Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə30/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   26   27   28   29   30   31   32   33   ...   74

Bəhmən Əliyev-Ayvazalı
90
qaldırmağa çalışırdı. Məsələn, Madras prezidentliyində 1921-ci 
il “İcmalar haqqında” qanuna əsasən HVX-də altı kateqoriyada 
nümayəndələr  müəyyənləşdi:  qeyri-brahman  hinduslar  (48  %), 
brahmanlar (22 %), müsəlmanlar (15 %), xristian hindlilər (10 
%), avropalılar və ingilis hindlilər (2 %), digərləri (3 %). 1927-
ci ildə “istismar olunan siniflər”in, yəni “toxunulmazlar”ın payı 
daha 8 % artırılmışdır. Sonrakı mərhələdə bu proses Hindistanın 
cənubunda yuxarı kasta nümayəndələrinin HVX-də təmsilçiliyini 
xeyli məhdudlaşdırdı. Məsələn, 1937-ci ildə Madras Qanunverici 
Assambleyasında 17,2 % brahman var idisə, 1947-ci ildə onların 
sayı 5 %-ə enmişdi, bu da onların vilayətdəki ümumi sayına uy-
ğun gəlirdi. 
Hindistanın şimalında hindi dilli arealda torpaq məsələsində 
kifayət qədər mürəkkəb münasibətlər mövcud idi, burada brah-
manlarla yanaşı, yüksək kasta nümayəndələri-. “racputlar”, “bhu-
miharlar” və s. cənuba nisbətən daha çoxsaylıdır. Əkinçi kasta-
lar isə ənənəyə uyğun olaraq, kəndli-əkinçi rolunda çıxış edərək 
yuxarı kastaların torpaqlarını əkib becərirdilər. Tarixi baxımdan 
şimalda  elə  bir  vəziyyət  yaranmışdır  ki,  əkinçi,  “toxunulmaz” 
kastaları  yüksək  kastaların  mənəvi  və  iqtisadi  tabeçiliyində  ol-
muşlar. 
XX əsrin əvvəllərində Hindistanın şimalında ümumi “yada-
vi” adı altında maldar tayfaların konsolidasiya prosesi getmişdir, 
1924-ci ildə onlar öz təşkilatlarını yaratmış, hətta jurnal nəşr et-
mişlər.  Əkinçi  “kurmi”,  “yadava”  və  “koeri”  kastaları  1934-cü 
ildə birləşərək, “Trive sanqh” (Üçlər ittifaqı) təşkilatını yaratdılar. 
Dini adət və rituallarda ciddi fərqlərə baxmayaraq bu böyük kasta 
qruplarını iqtisadi fəaliyyətlərinin xarakteri birləşdirirdi. İlk mər-
hələdə “Triveni sanqah” bu kastaların sanskritləşməsi, yəni yük-
sək  kastaların  adət  və  ənənələrinin  mənimsənilməsi  ilə  məşğul 
olurdu, bu prosesi isə “Arya Samac” başlamışdı. Lakin bu proses 
dəyişməz varna sistemində ritual statusunu yaxşılaşdırsa da kas-


Hindistan etnoqrafiyası
91
taların bərabərliyini təmin etmədi, “Trive sanqh” sanskritləşməyə 
son qoyaraq diqqətini siyasətə yönəltdi.
Hindistanda siyasi qüvvələr arasında və kasta münasibətlə-
rində 1930-cu illərdə baş vermiş proseslər, Hindistanın idarəedil-
məsi haqqında qanun layihəsinin hazırlanmasının gedişi mühüm 
rol  oynadı.  Britaniyanın  baş  nazirinin  1932-ci  ilin  avqustunda 
imzaladığı  “Əməkdaşlıq  qərarı”  ilə  “toxunulmazlar”  üçün  ayrı 
seçki  dairəsinin  yaradılması,  Mahatma  Qandinin  aclıq  aksiyası 
ilə qarşılaşdı. Bu qərar “toxunulmazlar”ı ümumi hindus cəmiy-
yətindən ayrı sala bilərdi. B.R.Ambedkarın rəhbərliyi ilə “toxu-
nulmazlar”ın  hərəkatının  aktivləşməsi,  onlarla  “təmiz”  kastalar 
arasında Pune paktının imzalanması ilə nəticələndi, bu sənəddə 
diskriminasiyanın ləğvi, təhsilə imkan verilməsi, seçkili hakimiy-
yət orqanlarında kvota ilə təmsilçilik kimi tələblər əksini tapırdı. 
Pune paktı “Hindistanın idarə olunması haqqında” 1935-ci ildə 
qəbul olunmuş, hindus cəmiyyətinin “toxunulmazlar” hissəsinin 
hüquqlarını  rəsmən  tanıdı  və  siyasi  dövriyyəyə  “qeydə  alınmış 
kastalar” (scheduled castes) anlayışı daxil oldu. “Toxunulmazlar” 
mərkəzi və vilayət qanunverici yığıncaqlarında yerlər əldə etdilər. 
1936-cı ildə “qeydə alınmış kastalar”ın siyahısı hazırlandı, 1943-
cü ildə onlara dövlət xidmətində 8,3 % yer ayrıldı, 3 il sonra bu 
kvota 12,5 %-ə çatdırıldı, bu “toxunulmazlar”ın Britaniya Hin-
distanındakı sayına uyğun idi.
Göründüyü kimi, kasta sistemi (“varna”-“cati”) xüsusi, uzun 
sürən  tarixi  proseslərdə  formalaşmış,  inkişaf  etmişdir.  Burada 
brahmanizm-hinduizmin  ideoloji  əsasının  etnik,  sosial-iqtisadi 
proseslərə təsiri mühüm rol oynamışdır. Hinduizmdə dini bölgü 
olan  “varna”lar  çoxsaylı  “cati”ləri  birləşdirir,  lakin  tam  olaraq 
sosial-iqtisadi  mahiyyət  daşımır,  dini-ideoloji  bölgü  sayılırlar. 
“Varna”lar hindlilərə “cati okeanında” istiqamətlərini müəyyən-
ləşdirməyə imkan verir, bununla da cəmiyyətdə mənəvi mövcud-
luqlarını  qoruyub  saxlayırlar.  Bu  sıralamada  “cati”lər  “varna” 


Bəhmən Əliyev-Ayvazalı
92
iyerarxiyasının  davamına  çevrilmişdir.  “Varna”lar  yüzlərlə  “ca-
ti”lərə  ayrılır.  “Cati”lər  isə  nəsilləri  əsas  hərəkətverici  elemen-
ti  olan  ənənəvi  məşğuliyyətlə  bir-birinə  bağlayan  irsi  endoqam 
qruplardır. Qeyd edək ki, hazırda Hindistanın Antropoloji Xidmə-
ti 3,5 min kasta qeydə almışdır.
Hindistan müstəqilliyini qazandıqdan sonra kastalar arasında 
bərabərlik uğrunda hərəkatlar gücləndi. Bu hərəkatların liderləri 
Konstitusiyanın “dinindən, dilindən, irqi mənsubiyyətindən asılı 
olmayaraq hər kəsin qanun qarşısında bərabər olması” haqqında 
maddəsinə  əsaslanırdılar.  Konstitusiya  “toxunulmazlarla”  bağlı 
bütün qadağaları ləğv edirdi. Lakin bu kasta sistemini aradan qal-
dırmadı, “toxunulmazlar” anlayışının ləğvinə gətirib çıxarmadı.
Hindistan cəmiyyətində kastalararası münasibətlərin o qədər 
böyük əhəmiyyəti vardır ki, Konstitusiyanın müəllifləri 1950-ci 
ildə kastaların mövcudluğunu rəsmən qeydə aldılar, “qeydə alın-
mış  kastaların”  (əvvəl  “toxunulmazlar”,  “qeydə  alınmış  tayfa-
lar”), yəni müasir “dalitlərin” (istismar olunanlar) inkişafı üçün 
10 il müəyyənləşdirdilər. Lakin bu müddət belə bir fundamental 
problemin həlli üçün yetmədi. Ona görə də hər 10 ildən bir ölkə 
parlamenti bu müddəti daha 10 il müddətinə uzadır. 
Müstəqillik illərində sosial-iqtisadi inkişafın təsiri ilə kasta 
sisteminin,  kasta  məhdudiyyətlərinin  zəifləməsinə  baxmayaraq, 
parlament  demokratiyası  cəmiyyətində  kastaların  rolu  daha  da 
artmışdır. Kastaların ideoloji-sosial gücü siyasi səfərbərlik pro-
sesini  sürətləndirmişdir,  ilk  dövrlər  qeyri-brahman  kastalarının 
ənənəvi  sosial-iqtisadi  qadağaları  aradan  qaldırmağa  yönəlmiş-
disə də, sonrakı mərhələdə dövlət orqanlarında, ali məktəblərdə 
kvotaların müəyyənləşməsi uğrunda mübarizə forması almışdır. 
Bu prosesdə konsolidasiya kastaları güclü siyasi lobbilərə, təşki-
latlara çevirdi, demokratik dəyərlərin inkişafına səbəb oldu. Kas-
taların  maraq  qruplarına,  siyasi  təşkilatlara  çevrilməsi  hind  de-
mokratiyasının spesifik xüsusiyyəti sayılır. Yeri gəlmişkən, Hin-


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə