Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə31/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   27   28   29   30   31   32   33   34   ...   64

   
97  
 
A       a 
Burada “iki  aləm” dedikdə, şair, həm  maddi, həm  də  mənəvi 
aləmi nəzərdə tutur... 
R.Dekarta  görə  iki  substansiya  mövcuddur:  “mənəvi  və 
maddi” (yenə orada, səh. 107 – 108). 
Görkəmli nizamişünas S.Həsənzadə adı çəkilən monoqrafiya-
sında  “Nizami  Gəncəvinin  riyaziyyatla  bağlı  görüşləri”nə  ayrıca 
bölmə həsr etmiş, burada özündən əvvəl bu mövzuda yazmış alim-
lərdən  H.Abdullayev,  L.Vəliyev,  H.Muradxanov,  N.Əliyev, 
Ə.Məmmədov, Ə.Əhmədov və başqalarının əsərlərindən bəhrələnə-
rək  dahi  şairin  onluq  kəsrlər,  sıfır  məfhumu,  koordinat  sistemləri, 
riyazi tənliklərin həndəsi mənası, düz xətt, müstəvi, həndəsi fiqur və 
cisimlər, sahə, həcm və s.haqqında söylədiyi dəyərli fikirlərin təhli-
lini konkret nümunələr əsasında vermişdir. 
Qeyd olunan məsələlərin hamısı orta məktəblərin müvafiq ri-
yaziyyat kurslarında öyrədilir. Həmin məsələləri daha dərindən öy-
rənmək  üçün  riyaziyyat  müəllimləri  N.Gəncəvinin  müvafiq  beytlə-
rindən  əyani  –  obrazlı  vasitə  kimi  istifadə  edə  bilərlər.  Nümunə 
üçün bir neçə misala nəzər yetirək. 
Rəqəmlərin  toplanması  və  çıxılması  qaydasını  şair  bircə 
beytdə belə ifadə etmişdir: 
 
Hər cütü birlikdir əvvəl yaradan
Bir qalar çıxanda cütlük aradan (64, 305). 
 
Göründüyü  kimi  şair  bu  bədii  parçada  tək  rəqəmlərin  topla-
naraq cüt rəqəmlər əmələ gətirməsini, çıxılarkən isə cütlüyün aradan 
qalxmasını poetik dillə lakonik ifadə etmişdir. 
Məlum  olduğu  kimi,  N.Gəncəvinin  dövründə  onluq  kəsrlər 
haqqında biliklər o qədər də geniş yayılmamışdır. Buna baxmayaraq, 
onun əsərlərində onluq kəsrlər haqqında maraqlı fikirlərə rast gəlirik. 
Məsələn, “İsgəndərnamə” poemasında oxuyuruq: 
 
Şah izn verərsə, o sirləri mən, 
Deyərəm onda yox, yüzdə birindən (37, 472). 
 


   
98  
 
A       a 
Dahi şair “Xosrov və Şirin” poemasında kainatın sirrini, “dün-
yanın  gərdişini”  riyazi  ifadələr  və  işarələr  vasitəsilə  şərh  etməyə 
çalışır: 
 
Aləmlərin sirri bu sinəmdədir
Dünya gərdişini mən tək kim bilir?!... 
Xətləri müxtəlif olan nöqtədən, 
İlk gələn hərəkət “əlifdi” bil, sən. 
Qovuşdu o xəttə sonra başqa xətt, 
Ortalıqda bir xətt törədi, əlbət. 
Olunca üç xətlə əhatə mərkəz, 
Bəsit bir cism oldu, qoy bilsin hər kəs. 
Xətt, bəsit, ən sonra cisim, budur fənn
Sən bu üç tərəfə tutum deyirsən. 
Aləmi əvvəldən sonuna qədər, 
Belə bir qaydayla insan öyrənər, 
Əqlə məlum olsa bu işlər bir gün
Bir qırpımda gəzər dünyanı bütün (57, 331). 
 
Nizamişünas alim S.Həsənzadə bu bədii parçanın şərhini çox 
aydın  ifadə  etmişdir:  “Nizami  burada  “əlif”i  düz  xətt  mənasında 
verməklə onun nöqtələrin həndəsi yeri olduğunu xatırladır. Koordi-
nat  başlanğıcında qovuşan xətlər  əsas parabola  və  hiperbola qolla-
rıdır  ki,  bunların  müstəvidən  ayırdığı  sahə  olur.  Üçüncü  xəttin 
birləşməsi isə üçölçülü sistemdir ki, doğrudan da həcm əmələ gətirir. 
Şairin  məsələyə  belə  dəqiq  yanaşması  az  qalır  onu  da  deyə  ki,  bir 
dərəcəli tənliklərin həndəsi  mənası  düz xətt, iki dərəcəli tənliklərin 
həndəsi  mənası  sahə,  üçdərəcəli  tənliklərin  həndəsi  mənası  isə 
həcmdir” (78, 119). 
Hörmətli Sabir müəllimin bu gözəl şərhinə onu da əlavə edək 
ki, burada dahi şair “Aləmi əvvəldən sonuna qədər, belə bir qayda ilə 
insan öyrənər”, – deməklə riyaziyyat elminin kainatın sirlərinin öyrə-
nilməsindəki  rolunu  çox  yüksək  qiymətləndirmişdir.  İnsanın  dərket-
mə  qabiliyyətinin  sonsuz  olduğuna  inanan  mütəfəkkir  şair:  “Əqlə 


   
99  
 
A       a 
məlum  olsa  bu  işlər  bir  gün,  bir  qırpımda  gəzər  dünyanı  bütün”,  – 
deyir. Bu gün kosmik sürəti və digər riyazi hesablamaları yaxşı öyrə-
nən insan həqiqətən də “bir göz qırpımında” bütün dünyanı dolanır. 
“Xəmsə”nin  haqqında  bəhs  etdiyimiz  məsələlər  baxımından 
tədqiqi  və  təhlili  aydın  göstərir  ki,  dahi  şair  riyaziyyatın  həndəsə 
bölməsi  haqqında  dərin  biliklərə  sahib  olmuş,  bu  elmin  banisi  qə-
dim yunan alimi Evklidin adını poemalarında dönə-dönə çəkmişdir. 
Bu  məsələyə  öz  tədqiqatında  xüsusi  diqqət  yetirən  Ə.Əhmədov 
yuxarıda adı çəkilən dəyərli monoqrafiyasında yazır: “Nizami mad-
di  aləmə  həmişə  məkanla  əlaqədar  surətdə  baxdığı  üçün,  onun 
həndəsəyə  olan  münasibətini  də  labüd  edir  və  bu  münasibət  onun 
əsərlərində büruzə verilir. O, həndəsə elminin banisi Evklidin adını 
tez-tez  çəkir  və  ona  öz  ehtiramını  bildirir.  Misal  üçün,  Fərhadın 
ustalığını və fərasətini vəsf edərək deyir: 
 
Burada ustad bir mühəndis vardır, 
O bilici cavanın adı Fərhaddır. 
Həndəsə elmində xariqə yaradandır, 
“Məcəsti” bilən, “İqlidis” açandır. 
Hər sənəti tərtiblə 
Və həndəsə üzrə öz tərkibi ilə etməyi bacarır. 
 
Burada  “Məcəsti”  –  Bətləmyusun  (Ptolomeyin)  heyət  elminə 
(astronomiyaya)  aid  olan  kitabdır.  İqlidis  –  haman  Evkliddir  ki, 
Nizami onun adını hər yerdə böyük hörmətlə yad edir” (47, 21 – 22). 
Belə maraqlı faktlar “Xəmsə”də kifayət qədərdir və riyaziyyat 
dərslərində onlardan istifadə etmək həm təlim, həm də tərbiyə baxı-
mından əhəmiyyətlidir. 
 


   
100  
 
A       a 
 
1.3. Dərsdənkənar tədbirlərdə Nizaminin  
       tərbiyəvi fikirlərindən istifadə 
 
Dahi Nizaminin təhsil,təlim, tərbiyə və şəxsiyyətin inkişafı ilə 
bağlı  hikmət  dolu  fikirləri  o  qədər  zəngin,  geniş  və  dərindir  ki, 
onları təkcə ayrı-ayrı fənlərin tədrisi prosesində tələb olunan səviy-
yədə  öyrənmək  və  öyrətmək  qeyri-mümkündür.  Ona  görə  də  bu 
zəngin irsə dərsdənkənar işlər və tərbiyəvi tədbirlər prosesində tez-
tez müraciət vacibdir. 
N.  Gəncəvi  irsinin  öyrənilməsi  və  öyrədilməsi  baxımından 
dərsdənkənar işləri iki qrupa bölmək olar: 1. Ayrı-ayrı fənlərin təd-
risi  ilə  bağlı  dərsdənkənar  (sinifdənxaric)  işlər.  2.  Dərsdənkənar 
tərbiyəvi tədbirlər. 
Birinci qrupa daxil olan işlər içərisində əsas yeri ibtidai sinif-
lərdə oxu təlimi, yuxarı siniflərdə ədəbiyyat, coğrafiya, tarix, biolo-
giya  və  s.  fənlər  üzrə  sinifdənxaric  oxunun  təşkili  tutur.  Ibtidai 
siniflərdə  tərbiyəvi  mövzulara  aid  oxu  materiallarını  öyrədərkən 
dahi  şairin  müvafiq  əsərlərindən  şeir  parçalarının  sinifdənxaric 
oxusunu  təşkil  etmək  mümkün  və  əhəmiyyətlidir.  Məsələn,  düzlük 
və  doğruçuluqla  bağlı  proqram  materialındakı  əsas  ideyanı  şairin 
müvafiq fikirləri ilə tutuşdurmaq, müqayisəli təhlil aparmaq faydalı 
nəticə verə bilər. 
Düzlük və doğruçuluğun mahiyyəti və əhəmiyyətini qeyd olu-
nan müqayisə və təhlil əsasında şagirdlərə dərindən izah edən müəl-
lim onları bu işdə dahi Nizamidən nümunə götürməyə səsləyir: 
 
Doğru sözə bağlıdır öz qüdrətin həmişə, 
Qoy qüdrətdən güc alsın söz qüdrətin həmişə. 
El gözündə Nizami ucalıbdır düzlükdən, 
İlhamına, qəlbinə güc alıbdır düzlükdən. (75, 128) 
 
Ədəbiyyat  fənninin  tədrisi  prosesində  şairin  poeziyasını  şa-
girdlərə  sevdirmək  üçün  sinifdənxaric  oxunun  təşkili  baxımından 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə