Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə50/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   46   47   48   49   50   51   52   53   ...   64

   
160  
 
A       a 
Bənövşə zülfündən aldıqca işıq, 
Camalı güllərə olsun yaraşıq. 
Boy atmaq öyrətsin sərvə özündən
Utansın yasəmən onun üzündən. (yenə orada, səh.114) 
 
Gözəlliyin  mənbələrindən  biri  də  incəsənət  əsərləridir.  Prof. 
N.Kazımov “Məktəb pedaqogikası” dərsliyində yazır: “İnsanlar bir 
çox halda təbiət və cəmiyyət hadisələrinə, insan xarakterinə münasi-
bətlərini, hiss və həyəcanlarını, sevinc və kədərlərini incəsənət əsər-
lərində:  musiqidə,  nəğmədə,  rəsmdə,  şeirdə  və  yaradıcılığın  digər 
növlərində ifadə edirlər. Incəsənət, mədəniyyət və ədəbiyyat nümu-
nələri  də  gözəllik  mənbəyinə  çevrilə  bilir”  (120,  377  –  378). 
“Musiqini, nəğməni insanın ən gözəl xisləti hesab edən N.Gəncəvi-
nin poeziyasının özü gözəlliyin ən təsirli və ecazkar mənbələrindən 
biridir,” – deyən müəllim qeyd olunan fikrini və dərslikdəki müva-
fiq  proqram  materiallarının  şərhini  əsaslandırmaq  məqsədilə  şairin 
gözəlliyi tərənnüm edən bəzi misralarını nümunə göstərir. Məsələn, 
“İsgəndərnamə”  poemasında  şair  “Taysız  gözəl”i  vəsf  edərkən 
yazır: 
 
Birinci, gözəldir, bərabəri yox, 
Can alır, cənnətdə belə pəri yox. 
İkinci güclüdür, həm də döyüşkən! 
Qaçmaz döyüş günü mərd kişilərdən. 
Üçüncü, yox səsdə ona bir bədəl, 
Şən, şaqraq nəğməsi Zöhrədən gözəl. 
Gözəl səs dalınca pəsdən, ucadan, 
Nəğməsindən yatar həm quş, həm ilan. (37,308) 
 
Bədii  parçanın  qısa  təhlilinə  tələbələrin  diqqətini  cəlb  edən 
müəllim göstərir ki, şairin fikrincə, gözəl musiqi, şən, şaqraq nəğmə 
nəinki  insanda  estetik  əhvali-ruhiyyə  yaradır,  hətta,  heyvanlara 
emosional təsir göstərir. 


   
161  
 
A       a 
Pedaqogikanın  tədrisi  prosesində  dahi  Nizaminin  hikmətli 
kəlamlarına istinad etmək baxımından geniş imkan yaradan mövzu-
lardan biri də “Ekoloji tərbiyənin ümumi məsələləri”dir. Mövzunun 
əhəmiyyətini  nəzərə alan prof. N.Kazımov “Məktəb pedaqogikası” 
dərsliyində  ekoloji  tərbiyə  məsələlərinə  geniş  yer  vermiş,  proqram 
materiallarının şərhini asanlaşdırmaq, əyaniləşdirmək və əsaslandır-
maq  məqsədilə  atalar  sözlərinə,  Məhəmməd  peyğəmbərin  müdrik 
kəlamlarının  roluna  xüsusi  diqqət  yetirmişdir.  (120,  388  –  395) 
Fikrimizcə,  mövzu  üzrə  proqram  materiallarının  şərhində  emosio-
nallığı və mühazirənin tərbiyəvi təsir gücünü yüksəltmək məqsədilə 
dahi Nizaminin təbiətin qorunmasının zəruriliyi  haqqındakı müdrik 
kəlamlarından da istifadə imkanları mövcuddur və həmin imkanları 
reallaşdırmaq zəruridir. Konkret misallar əsasında belə imkanlardan 
bir neçəsini nəzərdən keçirək. 
“Ekologiyanın cəmiyyətlə əlaqədar aspektləri”ni şərh edərkən 
prof. N.Kazımov  yazır:  “Tibb  elmində  sübut olunmuşdur ki,  mühit 
amillərinin: havanın, suyun, torpağın, bitkilərin, ərzağın ekoloji və-
ziyyəti  insan  orqanizminə  bu  və  ya  digər  formada  təsir  göstərir; 
ekoloji cəhətdən təmiz mühit sağlamlığı möhkəmləndirir; çirklənən 
mühit  isə  xəstəliklərə  səbəb  olur”  (yenə  orada,  səh.388  –  389). 
Dərslik  materialını  konkret  nümunələr  əsasında  daha  aydın  və  də-
rindən  başa  salmaq  üçün,  müəllim,  Nizaminin  poeziyasına  istinad 
edir  və  xüsusi  vurğulayır  ki,  tibb  elminin  hələ  inkişaf  etmədiyi, 
“ekologiya”  anlayışının  mövcud  olmadığı  XII  əsrdə  dahi  şair  təmiz 
havanın əhəmiyyəti, çirkli havanın isə xəstəliklər törətməsini poetik 
dillə qələmə almışdır. Məsələn, “Yeddi gözəl” poemasının qəhrəmanı 
Bəhram  Gur  anadan  olanda  münəccimlər  və  onun  atasına  məsləhət 
görürlər  ki,  oğlunun  yaşamasını  istəyirsə  (şahın  əvvəlki  övladları 
anadan olan kimi ölərmiş), onu Ərəbistana göndərsin. Şah razı olur, 
Bəhram burada dörd il qaldıqdan sonra onu böyüdən Neman deyir: 
 


   
162  
 
A       a 
...Bu torpaq istidir, bu hava quraq, 
Nazikdir, incədir bizim şahzadə
Bir elə yer gərək ona dünyada, 
Ucalsın göylərə başı, qəlbi şad
Açsın asimanda ta ki, qol-qanad. 
Şimal kəsimindən pərvəriş alsın. 
Bir lətif havada yerləşib qalsın. 
Rahatlıq içində yaşasın hər an, 
Nə quru torpaqdan, nə də buxardan 
Qoy fitrət gövhəri zərər görməsin
Daim təmiz qalsın, xətər görməsin. (64, 57 – 58) 
 
Göründüyü  kimi,  şair  burada  təmiz  havanın  sağlamlıq  üçün 
vacibliyini,  çox  quru  və  tozlu  havanın  isə  zərərli  olduğunu  aydın 
göstərir.  Müəllim  daha  sonra  çirkli  havanın  zərəri  haqqında  şairin 
“İsgəndərnamə” poemasında yazdığı aşağıdakı misraları auditoriya-
nın nəzərinə çatdırır: 
 
Əgər sağlam olsa hava bu zaman, 
Dəydiyi şeylərə yetirməz ziyan. 
Yox, əgər olarsa havada zəhər
Dəydiyi hər şeyi yəqin məhv edər. (37, 490) 
 
“Ekologiya və siyasət” məsələsini şərh edən prof. N.Kazımov 
yazır: “Azərbaycan Respublikasında ekologiya məsələləri, ətraf mü-
hitin  qorunması  dövlət  səviyyəsində  həll  olunmağa  başlanmışdır. 
Bu  məqsədlə  bir  sıra  qərarlar  da  qəbul  edilmişdir”.  (120,389) 
Buradaca müəllim qeyd edir ki, dahi Nizami bu məsələnin (təbiətin 
mühafizəsinin dövlət səviyyəsində təşkil olunması) zəruriliyini Bəh-
ram Gurun nümunəsində səkkiz yüz əlli il əvvəl göstərmişdir. Belə 
ki, şahın dövlət, dövlətin şah olduğu bir dövrdə Bəhram ceyranları, 
cüyürləri ovlayarkən, əvvəla, onları yaralamazdı, ya kəməndə salır, 
ya da “sadəcə əllə tutardı”.  İkincisi isə, tutduğu ceyranların  yaşına 
baxırdı: dörd yaşına çatmayana qıymaz, açıb buraxardı: 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə