B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


Layların neftverimini artıran üsulların tətbiqinin əsaslandırılması



Yüklə 10,22 Mb.
səhifə50/90
tarix05.10.2023
ölçüsü10,22 Mb.
#125826
1   ...   46   47   48   49   50   51   52   53   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

Layların neftverimini artıran üsulların tətbiqinin əsaslandırılması.
Yuxarıda qeyd edildiyi kimi, layların neftverimini artıran universal üsul mövcud deyil. Hər hansı bir üsul yalnız müəyyən geoloji-işlənilmə şəraitlərində yüksək effekt verə bilər. Digər hallarda isə həmin üsulun effektivliyi az olur. Odur ki, yeni üsullardan əldə edilə biləcək səmərəlilik bu məqsədlə müvafiq yatağın düzgün seçilməsindən asılıdır.
Layların neftverimini artıran üsulların effektli tətbiqinin yuxarıda göstərilən geoloji şəraitləri onlardan alına bilən effektin hüdudları ümumiləşdirilərək cədvəl tərtib olunmuşdur (cədv.III.2.).
Göründüyü kimi, ayrı-ayrı üsulların effektli tətbiqinə xeyli sayda lay parametrləri təsir edir. Lakin, onların arasında 4 parametr daha önəmli rol oynayır. Onlar aşağıdakılardır: neftlərin özlülüyü, layların yatım dərinliyi, süxurların keçiriciliyi, neft ehtiyatlarından istifadə dərəcəsi.
Təcrübi-mədən məlumatlarının geniş araşdırılması göstərir ki, yuxarıda sadalanan parametrlərin aşağıdakı kimi bölünməsi xüsusi məna kəsb edir.

  1. Lay şəraitində neftlərin özlülüyü (A). Bu göstərici mahiyyətinə görə təsnifat sxemində birinci yeri tutur. Belə ki, müəyyən olunmuşdur ki, əgər ağır neftli layların yüksək neftveriminə termiki üsullar vasitəsilə nail olunursa, yüngül neftli yataqlarda isə LNA digər üsullarının təsiri ilə bu məqsədə nail olmaq mümkündür. Bunu nəzərə alaraq yataqların iki qrupa bölünməsi məqsədəuyğundur: A1 - neftlərin özlülüyü 10 mPa·s qədər və A2 - 10 mPa·s çox. Belə bölgü regionda işlənilmədə olan yataqları çətinlik çəkmədən neftvermələrini yüksəltmək üçün artıq ilk mərhələdə iki qrupa bölünməsinə imkan verir: işlənilmə prosesini əsasən termiki üsulların təsiri ilə və LNA digər üsulların cəlb edilməsi ilə aparılması.

  2. İşlənilmə obyektinin (layın) yatım dərinliyi (B). LNA üsulların tətbiqinin texniki imkanlarını nəzərə alaraq yataqları iki qrupda cəmləşdirilməsi nəzərdə tutulur: B1 dayazda yatan və B2 dərində yatan. Nəzərə almaq lazımdır ki, B1 qrupunda termiki üsullar tətbiq oluna bilirsə, B2 qrupunda isə bu proses effektli olmur (dərinlik artdıqca quyu kəmərində laya vurulan termiki üsulun təsiri zəifləyir). Layların yatım dərinliyi fiziki-kimyəvi, fiziki-hidrodinamiki və digər üsulların tətbiqini praktiki olaraq məhdudlaşdırmır. Belə olduqda, bu parametrə görə yataqlar iki qrupda cəmləşdirilir: B1 – layın yatım dərinliyi 2000 m qədər və B2 –layın yatım dərinliyi 2000 m çox.

  3. İşlənilən layın kollektorluğunu səciyyələndirən parametr – keçiricilik (C). Müəyyən olunmuşdur, LNA bir çox üsullar süxurların zəif keçiriciliyi şəraitində effektli olursa (qaz, dövrlərlə su-qaz qarışığı ilə təsir), digərləri (mitselyar və polimer məhlulları, qələvilər, su buxarı, laydaxili yanma) isə bu göstəricinin yüksək qiymətlərində müvəffəqiyyətlə tətbiq olunur. Onda laylar bu göstəricinin qiymətlərinə görə iki qrupa bölünür: C1 – < 0,1 mkm2 və C2 – > 0,1 mkm2 .

  4. İşlənilmə obyektinin (layın) yatım dərinliyi (B). LNA üsulların tətbiqinin texniki imkanlarını nəzərə alaraq yataqları iki qrupda cəmləşdirilməsi nəzərdə tutulur: B1 dayazda yatan və B2 dərində yatan. Nəzərə almaq lazımdır ki, B1 qrupunda termiki üsullar tətbiq oluna bilirsə, B2 qrupunda isə bu proses effektli olmur (dərinlik artdıqca quyu kəmərində laya vurulan termiki üsulun təsiri zəifləyir). Layların yatım dərinliyi fiziki-kimyəvi, fiziki-hidrodinamiki və digər üsulların tətbiqini praktiki olaraq məhdudlaşdırmır. Belə olduqda, bu parametrə görə yataqlar iki qrupda cəmləşdirilir: B1 – layın yatım dərinliyi 2000 m qədər və B2 –layın yatım dərinliyi 2000 m çox.

Layların neftverİmİnİ artıran üsulların effektlİ tətbİqİnİn geolojİ şəraİtİ
Cədvəl III.2.

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə