Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə27/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   23   24   25   26   27   28   29   30   ...   48

 
73 
 
Aqrar  sahənin  elmi,  normativ-hüquqi  təminatı  və  kadr  hazırlığı:  Göstərilən 
istiqamətlərdə həyata keçirilməsi nəzərdə tutulan ümumi xarakterli tədbirlərlə yanaşı 
aqrar  sahədə  elmi  tədqiqat  işlərini  inkişaf  etdirmək  və  xarici  ölkələrlə  əməkdaşlığı 
genişləndirmək  məqsədi  ilə  ölkədə  Kənd  Təsərrüfatı  Elmi  Mərkəzinin  və  onun 
regional  strukturlarının  yaradılması  barədə  təkliflərin  hazırlanması  kimi  konkret 
tədbiri də özündə birləşdirir; 
 
Aqrar  sahənin  informasiya  təminatı:  Fermerləri  elmi  informasiya  və  metodiki 
məsləhətlərlə  təmin  etmək  məqsədilə  informasiya  sisteminin  bütün  sahələri  üzrə 
kompleks tədbirlərdən ibarətdir; 
Proqramın  yerinə  yetirilməsilə  əlaqədar  olaraq  mülkiyyət  mənsubiyyəti  olmayan  
daxili  təsərrüfat  meliorasiya  və  irriqasiya  sistemlərinin  mülkiyyət  münasibətlərinin 
müəyyənləşdirilməsi  və  onların  müvafiq  strukturların  balansına  verilməsinin  təmin 
edilməsi  ilə  əlaqədar  müvafiq  nazirliklər  tərəfindən  təkliflər  hazırlanmış  və  bunlar 
ə
sasında NK 15 mart 2000-ci il tarixli 43 №-li qərar qəbul etmiş, Aqrar Elm Mərkəzi və 
onun  regional  strukturlarının  yaradılması  barədə  NK  16  dekabr  1999-cu  il  tarixli  190 

-li  qərar  qəbul  etmiş  və  bununla  bağlı  təkliflər  hazırlanaraq  Dövlət  Aqrar  slahat 
Komissiyasında  baxılmış,  keçmiş  sovxoz,  kolxoz  və  digər  kənd  təsərrüfatı 
müəssisələrinin  vaxtı  keçmiş  bank  ssuda  və  digər  borclarının  restrukturizasiyası  və 
ödənilməsini  təmin  edən  tədbirlərlə  bağlı  təkliflər  hazırlanaraq  Dövlət  Aqrar  slahat 
Komissiyasına təqdim edilmiş və nəticədə borcların silinməsi barədə 24 oktyabr 2000-ci 
il  tarixli  AR  Qanunu  və  28  noyabr  2000-ci  il  tarixli  Prezident  fərmanı  qəbul 
olunmuş(nəticədə  2000-ci  ildə  həmin  müəssisələrin  Dövlət  Sosial  Müdafiə  Fonduna 
olan 110 mlrd.  manat borcları silinmiş, islahat nəticəsində ləğv olunmuş müəssisələrin 
47  mlrd.  manatlıq  ssuda  borcları  silinmişdir),  Sudan  stifadəedənlər  Assosiasiyası 
yaradılması,  Ərzaq  Təhlükəsizliyi  üzrə  Dövlət  Proqramı  il  bağlı  normativ  səndələr 
hazırlanmış,  sahibkarların  maliyyə  vəsaitlərinə  olan  ehtiyaclarını  ödəmək  məqsədilə  2 
may  2000-ci  ildə  “Kredit  ittifaqları  haqqında”  Qanun  qəbul  olunmuş  və  digər 
müvafiq  tədbirlər  görülmüşdür.  Göstərilənlərə  paralel  olaraq  bu  dövrlərdən  başlayaraq 
ümumiyyətlə  ölkədə  sahibkarlıq  fəaliyyəti,  xüsusilə  kiçik  və  orta  sahibkarlığın 
inkişafının tənzimlənməsi ilə bağlı bir sıra tədbirlər görülmüşdür. Belə ki, 4 iyun 1999-
cu ildə ölkədə kiçik sahibkarlığa dövlət köməyinin iqtisadi, hüquqi, təşkilatı əsaslarını, 


 
74 
forma  və  üsullarını  müəyyən  edən  “Kiçik  sahibkarlığa  dövlət  köməyi  haqqında” 
Qanun  qəbul  olundu.  Qanuna  əsasən  aqrar  sektorda  hüquqi  şəxs  yaratmadan  fərdi 
sahibkarlıqla  məşğul  olanlar  və  işçilərinin  orta  siyahı  sayı  30  nəfərədək  olan  hüquqi 
şə
xs  qismində  sahibkarlıqla  məşğul  olanlar  rəsmi  şəkildə  kiçik  sahibkarlıq  subyekti 
kimi  tanınır  və  dövlətin  kiçik  sahibkarlıqla  bağlı  həyata  keçirdiyi  bütün  dövlət 
proqramlarında iştirak edə bilərlər. Bundan sonra 17 avqust 2002-ci ildə “2002-2005-ci 
illər üzrə AR-də kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı” adlı geniş 
miqyaslı  sənəd  qəbul  edilmişdir.  Proqramda  1997-2000-ci  illər  üzrə  qəbul  olunmuş 
müvafiq  proqramdan  irəli  gələn  vəzifələrin  əsasən  yerinə  yetirildiyi  və  bunun 
nəticəsində  ÜDM-nin  71%-nin,  kənd  təsərrüfatı  istehsalının  isə  99%-nin  özəl  bölmə 
tərəfindən  təmin  edilməsi    qeyd  olunmaqla  yanaşı  sahibkarlıqla  məşğul  olanların 
mövcud  imkanlardan  az  olması,  özəl  bölmədə  strateji  cəhətdən  mühüm  olan,  struktur 
formalaşdırıcı  potensiala  malik  müəssisələrin  zəif  inkişaf  etməsi,  KOS-un  ölkə 
ixracında  payının  və  strukturunun  təkmilləşdirilməsinə  təsirinin  məhdud  olması,  KOS 
müəssisələrinin  70%-nin  Bakı  və  onun  ətrafında  cəmlənməsi  qeyd  olunaraq  onun 
regional inkişafının hazırkı səviyyəsinin ölkənin mövcud potensialına uyğun gəlməməsi 
və daxili istehsalçılar arasında iqtisadi əlaqələrin zəifliyi də göstərilərək geniş miqyaslı 
tədbirlər planı nəzərdə tutulmuşdur. Proqramın davamı olaraq 2002-ci ildə sahibkarlığın 
inkişaf  etdirilməsi  və  tənzimlənməsinin  təkmilləşdirilməsi  sahəsində  bir  sıra  addımlar 
atılmışdır.  lk  növbədə  27  avqust  2002-ci  ildə  Sahibkarlığa  Kömək  Milli  Fondunun 
yenidən  təşkil  olunması  məqsədilə  yeni  əsasnaməsi  qəbul  olunmuşdur.  Əsasnaməyə 
görə  Fond  qtisadi  nkişaf  Nazirliyinin  nəzdində  fəaliyyət  göstərməklə  dövlət  büdcəsi, 
dövlət  əmlakının  özəlləşdirilmə  gəlirləri,  fondun  fəaliyyətindən  daxil  olan  vəsait, 
könüllü  ianələr,  yardımlar  və  qrantlar  vasitəsilə  maliyyələşdirilir.  Əsasnamədən  irəli 
gələrək  27  avqust  2002-ci  tarixli  779  №-li  fərmanla  “AR  Sahibkarlığa  Kömək  Milli 
Fondunun  vəsaitinin  istifadəsi  Qaydaları”  qaydaları  təsdiq  edilmiş,  13  sentyabr  
2002-ci il  qtisadi  nkişaf Nazirinin 63 №-li əmri ilə ”AR Sahibkarlığa Kömək Milli 
Fondunun  vəsaitinin  istifadəsi  üzrə  müsabiqə  komissiyası  haqqında”  Əsasnamə 
təsdiq  edilərək  onun  vəzifəsinin  müsabiqə  əsasında  müvəkkil  bankların  seçilməsi 
vasitəsilə  Fondun  vəsaitinin  səmərəli  istifadəsini  təmin  etməkdən  ibarət  olması, 
komissiyanın  funksiyaları,  müvəkkil  bankların  seçilmə  meyarları  kimi  məsələlər 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə