  49  –  50;  63  –  64;  79  –  80). 
Həmin şəkillərdən musiqi dərslərində əvəzedilməz əyani vasitə kimi 
istifadə  mümkün  və  vacibdir.  Bu  kitabda  müəllif  şairin  “Xəm-
sə”sinə  daxil  olan  poemaları  ayrı-ayrılıqda  təhlil  etmiş,  musiqi  ilə 
bağlı beytləri seçib sistemə salmışdır ki, bu da müəllimlərin həmin 
dəyərli mənbədən dərsdə istifadəsi işini xeyli asanlaşdırmışdır. 
3.
 
N.Gəncəvinin  sözlərinə  bəstələnmiş  mahnıların  və  digər 
musiqi  əsərlərinin  öyrədilməsi  zamanı  şairin  həyatı  və  yaradıcılığı 
barədə,  o  cümlədən,  musiqiyə  dair  fikirləri  haqqında  qısa  məlu-
matlar vermək. Məlum olduğu kimi, dahi şairin yaradıcılığında lirik 
divanı  mühüm  yer  tutur.  Onun  insana  böyük  məhəbbətlə  qələmə 
aldığı qəzəllər hər bir kəsdə gözəlliyə dərin maraq və sevgi oyadır, 
həzin  bir  musiqi  kimi  insanın  ruhunu  oxşayır.  Musiqişünas  alim, 
prof. S.Qurbanəliyeva dahi şairin qəzəllərini yüksək qiymətləndirə-
rək  yazır:  “Şairin  qəzəllərində  aşıb-daşan  sevgi  çağlayır,  həyatın 
gözəlliyinə  vurğunluqdan  doğan  heyranlıq,  böyük  məhəbbət  dilə 
gəlir.  Dahi  şairin  fikrincə,  insan kainatın  nəfəsli dürdanəsidir.  Belə 
bir dürdanə qadın olduqda o, ikiqat ülviləşir” (62, 217). 
Azərbaycanın görkəmli bəstəkarları dahi şairin qəzəllərindəki 
qeyd olunan məziyyətləri nəzərə alaraq, onun sözlərinə musiqi bəs-
tələmişlər.  Heç  də  təsadüfi  deyildir  ki,  Azərbaycanda  romans  – 


   
41  
 
A       a 
qəzəl janrının banisi dahi bəstəkarımız Ü.Hacıbəyov ilk dəfə bu jan-
ra müraciət edərək məhz dahi Nizaminin lirikasından bəhrələnmiş-
dir.  Belə  ki,  o,  1941-ci  ildə  N.Gəncəvinin  anadan  olmasının  800 
illik yubileyi ilə əlaqədar dahi şairin sözlərinə “Sənsiz” və “Sevgili 
canan”  romans  –  qəzəllərini  yazmışdır  (yenə  orada).  Azərbaycan 
romans janrının şah əsərləri olan həmin romansların yazılmasından 
70 il keçdiyinə baxmayaraq, bu gün də sevilə-sevilə ifa olunur. Axı 
bu  romanslar  Azərbaycan  mədəniyyətinin  iki  korifeyinin,  iki  dahi 
şəxsiyyətinin  –  N.Gəncəvi  və  Ü.Hacıbəyovun  poetik  ilhamının 
məhsuludur! 
Ü. Hacıbəyovun romans  – qəzəl ənənəsini davam  etdirən bir 
sıra  görkəmli  Azərbaycan  bəstəkarları  da  N.Gəncəvinin  lirikasına 
müraciət edərək gözəl musiqi əsərləri yaratmışlar. Məsələn, F.Əmi-
rov hələ 1943-cü ildə Konservatoriyada oxuyarkən dahi şairin xati-
rəsinə  həsr  etdiyi  “Gülüm”  romans  –  qəzəlini  yazmışdır.  Sonralar 
görkəmli Azərbaycan bəstəkarları : Cahangir Cahangirov dahi şairin 
sözlərinə “Gül camalın”; “Nazənin”; Adil Gəray – “Yar gəlmiş idi”; 
Qəmbər Hüseynli – “Ey gözüm, de görmədinmi?”; Tofiq Quliyev – 
“Gözüm  aydın”;  Hacı  Xanməmmədov  –  “Surəti-canan  görünür”; 
Ağabacı Rzayeva “Könlüm”; Hökumə Nəcəfova – “Tez gəl”, “Ya-
rım gəldi”; Şəfiqə Axundova – “Cahanda”, “Nə gözəl”, “Necə səbr 
etsin”; Süleyman Ələsgərov – “Sərvi-xuramanım mənim” və s. ro-
mans qəzəlləri yazmışlar. 
Göründüyü  kimi,  musiqi  dərslərində  dahi  şairin  irsinə 
müraciət  etmək,  onu  həm  dahi  şair  kimi,  həm  də  bir  musiqişünas 
alim kimi şagirdlərə sevdirmək baxımından geniş imkan, vasitə və 
yollardan  səmərəli  istifadə  etmək  ancaq  o  halda  mümkündür  ki, 
musiqi  müəllimi  dahi  şairin  poeziyasını  yaxşı  öyrənsin  və  dərk 
etsin, onun musiqiyə dair fikirləri haqqında tədqiqatçıların apardığı 
araşdırmaların nəticələrindən xəbərdar olsun. 
4.
 
Dahi  şairə  həsr  olunmuş  musiqi  əsərlərinin  öyrədilməsi 
zamanı onun həyat və yaradıcılığı barədə yığcam məlumatların ve-
rilməsi.  Məsələn,  görkəmli  bəstəkar  F.Əmirovun  “Nizami”  simfo-
niyasından bəhs edərkən müəllim həmin simfoniyanın mahiyyətinin 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə