Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə47/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   43   44   45   46   47   48   49   50   ...   64

   
150  
 
A       a 
bədəndə sağlam ruh olar” aforizmini inkişaf etdirmiş, əqli, əxlaqi və 
fiziki tərbiyənin qarşılıqlı əlaqəsini açıq-aydın göstərmişdir. Heç də 
təsadüfi  deyil  ki,  fiziki  tərbiyəyə  belə  yüksək  qiymət  verən  şair- 
pedaqoqun yaratdığı müsbət qəhrəmanların hamısı (Xosrov, Fərhad, 
Bəhram,  İsgəndər,  Nüşabə  və  s.)  özlərinin  ağıllı  və  mənəviyyatca 
zəngin olması ilə yanaşı, fiziki bacarıq və keyfiyyətləri : at çapma-
ları, ox atmaları, hünərpərvərliyi, cəldliyi, çevikliyi, güclülüyü, cə-
sarəti,  dözümü  və  s.ilə  fərqlənirlər.  Məsələn,  şairin  böyük  məhəb-
bətlə yaratdığı Fərhad obrazının xarakterik cizgilərinə diqqət yetirək. 
O,  həm  “həndəsə  elmində  xariqə  saçan”  bir  mühəndis  –  usta,  həm 
“daşlara  dəmirlə  Çin  nəqşi  çəkən  sənətkar,  həm  də  “dağ  gövdəli”, 
“fil qüvvətli” bir qəhrəmandır: 
 
Böyük dağ gövdəli o dağlar yaran 
Gələndə camaat qalmışdı heyran. 
Görkəmi böyük bir filə oxşardı, 
Onda iki filin qüvvəti vardı. (57,183) 
 
Fiziki  bacarıq  və  keyfiyyətlərdən  bəhs  edərkən,  müəllim, 
şairin daha çox üstünlük verdiyi at çapmaq, ox atmaq, çövkan oyna-
maq, cəldlik, çeviklik, dözümlülük cəsarət, hünər və s.üzərində xü-
susi  dayanır,  fikrini  əsaslandırmaq  üçün  müvafiq  misralara  istinad 
edir. Məsələn, “Sirlər xəzinəsi” poemasında şair insanları qorxaqlı-
ğa son qoymağa, cəsarətli, cəsur və hünərli olmağa çağırır: 
 
Xəzan vaxtı yelkən aç könül ümmanında sən, 
Qorxu-təlaş kürəsi qalama canında sən. 
Gendən baxan şir sanır, şir ürəyin hanı bəs? 
Hər ürəyi olana igid, cəsur deyilməz... 
Fələklərə yüksəldər hünər, cəsarət səni
Hünərsiz alçalarsan, tapar əsarət səni. (75,71) 
 
Yaxud,  deyilənləri  təsdiqləyən  başqa  misal:  “Yeddi  gözəl” 
poemasının  baş  qəhrəmanı  Bəhram  “qüvvətli  əli”,  at  çapmağı, 


   
151  
 
A       a 
“canavarın boynunu qırmağı”, “şirin pəncəsini qırmağı”, atığı oxla 
“qart daşı bir-birinə tikməyi” və s.fiziki bacarıq və keyfiyyətləri ilə 
fərqlənir: 
 
At sürdü, aləmə vəlvələ saldı, 
Çövkanbaz fələyin topunu aldı. 
Onda ki, şöhrəti aləmi sardı, 
Tutub canavarın boynunu qırdı. 
Qırdı pəncəsini, öldürdü şiri
Ona tabe oldu sübhün şəmşiri. 
Ox atıb qart daşı tikərdi daşa, 
Elə bil tikilmiş ipək qumaşa. (64,65) 
 
Fiziki  bacarıq  və  keyfiyyətlərin  mahiyyəti  və  əhəmiyyətini 
şərh edərkən Nizaminin hikmət dolu misralarına istinad edən müəl-
lim,  burada  bir  cəhəti  də  xüsusi  qeyd  edir  ki,  şair  fiziki  kamilliyi 
təkcə kişilərdə deyil, eyni zamanda qadınlarda da görmək istəyirdi. 
Təsadüfi deyil ki, onun sevə-sevə yaratdığı qadın obrazlarının əksə-
riyyəti (Məhin Banu, Şirin, Nüşabə və s.) dərin zəkası, mənəvi zən-
ginliyi  və  gözəlliyi  ilə  yanaşı,  fiziki  bacarıq  və  keyfiyyətləri  :  at 
çapması, ox atması, çövkan oynaması, hünərli və cəsarətli və güclü 
olması ilə kişilərdən heç də geri qalmırlar. Məsələn, Məhin Banunu 
(“Xosrov  və  Şirin”  poemasının  qəhrəmanlarından  biri)  vəsf  edər-
kən  onun  gözəlliyi  ilə  yanaşı,  şair,  kişi  kimi  cürətli  olmasını  da 
xüsusi qeyd edir: 
 
Şəmira adlanır o göyçək qadın, 
Böyükdür mənası bu gözəl adın. 
Cürətdə kişidən heç geri durmur, 
Böyük olduğundan Məhin Banudur. (57,63) 
 
Məhin Banunun xidmətçiləri olan yetmiş gözəl qızı tərənnüm 
edən şair daha çox onların hünərinə, cəsarətinə, “fil dişini”, “aslanın 
çəngini” qoparan gücünə diqqəti cəlb edir: 


   
152  
 
A       a 
 
Gözəllikdə keçən olmaz onları, 
Kefdə keçirərlər qışı, baharı. 
Fil dişini, aslanın çəngini onlar
Gücə qalsa birdən dartıb qoparar. 
Bir hücum çəksələr alışar aləm, 
Məğribdən Məşriqə qarışar aləm. (yenə orada, səh.66) 
 
Şairin  yaratdığı  qadın  obrazları  içərisində  İsgəndər kimi  əzə-
mətli  və  zəhmli  bir dünya fatehini həm  öz ağlı və  fərasəti, həm  də 
hünər  və  cəsarəti  ilə  mat  qoyan  Bərdə  hökmdarı  Nüşabə  xüsusilə 
fərqlənir. Dahi  şair Nüşabənin  öz dili  ilə  onun qəhrəmanlığını belə 
vəsf edir: 
 
Erkək tinətliyəm olsam da qadın, 
Hər işi bəllidir mənə dünyanın. 
Mən də bir aslanam, düşünsən bir az, 
Aslanın erkəyi, dişisi olmaz. 
Qara bulud kimi gurlasam kinlə
Qılınc tüstüsündən yanar su belə. 
Aslanlar buduna basaram mən dağ, 
Nəhənglər yağından yaxaram çıraq.(37,212) 
 
Yeməyin gigiyenasının fiziki tərbiyədə rolunu yüksək qiymət-
ləndirən “Məktəb pedaqogikası”nın  müəllifi  (prof.  N.Kazımov)  fik-
rini  əsaslandırmaq  üçün  bir  neçə  atalar  sözünü  və  Ə.Caminin  bir 
bənd  şeirini  misal  çəkir.  (120,368)  Fikrimizcə,  burada  N.Gəncə-
vinin yeməyin gigiyenası və onun insan sağlamlığı üçün əhəmiyyəti 
ilə  bağlı  öyüd  və  nəsihətlərinə  istinad  etmək  daha  məqsədəuyğun 
olar. Məsələn, az yeməyin sağlamlıq üçün əhəmiyyəti, çox yeməyin 
zərəri  barədə  “Sirlər  xəzinəsi”  poemasının  “Xilqətin  gözəlliyi”  və 
kamalın  qüdrəti  adlı  söhbətində  şair  çox  sadə  dillə  başa  salır  ki, 
normadan  artıq  yemək  insana  faydalı  olsaydı,  onda  çox  yeyənlər 


   
153  
 
A       a 
hamıdan uzun ömür sürərdi. Az yemək insana rahatlıq, çox yemək 
isə əksinə – əzab-əziyyət verir: 
 
Qarnın doldurmağın hamballıq olar sənə, 
Yüngüllüyün ağırlıq, sanballıq olar sənə. 
Əgər çox yaşasaydı çox yeyənlər cahanda, 
Çox yemişlər yaşardı, ölüm olmazdı onda. 
Demə gəldi-gedərdir, nədir qiyməti ömrün. 
Azlığına görədir qədir-qiyməti ömrün. 
Az yeyib, çox dincəlmək məziyyətdir insana, 
Çox yemək narahatlıq, əziyyətdir insana. (75,102-103) 
 
Yenə  həmin  poemanın  on  yeddinci  söhbətində  (“Heysiyyəti 
qorumaq”) şair, bir daha çox yeməyin sağlamlığa, hətta, ağıla mənfi 
təsirindən  bəhs  edərək,  insanları  öz  heysiyyətini,  insanlıq  xislətini 
qorumağa, hərislikdən, acgözlükdən uzaq olmağa, pəhriz saxlamağa 
səsləyir: 
 
Çox yeməyə, toxluğa çalışmağın yaxşıdır? 
Az yeməyə, pəhrizə alışmağın yaxşıdır? 
Aslan azca yeyir ki, şikar alan olubdur, 
Atəş doymaq bilmir ki, tez qaralan olubdur... 
Çox yeməkdən kütləşər, ağlın kəm olar sənin
Reyhan kimi qəlbinə qüssə, qəm dolar sənin.  
(yenə orada, səh.136) 
 
“Məktəb  pedaqogikası”  dərsliyində  fiziki  tərbiyənin  vasitələ-
rindən biri kimi gün rejiminə, o cümlədən, yuxu rejiminə xüsusi yer 
verilmiş, proqram materialının şərhini qüvvətləndirən misallara isti-
nad edilmişdir. Əlbəttə, burada dahi  Nizaminin  hikmətli  kəlamları-
na da müraciət etmək faydalı olar. Məsələn, “İsgəndərnamə”də dahi 
filosof Əflatunun (Platonun) dili ilə şair insanlara məsləhət görür ki
çox  yatmasınlar,  yatanda  da  ayıq  olsunlar.  Çünki  bu,  insanın  yo-
rulub əldən düşməsinə, sinir sisteminin pozulmasına səbəb ola bilər: 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə