Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə54/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   50   51   52   53   54   55   56   57   ...   64

   
172  
 
A       a 
özü  zəngin  dünyagörüşə,  ensiklopedik  biliklərə  və  humanist  qəlbə 
malik olmalıdır; ən ağıllı şagird müəllimin üzünə ağ olmayan, onun 
sözlərinə diqqətlə qulaq asan, ondan öyrənməyə səylə çalışandır; 
-
 
Ən  yaxşı  padşah  zəngin  dünyagörüşə,  bütün  elmlərin 
əsaslarına sahib olan, elmə, alimlərə, ağıllı adamlara yüksək qiymət 
verən, ölkəni ağıllı məsləhətlər əsasında idarə edən hökmdardır. 
3. Əxlaq və əxlaq tərbiyəsi məsələləri haqqında. 
3.1  Şairin  əxlaq  və  əxlaq  tərbiyəsi  ilə  bağlı  fikirləri  onun 
pedaqoji görüşləri sistemində mərkəzi yer tutur. 
3.2.  Humanist  şair-pedaqoqun  əxlaqi  görüşlərinin  “nüvə”sini 
insanpərvərlik  ideyası  təşkil  edir.  Onun  insanpərvərlik  anlayışına 
görə: 
- İnsanpərvərlik bəşər övladının “parlaq gövhəridir”, insan olan 
hər bir kəs insanları sevməlidir: “əgər insansansa, insanlığı sev!”; 
- Hər bir bəşər övladı ilk növbədə ata-anasını sevməli, onlara 
dərin  ehtiram  göstərməlidir;  hər  bir  valideynin  borcu  isə  uşağının 
boya-başa  çatması,yüksək  təlim-tərbiyə  alması,kamil  insan  kimi 
yetişməsi üçün əlindən gələni əsirgəməməkdir; 
-  İnsanpərvərliyin  əsas  əlamətlərindən  biri  xeyirxahlıqdır, 
yaxşılıqdır; insan var-dövləti ilə deyil, yaxşı ad qazanması, xeyirxah 
əməlləri ilə şan-şöhrət qazanıb, əbədiyyətə qovuşa bilər; 
-  Yaxşılığı,  xeyirxahlığı  hər  adama  deyil,  qanan  adamlara 
etmək  lazımdır,  çünki  həyasız,  qəddar,  yaramaz  adamlara  yaxşılıq 
etmək - yaxşı adamlara yamanlıq etmək deməkdir
- İnsan olan hər kəs hər zaman insanlarla yaşamalıdır: “insan-
la  yaşayan  mərddir,  kişidir;  kimsəni  sevməmək  namərd  işidir”; 
insan insana dost olmağa çalışmalıdır, çünki “bir olsa yoldaşın, dos-
tun əməli, daşdan su çıxardar onların əli”; “nifaq olan yerdə fəlakət 
də var, səadət günəşi birlikdən doğar”; 
- Hər kəslə dostluq etmək düzgün deyildir, elə dost seçmək la-
zımdır ki, dar gündə səni “torda” qoyub qaçmasın; əsil dost odur ki, 
dostunun eybini üzünə desin, onun sirrini isə gizli saxlasın; “yaxşı 
ad qazanmış gözəl dost” insan üçün var-dövlətdən daha üstündür; 


   
173  
 
A       a 
-  İnsan  olan  hər  bir  kəs  insanpərvər  olmaqla  yanaşı,  vətən-
pərvər  olmalıdır;  vətənpərvərlik,  vətəni  sevməklə  bitmir,  əsl 
vətənpərvərlik Vətəni yadelli işğalçılardan qorumaqdır; 
3.3.  İnsanpərvərlik  və  vətənpərvərliklə  yanaşı,  N.Gəncəvinin 
yüksək qiymətləndirdiyi, təqdir və təbliğ etdiyi, aşılamağa çalışdığı 
əxlaqi keyfiyyətlər aşağıdakılardır: 
-  İnsan  həyatda  son  nəfəsinədək  “düzlük  qapısını  döyməyə 
həvəs  göstərməlidir”;  çünki  “dünyanın  nicat  yolu”  düzlükdədir; 
doğruçuluq insanı hər yerdə və hər zaman qoruyan “zireh”dir; doğ-
ruçuluq  “vicdan  tərəzisidir”,  “ürəyin  düzlüyü”  isə  “ədalət  mi-
zanıdır”; 
- İnsanın əxlaqi saflığının, mənəvi gözəlliyinin əsas əlamətlə-
rindən biri namus, ar-ismət, abır-həyadır; “Əgər məhəbbətdə olmasa 
ismət, o, şəhvət hissidir, deyil məhəbbət”; 
- İnsan öz namusunu, ar-ismətini qorumaq üçün şirin canından 
belə keçməyi bacarmalıdır; 
-  İnsanın  yüksək  əxlaqının  başlıca  göstəricilərindən  biri  də 
onun sadəliyi,  təvazökarlığıdır; təvazökarlığı  olmayan insan, başını 
dik tutan “ilana” bənzər; xalqın, elin gözündə ucalmaq istəyirsənsə, 
onun önündə əyilməyi bacarmalı və sadə davranmalısan; 
3.4. Mütəfəkkir şair-pedaqoq, Böyük tərbiyəçi olan dahi Niza-
mi  müsbət  əxlaqi  keyfiyyətləri  geniş  təbliğ  və  təqdir  etdiyi  kimi, 
insanın mənəviyyatını korlayan, onu cılızlaşdıran, fəlakətlərə düçar 
edən, bütün insanlara, bütövlkdə cəmiyyətə zərər yetirən mənfi  əx-
laqi sifətləri də ciddi tənqid atəşinə tutur, onlara qarşı ardıcıl və qə-
tiyyətli  mübarizə  aparır.  Onun  ən  çox  nifrət  etdiyi  və  görmək  istə-
mədiyi, islah etməyə çalışdığı mənfi əxlaqi sifətlər aşağıdakılardır: 
- tənbəllik və meşşanlıq; 
- haqsızlıq və vicdansızlıq; 
- yaltaqlıq və ikiüzlülük; 
- xəbislik və paxıllıq; 
- tamahkarlıq, hərislik və xəsislik
- lovğalıq, dikbaşlıq və təkəbbürlülük; 
- qorxaqluq və satqınlıq; 


   
174  
 
A       a 
- böhtançılıq və yalançılıq və s. 
3.5.  Dahi  şair-pedaqoq  əsərlərində  qeyd  olunan  mənəvi  key-
fiyyətlərin əhəmiyyətini  şərh etməklə  yanaşı,  əxlaq tərbiyəsinin  bir 
sıra üsul, vasitə və tərzlərini də göstərmişdir. Məsələn: 1) faydalı işə, 
halal zəhmətə cəlb etmək; 2) əxlaqi söhbət; 3) öyüd-nəsihət, məslə-
hət və göstəriş vermək; 4) inandırmaq və ruhlandırmaq; 5) müzakirə 
və  dialoq;  6)  tərbiyələndirici  situasiyanın  yaradılması;  7)  rəğbət-
ləndirmə (tərifləmək, alqışlamaq, hədiyyə almaq, təqdir etmək və s.) 
və  cəzalandırma  (məzəmmət  etmək,  danlamaq,  şikayətlənmək, 
etirazını bildirmək, məhrum etmək, ibrət dərsi vermək və s.) 
4. Estetik tərbiyə ilə bağlı fikirlər. 
4.1.  Dahi  Nizaminin  estetik  baxışları  sistemində  kamil  insan 
gözəlliyi mərkəzi yer tutur. “İnsanın zahiri də, qəlbi də, hərəkətləri 
də gözəl olmalıdır – bax budur Nizami estetik görüşlərinin əsl ma-
hiyyəti” (124,133). Dünyanın “əşrəfi” olan insanın gözəlliyi ilə bağ-
lı şairin fikir və ideyalarını belə ümumiləşdirmək olar: 
-  “kamil  insan”  –  zahiri  gözəlliyi  zəngin  mənəviyyatı  ilə 
ahəngdar surətdə vəhdət təşkil edən insandır; 
-  “təbiətin  şah  əsəri”  olan  insan  öz  ülviyyəti  və  gözəlliyi  ilə 
dünyada birincidir, hər şeydən qiymətlidir
-  insanın  hər  şeyi:  zahiri  də,  ağlı  da,  əxlaqı  da,  davranışı  da, 
danışığı da gözəl olmalıdır; 
4.2. Estetik tərbiyənin, estetik hiss və duyğuların ən təsirli va-
sitələrindən biri təbiətdəki gözəlliklərdir. İnsan və təbiət gözəllikləri 
vəhdət təşkil edir. İnsana estetik hiss və duyğular aşılayan, ilhamına 
qol-qanad verən təbiət özünün “şah əsəri” olan insanla birlikdə daha 
gözəldir. 
4.3.  Estetik  tərbiyənin  ən  qüdrətli  vasitəsi  sözdür.  Söz  “dün-
yanın şərəfi”, “cahanda cilvələnən ilk gözəl”, “düşüncənin munisi”, 
“dünyanın sərvəti, inci qaş-daşdır”. 
4.4 Musiqi, rəssamlıq, memarlıq estetik tərbiyənin ən qüdrətli 
vasitələrindəndir.  Musiqisiz  insanın  həyatı  susuz  səhraya  bənzər; 
musiqini,  nəğməni  sevmək  –  insanın  mənəvi  gözəlliyinin  ən  zəruri 
əlamətlərindən biridir. 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə