Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə58/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   54   55   56   57   58   59   60   61   ...   64

   
184  
 
A       a 
Yaxud “insan həyatının mənası” haqqında K.Marksın (o insan 
həyatının mənasını “cəmiyyətə xidmət”də görürdü) və L.Tolstoyun 
(insan həyatının  mənası onun fərdi  “mənində”, yeməyində, geymə-
yində, yaşayış vasitələri əldə etməyində deyil, “ümumun, cəmiyyətin 
rifahı naminə” çalışmasındadır) dərslikdə verilmiş mücərrəd sözlə-
rindən səkkiz  əsr  əvvəl  dahi  Nizaminin  söylədiyi  yüksək kəlamları 
tərbiyəvi təsir (və təhsilin milli zəmin üzərində qurulması) baxımın-
dan  daha  səmərəli  və  daha  məqsədəuyğun  deyilmi?!  Dahi  şairin 
belə kəlamları isə belə kəlamları kifayət qədərdir. Məsələn : “Çalış 
öz xalqının işinə yara, geysin əməlindən dünya zərxara”; “Keçənlər 
bir çox şey  əkmişdir bizə, biz də  əkməliyik  gənc nəslimizə”;  “Hər 
şeyi  özünçün  əkmək  nə  yarar?”;  “Xalqa  xidmət  sayılır  kişilikdən 
nişana,  xalqına  xidmət  etmək  bir  şərəfdir  insana”;  “Nə  şəhvət,  nə 
yuxu, nə də ki yemək, həyatın mənası olmasın gərək” və s. 
Göstərilən mövzuda  “həyat və ölüm məsələsini  şərh edərkən 
dərslik müəllifi (M.Fərhadoğlu)  yazır: “L.N.Tolstoy insanın bioloji 
ölümünü  qəbul  etməklə,  bütün  yaradıcılığı  boyu  insanın  mənəvi 
ölməzliyi ideyasını tərənnüm etmişdir” (128, 165). Məgər bu ideya 
L.Tolstoydan  yeddi  əsr  əvvəl  yaşamış  dahi  Nizaminin  bütün  poe-
malarının  əsas  leytmotivlərindən  biri  deyilmi?!  Mütəfəkkir  şair 
bütün  yaradıcılığı  boyu  insanları,  xüsusilə,  var-dövlət  hərislərini, 
zülmkarlıqla şöhrət zirvəsinə ucalmaq, ölməzliyə qovuşmaq istəyən 
hökmdarları, şahları, dünya fatehlərini başa salmağa çalışmışdır ki, 
əbədiyyətin  –  ölməzliyin  ancaq  bir  yolu  var:  yüksək  mənəviyyatlı 
insan  olmaq!  Yəni:  ağıllı,  ədalətli,  vicdanlı,  xeyirxah,  səxavətli  ol-
maq;  “alnına  yaxşılıq  sikkəsini”  çalmaq.  Həmin  ideyanı  tərənnüm 
edən bir neçə beyti nümunə göstərək: 
 
Həmişə dünyada yaxşılıq axtar, 
Yaxşı ad almaqda əbədiyyət var. 
 
*** 
Taleyin imtahanı canını alan oldu, 
Ədaləti dünyada əbədi qalan oldu. 


   
185  
 
A       a 
 
*** 
 
Həyatı sevməklə sanma qalarsan, 
Nəfsini öldürsən, ölməz olarsan. 
 
Mənəvi ölməzlikdən bəhs edərkən müəllim, fikrini əsaslandır-
maq  məqsədilə  dahi  şairin  poetik  kəlamları  ilə  yanaşı,  onun  şəxsi 
həyatını  nümunə  göstərir və  bildirir ki,  o, məhz dünya mədəniyyə-
tinin nadir incilərindən biri  olan “Xəmsə”ni  yaratmağa və bu  yolla 
mənəviyyat zirvəsinə ucalmaqla əbədilik – mənəvi ölməzlik qazan-
mışdır. 
Özünün yazdığı kimi: 
 
Şeri oxunanda bu Nizaminin 
Özü də hər sözdə görünər yəqin. 
Gizlənib özünü verməzmi nişan 
Sənə hər beytində bir sirr danışan? 
Yüz il sonra sorsan bəs o hardadır? 
Hər beyti səslənər: “Burda, burdadır!” (57,362) 
 
Dahi şair böyük mütəfəkkir olmaqla yanaşı, dünya fəlsəfi fikir 
tarixinin  bir  çox  nümayəndələri  (Fales,  Sokrat,  Əflatun  –  Platon, 
Ərəstun  –  Aristotel,  Hürmüz  və  s.),  onların  fəlsəfi  təlimləri  barədə 
Azərbaycanda  ilk  dəfə  dəyərli  elmi  məlumatlar  verən  alimlərdən 
biridir.  Çağdaş  Azərbaycan  fəlsəfə  elminin  görkəmli  nümayən-
dələrindən  olan  prof.S.Xəlilov  bu  cəhətə  diqqəti  cəlb  edərək  yazır: 
“Azərbaycanda da fəlsəfi fikir tarixinə dair məlumatlar lap çoxdan, 
hələ orta əsrlərdən qələmə alınmışdı. Nizami Gəncəvinin “İsgəndər-
namə”  əsəri  (xüsusən  “İqbalnamə”)  bir  sıra  mühüm  ümumbəşəri 
fəlsəfi  ideyalar  haqqında  məlumat  verilməsi  baxımından  olduqca 
əhəmiyyətlidir.  Əlbəttə,  Nizami  peşəkar  fəlsəfə  tarixçisi  deyildi, 
lakin  onu  Azərbaycanda  bu  sahədə  yazan  ilk  müəlliflərdən  biri 
hesab etmək olar” (129,33) 


   
186  
 
A       a 
Müəllif bu fikrini əsaslandırmaq üçün dahi şairin “İsgəndərna-
mə”də  böyük ustalıq və  mütəfəkkir fəhmi ilə  yaratdığı  “İsgəndərin 
yeddi alim ilə xəlvətə çəkilməsi” səhnəsini göstərir və əlavə edir ki: 
“O, (N.Gəncəvi – B.A) özündən əvvəl yaşayanların mövqeyini son-
rakı zamanların bilikləri ilə zənginləşdirir və yeni arqumentlər əlavə 
edir. Məsələn, Falesin (Nizamidə (Valis”) “hər şey sudan yaranmış-
dır”  fikrini  inkişaf  etdirərək  və  təkmilləşdirərək  digər  aqreqat 
hallarının  sudan  neçə  törəyə  biləcəyinin  elmi-bədii  tərənnümünü 
verir; su seyrələndə od və hava, qatılaşanda torpaq yaranır: 
 
Mən də ərz eyləyim: dünyaya təməl
Məncə, su olmuşdur hər şeydən əvvəl. 
Qızğın hərəkətdən və çaxnaşmadan 
O yerə çatdı ki, od oldu əyan. 
İldırım buxardan ayırdı odu, 
Bundan rütubətli hava doğuldu. 
Suyun qatılığı getdikcə artdı, 
Həmin qatılıq da yeri yaratdı”.  
(yenə orada, səh.33 – 34) 
 
Fikrimizcə,  dünya  fəlsəfi  fikir  tarixinin  öyrədilməsi  zamanı 
müvafiq  mövzuların  tədrisi  prosesində  “dünya  xalqlarının  bir  çox 
böyük  filosofları  haqqında”  məlumatları  dərinləşdirmək  və  onları 
poetik  ifadələrlə  əyaniləşdirmək,  dinləyicilər  üçün  maraqlı  etmək, 
mühazirədə  yorğunluğu  aradan  qaldırmaq,  emosional  əhvali-ruhiy-
yə  yaratmaq  məqsədilə  dahi  Nizaminin  “İsgəndərnamə”  poemasın-
dan  uyğun  iqtibaslara  geniş  yer  vermək  səmərəli  nəticəyə  nail  ol-
maq üçün əlverişli pedaqoji-pxisoloji zəmin yarada bilər. Məsələn, 
mühazirədə məşhur yunan filosofu Platonun fəlsəfi təlimindən bəhs 
edərkən,  müəllim,  dahi  şairin  onun  haqqında  “İsgəndərnamə”nin 
“İqbalnamə”  hissəsində  yazdığı  aşağıdakı  misralara  diqqəti 
yönəldir: 
 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə