Mövzu: Azərbaycan mədəniyyəti

Yüklə 1,42 Mb.
səhifə4/6
tarix19.04.2023
ölçüsü1,42 Mb.
#106362
növüYazı
1   2   3   4   5   6
Az.mədəniyyəti(milli mətbəxi və milli rəqslər)

El yallısı (iki ayaq) – Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ifa olunan “El yallısı” 3 hissədən və getdikcə artan tempdən ibarət olan yallı növüdür. İştirakçıların kiçik barmaqları bir-biri ilə birləşmiş və aşağı salınmış vəziyyətdə ifa etdikləri “El yallısı” sadə hərəkətlidir, lakin ifa edilməsi çətindir. Naxçıvan şəhərində, Şahbuz rayonunun toy şənliklərində yallı həvəskarları tərəfindən böyük həvəslə ifa edilərək yaşadılır.

Şərur yallısı - Bu yallını ən çox cavanlar və uşaqlar ifa edirlər. 6-8 ifaçıdan ibarət olan yallı iki - orta və cəld hissələrdən ibarət olur. Rəqs zamanı əllərin vəziyyəti qəribə olur: bir nəfərdən bir iştirakçılar arxadan əl-ələ verirlər. I rəqqasın (yallıbaşının) sağ əlində dəsmal olur, sol əlilə arxadan III rəqqasın sağ əlini tutur. II rəqqas sağ əlilə I rəqqasın belindən, sol əli ilə isə arxadan IV rəqqasın sağ əlindən tutur. III rəqqas sağ əli ilə I rəqqasın sol əlini, sol əlilə isə V rəqqasın sağ əlini tutur. “Şərur” yallısı əsasən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şərur və Kəngərli rayonlarındakı folklor kollektivlərinin repertuarının əsasını təşkil edir.

Dördayaq – Azərbaycan xalq yallısının adı rəqsin əvvəlində ifaçıların yırğalanaraq dörd addım atmalarından götürülmüşdür. Bu yallı ən qədim yallılardan hesab olunur. Şərur rayonunda yaranmış yallı sonralar daha geniş yayılaraq milli-mənəvi dəyərləri yaşadanların ən sevimli yallılarından biri olmuşdur. İştirakçılar çeçələ barmaqları ilə çiyinləri səviyyəsində bir-birindən tuturlar. Asta və sürətli hərəkətlərdən ibarət olan yallını həm qadınlar, həm də kişilər ifa edirlər. Naxçıvanın Şərur, Sədərək və Kəngərli rayonlarında, eləcə də onların əhatə etdiyi kəndlərin toy məclislərində və keçirilən mədəni-kütləvi tədbirlərdə ifa edilir.

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə