Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə16/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   12   13   14   15   16   17   18   19   ...   64

   
48  
 
A       a 
 
1.2. Təbiət – riyaziyyat fənlərinin tədrisində  
       Nizami Gəncəvinin elmi fikirlərindən istifadə yolları 
 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  N.Gəncəvi  dahi  şair  olmaqla 
yanaşı, həm humanitar, həm təbiət, həm də dəqiq elmlər üzrə dərin 
biliklərə  sahib  böyük  alim-mütəfəkkir  olmuşdur.  Onun  coğrafiya, 
kimya, fizika, astronomiya, həndəsə və s. elmlər üzrə zamanı qabaq-
layan  fikir  və  ideyaları  bir  çox  tədqiqatçılar  tərəfindən  öyrənilib- 
ümumiləşdirilmişdir.  Ona  görə  də  orta  məktəblərdə  yuxarıda  qeyd 
olunan elmlərlə bağlı müvafiq fənlərin tədrisi prosesində dahi şairin 
elmi  fikir  və  ideyalarından  istifadə  etmək  həm  şagirdlərin  elmi 
dünyagörüşünün genişləndirilməsi və möhkəmləndirilməsi, həm də 
onun  böyük  filosof-alim  kimi  tanıdılması  baxımından  mümkün  və 
vacibdir. Konkret fənlər üzrə konkret nümunələri nəzərdən keçirək. 
Orta məktəblərdə tədrisinə geniş yer verilən təbiət fənlərindən 
biri fiziki coğrafiyadır. Bu fənnin ayrı-ayrı kurslarında (ümumi fiziki 
coğrafiya, materiklərin və okeanların fiziki coğrafiyası, Azərbaycan 
Respublikasının fiziki  coğrafiyası)  Yerin forması  və ölçüləri, Yerin 
günəş və öz oxu ətrafında hərəkəti, Yerin daxili quruluşu və relyefi, 
atmosfer,  hidrosfer,  biosfer  və  onlarda  baş  verən  təbii  proseslər, 
təbiətin mühafizəsi və s.haqqında ətraflı bilik verilməsi tədris proq-
ramının başlıca tələblərindən biridir. 
Akademik  B.  Budaqov  “Nizami  Gəncəvi  “Xəmsə”si  və  təbi-
ət”  adlı  məqaləsində  dahi  şairin  təbiətlə  bağlı  fikirlərini  tədqiq  və 
təhlil edərək aşağıdakı elmi qənaətə gəlmişdir: “Nizami poemaların-
da,  müasir  elmi  dildə  desək,  diyarşünaslığa,  ölkəşünaslığa,  yerşü-
naslığa, toponimikaya, qitələrin fiziki coğrafiyasına, biocoğrafiyaya, 
ekologiyaya,  ətraf  mühitin  mühafizəsinə  dair  zəngin  elmi  –  bədii 
mülahizələr  və  ümumiləşdirmələr  vardır.  Nizami  Gəncəvi  müasir 
Azərbaycan  coğrafiya  elminin  ilk  özülünü  qoymuĢ  coğrafiyaçı 
alimdir.  Məhz  buna  görə  də  dahi  şairin  coğrafi  görüşləri  xüsusi 
tədqiqat obyekti olmalıdır”. (76) 


   
49  
 
A       a 
Azərbaycan  Demokratik  Cümhuriyyətinin  yaradıcılarından 
biri olan M.Ə.Rəsulzadə də dahi şairin eyni zamanda coğrafiyaçı bir 
alim olduğunu qeyd etmişdir: “Nizaminin coğrafiya sahəsində  gös-
tərdiyi  peyğəmbərlik  bir  sıra  avropalı  müəlliflər  tərəfindən  qeyd 
olunmuşdur.  Bertelsə  görə,  Nizami  Nil  çayının  mənbəyini,  yalnız 
təqribən XIX əsrdə təsbit edilən bir yerdə təsəvvür etmişdir” . (79) 
 Aparılan  tədqiqatlarla  artıq  sübut  edilmişdir  ki,  dahi  Nizaminin 
“Xəmsə”sində  yuxarıda  qeyd  olunan  məsələlərlə  bağlı  zamanı  qa-
baqlayan  dərin  elmi  fikir  və  ideyalar  kifayət  qədərdir.  Fikrimizə 
arqument ola biləcək konkret misalları nəzərdən keçirək. 
Dahi şair “Xəmsə” də Yerin kürə formasında olmasının elmi 
səbəbini izah edərək bunu fırlanma hərəkətində görür : 
 
Bu kürə şəklində yalnız yer deyil, 
O xətt ki, hərlənir yuvarlaqdı bil. (70,18) 
 
Yerin forması və ölçüləri, öz oxu və günəş ətrafında hərəkət-
ləri ilə bağlı mövzunu tədris  edərkən müəllim  yuxarıdakı  misralar-
dan  istifadə  ilə  yanaşı  onu  da  əlavə  edir  ki,  dahi  şair  qədim  yunan 
alimi  Ptolomeyin  geosentrik  nəzəriyyəsinin  tərəfdarı  olmuşdur.  Bu 
nəzəriyyəyə  görə, bütün planetlər mərkəzdə dayanan Yerin ətrafın-
da fırlanır. O bu nəzəriyyəsini “Almaqesta” adlı əsərində irəli sürə-
rək  burada  hər  bir  planetin  sxemini,  vəziyyətini  göstərərək  onların 
hərəkət  cədvəllərini  tərtib  etmişdir  (yenə  orada,  səh.  54).  Dahi  Ni-
zami  həmin  əsərlə  yaxından  tanış  olmuş,  onun  adını  “Xosrov  və 
Şirin” poemasında xüsusi vurğulamışdır: 
 
Həndəsə elmində xaruqə açar, 
“Məcəsti”, “İqlidis” sirrini açar  
(yenə orada, səh. 17). 
 
“Məcəsti”  Ptolomeyin  “Almaqesta”  əsərinin  Şərq  ədəbiyya-
tındakı adıdır. 
Yerin daxili quruluşu, yer qabığına təsir edən endogen və ek-
zogen  proseslər,  vulkan  və  zəlzələlər  haqqında  da  “Xəmsə”də  qiy-


   
50  
 
A       a 
mətli elmi fikirlərə rast gəlirik. Məsələn, Yerin daxilində odlu kütlə-
nin  (maqmanın)  mövcudluğunu  yaxşı  bilən  dahi  mütəfəkkir-şair 
həmin odun yuxarıya doğru hərəkətini çox lakonik ifadələrlə təsvir 
edərək əslində vulkan püskürməsinin səbəbini izah edir: 
 
Od bir kiçik dəlik tapmasa, hökmən 
Yarıb çıxar çölə yerin təkindən. (4,224) 
 
Yer  qabığının  inkişafına,  dəyişməsinə  təsir  edən  endogen 
proseslərdən  zəlzələnin,  ekzogen  amillərdən  isə  suyun  və  küləyin 
rolunu yüksək qiymətləndirən N.Gəncəvi yazır: 
 
Torpaqdan nə qədər xərc alsa rüzgar 
Aldığı torpaqla çuxur doldurar. 
Bundan aldığını ona verərək, 
Aldığı mayanı qaytarar külək. 
Bu çat-çat yerlərə diqqətlə bir bax, 
Torpaqdan qurulmuş bu yerlər ancaq. 
Gah zəlzələ qopar, gah sellər axar
Torpaq tuta bilməz bir yerdə qərar. 
Zəlzələ batırar, su yuyar onu, 
Sonra düzəngaha çevrilər sonu. (71) 
 
Qeyd olunan bədii parçadan aydın olur ki, böyük alim – filo-
sof  cəmi  bir  neçə  misrada  yer  qabığında  baş  verən  dəyişikliklərdə 
zəlzələnin rolu ilə yanaşı, su və külək erroziyasının, hətta, denudasi-
ya (suyun, küləyin, günəş şüalarının təsiri ilə süxurlarının parçalan-
ması,  dağılması)  və  akkumliyasiya  (dağılmış  süxurların  küləyin, 
suyun  vasitəsilə  bir  yerdən  başqa  yerlərə  –  çökəklərə  aparılaraq 
toplanması)  proseslərinin  mahiyyətini  qüdrətli  sənətkar  fırçası  ilə 
təsvir etmişdir. 
Böyük çökəkliklərin yerində zaman keçdikcə vadilərin və qo-
buların  yarandığını  dahi  şair  cəmi  iki  misrada  böyük  ustalıqla 
tərənnüm edir: 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə