Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə22/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   18   19   20   21   22   23   24   25   ...   74

Bəhmən Əliyev-Ayvazalı
66
Madras (Çennayi) şəhərinin yaxınlığındakı təpədə yerləşən Ba-
kirə Mariya kilsəsində ibadət edərkən öldürülmüşdür. 
Miladdan sonra ilk əsrlərdə Hindistana gələn xristianlar son-
rakı  dövrdə  xristianlıq  tarixində  baş  verən  proseslərdən  demək 
olar ki, kənarda qalmışdır. Orta əsrlərdə Hindistanda xristianlığın 
yayılması  portuqal  və  ingilis  kolonializmilə  sıx  bağlı  idi,  bunu 
xristianlığın yayılması coğrafiyası da təsdiqləyir. Portuqaliyalılar 
ölkəyə müdaxilədən sonra yеrli xristianlara məcburi şəkildə kato-
likliyi qəbul etdirmişlər. Onları Roma katolik kilsəsi ilə uniyaya 
daxil  olmağa  məcbur  etmiş,  bunun  nəticəsində  də  Hindistanda 
Silo-Malabar  kilsəsi  yaradılmışdır.  Müəyyən  zaman  keçdikdən 
sonra bir qrup Roma ilə münasibətləri pozaraq kilsədən uzaqlaş-
mış, lakin öz əvvəlki nestorian ənənələrinə qayıtmamışlar. Onlar 
yakobit (monofizit) ehkamlarını qəbul etmişlər. 
Hindistanda əhalinin xristainlaşdırılması ilə katolik-portuqal-
larla  yanaşı,  protestantlar-ingilislər,  hollandlar,  danimarkalılar, 
daha  sonralar  amerikalı  missionerlər  məşğul  olmuşlar.  Böyük 
Britaniya  imperializminin  siyasi-hərbi  nəzarətindən  yararlanan 
ingilis  missionerlər  üstünlük  qazanmışlar.  “Plimut  qardaşları” 
adlı  dini  icmanın  nümayəndəsi  Entoni  Norris  Qrouvs  1833-cü 
ildə Hindistana gəlmiş, ölümünədək, yəni 1852-ci ilədək Qoda-
vari  çayı  deltasında  missioner  fəaliyyəti  ilə  məşğul  olmuşdur. 
Mormon missionerləri, o cümlədən, Hyu Findley 1850-ci illərin 
əvvəllərindən Bombey və Puna şəhərlərində missioner fəaliyyəti 
göstərmişdir. Ahmadnaqar və Maharaştrada missionerlər XIX əs-
rin  əvvəllərindən  fəaliyyət  göstərmişdir.
Hazırda xristianların 70 %-i Kerala, Tamilnad, Andhre, Kar-
natak,  Qoa  və  Maharaştrada  yaşayır.  Ölkənin  cənub  hissəsində 
xristianlıq portuqal və fransızlar tərəfindən, şimal-qərbində ingi-
lislər tərəfindən yayılmışdır. Yalnız müstəqil şəkildə inkişaf etmiş 
Apostol Fomanın yaratdığı Malabar- Suriya kilsəsi, onun hissəsi 
olan Malabar müstəqil Suriya kilsəsi və Malankar Yakobit Suriya 


Hindistan etnoqrafiyası
67
kilsəsi istisna təşkil edir. Yakobit kilsəsi IV əsrdə Suriya və İran-
dan gələn xristianlar tərəfindən yaradılmış, bu kilsələrdə indiyə-
dək qədim aramey dilində rituallar yerinə yetirilir. 
Ölkədə  xristianların  14  %-i  şimal-şərq  ştatlarında  yaşayır, 
burada onların sayı önəmli faktora çevrilmişdir. Kerala ştatında 
7 milyon xristian əhalinin 20,4 %-ni, şimalda 500 min xristian 
Mizoram ştatının əhalisinin 82 %-ni təşkil edir. Naqalandda xris-
tianlar 75 %, Manipurda 30 %-dir. Azsaylı xalqların xristianlığı 
qəbul etməsi prosesi davam edir. Əgər 1950-ci illərin əvvəllərin-
də Arunaçal Pradeş ştatında 5 min xristian vardısa, 1980-ci illərdə 
onların sayı 60 min nəfərə çatmışdır. 
Hindistan  xristianları  çoxsaylı  icmalara  ayrılırlar.  Burada 
xristianların dörddə üçü (14 milyon) katoliklərdir. 1944-cü ildə 
katoliklərin 48 yeparxiyası olduğu halda, indi 102 yeparxiya fəa-
liyyət göstərir. Hind katolikləri İtaliya, Braziliya, ABŞ katolik-
lərindən sonra sayca dördüncü yerdə durur, onlardan 3 kardinal, 
18  arxiyepiskop Vatikanın  fəaliyyətində  mühüm  rol  oynayırlar. 
Son illərdə katoliklərə Siro-Malabar kilsəsi (3 milyon inanan, 21 
yeparxiya), qoşulmuşdur. V əsrdə Suriyadan gələnlərin yaratdlğı 
bu kilsə “haldeylər” adlanır, onlar ortodoks (latinlilər) və hind-
liləşmə  tərəfdarları  ilə  ciddi  konflikt  içindədirlər.  1930-cu  ildə 
katoliklərə Siro-Malankar kilsəsi (400 min inanan, 3 yeparxiya) 
birləşmişdir. Katolik icmaları arasında liturgiya və ibadət dili ilə 
bağlı fikir ayrılıqları özünü göstərir. Roma papalarının Hindistana 
səfərləri (1986, 1999) buradakı katolikləri birləşdirə bilməmişdir. 
Ölkənin şimal-şərqində protestant icmaları-Amerika baptist 
kilsəsi, Şotland presveterian kilsəsi, Yeddinci günün adventistləri, 
İeqova şahidləri, İrland xristian qardaşlığı, meninitlər və s. fəaliy-
yət göstərir. 1978-ci ildə hind xristianlarının konvensiyasında 100 
kilsə təmsil olunmuşdur. 
Xristian  missionerlərinin  xüsusilə  azsaylı  və  sosial-iqtisadi 
baxımdan  geri  qalmış  xalqlar  arasında  fəaliyyəti  onların  həyat 


Bəhmən Əliyev-Ayvazalı
68
tərzində ciddi dəyişikliklərə gətirib çıxarır. Naqalandda fəaliyyət 
göstərən  müxtəlif  protestant  kilsələri  tez-tez  “naqlar”  arasında 
tayfalararası  münasibətləri  kəskinləşdirir,  rituallar  və  bayram-
larla bağlı ziddiyyətləri düşmənçiliyə çevirirlər. Oxşar vəziyyətə 
düzənlik ərazilərdə də rast gəlinir.
Bir çox hallarda xristianlığın qəbul olunması səthi olur. Ac-
mer  rayonunda  (Racastan)  1904-cü  ildə  xristianlığı  qəbul  edən 
racaput kastasından olan “ravatlar” katolik kimi dua etsələr də, 
hindli  kimi  yaşayırlar.  Onlar  eyni  coşğunluqla  Milad  gününü, 
Divali, Pasxa, Holi bayramını qeyd edirlər. Ümumiyyətlə, Hin-
distanda xristianlıq dərin kök salmışdır. Keşişlər təkcə dini həya-
ta təsir etmir. Kilsələr yüzlərlə məktəb, xəstəxana, yaşlılar üçün 
evlər və yataqxanalar, kənd təsərrüfatı və sənətkarlıq mərkəzləri 
saxlayırlar. Xristianlarla hakimiyyət orqanları və siyasi partiya-
lar hesablaşmağa məcburdurlar. Xristian missionerləri xüsusi ilə 
Arunaçal-Pradeş  ştatında  fəaliyyət  göstərirlər.  Burada  çoxsaylı 
dialektlərdə  danışan  26  tayfa  məskunlaşmış,  bu  tayfalar  ruhla-
ra, əcdadlara, Günəş-Ay tanrısı (Donyi-Polo), bolluq tanrısı Ki-
ne-Naneyə sitayiş edirlər. Missionerlərə qarşı “dandai”adlanan 
kahinlər  fəaliyyət  göstərirlər. 
Şimal-şərq ştatlarında xristianlığın qəbulu təsərrüfat həyatı-
na, hətta ekologiyaya ciddi təsir göstərir. Yerli əhalinin animist 
inancları  “tanrıların,  ata-babaların  ruhunun  yaşadığı”  meşələrə 
müqəddəs baxmağı, qorumağı tərbiyə etmişdir. Xristianlığın qə-
bulu ilə bu “tabu”lar aradan qalxmış, meşələrin qırılması prosesi 
sürətlənmiş, “chum” adlanan tala əkinçiliyi genişlənmişdir. La-
kin bu vəziyyət təkcə dini inanclarla bağlı deyil, bazar iqtisadiy-
yatının inkişafı ilə sıx əlaqəlidir. Analoji vəziyyətə Madhya-Pra-
deş ştatının dağlıq rayonlarında da rast gəlinir. 
Hindistanın müstəqilliyi dövründə xristianlığa münasibət bir-
mənalı deyil. Cəmiyyətin modernləşdirilməsinin tərəfdarı olanlar 
hindli  xristianları  dözümlə  qarşılayırlar.  Ənənəvi  hind  siyasət-


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə