Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə53/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   49   50   51   52   53   54   55   56   ...   64

   
169  
 
A       a 
etməyi  zəruri  sayırıq.  Müəllimlərə  kömək  məqsədilə  və  mövcud 
dərs materialının azlığını nəzərə alaraq, həmin mühazirənin plan və 
ədəbiyyatını,  qısa  məzmununu  burada  qeyd  etməyi  məqsədəuyğun 
hesab edirik. 
 
Mövzu: “Nizami Gəncəvi təhsil, təlim və tərbiyə haqqında” 
 
Plan: 
1.
 
Təhsil,  təlim  və  tərbiyənin  ümumi  məsələləri.  Şəxsiyyətin 
inkişafına təsir edən amillər. 
2.
 
Dünyagörüşü və ağıl tərbiyəsi 
3.
 
Əxlaq və əxlaq tərbiyəsi məsələləri 
4.
 
Estetik tərbiyə ilə bağlı fikirlər 
5.
 
Təbiəti mühafizə və ekoloji tərbiyə məsələləri 
6.
 
Əmək tərbiyəsi və iqtisadi tərbiyə ilə bağlı fikirlər 
7.
 
Fiziki tərbiyə haqqında 
8.
 
Hüquq tərbiyəsinə aid fikirlər 
 
Ədəbiyyat: 
1.
 
Əhmədov  H.  Azərbaycan  məktəb  və  pedaqoji  fikir  tarixi, 
Dərs vəsaiti, Bakı, 2001, səh. 55 – 60 
2.
 
Talıbov  Y.R.,  Sadıqov  F.B.,  Quliyev  S.M.  Azərbaycanda 
məktəb və pedaqoji fikir tarixi, Tədris vəsaiti, Bakı, 2000, səh. 51 – 
101 
3.
 
Apoyev B. Nizami Gəncəvinin pedaqoji görüşləri. Monoq-
rafiya. Bakı, 2008, səh. 8 – 186 
4.
 
Abdullayev  H.B.,  Vəliyev  L.M.  Nizami  Gəncəvinin  elm 
dünyası, Bakı, 1991 
5.
 
Əhmədov Ə. Nizami – elmşünas, Bakı, 1992 
6.
 
Əliyev R.Nizami Gəncəvi, Bakı, 1991 
7.
 
Əliyev  R.Nizami  dövrü,  şəxsiyyəti  və  təlimi  //  Nizami 
Gəncəvi, Bakı, 1993, № 1, səh. 7- 17 
8.
 
Əlizadə M. Nizami insanların mənəvi keyfiyyətləri haqqın-
da // Nizami Gəncəvi – 850, Bakı, BDU, 1992, səh.67 – 103 


   
170  
 
A       a 
9.
 
Xəlilov N. Azərbaycanda məktəb və pedaqoji fikir tarixin-
dən, Gəncə, 1998, səh. 18-21 
10.
 
 Quliyev S.M. Nizami Gəncəvi yaradıcılığında əxlaq məsə-
lələri, Bakı, ADPU, 1994 
11.
 
 Mikayılov  Ş.A.  Nizami  Gəncəvinin  pedaqoji  görüşlərinə 
dair // “Azərbaycan məktəbi”, 1984, № 9, səh.47 – 52 
12.
 
 Muradxanov  M.  Nizami  Gəncəvinin  əxlaq  haqqında 
fikirləri // “Azərbaycan məktəbi”, 1947, № 4, səh. 22 – 29 
13.
 
 Onullahi  S.  Nizami  Gəncəvinin  “Xəmsə”sində  təlim  – 
tərbiyə məsələləri” // “Azərbaycan məktəbi”, 1991, № 8, səh. 1 – 3 
14.
 
 Seyidov Ə. Pedaqogika tarixi, Bakı, 1968, səh. 131 – 138 
15.
 
 Talıbov  Y.R.,  Ağayev  Ə.A.,  İsayev  İ.N.,  Eminov  A.İ. 
Pedaqogika.  Ali  pedaqoji  məktəblər  üçün  dərs  vəsaiti,  Bakı,  1993, 
səh. 31 – 33 
Mühazirənin  məzmununu  metodik  vəsaitin  həcmini  nəzərə 
alıb qısa tezislər formasında qeyd edirik. 
 
1.
 
Təhsil, təlim və tərbiyənin ümumi məsələləri: 
-
 
Kamil  insanın  – əqli zənginliyi,  əxlaqi saflığı,  fiziki kamil-
liyi özündə ehtiva edən şəxsiyyətin formalaşmasında elmin, təhsilin 
və  tərbiyənin  rolu  şübhəsizdir,  ancaq  özünütəhsilin  və  özünütər-
biyənin əhəmiyyəti daha böyükdür; 
-
 
Şəxsiyyətin  inkişafında  irsiyyətin  rolu  böyükdür,  lakin 
həlledici deyil; “bəzən daşdan gövhər”də doğa bilər; 
-
 
Şəxsiyyətin  formalaşmasında  ictimai  mühitin  rolu  da  az 
deyil;  mərifətli  elmli  adamlarla  oturub-durmaq  lazımdır  ki,  həmin 
keyfiyyətlər sənə də keçsin; əlverişsiz, qeyri-sağlam mühitdə təlim-
tərbiyə vermək – “şoran torpağa toxum” əkməyə bənzər; “vəhşi ilə 
dost” olan “vəhşi adətilə ömr edər”; 
-
 
Əmək fəaliyyətinin də şəxsiyyətin formalaşmasında rolu çox 
böyükdür;  halal  zəhmət  insanlarda  yüksək  əxlaqi  keyfiyyətlərin 
inkişafına, boş-boşuna  gəzib  tüfeyli həyat  sürmək isə mənfi əxlaqi 
sifətlərin yaranmasına səbəb olur; 


   
171  
 
A       a 
-
 
Yaxşı təşkil olunmuş təlim, hətta, “korazehin” adamları alim 
səviyyəsinə qaldırmağa, insanın əxlaqını saflaşdırmağa qadirdir; 
-
 
Təlim-tərbiyə işinin müvəffəqiyyəti, hər şeydən əvvəl, müəl-
limdən,  tərbiyəçidən,  eyni  zamanda  şagirdin  elmə  marağından, 
bacarıq və istedadından asılıdır; 
-
 
Təlim və tərbiyədə müəllimin rolu əvəzsizdir; müəllim bilik 
və  yaxşı  tərbiyə  vermək  üçün  özü  yüksək  biliyə  sahib  olmalı, 
şagirdlərini böyük məhəbbətlə sevməlidir; şagird nə qədər istedadlı 
olsa  da,  müəllimə  ehtiram  və  hörmətlə  yanaşmalı,  lovğalıq 
etməməlidir; müəllimin üzünə ağ olmaq, şagirdi məhvə düçar edər; 
-
 
Təlim-tərbiyə işinin səmərəli nəticəsi həm də yaş dövrlərinin 
xüsusiyyətlərini  nəzərə  almaqdan  asılıdır;  uşağın  təhsili,  təlimi  və 
tərbiyəsi ilə vaxtında məşğul olmaq vacibdir. 
2.  DünyagörüĢü  məsələləri  və  ağıl  tərbiyəsi  ilə  bağlı 
fikirləri: 
-
 
Ağıl insanın ruhudur, ağılsız insan quru bədəndir
-
 
Hər  bir  valideynin  şah  və  ya  nökər  olmasından  asılı  ol-
mayaraq, ən böyük arzusu ağıllı övlad tərbiyələndirməkdir; ata üçün 
ağıllı övladdan qiymətli heç nə yoxdur; 
-
 
İnsanı  “əjdahasifət”  heyvanlardan  fərqləndirən  əsas  əlamət 
ağıldır, kamaldır; 
-
 
Ağlın çırağı elmdir,dərin bilikdir; 
-
 
Ağıllı  insan  “öyrənməyi  ar  bilməyən”,  hər  gecə  biliyə  “bir 
qapı açan”, “hər gizli xəzinədən bir dürr” çıxarmağı bacaran, uzaq-
görən, “sözünü yüz ölçüb, bir biçdikdən” sonra söyləyən, nadanlar-
dan uzaq qaçan, sevdiyi peşənin, sənətin kamil ustası olan, ən çətin 
məqamlarda səbrlə, təmkinlə hərəkət edən adamdır; 
-
 
Ağıl  tərbiyəsinin  başlıca  vəzifəsi  zəngin  dünyagörüşə,  elm-
lərin  sirlərinə  dərindən  bələd  olan,  hər  şeyi  kamil  bilən  insan 
yetişdirməkdir; 
-
 
Ağıl  tərbiyəsinin  əsas  vasitəsi  təlimdir;  başlıca  yolu  öyrən-
məkdir, gecə-gündüz çalışmaqdır; 
-
 
Ağıl  tərbiyəsinin  mühüm  vasitəsi  olan  təlim  prosesində 
müəllimin  rolu  əvəzsizdir;  ağıllı  şagird  yetişdirmək  üçün  müəllim 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə