Bəhmən Əliyev-Ayvazalı
90
qaldırmağa çalışırdı. Məsələn, Madras prezidentliyində 1921-ci
il “İcmalar haqqında” qanuna əsasən HVX-də altı kateqoriyada
nümayəndələr müəyyənləşdi: qeyri-brahman hinduslar (48 %),
brahmanlar (22 %), müsəlmanlar (15 %), xristian hindlilər (10
%), avropalılar və ingilis hindlilər (2 %), digərləri (3 %). 1927-
ci ildə “istismar olunan siniflər”in, yəni “toxunulmazlar”ın payı
daha 8 % artırılmışdır. Sonrakı mərhələdə bu proses Hindistanın
cənubunda yuxarı kasta nümayəndələrinin HVX-də təmsilçiliyini
xeyli məhdudlaşdırdı. Məsələn, 1937-ci ildə Madras Qanunverici
Assambleyasında 17,2 % brahman var idisə, 1947-ci ildə onların
sayı 5 %-ə enmişdi, bu da onların vilayətdəki ümumi sayına uy-
ğun gəlirdi.
Hindistanın şimalında hindi dilli arealda torpaq məsələsində
kifayət qədər mürəkkəb münasibətlər mövcud idi, burada brah-
manlarla yanaşı, yüksək kasta nümayəndələri-. “racputlar”, “bhu-
miharlar” və s. cənuba nisbətən daha çoxsaylıdır. Əkinçi kasta-
lar isə ənənəyə uyğun olaraq, kəndli-əkinçi rolunda çıxış edərək
yuxarı kastaların torpaqlarını əkib becərirdilər. Tarixi baxımdan
şimalda elə bir vəziyyət yaranmışdır ki, əkinçi, “toxunulmaz”
kastaları yüksək kastaların mənəvi və iqtisadi tabeçiliyində ol-
muşlar.
XX əsrin əvvəllərində Hindistanın şimalında ümumi “yada-
vi” adı altında maldar tayfaların konsolidasiya prosesi getmişdir,
1924-ci ildə onlar öz təşkilatlarını yaratmış, hətta jurnal nəşr et-
mişlər. Əkinçi “kurmi”, “yadava” və “koeri” kastaları 1934-cü
ildə birləşərək, “Trive sanqh” (Üçlər ittifaqı) təşkilatını yaratdılar.
Dini adət və rituallarda ciddi fərqlərə baxmayaraq bu böyük kasta
qruplarını iqtisadi fəaliyyətlərinin xarakteri birləşdirirdi. İlk mər-
hələdə “Triveni sanqah” bu kastaların sanskritləşməsi, yəni yük-
sək kastaların adət və ənənələrinin mənimsənilməsi ilə məşğul
olurdu, bu prosesi isə “Arya Samac” başlamışdı. Lakin bu proses
dəyişməz varna sistemində ritual statusunu yaxşılaşdırsa da kas-
Hindistan etnoqrafiyası
91
taların bərabərliyini təmin etmədi, “Trive sanqh” sanskritləşməyə
son qoyaraq diqqətini siyasətə yönəltdi.
Hindistanda siyasi qüvvələr arasında və kasta münasibətlə-
rində 1930-cu illərdə baş vermiş proseslər, Hindistanın idarəedil-
məsi haqqında qanun layihəsinin hazırlanmasının gedişi mühüm
rol oynadı. Britaniyanın baş nazirinin 1932-ci ilin avqustunda
imzaladığı “Əməkdaşlıq qərarı” ilə “toxunulmazlar” üçün ayrı
seçki dairəsinin yaradılması, Mahatma Qandinin aclıq aksiyası
ilə qarşılaşdı. Bu qərar “toxunulmazlar”ı ümumi hindus cəmiy-
yətindən ayrı sala bilərdi. B.R.Ambedkarın rəhbərliyi ilə “toxu-
nulmazlar”ın hərəkatının aktivləşməsi, onlarla “təmiz” kastalar
arasında Pune paktının imzalanması ilə nəticələndi, bu sənəddə
diskriminasiyanın ləğvi, təhsilə imkan verilməsi, seçkili hakimiy-
yət orqanlarında kvota ilə təmsilçilik kimi tələblər əksini tapırdı.
Pune paktı “Hindistanın idarə olunması haqqında” 1935-ci ildə
qəbul olunmuş, hindus cəmiyyətinin “toxunulmazlar” hissəsinin
hüquqlarını rəsmən tanıdı və siyasi dövriyyəyə “qeydə alınmış
kastalar” (scheduled castes) anlayışı daxil oldu. “Toxunulmazlar”
mərkəzi və vilayət qanunverici yığıncaqlarında yerlər əldə etdilər.
1936-cı ildə “qeydə alınmış kastalar”ın siyahısı hazırlandı, 1943-
cü ildə onlara dövlət xidmətində 8,3 % yer ayrıldı, 3 il sonra bu
kvota 12,5 %-ə çatdırıldı, bu “toxunulmazlar”ın Britaniya Hin-
distanındakı sayına uyğun idi.
Göründüyü kimi, kasta sistemi (“varna”-“cati”) xüsusi, uzun
sürən tarixi proseslərdə formalaşmış, inkişaf etmişdir. Burada
brahmanizm-hinduizmin ideoloji əsasının etnik, sosial-iqtisadi
proseslərə təsiri mühüm rol oynamışdır. Hinduizmdə dini bölgü
olan “varna”lar çoxsaylı “cati”ləri birləşdirir, lakin tam olaraq
sosial-iqtisadi mahiyyət daşımır, dini-ideoloji bölgü sayılırlar.
“Varna”lar hindlilərə “cati okeanında” istiqamətlərini müəyyən-
ləşdirməyə imkan verir, bununla da cəmiyyətdə mənəvi mövcud-
luqlarını qoruyub saxlayırlar. Bu sıralamada “cati”lər “varna”
Bəhmən Əliyev-Ayvazalı
92
iyerarxiyasının davamına çevrilmişdir. “Varna”lar yüzlərlə “ca-
ti”lərə ayrılır. “Cati”lər isə nəsilləri əsas hərəkətverici elemen-
ti olan ənənəvi məşğuliyyətlə bir-birinə bağlayan irsi endoqam
qruplardır. Qeyd edək ki, hazırda Hindistanın Antropoloji Xidmə-
ti 3,5 min kasta qeydə almışdır.
Hindistan müstəqilliyini qazandıqdan sonra kastalar arasında
bərabərlik uğrunda hərəkatlar gücləndi. Bu hərəkatların liderləri
Konstitusiyanın “dinindən, dilindən, irqi mənsubiyyətindən asılı
olmayaraq hər kəsin qanun qarşısında bərabər olması” haqqında
maddəsinə əsaslanırdılar. Konstitusiya “toxunulmazlarla” bağlı
bütün qadağaları ləğv edirdi. Lakin bu kasta sistemini aradan qal-
dırmadı, “toxunulmazlar” anlayışının ləğvinə gətirib çıxarmadı.
Hindistan cəmiyyətində kastalararası münasibətlərin o qədər
böyük əhəmiyyəti vardır ki, Konstitusiyanın müəllifləri 1950-ci
ildə kastaların mövcudluğunu rəsmən qeydə aldılar, “qeydə alın-
mış kastaların” (əvvəl “toxunulmazlar”, “qeydə alınmış tayfa-
lar”), yəni müasir “dalitlərin” (istismar olunanlar) inkişafı üçün
10 il müəyyənləşdirdilər. Lakin bu müddət belə bir fundamental
problemin həlli üçün yetmədi. Ona görə də hər 10 ildən bir ölkə
parlamenti bu müddəti daha 10 il müddətinə uzadır.
Müstəqillik illərində sosial-iqtisadi inkişafın təsiri ilə kasta
sisteminin, kasta məhdudiyyətlərinin zəifləməsinə baxmayaraq,
parlament demokratiyası cəmiyyətində kastaların rolu daha da
artmışdır. Kastaların ideoloji-sosial gücü siyasi səfərbərlik pro-
sesini sürətləndirmişdir, ilk dövrlər qeyri-brahman kastalarının
ənənəvi sosial-iqtisadi qadağaları aradan qaldırmağa yönəlmiş-
disə də, sonrakı mərhələdə dövlət orqanlarında, ali məktəblərdə
kvotaların müəyyənləşməsi uğrunda mübarizə forması almışdır.
Bu prosesdə konsolidasiya kastaları güclü siyasi lobbilərə, təşki-
latlara çevirdi, demokratik dəyərlərin inkişafına səbəb oldu. Kas-
taların maraq qruplarına, siyasi təşkilatlara çevrilməsi hind de-
mokratiyasının spesifik xüsusiyyəti sayılır. Yeri gəlmişkən, Hin-
Dostları ilə paylaş: |