Hindistan etnoqrafiyası
75
2.1.“Varna-cati” sisteminin dini-ideoloji əsasları.
“Caste” ispan və portuqaliya mənşəli sözdür, “övlad” və ya
“irq” deməkdir. Bu latın “castus” sözündən götürülmüşdür, “tə-
miz” anlamına gəlir.
“Varna-cati”sistemi hind dini dünyagörüşünün əsaslarına
uyğundur, bu sistem hinduizm ideologiyası əsasında formalaş-
mışdır. Ən azı 3 min ildir ki, hind cəmiyyətinin dini təlimlərə
söykənən etik imperativləri qarşılıqlı sosial təsirin və ictimai dün-
yagörüşün mühafizəkarlığına xidmət edir.
Hindistanda olduğu kimi heç bir digər sivilizasiyada din bu
qədər dərin rol oynamır, ictimai həyata bu qədər təsir göstərmir.
Din sosiumun inkişafında, onun strukturunun müəyyənləşməsin-
də böyük əhəmiyyət daşıyır. Hind cəmiyyətinin əsasında anadan
olandan insanın bərəbərsizliyi, qeyri-bərabər hüquq durur. Cə-
miyyətin hər bir təbəqəsinin vəzifələri sərt şəkildə müəyyənləşdi-
rilmiş, bu və ya digər təbəqənin nümayəndələri vəzifələrə bütün
həyatı boyu əməl etməlidir.
Hind cəmiyyətinin kasta quruluşu, yəni, dini-sosial təşkila-
tı e.ə. I minilliyin əvvəllərindən b.e. V əsrinə qədər formalaşma
dövrü keçirmişdir. Kasta quruluşunun ideologiyasını hinduizmin
dini təliminin təbii tərkib hissəsi kimi qəbul etmək lazımdır. Bu
sistem hinduizmin “dharma”,_“karma”_və_“sansara”'>“dharma”, “karma” və “sansara” (ruhun
transmiqrasiyası) kimi əsas konsepsiyaları və anlayışları ilə sıx
bağlıdır.
“Dharma” sanskrit dilində “dhar” və ya “dhri” sözündən
yaranmışdır.“Dharma” və ya “dhamma” termini hinduizmdən
başqa, buddizm, caynizm və siqhizm dini təlimlərində də istifadə
edilir, ümumiyyətlə, 10-dan çox fərqli mənada işlədilir.
Hinduzimdə ən önəmli prinsip sayılan “dharma” fəlsəfi
olaraq “dünya iradəsi” mənasını daşıyır. Hind dini fəlsəfəsində
insanın məqsədləri dörd mühüm anlayışla ifadə olunur: “kama”
Bəhmən Əliyev-Ayvazalı
76
- hissi həzz; “artha” - sərvət; “dharma” - əxlaqi borc; “mokşa”
- maddi dünyanın əzablarından xilas olma. “Upanişadalar”da da
“dharma” – qanunauyğunluq sayılır. Nizam, vəzifə, düzgünlük,
əxlaq, müdriklik, yüksək həqiqətlərə aparan yol olan “dharma”ya
uyğun həyat sürən insanlar “mokşa”ya çatırlar.
Hinduizmə görə, “varnalar” ilahi düzülüşdür. Bu dini təlimdə
ilahi və ictimai vəzifələrlə (dharma təlimi) kasta sisteminə mən-
subluq arasında əlaqə vardır. “Varna” sisteminə görə, brahma-
nın (brahmin) vəzifəsi “Vedaları” öyrənmək və öyrətməkdir.
İnanca görə, brahman başqa kasta üzvündən su alırsa, bu kasta
təmiz hesab olunur. Yaxud brahman bir kastadan yağda bişiril-
miş yemək qəbul edərsə, onda kasta daha yaxşı sayılır. Brahman
hər hansı kastadan suda bişirilmiş yemək qəbul edirsə, onda kasta
hələ yaxşıdır. İnanca görə, bir kasta üzvü brahmana su verirsə,
ya ona toxunursa, bu kasta olduqca yaxşıdır. Bir kasta üzvü suyu
çirkləndirmədən brahman qadına verərsə, ya toxunarsa, bu kasta
hələ yaxşıdır. Bir kasta üzvü çirkləndirmədən brahmin dul qa-
dına su verərsə, qadın ona toxunarsa, bu kasta ən yaxşıdır və s.
“Kşatri”nin vəzifəsi isə cəmiyyətə liderlik, hökmdarlıq etmək,
onu hərbçi kimi qorumaqdır. Kşatrilərin hamısı döyüşçü olmasa
da, hərbi hazırlıq keçirdi, onlardan bəziləri tacir və sənətkar “ca-
ti”sinə daxil olurdu. Yüksək “varna” üçün əsas “dharma” ədalət-
li idarəetmə və döyüş meydanında igid davranmaqdır. Aşağılar
üçün isə yüksək varnalara xidmət və ona tapşırılan işi yerinə
yetirmək “dharma” sayılır. İlk dövrlər vayşilər əkinçi, torpaq
sahibi olsalar da zaman keçdikcə varlanaraq, zəngin tacirlərə
çevrilmiş, “gildiyalar” yaratmışlar. Məhz vayşilər buddizm və
caynizmə yardım göstərmiş, burjuaziya rolunu oynamış, elmə,
sənətə dəstək olmuşlar. Lakin onlara qarşı diskriminasiya özünü
göstərmiş, vayşilər daha çox vergi ödəmiş, brahman və kşatrilərlə
müqayisədə ictimai iyerarxiyada aşağı yer tutmuşlar. Varna inan-
cına görə, hər fərdin davranışı onun sonrakı həyatını müəyyənləş-
Hindistan etnoqrafiyası
77
dirir. İnsanın ruhu ölmür və ölümdən sonra hansısa canlıya keçir.
Əgər insan xeyirxah əməllərlə məşğul olubsa, növbəti dəfə do-
ğulanda onun “varnası” yüksəlir. Əgər pis işlər görübsə, onda
“varna” sisteminə daxil olmayan “toxunulmaz”a çevrilir, han-
sısa heyvan, bitki kimi doğulur.
İki min il əvvəl olduğu kimi, indi də hinduizm səmərəli sosi-
al texnologiya sayılır, bu texnologiyanın əsas instrumenti sosial
kollektivlərin kasta üsulu ilə təşkilatlanmasıdır. Ənənəvi elita di-
nin mənəvi imperativləri və dövlət institutları vasitəsi ilə sistemin
aşağı səviyyələrinə nəzarət edir, etnoslararası problemlərin həlli,
sosial təsir yollarıni tapır. Hinduizm dini təliminə görə, “sansa-
ra” və “karma” kainatın nizamını və ruhi inkişafı təmin edən
qanunlarıdır. Bu təlimə əsasən, həyat – sadə təbiətdə maddələr
mübadiləsindən, mövcudatdan daha yüksək səviyyədə təkrarla-
nan yenidəndoğulma zənciridir, bu dövran “sansara çarxı” ad-
landırılır. İnanca görə, yalnız insan öz ağlı-dərrakəsi ilə bu dövrü
qıra və maddi dünyanın qoyduğu bütün məhdudiyyətlər torun-
dan azad ola bilər. “Karma” səbəb-nəticə qanunudur. İnsanın
kеçmişi onunla qarşı-qarşıyadır. Yaxşıdan yaxşı, pisdən pis
olacaqdır. Karma qanunu insanın taleyinə təsir еdir. Əgər in-
sanın vəziyyəti pisliyə doğru gеdirsə, bu onun vaxtilə еtdiyi pis
əməllərin, yaxşılığa doğru gеdirsə, yaxşı əməllərinin qarşılığıdır.
Ümumiyyətlə, hind dini fəlsəfəsində yenidən doğulma təlimi
“karma” adlanır. Karma qanununa əsasən fərdin bütün yaxşı və
pis əməlləri onun həyatında əks olunur. İnsan öz davranışı ilə
özünün gələcək taleyini müəyyənləşdirir. “Karma” fəlsəfəsinin
bu ideyası brahmanizmin yenidən dirilməsi haqqında təlimin
əsasında durur.
“Karma” hərəkət, əməl mənasını verir, reinkarnasiya, ye-
nidən doğuluş inamı ilə, həm də əxlaqi səbəbiyyət inamı ilə sıx
bağlıdır. Konkret vаrnаyа mənsub olma insanın yaxşı və ya pis
olduğunu müəyyənləşdirir. İnsanlar özlərinin əvvəlki həyatları
Dostları ilə paylaş: |