Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə62/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   56   57   58   59   60   61   62   63   64

   
196  
 
A       a 
Bəhanəyçün baxar hər kəs yanına, 
Heç kəs turş söyləməz ö ayranına. (64,43) 
 
Analoji  misalların  sayı  dahi  psixoloq-şairin  poeziyasında  istə-
nilən  qədərdir.  Və  belə  misallardan  psixologiya  fənni  üzrə  müvafiq 
tədris prosesində yerli-yerində istifadə etmək məqsədəuyğun və zəru-
ridir. 
Bütün bunlarla yanaşı, ali məktəblərin “Psixologiya”, “Təhsil-
də  sosial-psixoloji  xidmət”,  “Azərbaycan  dili  və  ədəbiyyatı”  və 
s.ixtisaslarında  “Nizami  Gəncəvinin  psixoloji  görüşləri”  kursunun 
“Seçmə fənlər” siyahısına salınması və tədrisi gələcəyin müəllim və 
psixoloqlarının  həm  yüksək  elmi-nəzəri  səviyyəsi,  həm  də  onlarda 
milli  mənlik  şüurunun  formalaşdırılması  baxımından  faydalı  ola 
bilər. Eləcə də “Psixologiya tarixi” kursunda dahi mütəfəkkirin psi-
xoloji  görüşlərinə  xüsusi  yer  ayırmaq,  burada  onu  dünya  psixoloji 
fikir tarixinin görkəmli  nümayəndələrindən biri kimi  qiymətləndir-
mək  vacibdir.  Həm  də  bu  qiymətləndirmə  zamanı  Azərbaycanın 
görkəmli psixoloqlarının (M.Abbasov, Ə.S.Bayramov, Ə.Ə.Əlizadə, 
B.Əlizadə  və  s.)  fikirləri  ilə  yanaşı,  dahi  Nizaminin  psixologiyanı 
belə  dərindən  bilməsinə  görə  öz  heyrətini  gözlədə  bilməyən 
Y.E.Bertles (147, 16 – 17) kimi dünyada tanınan görkəmli alimlərin 
mövqeyindən də istifadə etmək daha məqsədəuyğun olardı. 
 


   
197  
 
A       a 
 
NƏTİCƏ 
 
“Elmi və bədii fikrin üfüqləri fövqündə” dayanan, “öz zamanı 
və  bütün  zamanlar  üçün  insan  idrakı  və  bədii  təfəkkürünün  ən 
yuxarı nöqtəsində” yer alan, “bir hadisə...bir möcüzə”, “insan düha-
sının əlçatmazlıq zirvəsi” hesab edilən, “mayası elm və ürfan, qayə-
si  insana  və  dünyaya  məhəbbət”  olan  (Xəlil  Yusifli),  dünyaya 
“Gəncə günəşi” (Ə.Nəvai) kimi şölə saçan dahi Nizaminin poeziya-
sından  pedaqoji  prosesdə  istifadənin  təlim-tərbiyə  əhəmiyyəti  artıq 
sübuta  ehtiyacı  olmayan  bir  həqiqətə,  aksioma  çevrilmişdir.  Çünki 
öz  təbirincə  desək,  “şeriyyət  səmasında  ləkəsiz  bir  ay  bədri”  olan 
Nizaminin poeziyası doqquz əsrə  yaxındır ki, insanların qəlbini öz 
işığı ilə nurlandırır, onları ağıla, kamala, dünyanın sirlərinə dərindən 
bələd  olmağa,  “hər  gizli  xəzinədən  bir  dürr  çıxarmağa”,  gecə-gün-
düz  yorulmadan  çalışaraq  dərin  biliklərə  yiyələnməyə,  mənəvi 
saflığa, halal əməklə yaşamağa, “zəhmət tikanından” qorxmamağa, 
fiziki  kamilliyə,  öz  həyatını  gözəllik  qanunları  əsasında  qurmağa, 
“həyat üçün yaranmış canlıları sevməyə, vahid orqanizm olan təbiə-
ti  qorumağa,  qənaətlə  dolanmağa,  haqqa-ədalətə,  qanunlara  (kimli-
yindən asılı  olmayaraq)  boyun  əyməyə, hərislikdən, tamahdan, xə-
bislikdən,  paxıllıqdan,  riyakarlıq  və  yalandan,  böhtançılıqdan, 
lovğalıqdan, qəddarlıq və zülmkarlıqdan uzaq gəzməyə, özünü dərk 
etməyə,  tanımağa  və  düzgün  qiymətləndirməyə,  bir  sözlə,  “kamil 
insan” zirvəsinə yüksəlməyə səsləyir. 
Bütün qeyd olunanlara baxmayaraq, dahi şairin sonsuz dərya-
ya  bənzəyən  zəngin  elmi-bədii  irsindən  istər  orta  məktəblərdə, 
istərsə  də  ali  pedaqoji  məktəblərdə  təlim-tərbiyə  vasitəsi  kimi 
istifadənin  geniş  imkanlarının  mövcudluğuna  baxmayaraq,  bu  iş 
indiyədək  epizodik,  qeyri-müntəzəm  və  ardıcıl  olmayan  sistemsiz 
xarakter daşıdığı üçün tələb olunan səviyyədə deyildir. Bu vəziyyəti 
yaradan  başlıca  səbəblərdən  biri  dahi  şairin  poeziyasından  təlim-
tərbiyə məqsədilə istifadənin imkan və yollarından bəhs edən tədris- 
metodik vəsaitlərin kifayət qədər olmamasıdır. 


   
198  
 
A       a 
Apardığımız  tədqiqat  nəticəsində  dahi  Nizaminin  fəlsəfi  – 
psixoloji  və  pedaqoji  görüşlərindən,  xüsusilə,  onun  təhsil,  təlim  və 
tərbiyəyə  aid  fikirlərindən  ümumtəhsil  və  ali  pedaqoji  məktəblərdə 
istifadə  işinin  sistemini  müəyyənləşdirməyə  çalışmışıq.  Həmin 
sistemə aşağıdakılar daxildir : 
I. Məktəbəqədər tərbiyə müəssisələrində dahi Ģair və onun 
poeziyası ilə ilkin tanıĢlıq. 
Həmin tanıĢlığın vasitə və yolları: 
-
 
uşaq  bağçasının  foyesində  “Dahi  Azərbaycan  şairi  N.Gən-
cəvi” adlı xüsusi guşənin yaradılması; bütün qrup otaqlarında şairin 
rəngli boya ilə çəkilmiş iri formatlı portretinin asılması; 
-
 
“Xəmsə”nin  motivləri  əsasında  yazılmış  nağıl-hekayələrin 
öyrədilməsi
-
 
“Xəmsə”dəki  hekayələr  əsasında  çəkilmiş  cizgi  filmlərinin 
(“Xeyir və Şər” və s.) nümayişi və müzakirəsi. 
-
 
N.Gəncəvinin  məqbərəsinə  və  onun  adı  ilə  bağlı  digər 
obyektlərə (abidəsi, park, muzey və s.) ekskursiya; 
II.  Ġbtidai  siniflərdə  Ģairin  həyat  və  yaradıcığı  ilə  ilkin 
tanıĢlığın  geniĢləndirilməsi  və  dərinləĢdirilməsi.  Bu  işin  forma, 
vasitə və yolları: 
-
 
sinif  otaqlarında  şairin  həyat  və  yaradıcılığını  əks  etdirən 
xüsusi guşənin yaradılması; 
-
 
“Xəmsə”nin  motivləri  əsasında  yazılmış  nağıl  və  hekayə-
lərin öyrədilməsi; 
-
 
“Oxu”  təlimi  prosesində  şairin  müdrik  kəlamlarından  tərbi-
yələndirici material kimi istifadə olunması; 
-
 
Şairin  həyatı  və  poemaları  haqqında  qısa  məlumatların 
verilməsi; 
-
 
Musiqi  dərslərində  şairin  sözlərinə  bəstələnmiş  mahnıların 
dinlənilməsi  və  təhlili  zamanı  onun  “musiqi  dünyası”nın  ilkin  və 
sadə səciyyəsi; 
-
 
Təsviri incəsənət məşğələlərində şairin portretinin və “Xəm-
sə”nin süjetləri əsasında rəsmlərin çəkilməsi


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə