Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə27/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   23   24   25   26   27   28   29   30   ...   74

Hindistan etnoqrafiyası
81
 Hind ənənəvi cəmiyyətinin struktur modulları sayılan “ca-
ti”lər kasta quruluşunun formalaşması tarixi boyu Hindistan sub-
konentinin yerli və gəlmə tayfa seqmentlərini özündə toplamışdır. 
Tədricən ona yarıtayfa qohum professional sənətkar kollektivləri, 
kasta-“icmalar” əlavə olmuşdur. 
Brahmanizmin təsiri altında hind-arilər üçün xarakterik “var-
na” dini bölgü prinsipi hind avtoxtonlarının tayfa icmalarının so-
sial bölgüsü əsasında dayanmışdır. İki dini-sosial sistemin tətbiqi 
“cacmani” formasında baş vermişdir. Bütün “cati”lərdə “cacma-
ni” qarşılıqlı yardımı (ictimai əmək bölgüsü) mənəvi borc sayılır. 
Kasta quruluşu “cati”lər və onun tayfa tərkibi ilə sistemli qarşılıqlı 
təsirə əsaslanır. Adətən brahmanlar və tayfa başçıları ətrafında qu-
rulan status bölgüsü sosial əlaqələrin əsasına çevrilmişdir. 
Əsrlərdir ki, hind cəmiyyətinin intellektual elitası-barahman-
lar  kasta  sisteminin  mövcudluğuna  dəstək  verir,  çünki  burada 
hakimiyyətinin, hökmranlığının effektiv mexanizmini görür. Bu 
fəaliyyətdə  sosial  məsuliyyət  çərçivəsində  qüvvələr  və  maraq-
ların müəyyən mənada balanslaşdırılmasını inkar etmək olmaz. 
Kasta  təşkilatının  mövcudluğunda  ümumi  məşğulluq  zəmanəti, 
əmək məhsullarının və xidmətlərin mübadiləsi əksini tapır, yəni 
yaşayış vasitələri birbaşa “cati” statusu ilə sıx bağlı olur.
Ənənəvi  hind  cəmiyyətində  icma-tayfa  strukturları  arasın-
da qarşılıqlı təsirin ən yüksək bölgüsü kimi “cati” qəbul olunur, 
hind cəmiyyətinin əsas funksional vahidi sayılır. “Cati” nizamı 
ilə əlaqədar nə bir təşkilat, nə də bir sənəd vardır. Təxminən iki 
min il ərzində fərqli qəbilələrin birləşməsindən ümumi bir sistem 
yaradılmışdır. Bu sistemin qaydaları ilk dəfə “Manu Smriti”də, 
yəni “Manu qanunları”nda (e.ə. 200 və b.e. 200 illəri arasında) 
yazılmışdır. Başqa hind mənbələrində də “cati” sistemi gerçəklik 
kimi təqdim olunmuşdur.
“Cati” anlayışı “can” sözündən törəmişdir, “doğuş” mənasını 
verir. “Cati” (“jati”) geniş ailə, ya da qəbilə olaraq qəbul edilə 


Bəhmən Əliyev-Ayvazalı
82
bilər. “Cati”lər kasta sisteminin ictimai və ailə ölçüsüdür. Fərd 
“cati” içindəki statusuna doğuşdan sahib olduğundan bu statusu 
dəyişdirmək mümkün deyil. “Cati”lər həm professional, həm də 
etnik, sosio-ekonomik və mədəni müxtəlifliyə malikdir.
Çoxsaylı  “cati”lərdən  ibarət  dörd  “varna”da  (“çaturvarna”) 
strukturlaşmanın, iyerarxık bölünmənin xüsusi prinsipi yaranmışdır. 
“Varna”ların təbəqə-professional ixtisaslaşmasında Hindistanın et-
nik icmalarının həyat təminatı üsulları əksini tapır. Varna iyerarxi-
yası və onlara aid “cati”lər brahman etalonu əsasında həyat təminatı 
parametrlərinə görə düzülür. Brahmanlar müxtəlif etnik icmaların 
landşaft-iqlim xüsusiyyətlərinə əsaslanan təsərrüfat fəaliyyətini tan-
rının “payı” və onların “mədəniliyinin” göstərici saymışlar. Buna 
görə də kasta cəmiyyətinin formalaşdığı ilk dövrlərdə müxtəlif tay-
falar,  professional  ixtisaslaşmış  tayfa  seqmentləri,  yerli  və  gəlmə 
tayfalar müəyyən varnaların komponentləri kimi, özünün təsərrü-
fat - mədəni tipi əsasında formalaşırdı. Onlar öz varnalarına uyğun 
olaraq, ünsiyyət sxemi əsasında sosial və ritual status əldə etmişlər.
“Cati”lər dörd “varna”ya aid olurlar. Birinci 3 varna “iki dəfə 
doğulanlar” sayılır. Brahman “varna”sı rahiblər, müəllimlər, mə-
murlar ziyalıların digər nümayəndələrindən ibarətdir. “Döyüşçü 
və hakimlər” “varna”sına – kşatrilərə hərbçilər, torpaq sahiblə-
ri,  məsələn,  “racputlar”,  “nayarlar”,  “samanthan”  və  başqa 
“cati”lər daxildir. Vayşı varnasına ticarətçi “baniya”, “çatti” və 
bir sıra sənətkarlar, məsələn zərgər- sonar “cati”si aiddir. Aşağı 
“varna” sayılan və sayca çox olan şudralara- əkinçi “cat”, “koli”
çobanlar- “ahir”, “qoala”, dəmirçilər- “lohar”, dülgərlər-“bar-
han”,  dulusçular-  “kumhar”  və  s.  “cati”lər  aid  olunur. Aşağı, 
yəni, rəsmən “qeydə alınmışlar” adlandırılanlara, yəni keçmiş,“ 
toxunulmazlar”ın (paryalar) kastaları dəriçilər- “çamar”, təmiz-
ləyicilər-“bhanqi” və başqaları daxildir. 
Hər bir hindli anadan doğulanda bu və ya digər “varna”ya 
olduğu  kimi,  hər  hansı  “cati”yə  məxsus  olur.  Burada  hindli  öz 


Hindistan etnoqrafiyası
83
qrupunun  ənənəvi  həyat  tərzindən  total  şəkildə  asılıdır.  Siyasi 
baxımdan,  bu  kastalar  “icma”  da  adlandırılır. 
“Cati” təsisatı üçün əməyin unikal şəkildə bölünməsi xarak-
terikdir. Burada qohumların özünü təşkili sistemin vahid prinsipi 
kimi fəaliyyət göstərir, iyerarxik və paritet statuslar isə sosial kol-
lektivlər arasında qarşılıqlı təsir üsulu sayılır. Kasta cəmiyyətinin 
seqmentləri “yadlarla” əlaqələrini məhdudlaşdırır, bu münasibət 
qapalılıq prinsipləri və tabularla xarakterikdir. Din amili nəticə-
sində sosial təşkilat olan “cati” təkcə uzunömürlülük nümayiş et-
dirmir, eyni zamanda müxtəlif tarixi dönəmlərdə kasta quruluşu-
nun funksional əsası kimi qalır. 
“Cati” nizamının Hindistanda həyatın bütün sahələrinə təsiri 
aydın görünür. Kimin hansı peşə ilə məşğul olmasını da bu sistem 
müəyyənləşdirir. Hər bir kastanın (“varna”-“cati”) özü onlarla 
altkastaya malikdir, əsrlərlə öz identikliyini qoruyub saxlayır.
“Varna-cati”  (kasta)  quruluşunun  əsasları  cəmiyyətin  qapa-
lılığına gətirib çıxarsa da, bu gün bu ayrı-seçkilik müəyyən sə-
viyyədə aradan qaldırılmışdır. Ancaq kəndlərdə qədim qaydaları 
görmək mümkündür. Lakin onu xüsusi vurğulamaq lazımdır ki, 
kasta sistemində təsnifat varlı və kasıblıq səviyyəsinə görə müəy-
yənləşmir, kasta ritual təbəqə və peşə vəziyyəti ilə ölçülür. Yəni 
insanın dini statusi ilə yanaşı, sosial statusu da onun “varna”sın-
dan asılıdır, bu dəyərləri fərdi və ictimai həyatın bütün aspektlə-
rinə təsir göstərir. Məsələn, brahmanların bir çoxu rahib olsa da, 
ən  yaxşı  restoranlar  aşbaz  brahmanlara  üstünlük  verirlər.  Müa-
sir dövrdə belə, bəzi yuxarı varna nümayəndələri aşağı “cati”yə 
mənsub aşbazların hazırladığı yeməkləri yemirlər. Lakin hazırda 
ənənəvi işləri, hətta rahibliyi digər “cati” üzvlərinin yerinə yetir-
məsi təcrübəsi çoxalır. Məsələn, hazırda kşatrilərin yalnız bir his-
səsi hərbçidir, dini lider Svami Vivekananda vayşa olmuşdur və s.
Qədimdə olduğu kimi, müasir dövrdə də ənənəvi nikah-qo-
humluq  əlaqələri  “cati”nin  icma-tayfa  kateqoriyasını  formalaş-


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə