Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə48/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   44   45   46   47   48   49   50   51   ...   64

   
154  
 
A       a 
 
Bu qədər nə üçün yataq dünyada? 
Yuxu da ölümə bənzər mənada. 
Bunu doğru, dürüst bilməyən insan. 
Çünki bir-birinə bunlar çox bənzər. (37, 516) 
 
Yenə Əflatunun dili ilə şair başa salır ki, həm ziyadə yatmaq, 
həm  də  yuxusuz  qalmaq  insanın  sağlamlığı  üçün  eyni  dərəcədə 
zərərlidir: 
 
O qədər xəbərsiz yatma ki, haşa, 
Yetmışkən sel gəlib başından aşa. 
Yuxusuz, yeməksiz qalma ki, bədən 
Süstləşib, yorulub düşər qüvvədən.  
   (yenə orada, səh.512 – 513) 
 
Müasir elmi pedaqogikaya görə, fiziki tərbiyənin başlıca vasi-
tələrindən  biri  də  zərərli  adətlərə  qarşı  mübarizədir.  “Məktəb  pe-
daqogikası”  dərsliyində  müəllif  bu  vasitənin  əhəmiyyətinə  xüsusi 
diqqət  yetirmiş, fikrini aydınlaşdırmaq və  əsaslandırmaq məqsədilə 
bir neçə atalar sözünü misal göstərmişdir  (120,373). Həmin misal-
larla  yanaşı, fikrimizcə, burada N.Gəncəvinin müvafiq kəlamlarına 
istinad  etmək  həm  dərsin  (mühazirənin)  emosional  təsir  gücünü 
qüvvətləndirmək,  idrak  maraqlarını  inkişaf  etdirmək,  həm  də 
təlimin  tərbiyələndirici  funksiyasını  yüksəltmək  baxımından  səmə-
rəli nəticə verə bilər. Belə müdrik kəlamlardan bir neçəsini nümunə 
göstərək. Dərslikdə zərərli adətlər içərisində birinci yerdə alkoqollu 
içkilərə  meyllilik  qeyd  olunmuş,  ona  qarşı  mübarizənin  zəruriliyi 
göstərilmişdir.  (yenə  orada) “Sirlər xəzinəsi”nin on dördüncü söh-
bətində  (“Haqsızlıq  və  doğruluq”)  şair  sərxoşluğun  insan  sağlam-
lığına  zərərini  xüsusi  qeyd  edir;  başa  salmağa  çalışır  ki,  şərab  və 
digər  spirtli  içkilər  təkcə  insanın  sağlamlığına  qənim  deyildir,  eyni 
zamanda onun ağlını əlindən alır, şüursuz vəziyyətə salır: 
 


   
155  
 
A       a 
Halaldır demişdilər hər məqamda bu meyə
Sonra haram etdilər ağla düşməndir deyə. 
Çox da dünya qəmini pərən salan şərabdır, 
Ağa, içmə, ağlını əldən alan şərabdır. 
Çaxır duz tək ciyərdə yanan odu söndürər, 
Əyyaşların boğazında, inan, odu söndürər. 
İçmə, huşyar eyləməz o içdiyin mey səni
Yaddan çıxar varlığın, şərab eylər key səni. 
Sərxoşluğa uyan kəs ələm çəkər ömürlük, 
Aqilliyin üstünə qələm çəkər ömürlük. (75,124) 
 
“Məktəb  pedaqogikası”  dərsliyində  prof.N.Kazımov  ilk  dəfə 
olaraq fiziki tərbiyənin vasitələri sırasına “psixoloji amillərin nəzərə 
alınması”nı  da  daxil  etmiş,  burada  iki  amil:  (  1)  qəm-qüssə;  2) 
əsəbilik) üzərində xüsusi dayanmış, onların sağlamlığa mənfi təsiri-
ni  izah  etmək  üçün  bir  neçə  atalar  sözünə  müraciət  etmişdir.  Bir- 
birilə sıx bağlı olan hər iki amil haqqında dahi şairin “Xəmsə”sində 
hikmətli  beytlər kifayət  qədərdir və  onlardan qeyd olunan proqram 
materialının  şərhi  zamanı  faydalanmaq  mümkündür.  Müəllimlərə 
kömək  məqsədilə  şairin  qəm-qüssə  və  əsəbilik,  onların  sağlamlığa 
mənfi  təsiri  barədə  bəzi  kəlamlarını  nümunə  göstərməyi  məqsədə-
uyğun hesab edirik. 
“Sirlər xəzinəsi”ndə: “Hər insanın şadlığa, qəhəri var dünya-
da; Sevincin də, qəmin də təhəri var dünyada”, – deyən şair, “Xos-
rov  və  Şirin”də  məsləhət  görür  ki:  Boşla  qəmi,  qəmə  dəyməz  bu 
dünya”  və  anlatmağa  çalışır  ki:  “İnsan  məyusluğa  düşdüyü  zaman 
xeyli uzaq düşür xilas  yolundan”. “Leyli və  Məcnun” poemasında: 
“Aləmi  şad  keçir,  bil,  aləm  budur;  Çəkmə  dünya  qəmi,  əsil  qəm 
budur”  deyərək  insanları  qəm-qüssədən  uzaq  olmağa  çağıran  şair 
“Yeddi gözəl” poemasının sonunda bir daha bu məsələyə qayıdaraq 
məsləhət verir ki: 
 
Nə qədər bu torpaq, yel, atəş, su var, 
Ol qəm aləmindən hər zaman kənar. (64,304) 


   
156  
 
A       a 
 
Şair  yaradıcılığının  zirvəsi  olan  “İsgəndərnamə”  poemasında 
da  qəmin,  kədərin,  əsəbiliyin  sağlamlığa  mənfi  təsirini  dönə-dönə 
qeyd edir ki və belə hallara qarşı mübarizə aparmağı məsləhət bilir. 
Məsələn: 
 
Əlində nə qədər var isə imkan
Çalış ki, şən keçsin hər nəfəs, hər an. 
Qəlbimiz hər zaman şən olmalıdır, 
Kin, tamah bədənə atəş nalıdır. 
Ömrə sərmayədir aldığın nəfəs, 
Kədərə tapşırmaq əbəsdir, əbəs! (37,366) 
 
Mühazirə və seminar məşğələləri ilə yanaşı, “Fiziki tərbiyənin 
ümumi məsələləri” mövzusu ilə bağlı sərbəst işlərin təşkili zamanı 
da  N.Gəncəvi  irsinə  müraciət  mümkün  və  əhəmiyyətlidir.  Müəllim 
həmin  mövzu  ilə  əlaqədar  digər  işlərlə  bərabər  aşağıdakı  sərbəst 
işlərin hazırlanmasını da təklif edə bilər: 
1.
 
Fiziki  sağlamlığın  əhəmiyyəti  haqqında  N.Gəncəvinin 
fikirləri 
2.
 
N.Gəncəvi fiziki bacarıq və keyfiyyətlər haqqında 
3.
 
“Xəmsə”də fiziki tərbiyə məsələləri 
4.
 
N.Gəncəvi fiziki tərbiyənin vasitələri haqqında 
5.
 
“Xəmsə”də  fiziki  tərbiyə  ilə  bağlı  gigiyenik  bilik  və 
bacarıqlar 
6.
 
Fiziki sağlamlığın əqli və əxlaq tərbiyəsində rolu haqqında 
N.Gəncəvinin fikirləri 
Məlum  olduğu  kimi,  tərbiyənin  başlıca  tərkib  hissələrindən 
(sahələrindən) biri də estetik tərbiyədir. Təsadüfi deyildir ki, “Mək-
təb  pedaqogikası”  dərsliyində  prof.  N.Kazımov  bu  mövzuya  on  üç 
səhifəlik  ayrıca  fəsil  (XXVI  fəsil.  Estetik  tərbiyənin  ümumi  məsələ-
ləri)  həsr  etmiş,  burada  proqram  materiallarının  şərhində  Azərbay-
canın və Şərqin bir sıra mütəfəkir-şairlərinin (S.Ə.Şirvani, Ş.İ.Xətai, 
Sədi  Şirazi,  Ə.Cami)  müvafiq  fikirlərinə  istinad  etdiyi  halda, 
N.Gəncəvini  yada  salmamışdır.  Hərçənd  ki,  dahi  Nizaminin  poezi-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə