Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri


haqqında”  Prezident  fərmanı  qəbul  olunmuşdur.  “ stehsalat,  xidm



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə29/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   25   26   27   28   29   30   31   32   ...   48

 
77 
haqqında”  Prezident  fərmanı  qəbul  olunmuşdur.  “ stehsalat,  xidmət,  maliyyə-
kredit  fəaliyyətinə  dövlət  nəzarətinin  qaydaya  salınması  və  əsassız  yoxlamaların 
qadağan  edilməsi  barədə”  1996-cı  il  17  iyun  tarixli  463  №-li  və  “Dövlət  nəzarəti 
sisteminin  təkmilləşdirilməsi  və  sahibkarlığın  inkişafı  sahəsində  süni  maneələrin 
aradan qaldırılması haqqında” 1999-cu il 7 yanvar tarixli 69 №-li fərmanların bir növ 
davamı olan bu fərmanla  D N-də  qtisadiyyatda Cinayətkarlıqla Mübarizə  darəsi ləğv 
edilmiş,  hüquq-mühafizə  orqanlarının  məhkəmə  qərarıarından  irəli  gələn  hallar  istisna 
olmaqla  sahibkarlıq  subyektlərinə  müdaxilələri  qadağan  edilmiş,  vergi-gömrük 
nəzarətinin  təkmilləşdirilməsi  ilə  bağlı  bir  sıra  məsələlər  nəzərdə  tutulmuş,  şəhər  və 
rayon  icra  hakimiyyəti  orqanlarında  nəzarət  və  yoxlama  funksiyasını  yerinə  yetirən 
departament,  idarə,  mərkəz,  büro  və.s  kimi  qurumlar  ləğv  edilmiş,  vergi  orqanları 
istisna olmaqla sahibkarlıq subyektlərində yoxlamaların yalnız  N-nin nümayəndəsinin 
iştirakı  ilə    həyata  keçirilə  bilməsi  təsbit  olunmuş,  DYP-nin  şəxsi  heyəti  15%  ixtisar 
edilmiş,  məhkəmələrin  obyektivliyinin  təmin  edilməsi  ilə  bağlı  bir  sıra  müddəalar  öz 
ə
ksini  tapmış,  Vergilər  Nazirliyinin  yoxlama-nəzarət  funksiyalarını  həyata  keçirən  və 
müasir  tələblərə  cavab  verməyən  struktur  bölmə  işçiləri  40%  ixtisar  edilmiş,  Nəzarət 
Kitabçasından  istifadənin  səmərəliliyinin  artırılmasının  təmin  edilməsi  ilə  bağlı  işlərin 
görülməsi,  yoxlama-nəzarət  orqanları  ilə  sahibkar  subyektləri  arasında  partnyorluq 
sazişlərinin  bağlanması  praktikasına  keçidin  təmin  olunması,  Vergilər  Nazirliyinin 
ibtidai-istintaq  funksiyasının  əhatə  dairəsinin  genişləndirilməsi  kimi  bir  sıra  məsələlər 
öz əksini tapmışdır. 
2002-ci  ildə  NK-nin  17  oktyabr  219  saylı  sərəncamı  ilə  aqrar  sektorun  inkişaf 
etdirilməsi,  əsas  istehsal  vasitəsi  olan  torpaqların  münbitliyinin  artırılması,  rəqabət 
qabiliyyətli  məhsul  istehsalının  təmin  edilməsi  və  istehsalçıların  ixrac  fəaliyyətinin 
stimullaşdırılması,  emal  və  yeyinti  sənayesinin  xammala  və  əhalinin  isə  ərzaq 
məhsullarına  olan  tələbatının  yerli  mənbələr  hesabına  ödənilməsini  təmin  etmək 
məqsədi  ilə  “AR-də  2002-2006-cı  illərdə  aqrar  bölmənin  inkişafına  dair”  Proqram 
da qəbul edilmişdir. Proqram aqrar sahibkarlıqda daxili tələbatın ödənilməsində müsbət 
meyllərin  əmələ  gəlməsini  göstərsə  də,  ölkənin  ixrac  potensialında  ciddi  geriliklərin, 
məhsul  istehsalının  həcmi  və  məhsuldarlığın  mövcud  imkanlardan  istifadə  və 
səmərəlilik  baxımından  aşağı  səviyyədə  olmasını  da  qeyd  etmişdir  ki,  bu  da  öz 


 
78 
növbəsində  təsərrüfatların  iqtisadi  inkişafını  və  genişlənməsini  ləngidir.  Proqrama 
görə bitkiçilik sahəsində məhsul həcminin və məhsuldarlığın aşağı səviyyədə olmasına 
ə
sas səbəb yüksək məhsuldar toxum növlərinin kifayət qədər olmaması, bitki mühafizə 
vasitələrinin,  kimyəvi  maddələrin  çatışmaması,  təsərrüfatdaxili  suvarma  şəbəkələrinin 
bərbad  vəziyyətə  düşməsi,  suyun  çatışmaması,  torpaqların  şorlaşması,  münbitliyinin 
aşağı  düşməsi  və  erroziyaya  uğraması,  emal  sənayesinin  iqtisadi  cəhətdən  zəifliyi, 
məhsulun  tədarükü,  saxlama,  qablaşdırma,  daşıma,  marketinq  sistemlərinin  yeni 
təsərrüfatçilıq  şəraitinə  uyğun  qurulmaması  olduğu  halda,  heyvandarlıqda  yem 
bazasının  zəifliyi,  o cümlədən  yay  və  qış  otlaqlarının  şorlaşması,  erroziyaya  uğraması, 
təbii  ot  ehtiyatlarının  azalması,  xəstəliklərin  artması,  dərman  preparatlarının 
çatışmaması,  baytarlıq  xidməti  şəbəkəsinin,  damazlıq  və  seleksiya  işlərinin  aşağı 
səviyyədə olmasıdır. Bu baxımdan Proqram aşağıdakı istiqmətlərdə komleks tədbirlərin 
həyata keçirilməsini nəzərdə tutmuşdur: 
 
Aqrar bölmədə zəruri strukturların yaradılmasının dəstəklənməsi; 
 
Torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmini; 
 
Kənd təsərüfatında suvarma və meliorasiya təminatının bərpası; 
 
Aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi; 
 
Aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafı; 
 
Rəqabət qabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması; 
 
Aqrar bölmənin maliyyə vəziyyətinin yaxşılaşdırılması; 
 
Ə
traf mühitin bərpası və qorunması; 
 
Aqrar bölmənin hüquqi normativ bazasının təkmilləşdirilməsi; 
 
Aqrar  bölmənin  elmi-metodiki  təminatının  və  kadr  hazırlığı  sisteminin 
təkmilləşdirilməsi; 
Yuxarıdakı  istiqamətlərdə  göstərilən  tədbirləri  daha  da  sürətləndirmək  və 
sahibkarlığın  inkişafını  əsasən  regionlara  istiqamətlərndirmək  məqsədilə  sonrakı 
dövrlərdə  də  bir  sıra  normativ-hüquqi  aqtlar  qəbul  edilmişdir.  Belə  sənədlərdən  ilki 
AR-də  sosial-iqtisadi  inkişafın  sürətləndirilməsi  tədbirləri  haqqında”  24  noyabr 
2003-cü il 4 №-li Prezident fərmanıdır. Fərmanda ölkənin ümumi sosial-iqtisadi inkişafı 
ilə  bağlı  ayrı-ayrı  dövlət  orqanlarının  qarşısında  konkret  vəzifələr  qoyulmuş  və 
bunlardan  aqrar  sahibkarlığa  birbaşa  aid  olanlar  arasında  NK  qarşısında  qoyulan 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə