Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə32/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   28   29   30   31   32   33   34   35   ...   64

   
101  
 
A       a 
imkanlar  daha  genişdir.  Burada  həm  dahi  şairin  həyat  və  yara-
dıcılığının,  ayrı-ayrı  əsərlərinin  öyrədilməsi  zamanı,  həm  də  tərbi-
yənin müxtəlif sahələri ilə bağlı digər mövzuların tədrisi prosesində 
sinifdənxaric  oxunun  təşkili  yolu  ilə  onun  şeir  və  poemalarının 
dərindən öyrədilməsi mümkündür. Məsələn, “İsgəndərnamə” poema-
sının tədrisi zamanı müəllim bu poemadan bəzi parçaların  – şagird-
lərin milli mənlik şüurunun inkişafına daha  güclü təsir  edən “İsgən-
dərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi”, “İsgəndərin Nüşabə 
ilə  məclisdə  oturması”,  “İsgəndərin  qıpçaq  çölünə  çatması”  və  s. 
sinifdənxaric oxu yolu ilə əzbərlənməsini və təhlilini təşkil edə bilər. 
Coğrafiyanın  tədrisi  prosesində  də  bəzi  mövzuların  öyrədil-
məsi  zamanı  şairin  “Xəmsə”sinə  müraciət  edib  müvafiq  bədii  par-
çaların əzbərlənməsini təşkil etmək imkanları mövcuddur. Məsələn, 
Bərdə  şəhəri  haqqında  proqram  materialının  öyrədilməsi  zamanı 
müəllim  “İsgəndərnamə”  poemasından  Azərbaycanın  bu  qədim 
diyarının tərifinə həsr olunan bədii parçanın sinifdənxaric oxu yolu 
ilə əzbərlənməsini tapşıra bilər. 
Birinci  qrupa  daxil  olan  dərsdənkənar  işlər  içərisində  başlıca 
yerlərdən  birini  də  fənn  dərnəkləri  tutur.  Ayrı-ayrı  fənlər  üzrə 
yaradılmış  bu  dərnəklərdə  dahi  şairin  irsini  dərindən  öyrənmək 
baxımından  çox  geniş  imkanlar  mövcuddur.  Məsələn,  ədəbiyyat 
dərnəyində: “ N.Gəncəvinin həyat və yaradıcılığına dair yeni məlu-
matlar”,  “N.Gəncəvi  və  Gəncə”,  “Nizami  yaradıcılığında vətənpər-
vərlik  ideyaları”,  “Nizami  poeziyasında  türkçülüyə  məhəbbət”, 
“N.Gəncəvi  yaradıcılığında  Azərbaycan  folklorunun  yeri  və  rolu”; 
Tarix dərnəyində:  “N.Gəncəvini  yetirən tarixi  şərait”, “Azərbaycan 
və Şərq mədəniyyətində N.Gəncəvinin yeri və rolu”, “Nizami əsər-
lərinin  qəhrəmanları  olan  tarixi  şəxsiyyətlər”,  “N.Gəncəvinin 
“Xəmsə”sində” Azərbaycan tarixi  ilə bağlı hadisələr”;  Musiqi  dər-
nəyində: “Nizaminin musiqi dünyası”, “Xosrov və Şirin” poemasın-
da  təsvir  olunan  musiqi  məclisləri”,  “Azərbaycan  musiqisi  tarixinə 
dair  məlumatlar  Nizami  poemalarında”,  “Xəmsə”  də  təsvir  və 
tərənnüm  olunan  muğamlar  və  nəğmələr”,  “N.Gəncəvi  yaradıcılı-
ğında təsvir edilən qədim xalq çalğı alətləri”, “Azərbaycanın çağdaş 


   
102  
 
A       a 
musiqisinin  inkişafında  Nizami  poeziyasının  rolu”,  “N.Gəncəviyə 
həsr  olunmuş  musiqi  əsərləri”;  Təsviri  incəsənət  dərnəyində  :  “Ni-
zami  poeziyasında  təsviri  sənət”,  “Xəmsə”  süjetləri  əsasında  yara-
nan  miniatürlər”,  “Azərbaycanda  təsviri  sənətin  inkişafına  Nizami 
poeziyasının  təsiri”,  “N.Gəncəviyə  həsr  olunmuş  sənət  əsərləri”; 
Coğrafiya dərnəyində: “Xəmsə”də coğrafi adlar”, “N.Gəncəvi Yerin 
forması  və  inkişaf  mərhələləri  haqqında”,  “Nizami  poeziyasında 
təbiəti mühafizə məsələləri”, “Xəmsə”də təsvir olunan xalqlar, onla-
rın  etnoqrafik  xüsusiyyətləri”  və  s.mövzularda  şagirdlərin  elmi 
məruzələrini  müzakirə  edib  onların  çapına  nail  olmaq  həm  təlim, 
həm də tərbiyə baxımından böyük əhəmiyyət kəsb edir. 
Ədəbiyyat, tarix, coğrafiya dərnəklərində qeyd olunan mövzu-
lar üzrə elmi məruzələrin hazırlanması üçün mənbələr kifayət qədər 
olduğu halda, musiqi və təsviri incəsənətlə bağlı mövzular haqqında 
eyni  sözü  demək  çətindir.  Buna  baxmayaraq,  bu  sahədə  də  son 
dövrlərdə  bir  sıra  dəyərli  elmi  mənbələr  işıq  üzü  görmüşdür.  Bu 
baxımdan  Sevda  Qurbanəliyevanın  “Nizami  Gəncəvinin  musiqi 
dünyası”  (61),  Rauf  İsmayılzadənin  “Nizaminin  musiqi  dünyası” 
(103),  Fərman  Rzayevin  tərtib  etdiyi  “Nizami  Gəncəvi  incəsənət 
haqqında”  (104),  Nadir  Zamanovun  “Nizami  poeziyası  və  təsviri 
sənət” (105) və s.kimi kitabları xüsusi qeyd etmək olar. Gərgin elmi 
zəhmətin  və  axtarışların  nəticəsi  kimi  meydana  gələn,  illüstrativ 
materiallarla  zəngin  olan  bu  kitabların  hər  biri  dərnək  məşğələləri, 
xüsusilə, yuxarıda qeyd olunan mövzularda elmi məruzələrin hazır-
lanması  üçün  dəyərli  mənbədir.  Belə  mənbələrdən  birini  xüsusi 
qeyd  etməyi  məqsədəuyğun  hesab  edirik.  Həmin  dəyərli  mənbə 
sənətşünaslıq doktoru, prof. Kərim Kərimovun nəşrə hazırladığı, ön 
söz və qısa şərhlər  yazdığı  “Nizami Gəncəvi.  Xəmsə. Miniatürlər” 
adlı  kitabdır  (106).  Müəllifin  həmin  kitaba  yazdığı  geniş  həcmli 
“Ön söz” əslində çox dəyərli elmi-tədqiqat əsəridir. Bu əsərin elmi 
dəyərini artıran bir cəhət də onun eyni mənbədə üç dildə (azərbay-
can, rus, ingilis) işıq üzü görməsidir. Burada müəllif Nizami poezi-
yasının  təkcə  Azərbaycanda  deyil,  bütün  Şərq  dünyasında  təsviri 
incəsənətin  müxtəlif  növlərinin,  xüsusilə,  rəssamlığın  inkişafına 


   
103  
 
A       a 
böyük təsirini qeyd edərək yazır: “Böyük Nizaminin fəlsəfi – idrak, 
romantik  məhəbbət,  tarixi  qəhrəmanlıq  poemaları  rəssamlar  üçün 
tükənməz  yaradıcı  ilham  mənbəyi  olmuşdur.  Bu  poemalar  rəssam-
ları  zəngin  və  faydalı  materiallarla  təmin  etmiş,  onların  sənətini 
yeni,  orijinal  motivlərlə,  mütərəqqi,  humanist  ideyalarla  zənginləş-
dirmişdir. Nizami “Xəmsə”sinin məşhur, dərin məzmuna malik sü-
jetləri,  hamı  tərəfindən  sevilən  səmimi  obrazları  rəssamların  yara-
dıcı  təxəyyülünə  böyük  təsir  göstərmiş,  çoxlu  incəsənət  əsərinin 
meydana gəlməsinə səbəb olmuşdur” (106,6). 
Kitabın  dəyərini  qat-qat  artıran  cəhətlərdən  biri  də  odur  ki, 
burada Nizami “Xəmsə” sinin süjetləri haqqında yuxarıda qeyd olu-
nan üç dildə annotasiyalar  (qısa  şərhlər) verilmişdir ki,  bu da təli-
min həm Azərbaycan, həm rus, həm də ingilis dilində olduğu bütün 
məktəblərdə ondan istifadəni mümkün və asan edir. 
İkinci  qrupa  daxil  olan  dərsdənkənar  tərbiyə  işlərinin  forma 
və  yolları  çox  müxtəlif  olub  geniş  əhatə  dairəsinə  malikdir.  Şairin 
zəngin  irsini  şagirdlərə  sevdirməyin  başlıca  yollarından  biri  onun 
poeziyasına  həsr  olunmuş  bədii  qiraət  müsabiqələrinin  keçirilmə-
sidir.  Belə  müsabiqələrin  təşkilinə  verilən  başlıca  pedaqoji  tələblər 
müsabiqə  üçün  şeirlərin  və  ayrı-ayrı  poemalardan  bədii  parçaların 
düzgün seçilməsi, qiraət materialının tərbiyəvi cəhətinə xüsusi diq-
qət  yetirilməsidir.  Belə  müsabiqələrin  tərbiyə  baxımından  daha 
əhəmiyyətli və təsirli olmasını təmin etmək üçün münsiflər heyətinə 
tanınmış qiraət ustalarının, şairlərin və nizamişünas alimlərin daxil 
edilməsi, qaliblərin N.Gəncəvinin həyat və yaradıcılığına aid dəyərli 
kitablarla mükafatlandırılması, müsabiqənin şərtləri, gedişi və nəti-
cəsinin kütləvi  informasiya  vasitələrində  işıqlandırılması,  məktəbin 
videotekasında  saxlanması  üçün  diskə  köçürülməsi,  növbəti  müsa-
biqələr zamanı onlardan istifadə olunması məqsədəuyğundur. 
Belə müsabiqələri həm siniflər üzrə, həm ümumtəhsil məktəb-
lərarası miqyasda təşkil etmək daha faydalıdır. 
Dahi  şairin  yaradıcılığını  dərsdənkənar  vaxtlarda  şagirdlərə 
sevdirməyin vasitə və yollarından biri “Nizami poeziya günləri” nin 
təşkilidir.  Şairin  vətəni  Gəncə  şəhərində  hər  il  sentyabr  ayının 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə