Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə36/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   32   33   34   35   36   37   38   39   ...   64

   
113  
 
A       a 
yazılan,  1996-cı  ildə  nəşr  edilən  “Pedaqogika”  ölkəmizdə  ilk 
original  pedaqogika  dərsliyidir  (119).  Bəs  həmin  dərslikdə  dahi 
şair-pedaqoq  N.Gəncəvi  irsinə  münasibət  və  müraciət  necədir?  Bu 
suala cavab axtarmaq məqsədilə həmin dərsliyin diqqətlə və nəzər-
dən keçirilməsi nəticəsində məlum oldu ki, müəlliflər təlim-tərbiyə 
məsələlərinin  şərhini  əsaslandırmaq  məqsədilə  bir  sıra  Qərbi  Av-
ropa və rus mütəfəkkirlərinin,  şair və  yazıçılarının müvafiq fikirlə-
rinə  tez-tez  istinad  etdikləri  halda,  dahi  Nizaminin  irsinə  müraciət 
bir yana, heç onun adını belə çəkməmişlər. 
Həmin  dərslik  əsasında  prof.N.Kazımovun  yenidən  yazdığı 
“Məktəb pedaqogikası” (120) dərsliyində bu acınacaqlı vəziyyət bir 
qədər  yaxşılığa doğru dəyişmişdir. Belə  ki,  burada dünyanın  tanın-
mış mütəfəkkir, şair və yazıçıları ilə yanaşı, Azərbaycanın görkəmli 
şəxsiyyətlərinin  də  adı  çəkilmiş,  onların  təhsil,  təlim,  tərbiyə  və 
şəxsiyyətin inkişafı ilə bağlı dəyərli fikirlərinə istinad olunmuşdur. 
Lakin  qəribədir  ki,  müəllif  bu  dərslikdə  dahi  Nizaminin  hikmətli 
kəlamlarına  yalız  bir  mövzunun  (“Ağıl  tərbiyəsinin  ümumi  məsə-
lələri”) şərhi zamanı kifayət qədər (altı dəfə) müraciət etdiyi halda, 
digər  mövzularda  onun  adı  çəkilmir.  Halbuki,  N.Gəncəvinin  tər-
biyənin bütün başlıca sahələri (tərkib hissələri) ilə bağlı hikmət dolu 
kəlamları, öz zamanını doqquz yüz ilə yaxın bir zaman müddətində 
qabaqlayan mütərəqqi pedaqoji ideyaları kifayət qədərdir və həmin 
söz inciləri müəllifin tez-tez müraciət etdiyi Sədi Şirazinin, Ə.Cami-
nin  poetik  ifadələrindən  öz  dəyərinə  ,tərbiyəvi  təsir  gücünə  görə 
daha üstündür. 
Dahi  Nizaminin  pedaqoji  görüşlərinə münasibət  və müraciət, 
onun  klassik  pedaqoq  kimi  dəyərləndirilməsi  pedaqogika  tarixinə 
aid tədris vəsaitlərində arzu olunan səviyyədə deyil. Hətta, F.Rüstə-
movun “Pedaqogika tarixi” adlı 750 səhifəlik kitabında dahi N.Gən-
cəvinin  adı  belə  çəkilmir.  (121)  Akademik  H.  Əhmədovun  “Azər-
baycan məktəb və pedaqoji fikir tarixi” (122) adlı dərs vəsaitində ilk 
dəfə olaraq, N.Gəncəviyə klassik pedaqoq kimi xüsusi yer ayrılmış, 
onun  əxlaq tərbiyəsi  və  müəllim haqqındakı fikirlərinin  qısa səciy-
yəsi  verilmiş,  o,  dahi  şair  olmaqla  bahəm,  görkəmli  pedaqoq  kimi 


   
114  
 
A       a 
də dəyərləndirilmişdir: “Nizami təlim-tərbiyəyə dair orijinal fikirləri 
ilə orta əsr pedaqogikasına böyük töhfə vermişdir” (122, 60) 
Pedaqogika  elminə  böyük  töhfə  vermiş  N.Gəncəviyə  çox 
haqlı olaraq yüksək qiymət verən müəllifin bu dərs vəsaitində onun 
pedaqoji görüşlərini cəmi bir neçə məsələ (yaş dövrləri; təlim; əxlaq 
tərbiyəsi; müəllim haqqında) ilə məhdudlaşdırılması təəssüf doğurur. 
Professorlar  Y.Talıbov,  F.Sadıqov  və  S.Quliyevin  birgə  yaz-
dıqları  “Azərbaycanda  məktəb  və  pedaqoji  fikir  tarixi”  adlı  tədris 
vəsaitində şairin görüşlərinin əhatə dairəsi xeyli genişləndirilmişdir. 
(bax: 123, səh. 51 – 101). Belə ki, həmin vəsaitdə dahi şairin insan 
şəxsiyyətinin təşəkkülü, elm və təlim, yaş dövrləri, əxlaq tərbiyəsi, 
fiziki  kamillik  və  sağlamlıq,  müəllim,  ailə  tərbiyəsi,  musiqi  və  s. 
haqqındakı  fikirləri  elmi-pedaqoji  aspektdə  təhlil  edilmiş  və  ümu-
miləşdirilmişdir.  Bütün  bunlarla  yanaşı,  burada  da  dahi  Nizaminin 
pedaqoji görüşləri, xüsusilə, əxlaq tərbiyəsi istisna olmaqla, tərbiyə-
nin digər sahələri ilə bağlı fikirləri tam əksini tapmamışdır. 
Beləliklə,  ali  pedaqoji  məktəbdə  pedaqogikanın  tədrisi  ilə 
bağlı elmi-pedaqoji ədəbiyyatın qısa təhlili göstərdi ki, sovet dövrü 
ilə  müqayisədə  dahi  Nizamiyə  klassik  pedaqoq  kimi  münasibət  və 
müraciət  tələb  olunan  səviyyədə  olmasa  da,  əhəmiyyətli  dərəcədə 
yaxşılaşmışdır ki, bu da həmin fənnin tədrisi prosesində onun peda-
qoji  görüşlərinin  daha  dərindən  öyrədilməsinə  geniş  imkanlar  açır. 
Həmin imkanların və onların həyata keçirilməsi yollarının bəzilərini 
nümunə üçün nəzərdən keçirək. 
Məlum  olduğu  kimi,  Ümumi  pedaqogika  fənni  hazırda  res-
publikamızın ali pedaqoji məktəblərində prof. N.Kazımovun müəllif 
olduğu “Məktəb pedaqogikası” dərsliyi (120) əsasında tədris olunur. 
Yuxarıda qeyd etdiyimiz kimi bu dərslikdə dahi şair-pedaqoqun pe-
daqoji  irsinə  müraciət  kifayət  qədər  olmasa  da,  az  da  deyil.  Müəl-
limlərə kömək məqsədilə pedaqogikanın ayrı-ayrı bölmələri və kon-
kret mövzuları üzrə N.Gəncəvi irsinə müraciətin imkan və yollarını 
burada daha ətraflı nəzərdən keçirməyi məqsədəuyğun hesab edirik. 
Pedaqogikanın  tədrisi  prosesində  N.Gəncəvi  irsinə  müraciət 
baxımından ən geniş imkanlara malik mövzulardan biri “Milli peda-


   
115  
 
A       a 
qogikada şəxsiyyətin formalaşması məsələlərinə dair” mövzusudur. 
Qeyd olunan dərslikdə bu mövzunun şərhinə ayrıca fəsildə (V fəsil) 
altı  paraqrafdan  ibarət  geniş  material  həsr  olunmuşdur  (bax:  120, 
səh. 62 – 80). Çox təəssüf ki, burada şəxsiyyətin formalaşması mə-
sələlərinə  aid  Azərbaycan  mütəfəkkirlərindən  N.Tusi,  S.Urməvi, 
M.F.Axundov,  S.Ə.Şirvani  və  M.Ə.Sabirin  fikirlərinə  müraciət 
olunduğu  halda,  N.Gəncəvinin  adı  çəkilmir.  Halbuki,  aparılan  yeni 
tədqiqatlar  göstərir  ki,  dahi  şair  şəxsiyyətin  formalaşmasına  təsir 
edən amillər haqqında çox dəyərli fikirlər irəli sürülmüşdür. Həmin 
fikirlərin  elmi  təhlili  bu  sətirlərin  müəllifinin  adı  yuxarıda  çəkilən 
monoqrafiyasında verilmişdir (4,8 – 25). 
Nizami irsinin dərindən və sistemli tədqiqi göstərir ki, o, milli 
pedaqogikanın müasir dövrdə müəyyənləşdirdiyi şəxsiyyətin forma-
laşmasına  qarşılıqlı  əlaqədə  təsir  edən  amillərin  hər  biri  (irsiyyət, 
ictimai  mühit,  tərbiyə,  əmək  fəaliyyəti)  haqqında  bu  gün  də  öz  ak-
tuallığını saxlayan dəyərli fikirlər irəli sürmüşdür. Mövzunun öyrə-
dilməsinə  həsr  olunan  mühazirədə  bu  ümumiləşdirməni  tələbələrə 
çatdıran müəllim, fikrini aşağıdakı konkret faktlarla əsaslandırır. 
“Xosrov və Şirin” poemasında fərsiz, naxələf oğlu Şiruyənin 
xasiyyətindən Xosrov şikayət edərkən vəziri ona ürək-dirək verir ki, 
o, sənin oğlun olduğu üçün pis ola bilməz: 
 
Sən yaxşısan, o da pis olmayacaq
Öz tumuna bənzər bar verən budaq. (4,9) 
 
Göstərilən  nümunədə  irsiyyətin  rolunu  açıq-aydın  qeyd  edən 
şair-pedaqoq, elə buradaca bu amilin həlledici olmadığını, çox vaxt 
“oddan  kül, küldən od” yarandığını, “hər çiçəyin bal”, “hər qamışın 
şəkər” vermədiyini yazır. (bax: 57, səh. 333). “Yeddi gözəl” poema-
sında bu məsələyə bir daha toxunan şair göstərir ki, irsi amillər heç 
də həmişə həlledici rol oynamır. Belə ki, bəzən gövhər daş doğur”, 
bəzən isə əksinə, daşdan gövhər yaranır: 
 
Elə vaxt olar ki, gövhər daş doğar


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə