Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə28/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   24   25   26   27   28   29   30   31   ...   74

Bəhmən Əliyev-Ayvazalı
84
dırır. Kasta (varna-cati) üzvləri yalnız öz aralarında nikaha girə 
bilərlər  və  kastanın  əsası  ailədir.  Ailə  ekzoqam  sayılan  nəsilə 
daxildir. Yəni, kasta sistemində qrup içində evlənmələr (endoqam, 
qohum-əqraba) əsasdır. Qohumluq kasta bağlantısının kökündə 
dayanır, üzvləri arasında həmrəyliyi, qarşılıqlı yardımı artırır. 
Kasta sistemində ailə münasibətləri kifayət qədər sərtdir, validey-
nlər qohum dairənin ekzoqamiyasına əməl edərək, öz statusuna 
yaxın “bərabərlik-qardaşlıq”la, “ümumi tale”li şəxslərlə qohum 
olmalı,  övladlarını  evləndirməlidirlər.  Kasta  üzvünün  həyatının 
bütün sahələrini nəzarət altında saxlayırlar. 
“Cati”lər arasında “saf” və “çirkli” anlayışları mühüm yer 
tutur və təsnifatda bunlar əsas götürülür. Xüsusilə brahmanlar 
“saf soylu” sayılırlar. Qab-qacaq düzəldən sənətkar, zibil topla-
yanlar “çirkli soydan” hesab edilir. “Saf soylular” təbəqəsi özü-
nü “çirkli”lələrdən uzaq tutmağa çalışır, hətta “toxunulmazlar”ın 
məbədlərə girmələri qadağandır. 
Hələ  ingilis  işğalı  dönəmində  kastalar  sayılır,  qruplaşdırı-
lırdı, Hindistan kastaların kolleksiyası hesab edilirdi. Kastalarla 
bağlı müxtəlif təriflər, yanaşmalar ortaya çıxmışdır. 1881-ci ildə 
siyahıyaalma  həyata  keçirən  Pəncabın  qubernatoru  D.İbbetson 
kastalara əməyin ictimai bölgüsünün nümunəsi kimi baxırdı. İx-
tisaslaşmada tayfa və qəbilələr mühüm rol oynayır, kastanın so-
sial statusu tayfanın irqi statusu ilə deyil, siyasi təsir imkanları 
ilə ölçülürdü. E.Blant (1931) kastanın 3 mühüm xarakteristika-
sını  qeyd  edir:  varislik,  endoqamiya,  ünsiyyətin  məhdudlaş-
dırılması. O, aşağıdakı kastaları qruplaşdırır: “ixtisas ümumili-
yi” ilə bağlı funksional kastalar; “qanla birləşən” tayfa və ya 
irqi kastalar; sektant kastaları (məsələn, qosain və bişnoi); dağ 
kastaları; toxunulmazlar; müsəlman kastaları: “Bütün kastalar 
öz müstəsnalığı ruhu üzərində möhkəmlənir, bu da başqaları ilə 
ünsiyyəti, əlaqələri qadağan edir. C.Hatton 1946-cı ildə yazdığı 
“Hindistan kastaları: təbiəti, funksiyaları, mənşəyi” adlı kitabda 


Hindistan etnoqrafiyası
85
kastaları 14 təbii-tarixi əlamətlərə görə, fərqləndirir. Onun fikrin-
cə, məhz kastalara görə, Hindistan mədəniyyətinin rəngarəngliyi 
nəticəsində 3 min ildir ki, sosial sistem mövcud olmuş, yadelli 
təsir və hücumlara ciddi müqavimət göstərmişdir. 
Hind alimi Q.S. Qhurye (1969) hindlilərin kastalara münasi-
bətini bu şəkildə izah edir: “Kasta bir-birindən fərqlənən, bir cə-
miyyətdə mövcud olan ayrı-ayrı kiçik, mükəmməl, ayrıca sosial 
dünyalardır”. Onun sözlərinə görə, kastaların mühüm əlamətlə-
rindən biri seçkili şuralarının olmasıdır: “Brahman və kşatri kimi 
yüksək kastalardan fərqli olaraq, əksər kastaların cəzalandırma da 
daxil olmaqla bir çox məsələləri həll edən daimi şurası fəaliyyət 
göstərir. Kasta üzvləri həyatın hər dönəmində bir-birinə kömək 
göstərir”. 
İ.Karve (1961) yazır ki, kasta sisteminin bünövrəsini qohum-
luq əlaqələri təşkil edir: “Kasta endoqamiyaya əsaslanan, adətən, 
müəyyən linqivistik regionda yerləşən, yayılan, bir və daha çox 
ənənəvi məşğuliyyəti olan qrupdur. Bu qrup digər kastalara mü-
nasibətdə  davranış  modellərinə  malikdir,  iyerarxik  nərdivanda 
müəyyən yer tutur”.
Son illərdə hind alimləri kasta sisteminin bir dini institut kimi 
sosial bərabərsizliyin obyektiv əsasını gizlətmək üçün brahman-
lar tərəfindən yaradıldığını qeyd edirlər.
Müasir dövrdə Hindistan Respublikasında “kasta” sözü isti-
fadə  olunmur,  bu  sözə  siyasi  baxımdan  korrekt  sayılan  “icma” 
sözü işlədilir. Dövlət orqanları insanın kasta mənsubiyyəti ilə ma-
raqlanmır, eyni zamanda kasta ənənələri sosial həyatdan çıxmır. 
Çünki hər bir hinduist bu və ya digər “cati”yə mənsub olaraq do-
ğulur, bu mənsubluq atadan, bəzən də anadan gəlir. Bu “cati”də 
o qədimlərdən gələn nəslini izləyə bilər. Lakin hinduizmi “qəbul 
etməklə” bu yolla kasta qrupuna daxil olmaq qeyri- mümkündür, 
çünki yalnız hinduist olaraq doğulmaq olar, hinduist olmaq ol-
maz. Hinduist hind sosial qrupunda, yəni kastada anadan olur, bu 


Bəhmən Əliyev-Ayvazalı
86
qrupa ritual təmizlik və nikah qaydaları ilə sıx bağlı olur. Burada 
Şiva və ya Vişnu kimi çoxsaylı hindust tanrılarından birinə uy-
ğun olaraq rituallar yerinə yetirilir. Hindistan müsəlmanları, siqh, 
cayna, xristian, yəhudilər, pars icmaları az da olsa kasta forması 
əldə edir, münasibətlərdə kasta rejimini qoruyub saxlayırlar. İqti-
sadi, sosial münasibətlər müstəvisində hind icmaları ilə əlaqələr 
inkişaf edir. 
“Catilər” özlərinin etno-mədəni xüsusiyyətlərini, təsərrüfat 
fəaliyyəti  və  məişətlərində,  dini  inanc  və  rituallarda  öz  daxili 
dünyalarının  toxunulmazlıqlarını,  ailə-qohumluq  münasibət-
lərinin qapalılığını təmin edirlər. “Cati”lər sosial və ritual sta-
tusuna görə, paritet ekzoqam tayfaların (kvazitayfa) nikaha gir-
məsi, təkrar istehsalı əsasında yaranır, endoqamiya da bu dairədə 
formalaşır. Bu müstəvidə “biradari” prinsipi mühüm əhəmiyyət 
daşıyır. “Biradari” bərabər statuslu kastaların ünsiyyət prinsipi-
dir. Bu prinsip “tale bərabərliyi” ideyası əsasında paritet status 
qrupunu formalaşdırır, bu özünü gündəlik münasibətlərdə, nikah 
əlaqələrində və s. göstərir. “Biradari” prinsipinə əsasən, bir neçə 
“qardaş”  ekzoqam  qrupları  öz  statuslarını  itirmədən  bir-biri  ilə 
nikaha girirlər. Bu prinsip əsasında (“bərabərlik”-“qardaşlıq” və 
“ümumi  tale”)  “cati”lər  formalaşır,  eləcə  də  “cati”lərlə  yanaşı, 
sosial  ünsiyyətə  girən  “cati”lərin  “paritet  dairələri”  yaranır.  Bu 
“ünsiyyət  dairələri”ndə  məqsəd  nikahların  yaranması  deyil,  la-
kin kasta cəmiyyətində ritualların yerinə yetirilməsi baxımından 
“təhlükəsiz” zona yaranır. Bir sıra hallarda bunlar sosial-iqtisadi 
maraqların ümumiliyinin dərk edilməsi ilə bağlıdır. Hər bir hin-
duistin  çoxsəviyyəli,  fərqli  identifikasiyası  onun  öz  “cati”si  ilə 
yanaşı,  bir  neçə  “cati”  kompleksinə  eyni  zamanda  daxil  olur. 
Beləliklə, “cati” sosial strukturun modulu sayılır, özünün uyğun-
laşma, adaptasiya olunma bacarığı ilə seçilir. Dövlətin cati komp-
lekslərini tanıması “kastaüstü birləşmələrin” formalaşmasına gə-
tirib çıxarır. Cəmiyyətdə, xüsusi ilə dövlət orqanlarında belə “catı 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə