Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə51/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   47   48   49   50   51   52   53   54   ...   64

   
163  
 
A       a 
 
Yıxsaydı yüz guru əgər yan-yana, 
Qıymazdı dörd yaşı qurtarmayana. 
Onun bir beləcə adəti vardı: 
Gənc gurun qanını haram sayardı. (64,68). 
 
Bəhram  şahın  heyvanlara  qayğıkeş  münasibətinin  üçüncü  sə-
ciyyəvi cəhəti budur ki, o, kəməndə saldığı ceyranlara öz damğasını 
vurdurduqdan  sonra  onları  azadlığa  buraxdırardı  və  bu  damğanı 
görən ovçuların heç biri həmin təbiət gözəllərini öldürməyə cəsarət 
etməzdi: 
 
Hər tutduğu gura vurardı damğa, 
“Sərdar ol, – deyərdi, – bütün ovlağa.” 
Minindən birini kim tutsa əgər
Şahın damğasını görərkən öpər, 
Yaxşılıq keçərdi yadından ancaq, 
Açardı bəndini, buraxardı sağ. (yenə orada) 
 
“Bəhramın ova çıxması və gurları dağlaması” adlanan bu bə-
dii  parçanın  sonunda,  şair,  öz  dövründəki  “qolugüclülərdən”  şika-
yətlənərək yazır: 
 
O gurlar ovlayan Bəhram çağında 
Gurlara qurtuluş vardı dağında. 
Qolu güclülərdən ölkəmizdə, bax, 
Qarışqalar belə olmuş sinədağ. (yenə orada) 
 
Qeyd olunan nümunələrin qısa təhlilindən müəllim belə ümu-
miləşdirmə aparır: dahi  Nizami Bəhram şahın timsalında öz dövrü, 
eləcə də özündən əvvəlki və sonrakı dövrlər üçün xas olmayan yük-
sək  ekoloji  təfəkkür  və  mədəniyyət  nümayiş  etdirərək,  insanları 
təbiətə insani-əxlaqi münasibət göstərməyə, təbii sərvətləri qoruma-
ğa çağırır. Əlbəttə, Bəhram şahın canlılara olan insani və qayğıkeş 


   
164  
 
A       a 
münasibəti  mütəfəkkir  şairin  poetik  fantaziyasının  məhsulu  olan 
mütərəqqi ekoloji tərbiyə ideyası idi. Bu ideyanın diqqəti çəkən və 
əhəmiyyətli  cəhəti  ondadır  ki,  cəsarətli  şair,  təbiətə  amansız  zülm 
edən  “qolugüclülər”i  kəskin  tənqid  atəşinə  tutur,  təbii  gözəlliklərə 
və  sərvətlərə  qayğıkeş  münasibəti  birinci  növbədə  şahlarda  (dövlət 
başçılarında) görmək istəyir. 
“Ekologiya  və  mədəniyyət”  məsələlərini  şərh  edərkən  prof. 
N.Kazımov yazır: “Ayrı-ayrı adamların, hətta, xalqın mədəni səviy-
yəsi  ətraf  mühitin  ekoloji  vəziyyətinə  təsir  göstərir.  Mədəni  səviy-
yəsi  yüksək olan adamların, xalqın ekoloji  mühiti  nisbətən sağlam, 
mədəni  səviyyəsi  aşağı  olan  adamların  ekoloji  mühiti  isə  nisbətən 
çirkli olur”(120,389). Bu qısa qeyddən başqa həmin məsələ barədə 
dərslikdə heç nə deyilmir. Ona görə də müəllim əlavə edir ki, dahi 
Nizami  hələ  XII  əsrdə  bu  fikri  “İsgəndərnamə”  poemasında  irəli 
sürmüşdür.  Belə  ki,  poemada  şair,  İsgəndərə  ibrət  dərsi  vermək 
üçün onu “ədalət yurdu” adlandırdığı naməlum – öz poetik fantazi-
yasının məhsulu olan bir şəhərə gətirir. Bu şəhərdə bağlar, bağçalar 
hasarsız,  qoyun  sürüləri  çobansız,  evlərin  qapısı  qıfılsızdır.  Buna 
baxmayaraq,  burada  heç  bir  oğurluq  baş  vermir.  Burada  hamı  bir-
birinə  əl  tutur,  bir-birinin  sevincinə-kədərinə  şərik  olur.  Var-dövlət 
bərabər  paylanır.  Bu  şəhərin  “nəcib  əhli”,  “düzlükdən  başqa  yol” 
tanımır,  “fitnə  axtarmır”,  “qan  tökmür”,  “xəsislik  bilmir”,  “dilinə 
yalan gətirmir”, “qızıla, gümüşə” aldanmır, “xəbərçilik” sevmir, heç 
kimdən “zorla” “bir arpa qədər” də olsa heç nə almır. Mədəni-əxlaqi 
səviyyəsi  yüksək  olan  “nəcib  şəhər  əhli”  eyni  zamanda  təbiətə, 
xüsusilə, canlılara, hətta, vəhşi heyvanlara qarşı qayğıkeş münasibə-
ti, yüksək ekoloji mədəniyyəti ilə başqalarından fərqlənir: 
 
Bizdən qaçmaz əsla vəhşi heyvanlar, 
Vermərik onlara əziyyət, azar. 
Ehtiyac olanda gur, cüyür, ceyran, 
Özləri axışıb girər qapıdan. 
Ovlamaq istəsək onlardan əgər, 
Ovlarıq ehtiyac duyulan qədər. 


   
165  
 
A       a 
Lazım olmayanı biz nahaq yerə
Qırmarıq, ziynətdir onlar çöllərə. (37, 575) 
 
Hikmət  dolu  bu  misraların  qısa  təhlilindən  sonra,  müəllim, 
alınan  nəticəni  belə  ümumiləşdirir:  göründüyü  kimi,  dahi  Nizami, 
hələ  səkkiz  yüz  əlli  il  əvvəl  təbiətə  münasibətin  yüksək  əxlaq  və 
ekoloji  mədəniyyətdən  asılı  olduğunu  anlatmağa  çalışmış,  ekologi-
yanın  dərslikdə  qeyd  olunmayan  daha  bir  aspektini  (“Qırmarıq, 
ziynətdir  onlar  çöllərə”  –  estetik  istiqaməti;  estetik  zövqü  yüksək 
olan adamlar, xalqlar təbiəti daha çox sevir, onu qorumağa çalışır) 
göstərmişdir. 
Ekoloji tərbiyənin mühüm vəzifələrindən biri təbiəti qoruma-
ğın  zəruriliyini  anlatmaqdır.  Mütəfəkkir  şair  bu  məsələyə  “Sirlər 
xəzinəsi”  poemasında  xüsusi  yer  ayırmış,  insanlara  təbiətin  qorun-
ması zərurətini anlatmağa çalışmışdır: 
 
Bu dünyanın hikməti çatmaz sona əzəldən, 
Hər canlının şirindir canı ona əzəldən. 
Üstünlükdə varlığın birincidir dünyada
Hər canlı da sənin tək bir incidir dünyada. 
Qan bahası istəyən çoxdur deyə can alma, 
Can verməyə qüdrətin yoxdur deyə can alma (75, 97). 
 
Qeyd olunan misraları təhlil edərək, müəllim, şairin bu misra-
lardakı məqsədini tələbələrə çatdırır: gördüyünüz kimi, burada dahi 
mütəfəkkir  üzünü  bəşər  övladına  tutaraq  başa  salmağa,  anlatmağa 
çalışır ki, ey dünyanın əşrəfi insan, sən öz varlığınla birinci olsan da, 
hər bir canlı da sənin kimi canlıdır, “bir incidir”, qiymətlidir, təbiət-
də öz dəyəri var. Sənə  öz canın  şirin  olduğu qədər hər bir canlının 
da canı özü üçün şirindir. Bir halda ki, can verməyə qüdrətin yoxdur, 
onda heç bir canlını məhv etməyə çalışma. 
“Ekoloji  tərbiyədə  müdrik  kəlamların  rolu”  məsələsini  şərh 
edən prof. N.Kazımov öz dərsliyində heyvanların qorunması barədə 
ulularımızın bir sıra kəlamlarını qeyd edir: “Onlar, məsələn, bildir-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə