Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə40/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   36   37   38   39   40   41   42   43   ...   64

   
126  
 
A       a 
gikası”  dərsliyində  bu  anlayışın  şərhinə  nədənsə  çox  az  yer  veril-
mişdir.  Müəllif  burada  cəmi  bir  neçə  sətirdə  ailədə  və  cəmiyyətdə 
həmrəyliyin  əhəmiyyətini  göstərmək  üçün  üç  atalar  sözünü  (“Tək 
əldən səs çıxmaz”; “Tək əl ilə düyün açılmaz”; “El bir olsa dağ oy-
nadar yerindən, güc bir olsa zərbi kərən sındırar”) və “Milli birlik, 
milli  həmrəylik  indi  xaricdən  təcavüzə,  təzyiqə,  hədə-qorxuya 
məruz  qaldığı  bir  dövrdə  Azərbaycan  xalqına  daha  çox  lazımdır” 
cümləsini qeyd etməklə kifayətlənmişdir (bax: 120, səh. 345). 
Əlbəttə,  mövzuya  həsr  olunmuş  mühazirədə  müəllim,  istiqa-
mətverici  xarakter  daşıyan  bu  qısa  qeydlərlə  kifayətlənməməli, 
həmrəyliyin, milli birliyin mahiyyətini insanın həyatında və cəmiy-
yətdə rolunu dərindən şərh etməli, bu məqsədlə  böyük mütəfəkkir-
lərimizin, o cümlədən, dahi Nizaminin hikmətli kəlamlarına diqqəti 
yönəltməlidir. Müəllimlərə kömək məqsədilə şairin belə müdrik kə-
lamlarından  bir  neçəsini  nəzərdən  keçirək.  “İnsansan,  insana  qatış 
hər zaman; İnsanla yaşayır insan hər zaman”, – deyən şair bütün in-
sanları həmrəy olmağa, birgə yaşamağa çağırır: 
 
İnsanla yaşayan mərddir, kişidir, 
Kimsəni sevməmək namərd işidir. (4, 63) 
 
Şairin  möhkəm  əqidəsinə  və  inamına  görə  insan  sözlə  yox, 
əməldə bir olmalıdır. Belə birlik, həmrəylik səadətin açarıdır. Birlik 
olmayan yerdə nifaq başlayır, bu isə insanları fəlakətə sürükləyir : 
 
Bir olsa yoldaşın, dostun əməli, 
Daşdan su çıxardar onların əli. 
Nifaq olan yerdə fəlakət də var
Səadət günəşi birlikdən doğar. (yenə orada) 
 
Bu hikmətamiz misraları tələbələrə çatdıran müəllim buradaca 
qeyd edir ki, birinci Qarabağ savaşında müvəqqəti məğlubiyyətimi-
zin  səbəblərindən  biri  məhz  milli  birliyimizin  əməldə  özünü  gös-
tərməməsi olmuşdur. Həmin savaşda bizi fəlakətə düçar edən amil-


   
127  
 
A       a 
lər içərisində dahi Nizaminin dediyi  “nifaq”  (ayrı-ayrı siyasi parti-
yalar  arasındakı  çəkişmələr,  “özünümüdafiə”  batalyonlarının  ko-
mandirləri arasındakı “mənəm-mənəmlik” və s.) böyük rol oynadı. 
Əxlaq  tərbiyəsinin  məzmununa  daxil  edilən  keyfiyyətlərdən 
biri  də  dostluq  və  yoldaşlıqdır.  Bu  keyfiyyətə  dahi  Nizami  bütün 
poemalarında xüsusi diqqət  yetirmiş, bir sıra nümunəvi dost obraz-
ları  yaratmışdır.  Ona  görə  də  bu  anlayışın  (dostluq  və  yoldaşlıq) 
mahiyyətini şərh edərkən, müəllim, dahi şairin müvafiq kəlamların-
dan kifayət qədər faydalana bilər. Dostluğu, yoldaşlığı hər bir insan 
üçün çox vacib hesab edən Nizamiyə görə, “bir həmdəmi”, “könül 
sirdaşı”, yəni bir dostu olmayanlar həyatda çətin yaşayar: 
 
Həyat nəyə gərəkdir bir həmdəmin olmasa? 
İnsan çətin yaşayar dosta əmin olmasa. (4, 63) 
 
“Yaxşı dost dar gündə tanınar”, – deyən ulularımızın bu hik-
mətini  şair  poetik  təfəkkürün  gücü  ilə  daha  da  qüvvətləndirərək 
məsləhət görür ki: 
 
Elə sadiq dost ara, səni darda qoymasın, 
Çəkib tordan çıxarsın, səni torda qoymasın.  
(yenə orada, səh.64) 
 
“Dostun  olmazsa,  həyatın  da  fəlakətdə  olar”,  –  deyən  şairə 
görə həqiqi dost odur ki, dostunun eybini üzünə desin; öz “şəfasıy-
la” yarasını sağaltsın; dostunun sirrini gizli saxlasın. Dostluqdan tə-
mənna  güdən  qərəzli,  ikiüzlü  adamlardan  dost  ola  bilməz.  Şair xə-
bərdarlıq  edir  ki,  belələri  düşməndən  daha  etibarsızdır,  daha 
qorxuludur: 
 


   
128  
 
A       a 
Təmənnalı olarsa dostun, aman, dostluğu, 
Düşmənçilik deməkdir, dostun haman dostluğu. 
İkibaşlı dostluğu dostluq sanma heç zaman, 
Qərəzli dost düşməndir, arxalanma heç zaman.  
(yenə orada) 
“Heç  bir  işdə  olma  yarsız,  yoldaşsız”,  “Yaxşı  gündə  çatar 
dada yoldaşlar”, “Bağlama qapını dostun üzünə” və s. kimi nəsihət-
lər  verən  şair-tərbiyəçi  bir  tikə  çörəyi,  hətta,  adicə  “çay  suyunu” 
dostla,  yoldaşla  bölməyi  məsləhət  bilir.  əks  təqdirdə  insan  “dost- 
aşna görməz”, “Yalqız qalar, təklikdə ölər”: 
 
Ağıllılar bilir ki, tək yesə hər kəs
Təklikdə də ölər, dost-aşna görməz. 
Çay suyu olsa da sən içmə yalqız, 
Dəniztək olarsan acı, qılıqsız. (yenə orada, səh.65) 
 
Dostluğu,  yoldaşlığı  çox  yüksək qiymətləndirən  Nizami eyni 
zamanda, hər kəslə dostluq etməyi məsləhət görmür. Çünki : “Paxıl-
lıq  eyləsə  dostuna  hər  kəs,  onun  yoldaşlığı  torpağa  dəyməz”;  Pis 
dost  “şəninə  əskiklik  gətirər”;  “O  dost  ki,  hər  işi  yalnız  duzaqdır, 
bəzəkli-düzəkli  bir  mancanaqdır”;  “Bir  dostun  da  olsa  eyibli  əgər, 
yüzünün adına ləkə gətirər”; “İnsan, dostu nacins olarsa əgər, ondan 
yalnız hədsiz pisliklər görər”. 
Bütün  bu  misallardan  aydın  görünür  ki,  şair  paxıl,  kələkbaz, 
ikiüzlü,  nacins,  nanəcib,  eyibli  adamlarla  dostluqdan  çəkinməyə, 
“yaxşı ad qazanmış gözəl dost”lar axtarmağa çağırır. Çünki “gözəl 
dost” insan üçün var-dövlətdən daha üstündür: 
 
Yaxşı ad qazanmış gözəl dost ara, 
Ondan yetişərsən ağ günə, vara. (yenə orada) 
 
Əxlaq tərbiyəsinin məzmununu təşkil edən başlıca əxlaqi key-
fiyyətlərdən  biri  də  vətəpərvərlikdir.  Çox  təəssüf  ki,  adı  çəkilən 
dərslikdə bu mühüm əxlaqi keyfiyyətin mahiyyəti və əhəmiyyətinin 


   
129  
 
A       a 
şərhinə  kifayət  qədər  yer  ayrılmamışdır.  Belə  ki,  burada  müəllif 
(prof.  N.Kazımov)  cəmi  bir  cümlədə  vətəpərvərliyin  nədə  ifadə 
olunduğunu,  vətənlə  bağlı  bir  neçə  atalar  sözünü  və  bir  bayatını 
qeyd etməklə kifayətlənmişdir. Həmin qeydlər bu mühüm anlayışın 
mühiyyətini və əhəmiyyətini yetərincə açıqlamır. Onu da əlavə edək 
ki, burada verilmiş bayatı elə də yerinə deşməmişdir: 
 
Namərdlə mərdi tanı, 
El sevər mərd atanı. 
Oğul fərsiz çıxanda, 
Öldürər dərd atanı. 
 
Göründüyü kimi, burada söhbət vətənpərvərlikdən yox, mərd-
likdən,  valideyn-övlad  münasibətlərindən  gedir.  Dərslikdəki  bu 
boşluğu  doldurmaq  üçün  müəllim  vətənpərvərliyin  əsl  mahiyyətini 
dərindən  izah  etmək  və  onun  əhəmiyyətini  aydın  göstərmək  üçün 
bayatılarımızla yanaşı, dahi Nizaminin hikmət və nəsihət dolu mis-
ralarına müraciət edə bilər. Əvvəlcə müəllim qeyd edir ki, vətənpər-
vərliyi hər bir insan üçün zəruri əxlaqi keyfiyyət hesab edən N.Gən-
cəvinin özü böyük vətənpərvər olmuşdur. O, doğma yurdu Gəncəni 
o  dövrdə  dünyanın  cənnəti  sayılan  Bağdaddan  üstün  tutmuş,  çox-
saylı  təkliflərə  baxmayaraq,  hər  şeydən  çox  sevdiyi  vətənini  şan-
şöhrətə,  var-dövlətə  dəyişməmiş,  ömrünün  sonunadək  buranı  tərk 
etməmişdir.  Bu  fikrə  müəllim  onu  da  əlavə  edir  ki,  böyük  vətən-
pərvər  olan  şairin  vətənpərvərlik  ideyalarını  təkcə  Gəncə  şəhərinə 
olan sonsuz məhəbbəti ilə məhdudlaşdırmaq olmaz. Vətənpərvərlik 
anlayışına çox geniş mənada yanaşan Nizamiyə görə vətənpərvərlik 
təkcə  vətəni  sevməklə  bitmir,  əsl  vətənpərvərlik  Vətəni  yadellilər-
dən qorumaqdır. Şairin əqidəsinə görə, Vətəni hamı sevməli və qo-
rumalıdır, lakin burada daha böyük məsuliyyət ölkə başçısının üzə-
rinə  düşür.  Ölkənin  başçısı  hər  zaman  ayıq-sayıq  olmalı,  doğma 
vətəni göz bəbəyi kimi qorumalıdır: 
 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə