Mövzu: Azərbaycan mədəniyyəti



Yüklə 1,42 Mb.
səhifə1/6
tarix19.04.2023
ölçüsü1,42 Mb.
#106362
növüYazı
  1   2   3   4   5   6
Az.mədəniyyəti(milli mətbəxi və milli rəqslər)

Mövzu:Azərbaycan mədəniyyəti


Azərbaycan Respublikasının milli mətbəxi
Azərbaycanın milli
rəqsləri
Azərbaycan milli mətbəxinin tarixi də elə xalqın tarixi qədər qədimdir. Bir çox Azərbaycan xörəklərinin adlarına qədim yazılı mənbələrdə, səyyahların xatirələrində rast gəlmək olur. Ölkəmiz əsrlər boyu müxtəlif qəsbkar dövlətlərin işğalçı hücumlarına məruz qalıb parçalansa da, yenə böyük iradə bahasına öz milli mədəniyyətini, ədəbiyyatını, incəsənətini qoruyub saxlaya bilimişdir.
Milli xörəklərimizin əksəriyyəti mal, qoyun və quş ətindən hazırlanır. Döyülmüş ət ilə hazırlanan xörəklər daha çox yayılıb. Milli xörəklərimizin hazırlanmasında çox çeşidli balıq növlərindən istifadə edilir. Süfrəmiz müxtəlif göyərti və tərəvəzlərlə-badımcan, pomidor, bibər, kələm, ispanaq, turşəng, çuğundur, turp, soğan, xiyar, yaşıl lobya və s. zangindir. Xörəklərimizdə ədviyyələrdən zəfəran, cirə, raziyana, dəfnə yarpağı, keşniş toxumu, həmçinin nanə, şüyüd, cəfəri, kərəviz, tərxun, reyhan, kəklikotu və s. gen-bol istifade olunur. Abşeronda becərilən zəfəran ədviyyəsinə xüsusi önəm verilir. Azərbaycan kulinariyasında zəfəran əlavə edilməklə 50-dən çox müxtəlif növ xörək və 10-dan çox şirniyyat məmulatı hazırlanır.
Dolma Azərbaycanlıların qədim milli xörəyi olan dolmanın adı xalis Azərbaycan sözündən- "doldurmaq" felindən götürülmüşdür. Yəni, bükümü ət qiyməsi ilə doldurmaq. Sonralar dolmanın müxtəlif bükümlərdən hazırlanması onun bir çox çeşidinin yaranmasına səbəb olmuşdur.
Azərbaycan milli kulinariyasinda 30-dan çox birinci xörək növü var. Bunlara ətdən hazırlanmış xörəklər (piti, küfte-bozbaş, şorba va s.) göyərti va qatıqdan hazırlanmış xörəklər (dovğa, ovdux, doğramac ve s.) aiddir. Bəzi sulu xörəklərin hər payı ayrıca qabda (pit), yaxud 1 neçə pay bir qabda (düşbərə, sulu xəngəl ve s.) hazırlanır. Adi şorbalardan fərqli olaraq sulu Azərbaycan xörəkləri özkonsistensiyasına görə daha qatıdır, çünki bunların tərkibində, 1 qayda olaraq şorba az miqdarda olur.
Bakıda qədimdən şəkərbura, Bakı paxlavası, şəkər çörəyi və s. şirniyyatlar hazırlanır. Şəki şirniyyatı xüsusi yer tutur. Şəki paxlavası, peşvənd, tel (tər halva), qırmabadam və s. məmulatların hazırlanmasında düyü unu, şəkər, fındıq ləpəsi, kərə yağı, yumurta ağı və ədviyyat işlədilir.Karamelə oxşar şirniyyatdan Azərbaycanda şəkər pendir, pərvərdə, qoz, fındıq və badam qozinakları, keşnişli noğul, qozhalvası və s. istehsal edilir.
Azərbaycanlılar adətən yeməkdən əvvəl çay içirlər-əsasən də qara- məxməri çay. Bu gözəl adətin üstünlüyü orasındadır ki, o, yemək verilənə qədər mədəni həzmə hazırlayır və xüsusilə böyük qonaqlıqda adamlar arasında dərhal qarşılıqlı ünsiyyətin yaranmasına imkan yaradır.
Çay çox vaxt heyva, əncir, qarpız,ərik, gilas, albalı, şaftalı, gavalı, zoğal, qoz, böyürtkən, tut, çiyələk mürəbbələri ilə verilir. Dəmlədikdə ona bəzən az miqdarda çiçək tumurcuqlan ilə birlikdə qurudulmuş kəklikotu, mixək, hil və b. ədviyyələr qatılır ki, bunlar da çaya xüsusi ətir verir.
Azərbaycanlılar çörəyə yuxa, fətir, lavaş, sengok, xamralı, təndir çörəyi va s. müxtəlif formalı, qalınlıqda və hazırlanma üsuluna görə fərqli çörəklərə - bizim masaların başlıca sərvətinə xüsusi həssaslıq və hörmətlə yanaşırlar. Əgər süfrəyə çörək gəlibsə, azərbaycanlılar ona hörmət əlaməti olaraq birinci əllərini çörəyə uzadırlar, hesab edirlər ki, çörək hər şeydən irəlidir. Çörəyə Quran qədər hörmət edir və çörəyə and içirlər.
Azərbaycan şirniyyatları
Azərbaycanın milli şirniyyat məmulatı 3 qrupa bölünür: unlu, karamelə oxşar və konfete oxşar məmulatlar. Unlu şirniyyat məmulatına şəkərbura, paxlava, şəkər çörəyi, Bakı qorabiyyəsi, Azərbaycan nani, Ordubad ruleti-dürməyi, Qarabağ kətəsi, Quba tıxması, Lənkəran külçəsi, Şamaxı mütəkkəsi, Naxçıvan paxlavası və s. aiddir. Undan hazırlanan milli şirniyyat məmulatının 30-dan çox çeşidi məlumdur.
Cincilim, ispanaq, çuğundur yarpağı, nane, badımcan, pomidor və s.-den "kətə", "suyuq", "dovğa", "acab- sandal" və s. xörəklər və müxtəlif salatlar hazırlanır. Bizim nahar süfrəmizdə dənli və paxlalı bitkilərdən "sıyıq", "plov", "qovurğa", "hadik" və s. kimi yeməklər də layiqli yer tutur. Lakin, ən gözəl xörək plov sayılır. Azərbaycanda - tam əminliklə düyünün vətənlərindən biri kimi sayılan bir ölkədə - plovun 200-a yaxın növü var.
Çörəyin müxtəlif çeşidləri də hazırlanır. Bunların içində təndirdə bişirilən Təndir çörəyi xüsusilə sevilir
Azərbaycan mətbəxindən danışarkən salatları da unutmamaq lazımdır. Salatlar minlərlə çeşiddə hazırlanır. Ən çox seviləni və məhşuru demək olarki Paytaxt salatıdır.
Çərəzlər də ölkəmizdə çox sevilir və həmişə süfəmizi bəzəyirlər..

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə